“ABŞ səfirliyinin Gömrük Komitəsinin indiki binasına yerləşməsinin qarşısını mən aldım...” 
Oxunub: 6701
29 Jan 2022 | 18:52
“ABŞ səfirliyinin Gömrük Komitəsinin indiki binasına yerləşməsinin qarşısını mən aldım...” 
“Bu qurumu kimlərsə tənqid edəndə  elə bilirəm ki, mənim doğma övladımı tənqid edirlər...”
 
“Müstəqil dövlətimizin ilk gömrük qurumunun  yaradılmasında fəal iştirakımı özüm üçün böyük şərəf hesab edirəm...”
 
Yanvarın 30-da Azərbaycan Dövlət Gömrük Komitəsinin yaranmasının 30 illiyi qeyd olunur. Bu münasibətlə Moderator.az-da bu dəfəki həmsöhbətimiz həmin qurumun əsasının qoyulmasında fəal iştirak etmiş, hazırda politoloq kimi tanınan, ixtisasca həm də coğrafiyaçı-iqtisadçı olan, 1992-ci ildə DGK-nin ilk sədrinin ilk birinci müavini kimi çalışmış  siyasi elmlər doktoru Cümşüd Nuriyev oldu.  
 
-Cümşüd bəy, 1992-ci ilin yanvarında, müstəqil Azərbaycan dövlətinin ilk kövrək addımlarını atdığı, Qarabağda artıq hərbi əməliyyatların şiddətləndiyi, erməni işğallarının başlandığı bir vaxtda Dövlət Gömrük Komitəsinin əsası necə qoyuldu?
 
-Hələ 1991-ci ilin noyabrında o  vaxtkı dövlət başçısı Ayaz Mütəllibov məni dəvət edərək Gömrük Komitəsini formalaşdırıb onun sədri olmağı təklif  etdi.  Ancaq mən həmin sahəni yetərincə bilmədiyim üçün imtina etdim. Əslində gömrük idarəsinin rəhbəri ya iqtisadçı, ya  hüquqşünas və yaxud təhlükəsizlik əməkdaşı olmalıdır. Gömrük işini mənimsəmək, onun əsas özəyini formalaşdırmaq üçün azı, bir neçə ay  vaxt lazım idi. Ona görə də DTK-nın tanınmış əməkdaşlarından, əks-kəşfiyyat idarəsinin rəisi olmuş  polkovnik Maqsud Məmmədovun namizədliyi müzakirə olundu. Bu minvalla 1992-ci il yanvarın 30-da “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 561 saylı Fərmanı ilə Gömrük Komitəsi yaradıldı və Maqsud Məmmədov da həmin quruma ilk sədr, mən isə sədrin birinci müavini təyin olunduq... 
 
Onu da deyim ki, Maqsud Məmmədov keçmiş SSRİ-də qəbul olunan bir neçə  DTK əməkdaşından biri olmaqla eks-prezident Heydər Əliyevlə yaxın dost idi.  Komitə əsasən keçmiş Azərbaycan Respublikası Gömrük İdarəsinin bazasında formalaşmışdı. Bir neçə ay müddətində Maqsud müəllimlə birgə Gömrük Komitəsinin strukturunu təşkil etdik. O vaxt gömrük işinin təhlükəsizlik və kəşfiyyat işini də təmin etmək lazım idi. Bunda ötrü də sovet vaxtından  təhlükəsizlik xidmətlərinin xətti ilə xaricdə xidmət edən azərbaycanlıları cəlb etdik. Onlar gömrük sisteminin formalaşmasında, bu qurumun Azərbaycanın ticarət əlaqələri olan xarici ölkələrdə şəbəkəsinin yaradılmasında böyük rol oynadı. O əməkdaşlar iri xarici şirkətlərdə, onların yükgöndərən şöbələrində  yerləşdirilmişdi və narkotik, silah, qiymətli metallar və s. qaçaqmalçılığıyla bağlı məlumatlarla bizi təmin edirdilər. Bu günədək həmin məsələdən danışılmayıb və o şəxslərin adı çəkilməyib. Artıq üzərindən 30 il keçdiyinə görə ümumi şəkildə danışmaq olar. Bizim qurduğumuz bu sistem gömrük komitəsinin fəaliyyətinin ilk dövrlərində böyük əhəmiyyətə malik oldu...
 
-Komitənin ilk binası harada yerləşirdi?
 
-Gömrük Komitəsinin yerləşdiyi ilk bina Bakı limanı və Dəniz vağzalının yanında olub. O vaxt paytaxta əsas yüklər limandan və aeroportdan gəlirdi.  İlk vaxtlar Azərbaycanın cəmi 4 gömrük postu var idi;  cənubda – İranla sərhəddə Astara, Culfa, eləcə də beynəlxalq hava limanı və Bakı Dəniz limanında... 
Gömrük Komitəsinin hazırkı binasının mən 1992-ci ilin mayında AXC hakimiyyətə gələndən bir neçə gün sonra, böyük çətinliklə olsa da,  Komitəyə verilməsinə nail oldum. O vaxt ABŞ səfirliyi həmin binanın onlara verilməsi ilə iqtidarın razılığını almaq üzrə idi. Səfir Riçard Maylz dirənmişdi. Mən gecə təcili o vaxt prezident səlahiyyətlərini icra edən Ali Sovet sədri İsa Qəmbərlə görüşdüm. Ona izah etdim ki, Amerika səfirliyi şəhərin ən hündür yerlərindən birində, həm də Prezident Aparatına, Müdafiə və Təhlükəsizlik naziliklərinə, parlamentə yaxın məkanda yerləşən o binanı ələ keçirsə, bütün Bakı onların tam nəzarətində olacaq və dövlət rəhbərliyinin danışıqlarını belə, izləmək imkanına yiyələnəcəklər. İsa Qəmbər mənimlə razılaşdı və  binanın Gömrük Komitəsinə verilməsinə rəsmi qərar verildi.  O zaman həmin binada Prezidentin Nəzarət İnspeksiyası yerləşirdi.  O qurum binadan çıxarıldı və biz əməkdaşlarımızla birgə gecə səhərədək orada oturub heç bir kənar şəxsi içəri buraxmadıq...
 
-Bəs Şimalda, yəni Rusiya ilə sərhəddə gömrük məntəqəsi nə vaxt yaradıldı?
 
-Şimalda, Yalama və Samurdakı ilk gömrük məntəqələri 1992-ci ilin iyununda, bilavasitə mənim rəhbərliyimlə yaradıldı. Bundan əlavə, yenə də İranla sərhəddə Xudafərin, Naxçıvanda Türkiyə ilə sərhəddə Sədərək və Gürcüstanla sərhəddə Sınıq körpü postlarını açdıq.  Onu deyim ki, o vaxt Türkiyə ilə gediş-gəliş hələ çox aşağı səviyyədə idi... 
 
- Gömrük postlarının yaradılarkən hansısa ölkə problem yaratmadı ki?
 
-O zaman şimal sərhədimizdə ilk gömrük postlarımız yaradılarkən yalnız Rusiya problem yaratdı. Moskva etiraz etdi ki, bizimlə sərhəd olmamalıdır, gömrük olmamalıdır. Lakin buna rəğmən biz bu ölkə ilə sərhəddə gömrük məntəqələrini yaratdıq. Məhz bundan sonra mənim üçün problemlər yaradılmağa başlandı. Həmin postları yaratdığıma görə Moskvanın təzyiqi ilə bir neçə ay sonra işdən azad edildim... 
 
Buna rəğmən komitə sədrinin 1-ci müavini işlədiyim cəmi 8 ay müddətində xeyli iş gördük. Əvvəla, dediyim kimi, komitənin strukturunu formalaşdırdıq, gömrük məntəqələrini yaratdıq.  Bundan əlavə, 1992-ci ilin avqustunda Təbrizdə ilk dəfə Azərbaycan mallarının sərgisini təşkil etdik. Hökumət nümayəndə heyətinin sədri mən idim. İranla xeyli danışıqlardan sonra razılıq aldıq. Nümayəndə heyətinə o zaman Azərbaycan rəhbərliyində təmsil olunan Kamran Hüseynov, Həsən Seyidov, Fikrət Sadıqov kimi   tanınmış və peşəkar hökumət xadimləri daxil idi...
 
-Sizdən başqa ilk Komitə sədrinin digər müavinləri kimlər idi?
 
-Komitədə digər müavinlər Daxili İşlər nazirinin keçmiş müavini Telman Əliyev və sonradan Naxçıvanın MTN rəhbəri olmuş polkovnik Hüseyn Hüseynov və keçmiş DTK polkovniki  Azər Abdullayev oldu.  İlk vaxtlar komitədə və yerlərdəki məntəqələrdə təxminən 110 əməkdaş çalışırdı. Onu da deyim ki, Gömrük Komitəsinin gənc əməkdaşlarının hazırlanmasında  qardaş Türkiyənin böyük rolu oldu...
 
Xalq Cəbhəsi hakimiyyətə gələndən az sonra 1992-ci ilin iyununda Maqsud Məmmədovu vəzifəsindən azad etdi və onun yerinə Xocalı soyqırımı zamanı cəmi iki nəfərin qətlə yetirilməsi haqda məlumat vermiş keçmiş Daxili İşlər naziri Tofiq Kərimov təyin edildi. Onun gömrük işindən, ümumiyyətlə, xəbəri yox idi. Səhv etmirəmsə, 1992-ci ilin sentyabrında T.Kərimov da azad olundu və Gömrük Komitəsi sədri vəzifəsinə İbrahim Vəliyev təyin edildi. 1993-cü ilin yayında isə Tahir Əliyev bu vəzifəyə təyin olundu... 
 
Heydər Əliyev hakimiyyətə gəldikdən və İlham Əliyev onu əvəzlədikdən bəri keçən müddət ərzində isə Gömrük Komitəsinin əldə etdiyi uğurlar hamıya məlumdur...
 
-Cümşüd bəy, axı bir çox  rəsmi mənbələrdə Gömrük Komitəsinin yaradılıb formalaşmasında ilk sədrin və sizin xidmətləriniz qeyd ounmur? 
 
-Əlbəttə, bu, doğru deyil. Mən “Gömrük tarixi” adlı dərslik kitabı yazmışam və orada 1991-ci il müstəqilliyimizin bərpasından sonra ilk sədrlərin kimlərin olduğunu göstərmişəm. Tarixi faktları gizlətmək olmaz.  Bu faktdır ki, Gömrük Komitəsi 1992-ci il yanvarın 30-da Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun fərmanıyla yaradılıb. Hamıda bilir ki, Gömrük Komitəsinin əsasının qoyulmasının əksər işlərini mən görmüşəm. Parlamentdə Gömrük tarifi haqqında ilk qanunun qəbul edilməsində,  Gömrük Məcəlləsinin ilkin variantının hazırlanmasında da fəal iştirak etmişəm.  Gömrük işinin tədrisi ilə bağlı 5 dərslik("Gömrük ekspertizası", "Gömrük hüququ", "Ekologiya hüququ", "Gömrük rəsmiləşdirilməsi", "Gömrük işinin təşkili və idarə edilməsi") və 3 dərs vəsaiti (“Gömrük statistikası", "Azərbaycanın Gömrük tarixi", "Gömrük etikası”) yazmışam... 
 
Kimlər bunları qəbul etmirsə,  canları sağ olsun. Ola bilər ki, kiminsə bir şəxs olaraq məndən xoşu gəlməsin. Fəqət, dediklərim faktdır və onları danmaq mümkün deyil...
 
Amma bütün bunlara rəğmən mən özüm üçün böyük şərəf hesab edirəm ki, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra dövlətimizin ilk gömrük qurumunun sıfırdan yaradılmasında, onun əmlak və hüquqi bazasının formalaşmasında, bu sahədə beynəlxalq əlaqələr qurulmasında,  gömrük işinin gənc mütəxəssislərə öyrədilməsində  və s. aparıcı və fəal rol oynamışam. Kimlərin bunları qəbul edib-etməməyi məni o qədər də maraqlandırmır. Çünki mən bu işləri kimlərəsə xoş gəlsin deyə etməmişəm, Azərbaycan xalqı, Azərbaycan dövləti üçün etmişəm... Və hər şeyə rəğmən qəzetiniz və saytınız vasitəsilə bütün Gömrük Komitəsi rəhbərliyini və əməkdaşlarını 30 illik yubiley münasibətilə təbrik edir, onlara dövlətimizin gömrük sisteminin daha da möhkəmləndirilməsi və şəffaflandırılması işlərində uğurlar arzulayıram... 
 
Bilirsiz, bu qurum mənim üçün çox doğmadır, sanki bir övladımdır. Çünki dediyim kimi, onun yaradılmasında əlimdən gələni etmişəm. Odur ki, kimlərsə səhv, ya düz Gömrük Komitəsini tənqid edəndə sanki mənim doğma övladımı tənqid edir. Mən bunu çox ağır qəbul edirəm. Bir növ bunda özümü də günahkar sayıram ki, deməli, o vaxt bu qurumun bünövrəsini qoyanda biz nələrdəsə səhvlərə yol vermişik... 
 
Sonda sizə, saytınızın rəhbərliyinə belə bir əlamətdar tarix münasibətilə bizləri yad etdiyiniz üçün dərin təşəkkür və minnətdarlığımı bildirirəm...
 
-Biz də maraqlı söhbət üçün sizə təşəkkür edirik.
 
Sultan Laçın 
 
 
  
 
Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."