Ayaz Mütəllibovdan şok açıqlamalar
Oxunub: 12683
22 Feb 2014 | 12:38
Ayaz Mütəllibovdan şok açıqlamalar

Eks-prezident Ayaz Mütəllibov Moderator.az-a eksklüziv müsahibə verib, onu təqdim edirik:

-Hal-hazırda nə işlə məşğulsunuz? Vaxtsızlıqdan korluq çəkirsiniz, bekarçılıqdan?

-Düşüncələrimlə təmasdayam. Çünki gördüklərimi və yaşadıqlarımı kimsə mənim əvəzimdən danışmayacaq. Çalışıram üzümüzə gələn nəslə elə bir sənəd ortaya qoyum ki, daha gedib kitabxanada oturub mənə qarı materiallar axtarmasınlar. Özümdən bilsinlər və oxusunlar ki, kim olmuşam, niyyətim və missiyam nə olub və nə istəmişəm, nələrdən də məhrum olmuşam. Bundan başqa çalışıram ailəmə daha çox vaxt ayıram. Axı bilirsiniz ki, 20 il mühacirətdə qaldıq. İnsan vicdan əzabı çəkir ki, axı niyə belə olmalıdır? Heç bir günahı olmayan bir adam ailəsiylə birlikdə vətənindən didərgin düşür, belə də şey olarmı? Mənə qarşı bu addımı atanlar hansı məntiqə və nəyə arxalanaraq bunu ediblər? Bilirsiniz, hərdən deyirəm ki, biz azərbaycanlılara düşmən axtarmaq lazım deyil. Mənim təbiətim elə idi ki, kin saxlamağın nə olduğun bilməmişəm, yaxud vəzifəpərsət deyiləm. Hətta prezident olanda da tez-tez öz-özümə deyirdim ki, bu gün bax filan xeyirxah, Allaha xoş gedən iş gördüm. Yəni prezidentin vəzifəsi öz yerində, bir insan kimi hər gün düşünürdüm ki, insanlara yaxşılıq edim. Bəlkə də oxucular düzgün anlamayacaq, ancaq məndə təbiətən demokart xarakteri olub və bunu mən bir ilahi vergi kimi anlayıram. İnanın ki, indinin özündə də çəkdiyim iztirablara baxmayaraq məndə kiməsə qarşı kinlilik yoxdur.

-Bir dövlət xadiminin, diplomatın yetişməsi üçün bəzən onilliklər bəs eləmir. Düşüncələrinizlə baş-başa qalmaqdan əlavə axı niyə bu gün Ayaz Mütəllibovun təcrübəsindən istafadə olunmasın? Ən azından universitetlərdə, Ali Diplomatiya Akademiyasında mühazirə demək imkanınız vardı. Bir prezident kimi yüzlələ beynəlxalq səviyyəli görüşlər keçirmişdiniz, bunları gənc diplomatlara öyrətmək olmazdımı? Doğrudanmı bu ölkədə bir ağıllı adam yoxdu ki, eks-prezidentin xidmətlərindən istifadə edilməsinə yardım etsin?

-Mən bu sualınıza nə cavab verim axı? Bu barədə mən heç nə deyə bilmərəm. Bu məsələyə ölkə rəhbərliyi səviyyəsində baxılıb mənə bir xəbər verməlidirlər, təklif etməlidirlər. Əlbəttə, mən buna möhtac da deyiləm. Özümə iş tapıram, yazıram-pozuram. Elə Sizin kimi jurnalistlərə də müsahibə verib geniş söhbətləşməyimizin öz məqsədləri var ki, millətimizə fikirlərimi çatdırım və onlar üçün müstəqillik illərindən az şey qaranlıq qalsın. Axı üzümüzə yeni nəsil gəlir və heç onlar bu illərdə gerçək olaraq nələrin baş verdiyini bilmirlər.Elə indi sizinlə bu dəfəki söhbətimizdə də çalışacam bir sıra məsələlərə toxunam ki, niyə bütün bunlar baş verdi? Niyə biz bir millət olaraq özümüzə gün ağlaya bilmədik?

-Fevral ayı millətimiz üçün bəlli səbəblərdən ağır aydır və təbii ki, bu ay Ayaz Mütəllibov üçün ikiqat ağırdı. Xocalı qətliamına keçməzdən öncə illər uzunu cavabsız  qalmış bir suala Sizdən cavab istəyəcəm. Daimi düşmən atəşi altında və Xankəndinin burnunun ucunda olan Xocalıda niyə 91-92-ci illər ərzində bu qədər irimiqyaslı tikinti işləri aparılırdı? Həmin dövr Bakı-Xankəndi yolunda tikinti materialları daşıyan “Kamaz”ların “kalon”ları  bugünki tıxacları belə, kölgədə qoyardı. Bu qədər vəsaiti ora tökmək nə dərəcədə doğru idi?

-Bu bir vacib və incə məqamdı və doğru tutmusunuz. Məqsədimiz o idi ki, Xocalı qəsəbəsini şəhərə çevirərək ona xüsusi status verək. Niyyətimiz o idi ki, Xocalını elə abadlaşdıraq ki, onu Qarabağın bir paytaxtı kimi qəbul edək. Biz orda çox böyük işlər görürdük. Bakıdakı iri müəssisələrin filiallarını açırdıq. Qısa müddətdə Xocalıda əhalinin sayını 2 min nəfər artıra bildik. Yadımdadır ki, Yüngül Sənaye Naziriliyinin tikdiyi bir filialı orda mən açdım.

-Etiraf edək ki, həmin dövrdə Qarabağı və Xocalını qoruyacaq silahlı qüvvələrimiz yox idi, ordu hələ yaranmamışdı. Amma axı sovetlərdən qalma xüsusi xidmət orqanı vardı. Nə əcəb onlar əməliyyat məlumatı gətirməmişdi ki, ermənilər orda belə bir  qırğın hazırlayır?


"Konovalova dedim mən poçtalyon-zad deyiləm ki...?"

 

-Bu, bizim DTK-dan asılı məsələ deyildi. Bu problem Kremlin o zamankı rəhbərliyinin qəbul etdiyi avantürist texnologiya idi. Qarabağda o hadisələr yenicə başlayanda, 88-ci ilin fevralında mən Dövlət Plan Komitəsinin sədri işləyirdim. Bir gün respublikanın ikinci katibi Vasili Nikolayeviç Konovalov məni çağırdı ki, siz Qarabağa getməlisiniz və Qarabağla bağlı Bakıda işlədiyiniz planların layihəsini orda imzalatdırıb geri qayıtmalısınız. Yanında da Sov İKP MK-nın şöbə müdiri əyləşmişdi. Dedim ki, mən poçtalyon-zad deyiləm ki, Qarabağ ermənilərinin əvəzinə bu layihələri biz işləmişik, onlar gəlib Bakıda qol çəksələr xəncərlərinin qaşı düşər? O qonaq da əsəbi şəkildə qayıtdı ki, kak je tak, eta vam poruçena. Aramızda mübahisə yarandı. Konavalova dedim ki, mən getməyəcəm. Bildirdim ki, biz onların ayağına getməklə çox böyük xəta edirik və onları şirnikləndiririk. Axşam birinci katib Kamran Bağırov mənə zəng elədi ki, bu nədir, Konovalov səndən şikayət edir.Vəziyyəti buna da danışdım. Rəhmətlik də qayıtdı ki, əşi, birtəhər yola ver də, görmürsən neynəyirlər? Eşitdim ki, Telman Orucovla Ziyad Səmədzadəni göndərirlər. Zəng elədim Telmana dedim ki, mənə də bilet al gedim, sonra deyəcəklər ki, qorxdum getmədim. Uçduq Xocalıya və gəlib çatdıq Xankəndində “obkom”u binasına, çıxdıq Poqosyanın qəbul otağına. Poqosyan bizimlə soyuq görüşdü və dedi ki, hə, gəlmisiniz, camaat sizi gözləyir. Dedim nə camaat, biz bura nəyə gəlmişik? Dedi ki, yox da, gəlmisinizsə onların suallarına da cavab verin,  buyurun yığışıblar sizi dinləməyə. Dedim biz mitinqə gəlmişik, yoxsa sizin yanınıza? Nə isə, onun təklifindən imtina elədik və kabinetinə keçdik. O büro üzvlərini çağırdı. Hamısının üzündən sanki zəhrimar yağırdı. Bizi çox soyuq qarşıladılar. Görüş başa çatanda dedim ki, heç ayıb deyil, ən azından qafqazlı adını daşıyırsınız, biz qonaq gəlmişdik, bir stəkan çay da vermək olmazdı bizə? Hamısı bir-birinin üzünə baxaraq çiyinlərini çəkirdilər. Hiss olunurdu ki, bunları kimsə təhrik edir və cavab verməyə ehtiyat edirdilər.

-Təbii ki, Sumqayıt hadisələrini də SSRİ DTK-sının əliylə elə ermənilər törətmişdi. Ancaq çoxları Xocalı qırğınını Sumqayıtın qisası kimi xarakterizə edir...

-Həm Sumqayıtın, həm Bakının, həm də Çaykənd əməliyyatının.

Xocalı qırğınından qaçmaq mümkün idimi?

-Mümkün idi.

-Bəs nə edilməliydi ki, edilmədi?


"Turqut Özala dedim ki, biz bir böyük qardaşı o biri böyük qardaşla dəyişə bilmərik"


-Xalq Cəbhəsi bütün bunlara rəvac verdi və bunları da millətin başına çıxaran Qorbaçovun riskli qərarı idi. O Qərb dünyasına və sovet xalqlarına da bəyan elədi ki, biz keçmiş yoldan imtina edirik və “kazarmennıy sosializm”dən imtina edərək demokratiya yoluna keçid edirik, başqa millətlər və dövlətlərlə bir yerdə inkişafımızı davam etdiririk. Qərbsə inanmırdı. Qərbi inandırmaq lazım idi. Qərb demokratiyasınınsa iki əsası var, biri çoxpartiyalı sistem, o biri isə mülkiyyət toxunulmazlığıdır. Qorbaçov da Qərbi inandırmaq üçün qeyri hökumət təşkilatlarını və ictimai-siyasi qurumların leqallaşmasını təmin etməyə başladı. Nəticədə bir çox müttəfiq respublikada xalq cəbhələri meydana çıxdı. Qorbaçov elə zənn edirdi ki, onun yenidənqurma və aşkarlıq siyasəti 70 il xof altında yaşayan bütün xalqların ürəyincə olacaq, hamı bu ideyanı ikiəlli dəstəkləyəcək. Ancaq proses nəzarətdən çıxdı və internasionalizm məhfumu çevrildi oldu nasionalizm. Xalq Cəbhəsi başladı ki, ay biz türkük və Türkiyənin getdiyi yolla gedəcəyik. Halbuki mən Turqut Özalla təkbətək görüşdə dedim ki, biz bir böyük qardaşı başqa bir böyük qardaşla dəyişə bilmərik, çünki bizim bir Qarabağ bəlamız var. Biz sizinlə can-ciyərik, iki qardaş millətik, buna kimsə şübhə etməz, amma siz bilirsiniz ki, biz kimlərlə qonşuyuq və 100 illərlə kimin tərkibində olmuşuq. Dedim ki, siz bizim işimizi Avropada aparın, biz də sizin işinizi Moskvada aparaq. O zaman Türkiyənin ən böyük dərdi Avropa bzarına giriş idi. Amma Turqut Özala dedim ki, siz yanlış mövqedəsiniz, neynəsəniz də Sizi Avropaya buraxmayacaqlar, bütün tələblərin yerinə yetirsəniz də sonda deyəcəklər ki, bura baxın, o bayrağınızdakı ay ulduzu xaçla əvəz edin, ondan sonra baxarıq. Dedim ki, sizin gələcəyiniz və xilasınız 21-ci, hətta 22-ci əsrin bazarı olacaq nəhəng Rusiya bazarından asılıdır. O da mənimlə razılaşdı və bu istiqamətdə addımlar atacaqlarını söylədi. Sonralar bəzi türkiyəli adamlarla da təmaslarımız oldu və eşitdim ki, Türkiyədə mənim bu təklifimə çox sıcaq yanaşıblar və bu istiqamətdə genişmiqyaslı iş aparılıb. Nəticədə baxın bu gün Türkiyə Rusiya münasibətlərinə. Çoxmilyardlı mal dövriyyəsi var.

-Qayıdaq Azərbaycan cəbhəçilərinə...


"Qorbaçova dedim ki, bizdə milləçilər heç də Gürcüstan və Ermənistandan az deyil"


-Mən cəbhəçilərə deyirdim ki, 90-cı ildən sonra artıq Azərbaycanda kommunist partiyası simvolik xarakter daşıyır. Deyirdim ki, siz bizə niyə kommunist gözüylə baxırsınız? Mən sizdən çox istəyirəm müstəqilliyi. Ancaq bunun qansız-qadasız yolları var, sizsə burda dövlətə qarşı ikinci cəbhə açmısınız. İş ondadır ki, xalq hərəkatları konsepsiyasını Baltikyanı respublikaların millətçiləri işləyib hazırlamışdılar. Çünki onlar elə çoxdan çıxmaq isəyirdilər sovetlərdən. Bizimkilər də onlardan götürdülər. Mənsə deyirdim ki, tələsmək lazım deyil və Qorbaçov onsuz da Kommunist Pariyasını dağıdıb məhv edəcək. Bu dalğa bizi də yuyub aparmasın. Mən deyirdim ki, indiki həssas dönəmdə Moskvanı heç nədən qəzəbləndirib ermənilərə tərəf itələmək cinayətdir. Ancaq mən onları başa sala bilmirdim ki, Moskva ilə işləmək elə müstəqilliyimizi daha da asanlaşdıracaq. Bunu Çaykənd əməliyyatı da göstərdi. 91-ci ilin 17 martında Azərbaycan referendumda iştirak elədi və orda da SSRİ-nin gələcəyi məsələsi qoyulmuşdu. Yəni hiyləgər Qorbaçov ös postunu stol üstünə qoydu ki, mənim prezident kimi qalmağımı istəyirsinizsə buyurun. Ermənilər və gürcülərsə bu referendumdan imina elədilər. Burda da Ali Sovetdə hərənin ağzından bir avaz gələndə çıxış elədim ki, ay qardaş-bacılar, onlar xaçpərəstdirlər, onlara bu ərköyünlüklərini bağışlayarlar, amma  necə ki, 20 yanvarda qol-qıçımızı əzdilər, bu dəfə də başımızı əzərlər. Bizim 75 faizlik referendum nəticəsinin protokolunu papkama qoyub Moskvaya getdim. Qorbaçov məni qapıda qarşıladı və xeyli təriflədi Azərbaycan xalqını. Oturduq, çay gətirdilər. Dedim Mixail Sergeyeviç, siz bilirsiniz ki, millətçilik azarına tutulmuş gürcü və ermənilər referendum keçirmədilər. Dedim ki, bizdə millətçilər heç də Gürcüstan və Ermənistandan az deyil. Ona görə də əgər sizin tərəfinizdən siyasi iradə göstərilməsə, bu anlama gələcək ki, gürcü və ermənilər sizi SSRİ prezidenti postunda görmürlər. Bu barədə tədbir görülməlidir. Qayıtdı ki, nə demək istəyirsən? Dedim ki, sizin əmriniz var və onu özünüz imzalamısınız ki, Azərbaycandakı qanunsuz silahlı birləşmələrin ləğvi və pasport rejimin yoxlanılması həyata keçirilsin, ancaq bu günədək o əmr icra edilmir. Göstəriş verin icra olunsun. Dərhal götürüb Yanayevə zəng elədi ki, Ayaz Niyaziç düşür yanınıza, onunla məsləhətləşin və sabah plenumdan sonra yanıma gəlin. Yanayevin yanına düşdüm ki, onun kabinetində Yazov, DTK sədri Kryuçkovun müavini Aqeyev və  daxili işlər naziri Puqo oturub. Yanayev soruşdu ki, bizdən konkret nə tələb olunur? Yazov başladı ki, bu ermənilər hamını boğaza yığıb, onlardan qurtarmaq lazımdır. Hamısı razılaşdı ki, bunlarla qurtarmaq lazımdır. Səhərisi gün plenumdan sonra Qorbaçovun yanına getdik və ümumi razılığa gəldiyimizi dedik. Qayıtdı ki, indi nəyisə imzalamalıyamsa gətirin. Dedim ki, artıq çoxdan imzalamısınız, əlavə heç nə imzalamaq lazım deyil. Sadəcə hərbçilərə göstəriş verməyiniz kifayətdir. Onlar nə etməli olduğunu gözəl bilirlər. Beləliklə, əməliyyat başladı və gözəl nəticələr verdi. O zaman mən sübut elədim ki, Moskvayla işləmək lazımdır və bu yolla erməniləri təmizləmək olar.

-92-ci ildə isə Moskva ilə işləməyə imkan verilmədi...


"Yeltsinin əliylə çox şey edəcəkdim və Xocalı qırğını da olmayacaqdı..."


-Bəlkə də bunu kimsə qəbul etməyəcək. Ancaq Qorbaçov vəzifəsində bir müddət də qalsaydı biz generalitetlə də yaxşı əlaqələr qurmuşduq, Qarabağ məsələsini Çaykənd əməliyyatında olduğu kimi qan tökülmədən məhz Moskvanın əliylə həll etməliydik. Hərbi rəhbərlik də bununla bağlı mənə söz vermişdi. Həmin dövrdə ermənilər dəhşətə gəlmişdi. Onlar qəbul edə bilmirdilər ki, bir azərbaycanlı prezident gedib SSRİ rəhbərliyi ilə dil tapıb ermənilərin məsələsini həll edir. Mənə də məxfi yolla məlumat gəldi ki, həmin əməliyyatdan bərk təşvişə düşən erməni lobbisi, alim və ziyalıları oturub plan cızıblar ki, referendum məsələsində səhv yol tutublar və Kremlin etimadını qazanmaq lazımdır. Bundan sonra başladılar özlərinə xas üsullarla Moskvaya xoş gələn addımlar atmağa. O vaxt millətçi Zori Balayan da bir ifadə işlətmişdi ki, bu şahmat partiyasında Mütəllibov Petrosyanı təmiz qələbə ilə məğlub etdi. Ter-Petrosyan da Moskvada bir tədbirdə mənə dedi ki, bunu sənə bağışlamayacam, mən də qayıtdım ki, Ermənistandan 300 min azərbaycanlını qovduğunuzu kimsə sizə bağışlayacaqmı? Sonra avqust hadisələrini

"İlhüseyn Hüseynov mənə bir kağız göstərmişdi ki..."

törətdilər və QKÇP-dən sonra Qorbaçov vəzifəsini itirdi və ermənipərəst Yeltsin və erməni ətrafı peyda oldu. Burbulis, Staravoytova və başqaları onun başını yedilər və Azərbaycana qarşı köklədilər. Beləliklə ermənilər revanş aldılar. Mənə açıq şəkildə deyirdilər ki, Yeltsin hakimiyyətini qane etmirsən. Amma mən bir sıra gedişlər edərək bu nifrəti yumşaltmağa və qismən də olsa Yeltsini özümə yaxınlaşdırmağa nail oldum. Hətta onun vasitəsilə çox şey edəcəkdim və Xocalı soyqırımı da olmayacaqdı. Yalnız bir məsələdə biz bir ucuz, anlamayaraqdan və ya bilərəkdən səhvə yol verməsəydik. Adlar çəkməyəcəm, həmin vaxtda da Xalq Cəbhəsinin bəzi rəhbərləri də Burbulislə, Staravoytova ilə məsələhətləşirdilər. Hətta onlar Yeltsinin mitinqlərində və Yeltsinə dəstək verənlər də vardı. Bu vaxta qədər bunu heç yerdə deməmişəm, heç dərinə də getmək istəmirəm, yeri deyil. Ancaq əlimdə təkzibedilməz sübutlar vardı o vaxt.  MDB yaradıldı və 3 slavyan respublikası onun yaranmasıı elan etdilər. Bizim də məsələmiz 91-ci ildə 21 dekabrda Qazaxıstanda həll olunmalıydı. Yəni MDB-yə digər respublikaların qəbulu nəzərdə tutulurdu. Ayın 20-ə qədər mən dəvətnamə almadım. Nazarbayevə zəng edib etirazımı bildirdim. Açıq dedi ki, sən bu məsələni Yeltsinlə danış, mənlik deyil. O saat anladım ki, ortada bir kələk və erməni barmağı var. Dərhal Ukrayna prezidenti Kravçuka zəng elədim ki, mən indicə Nazarbayevlə danışmışam, məni dəvət etmədi və belə bir cavab verdi. Kravçukdan xahiş elədim ki, burda bir əmma var və sən slavyan üçlüyünün tərkibindəsən, hesab elə ki, mən bunu səninlə razılaşdırmışam, mən də gələcəyəm ora. Razılaşdıq və biz gecəylə Qazaxıstana uçduq və saat 12-də çatdıq ora. Mən onda təkcə Sabir Hacıyevi götürmüşdüm, onda o mənim məsləhətçim idi. Dedim Sabir, get bax gör orda nə məsələdir və nə danışırlar. Qayıtdı ki, MDB-yə yeni üzvlərin siyahısını müzakirə edirlər, ancaq Azərbaycanın adı yoxdur. Dedi ki, sabah saat 9.30-da məsləhət-məşvərət iclası, 10-da isə əsas iclas olacaq. Mən səhər tezdən durub özümü iclasa çatdırdım. Hamı mənə təəccüblə baxırdı, çünki heç kim gözləmirdi. Keçib Kravçukun yanında oturdum. Qulağına dedim ki, indi çıxış edəcəm, sən məni dəstəklə. Məni görən Yeltsin üzünü Belarusun rəhbəri Şuşkeviçə tutdu ki, Azərbaycanın prezidenti burdadır, xahiş edirəm bizim qərarımızı ona çatdırın. Şuşkeviç də qayıtdı ki, Ayaz müəllim, sizdə milli münaqişə var və demək olar ki, vətəndaş müharibəsi gedir, hələ sovet dövründən başlayan bu xoşagəlməz hadisəni biz MDB-yə daşımamaqla bağlı qərara gəlmişik. Biz istəmirik ki, SSRİ tarixinin belə qaranlıq səhifəsini MDB-də tez-tez xatırlasınlar. Təsəvvür edin ki, mən necə əsəbləşdim. Durub dedim Boris Nikolayeviç, Şüşkeviç deyənlərlə siz də razısınız? Qayıtdı ki, onun dedikləri həqiqətdir və əlavə ediləsi sözüm yoxdur. Dedim siz anti-Azərbaycan hərbi ittifaq qurmağı planlaşdırmısınız demək? Mən bunu sizə xəbərdar etməyi özümə borc bilirəm ki, bu iclasdan çıxan kimi bütün dünyanın gözü qarşısında  mətbuat konfransı keçirərək burda nə baş verdiyini deyəcəm. Siz hansı haqla sovet dönəmindən baş qaldırmış bir hadisəyə görə bizi ittiham edirsiniz? Burda oturanlardan Şuşkeviç istisna olmaqla hamınız o vaxt SSRi Sov İKP-da yüksək post tuturdunuz və Azərbaycanda baş verənlərə görə də bilavasitə cavabdeh idiniz. İndi hansı məntiqlə durub deyirsiniz ki, bu bizim problemdir? Əksinə, bu elə sizin problemdir. İnasani baxımdan da bir suala cavab istəyirəm, Azərbaycan sizə nə pislik edib? O bütün təbii sərvətlərini səxavətlə SSRİ xalqalarına bölüb. Təkcə Azərbaycan neftinə görə SSRİ müharibəni udub. Amma indi onu kənara itələyirsiniz? Guya bilmirsi iz ki, Azərbaycanın ərazisində müharibəni elə yanınızda oturan Ter-Petrosyan aparır? İndi belə çıxır ki, o MDB-nin tərkibində olmalıdır, biz yox? Kravçuk dözməyib qalxdı ki, Boris Nikolayeviç, axı o doğru deyir. Belə olmaz axı. Yeltsin söz tapmadı və Şuşkeviçə sarı dönüb dedi ki, Azərbaycanın da adın yaz. Rahat nəfəs aldım. Bilirdim ki, burda nə oyun gedir və əsas məqəsəd də nədir, Azərbaycanı da hansı faciələr gözləyə bilər. 10-a 5 dəqiqə qalmış iclasdan çıxdıq. İclas başa çatdı və biz böyük zala çıxdıq, burda saysız hesabsız jurnalistlər gözləyirdi. Görürəm Yeltsin deyir ki, bura baxın, mənə kimsə desin görüm Ayaz Mütəllibovu bura kim dəvət etmişdi? Kravçuk şəstlə qayıtdı ki, mən çağırmışam, mənimlə razılaşdırıb bu gəlişi. İndi sizdən soruşuram, bu basabasda o sualı Yeltsinin qulağına kim pıçıldamışdı? Bəli, mənə çatdırdılar ki, dövlət katibi Burbulis çox pərt olduğundan deyib bunu. Mən bilirdim ki, Moskvada Yeltsinin ətrafı Azərbaycanı təkləmək üçün nə oyunlardan çıxırlar. O ərəfədə Milli təhlükəsizlik naziri İlhüseyn Hüseynov mənə bir kağız göstərmişdi ki, Moskvada bəzi dairəılərdə məxfi xısınlaşma gedir ki, əvvəl Azərbaycanı təkləmək və sonradan regionlara parçalayaraq qonşu dövlətlər arasında bölmək planı var. Şimalı Ruisyaya, Qərbi Ermənistana birləşdirmək niyyəti güdülür. 

"Azərbaycanı bir tort kimi öz aralarında bölmək istəyirdilər..."

-Bəli, bəli. Ona görə də qorxduğum bu idi ki, bizi təkləyib kənarda saxlayacaqlar. Amma bizim cəbhəçi bəylər məni o vaxt topa tuturdular ki, ay aman, qoymayın, Ayaz Mütəllibov gedib müstəqilliyi satdı, nə bilim nə. Bu zavallılar unudurdu ki, onlar Azərbaycanın müstəqilliyini mən qədər istəyə bilməzlər. O zaman mənim içim yanırdı. Axı onlar prosesin içində deyildilər və Azərbaycanı hansı dəhşətli fəlakət gözlədiyini görmürdülər. Bunları ancaq bir şey maraqlandırırıdı, ancaq mənim istefam. Ancaq onlar bilmirdilər ki, erməni lobbisi məhz Yeltsinin əliylə bizi MDB-yə buraxmamaqla ardından BMT-yə üzvlüyümüzü əngəlləməyi qarşılarına məqsəd qoyublar. Bədnam plan belə idi ki, bizim ərazi bötüvlüyümüzlə və beynəlxalq sərhədlərimizlə BMT-yə üzvlüyümüz bir neçə ay yubansın və bu arada onlar Azərbaycanı ümumiyyətlə işğal etsinlər. Bu gün bunu demək asandı, ancaq hamı bilməlidir ki, mənim o gedişim olmasaydı və erməni planını pozmasaydım BMT-yə indiki sərhədlərimiz daxilində daxil olmağımız baş tutmayacaqdı.  Ancaq mən millətim və tarix qarşısında çox rahatam, çünki bunu etməyi bacardım. Nə isə, MDB-nin Minskdə dekabrın sonlarında olan üçüncü iclasında  mən rəsmi məsələ qaldırdım ki, SSRİ Müdafiə Nazirliyinin tərkibində olan və indi də Rusiyanın nəzarətindəki 4-cü ordunun və Xəzər Hərbi Donanmasının əmlakının müəyyən qismini bizə verməlisiniz. Nazirlər Kabinetinin birinci müavini Boris Qromova və hərbi donanmanın komandanı Çernyavinə  tapşırıq verildi. Onların ikisi də 92-ci ilin fevralın əvvəlində Bakıya gəldilər. Mən bu qədər məni haqsız yerə ittiham etmələrinə baxmayaraq cəbhənin liderlərindən də dəvət elədim. Konkret kimlərin olduğunu unutmuşam, ancaq Rəhim Qazıyev ordaydı. Oturub bir komissiya tərtib elədik və inventarizasiyaya başladıq. Mənə bu işləri sona çatdırmağa cəbhəçilər öz avantürist qərarlarıyla imkan vermədilər. Ancaq məhz həmin silahlarla 92-ci ilin yay aylarında Rəhim Qazıyevin rəhbərliyi altında Qarabağda uğurlu əməliyyat keçirildi. Hansı ki, onu dişimzlə-dırnağımızla biz almaq üçün çalışıb Ruisiya generalitetini razı sala bilmişdik.

-O vaxt belə bir fikir də vardı ki, istefdan sonra cəbhəçilərin Sizi məsuliyyətə cəlb emək niyyəti də olub...   

Onlardan nə gözləmək olmazdı ki? Mətbuatda əleyhmiə deyilməyən, yazılmayan söz qalmadı. Hətta həyat yoldaşım dedi ki, mən anlaya bilmirəm, bu nə söz-söhbətdir? Belə də ədalətsizlik olarmı? Axı istefa verəndə söz verilmişdi ki, səni qondarma itihamlarla ittiham etməyi dayandıracaqlar. Deyim ki, istefadan sonra da mənə çoxsaylı müraciətlər olmuşdu ki, bu addımı atmamalıydınız, axı sizi xalq seçmişdi, niyə təzyiqlərə boyun əyib istefa verdiniz? Hətta bir çox deputatlar da mənə müraciət edirdilər ki, siz hakimiyyətə qayıtmalısınız, bu ədalətsizlikdir. Mən də Azərbaycanın bir çox rayonuna gedib yerlərdə də ab-havanı öyrəndim və gördüm ki, camaatın mənə münasibəti dəyişməyib, əksinə, AXC ”“nin oyunlarına və hakimiyyət uğrunda hər şeyi qurban vermək ehtiraslarına nifrət gördüm. Mən sizə bir mühüm məqamı da deyim. Məhz mən istefa verəndən sonra Xocalı qətliamını araşdırmaq və günahkarları müəyyənləşdirmək üçün komissiyaya yaradıldı. Mayın 14-də Ali Sovetin iclasında da komissiyanın sədri Ramiz Fətəliyev və komissiyanın katibi Əli Ömərov çıxış edib dedilər ki,bu faciədə prezidentin şəxsi günahı aşkarlanmadı. Deputatlar da yekdilliklə dedilər bir halda ki, prezidentin heç bir günahı yoxdur, o zaman onun səlahiyyətlərinin icrasına başlaması üçün məsələni səsə qoyaq. Bu zaman AXC üzvləri salonu tərk etdilər. Ancaq çoxluq yenidən prezidentliyə qayıtmağıma səs verdilər. Baxmayaraq ki, Xocalıda baş verənlərə görə vicdanım təmiz idi və heç bir səhv etmədiyimə əmin idim, eyni zamanda özümü bağışlaya bilmirdim ki, daha nələrsə etməliydim ki, bu faciə baş verməsin. Ona görə də həmin dövrdə mənim üçün çox ağır idi, heç nə ilə təskinlik tapa bilmirdim. Elə hey özümü qınayırdım ki, gərək cəbhəçilərə güzəşətə gedib Yeltsini üstümüzə qəzəbləndirməyəydim.Onu da deyim ki, Cəbhəçilər təkcə mənə deyil, bütün şəhidlərə və Azərbaycanın özünə pislik etdilər. Onlar elə haray-həşir saldılar ki, sanki Xocalıdakı qırğını ermənilər deyil, Ayaz Mütəllibov gedib törədib. Erməni lobbisi də bundan məharətlə isifadə elədi. Hərdən deyirəm ki, 2001-ci ilin 11 sentyabr hadisələrində heç Corc Buşa bu qədər irad tutan olmadı. Orda da müxalifət vardı da. Heç kim demədi ki, baş verən terrora görə prezident məsuliyyət daşıyır. Hamı başa düşürdü ki, bu bir faciədir. O qədər hakimiyyətə həvəslənmişdilər ki, gözləri heç nə görmürdü. Amma olan həm də elə onlara oldu. Üstündən illər keçdikdən sonra gəlin təhlil edək görək Xalq Cəbhəsi mənə qarşı etdiyi hərəkətlərə görə nə qazandı? Əksinə, millət içində rüsvay oldular, bir il sürməyən hakimiyyətlərini 22 ildir ittiham edirlər.

-Bir suala bu günədək cavab tapılmır ki, bir halda AXC nin təzyiqi ilə məhz qan tökülməsi və rayonlarımızın işğal olunmasını istəmədiyinizə görə istefa versəniz də üstündən 3 ay keçdikdən sonra şərtlər dəyişmədiyi halda yenidən hakimiyyətə qyıtmaq qərarına gəldiniz, özü də hazırlıqsız-filansız. Doğrudanmı siz 15 may hadisələrinin baş verməmisi üçün önləyici tədbirlər almadan Ali Sovetdən mandat almaq üçün həmin binaya gəldiniz?

-Mən istəmirdim qan tökülə. Eyni zamanda da istefamın ədalətsizlik olduğuna şübhəm yox idi. Amma heç bir silahlı hazırlıq görmək və Cəbhəçilərlə atışmaq kimi fikirlər də ağlıma gəlmirdi. Amma cəbhəçilər hər şeyə hazır idi. Bunu hətta İsa Qəmbərlə Arif Hacılı martın 6-da mənə dedi ki, artıq cəbhəçilərə də nəzarət edə bilmirik, getməsəniz bunun axırı ölkə üçün çox pis ola bilər. Dedim ki, bura baxın, məni şantaj etməyin. Elə ordaca onları qınadım ki, axı siz hakimiyyətə elə susamısızın ki, həqiqəti görmürsünüz. Demirsiniz ki, prezidentin səlahiyyətlərinin bir qismini baş nazirə verək. Buyurun sənəd hazırlayın, qısa zamanda bunu həyata keçirək, daha niyə imkan vermirsiniz işləyək.

 (Bundan sonra söhbət yenə uzanır və Yeltsini qəzəbləndirən və Xocalı sıyqırımına səbəb olan kollektiv təlükəsizlik sisteminə qoşulmaq üçün Kremlin gözlədiyi həmin o müqaviləyə imza atmağa imkan verməyən cəbhəçilərdə dayanır)    

 -Həmin sənəddə dəhşətli bir şey də yox idi. Qeyd olunurdu ki, bu qurumu müttəfiq respublikalar  yaradır və bu qurumun əsasını MDB üzvlərinin hərbi nazirləri müşavirə şəklində daxil olurlar.Bu şərtlər də o vaxt Rusiyanı tam təmin edirdi. Mən də Milli Məclisə müraciət edim ki, mənə icazə verin o sənədə qol çəkim. Amma vermədilər. Hətta iki dəfə müraciət elədim, xeyri olmadı. İkinci dəfə parlamentdə bu məsələni müzakirə edəndə Yeltsin Moskvadan zəng edib dedi ki, mən bilirəm siz indi parlamentdəsiniz, deputatlarınıza de ki, Yeltsin xahiş edir, onlar bu müqaviləyə qol çəkilməsinə icazə versinlər. Əvəzində mən Xankəndindəki 366-cı alayın “rasformirovat”olunmasına qəti göstəriş verim. Mən onunla danışıb zala qayıdıb deputatlara dedim ki, filankəs zəng vurmuşdu və filan məsələnin həllini isəyir. Amma mənə icazə vermədilər deputatlar. Mənsə qanunlara hörmət edən adam idim və o sənədə qol çəkə bilməzdim. Həm də məni mütəmadi olaraq tənqid edirdilər ki, nizami ordu yaratmıram. Axı bunları yaxşı taıyırdım. Bilirdim ki, o sənədə qol çəksəm məni vətən xaini elan edəcəkdilər. Mən Yeltsinin bu xahişinin yerə salınmasının acı nəticələri olacağını gözləyirdim, ancaq heç nə edə bilmədim. Biz “qlavkomat”dan imtina edən kimi ermənilər öz ərazilərində güclü rus hərbi bazası yaratdılar. Amma biz rus generalitetini özümüzdən küsdürdük, onların dəstəyindən özümüzü məhrum elədik, bu isə böyük bir səhv idi. Biz bu sənədi fevralın 14-də imzalamalıydıq, imina etdikdən 3 gün sonra ermənilər bütün cəbhə boyu başladılar hücuma.

-O vaxt Xocalının icra başçısı Elman Məmmədovun harayı səslənən kadrlar vardı ki, yollar bağlansa da biz dəfələrlə Bakıdan vertolyot istədik, ancaq səsimizə səs verən olmadı, ona görə də əlsiz-ayaqsızları çıxara bilmədik...

-Bizim vertolyotumuz demək olar ki, az idi və bir neçəsini də vurmuşdular deyə pilotlar uçmaqdan imtina edirdilər. Mən rəhmətlik Çingizə o vertolyotu xahiş edib general Padikeviçdən alaraq Gürcüstandan gətirtdirdim, ona dedim ki, bəs Xocalıda belə bir qırğın olub, xaricdən də çoxlu jurnalistlər gəlib o meyitləri çəkməyə. Xahiş edirəm kömək elə. O da vertolyotu göndərdi Çingizgil də gedib o dəhşətli mənzərəni çəkdi. Çingiz özü mənə zəng elədi ki, Ayaz müəllim, biz Ağdamdayıq və ora gedə bilmirik, dedim sən telefonda gözlə, bu dəqiqə danışaram. Dərhal götürüb Zaqafqaziya dairəsi komandanıyla danışıb vertolyotu aldım, həmin vertolyot da Tiflisdən uçub gəldi Ağdama, Çingizgil də getdi və özüylə də müxbirlər apardı.

-Həmin vaxt Ağdamda siz qərargah da yaratmışdınız deyəsən...

-Biz Ağdamda Nazirlər Kabinetinin nümayəndəliyin açmışdıq. Həsən Həsənovun kənd təsərrüfatı üzrə müavini Musa Məmmədovu da ora göndərmişdik.Bundan əlavə Tahir Əliyevin rəhbərliyi ilə biz orda bir koordinasiya qərargahı yaratdıq ki, silahlı qüvələrin bir-biriylə əlaqəsini təşkil esin. Çünki onda özününmüdafiə batalyonları  bir-biriylə nəinki əlaqə qurmurdular, heç yola getmirdilər çox vaxt.

-Tahir Əliyev bir müdddət öncə bizə açıqlamasında demişdi ki, heç orda oturub “bismillah” etməyə macal tapmamış o hadisələr baş verdi...

-Yox, artıq “ştab” fəaliyyətə başlamışdı, ancaq Tahir Əliyev sonradan harasa getmişdi, neynəmişdi, mən bilmirəm. Sadəcə orda bəzi nalayiq işlər də olmuşdu.

-Siz bu qətliamdan sonra Moskvaya və ya İrəvana zəng vurub öz etirazını bildirdinizmi bu nə vəhşilikdi?

-Onlara zəng vurmağın heç mənası da yox idi. Yeltsin həmin vaxt bizə qarşı hədsiz qəzəbli idi. Biz Ali Sovetin qərarıyla bir yanlışlığa yol vermişdik. Bundan qabaq da 1991-ci ilin oktaybr-noyabr aylarında Xalq Cəbhəsinin təkidli tələbiylə Milli Məclis belə bir qərar qəbul elədi ki, xarici silahlı birləşmələr Azərbaycanın ərazisindən çıxmalıdır. Ali Sovetin qərarıyla Qarabağda ermənilərlə azərbaycanlıların təmas xəttində yaxşı-pis xidmət keçən Rusiya daxili qoşunlarının əsgərləri yığışıb getdilər, nəticədə bizim kəndlərimiz və əliyalın camaatımız təpədən dırnağadək silahlanmış ermənilərlə üz-üzə qaldı.

-O zaman Ali Sovetə təsir etmək imkanınız yox idimi?

-Həmin vaxt parlament cəbhəçilərin iradəsiylə davranırdı.

-Qarabağsa yaddan çıxmışdı...

-Ağdamda Musa Məmmədovdan və Tahir Əliyevdən başqa hərbi nazirin müavinləri Dadaş Rzayev və Şahin Musayev də oturmuşdular qərargahda, silahlı birləşmələrin əməliyyatlarını koordinə etmək üçün. Bundan əlavə mən Tamerlan Qarayevi də göndərdim ora ki, sən də ağdamlısan, get orda camaatın içinə, silahlı dəstələrlə də danışın, batalyonlar arasında birlik yaradın. Deyim ki, bunlara kifayət qədər səlahiyyət də verilmişdi.

-Yaqub Məmmədovun spiker qoltuğunda oturması Sizin ideyanız idi?

-Mənə məsələhət elədilər, mən də qəbul etdim. Rəhmətlik Midhət Abbasovla Hacıyev xahiş etmişdilər, mən də onları dinlədim və razılaşdım.

-Martın 6-da Sizin istefanıza min cür don geyindirənlər də oldu. Hətta dedilər ki, hansısa dərmanın təsiri altında istefaya məcbur ediblər...

-Boş söhbətdir. Prezidentə kim nə iləsə təsir edə bilərdi?

-O zaman istefa qərarınızı əsaslandırmağı xahiş edirəm. Özünüzü günahkar bilib getdiniz, yoxsa təzyiqlər qarrşısında istefaya məcbur edildiniz?

-Mənim günahım nə ola bilərdi ki? Əlimdən gələni edirdim, bunu cəbhəşilər də bilirdi. Məsələ başqadır. Ayın 6-da mən oturub xeyli düşündüm ki, nə etməliyəm? Görürdüm ki, gözü qızmış və hakimiyyətə yiyələnmək üçün hər cür təxribata, zorakılğıa getməyə hazır olan Cəbhəçilər sakit dayanan deyillər və Xocalıdan sonra bu hadisələr digər rayonlarımızın da getməsinə səbəb ola bilər. Ona görə də cəbhəçilərin siyasi ehtirasını, avantürasını səngitmək, siyasi gərgiliyi yumşaltmaq üçün çətin olan bu qərarı verdim.

-Getməyinizin səbəbini başa düşdük, ancaq iki aydan sonra hansı dəstəyi aldınız ki, yenidən prezident kürsüsünə iddia etdiniz?

-Mən prosesləri diqqətlə izləyidim və görürdüm ki, cəbhəçilər dinc durana oxşamır və ölkəni cəhənnəmə döndərəcəklər. Ona görə də xalqın təkidli tələbi və dəstəyi ilə yenidən prezidentliyə qayıtmaq istəyirdim. Bilirsiniz, Xocalı qırğınından sonra millətdə mənə qarşı nəsə mənfi rəy vardısa da bir-bir rayonlara gedib insanlarla görüşürdüm və əlimi “Quran”a basırdım ki, bu hadisələrdə mənim heç bir günahım yoxdur.

-Əgər Cəbhəçilər mayın 14-də Sizi devirməsəydilər Şuşanı almaqla bağlı Rusiya ilə razılaşmanızın olduğunu demişdiniz.

-Bəli, razılaşma beləydi ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Sisteminə daxil olmalıydı. Mən də buna razılıq vermişdim. Ancaq Rəhim Qazıyev öz xatirələrində də yazdığı kimi mən mayın 14-də ona dedim ki, sən get Daşkəndə, MDB-nin iclasına, mən dəqiq bilmirəm gələ biləcəm, ya yox. O da telefonda mənə cavab verdi ki, bir şərtlə gedərəm ki, mən Azərbaycanın həmin sistemə daxil olmasına razı deyiləm. Dedim ki, Rəhim, bu, telefon söhbəti deyil. Buna da kimsə deyib ki, Ayaz Mütəllibov səni işdən çıxarmaq isəyir. Ayaz istəsəydi elə səni işdən çıxarardı da. Daha niyə inandığı bir adam kimi Daşkəndə göndərirdi?O da gedib Qraçovun vasitəsilə Yeltsinlə görüşmüşdü...

Oxşar xəbərlər
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub