Oğlunun köynəyi ilə dəfn olunan ata, şəhid olduğu gün qızı olan sevgili... - FOTO
Oxunub: 935
28 Jan 2022 | 22:52
Oğlunun köynəyi ilə dəfn olunan ata, şəhid olduğu gün qızı olan sevgili... - FOTO
Kulis.az-ın 1993-cü il Cəbrayılın işğalından doqquz gün əvvəl şəhid olan Fətullayev Nurəddin Məhəmmədəli oğlu haqqında hazırladığı reportajı təqdim edirik:
 
Bugünkü səfərimiz olduqca ağır və hüznlü idi. Bu dəfə Cəbrayıla şəhid Fətullayev Nurəddin Məhəmmədəli oğlunun məzarını ziyarət etmək üçün yollanırdıq.
 
Nurəddinin anası Göhər xanımla, bacısı Aytən və qardaşı Niyaməddinlə birlikdə...
 
Nurəddin 1971-ci il iyunun 30-da Cəbrayıl rayonunda anadan olub, Birinci Qarabağ müharibəsi başlanan kimi cəbhəyə yollanıb. Sur döyüşlərində şəhid olan Nurəddinin nəşi anasının israrı ilə Cəbrayıl rayon məzarlığında dəfn edilib. Rayon mərkəzi ermənilər tərəfindən davamlı atəşə tutulduğundan Nurəddin gecə saat on ikidə dəfn edilib. Göhər xala deyir ki, qohum-əqrəba nə illah elədisə, Nurəddini kəndlərin birində dəfn edək, qoymadım. Dedim, lampa işığında da olsa, onu dədə-baba qəbiristanlığında basdıracağıq.
 
 
15 avqust 1993-cü ildə, maşın faralarının zəif işığı altında Nurəddin dəfn olunur.
 
Yolboyu Aytən qardaşı haqqında danışır, anasının yadında qalmayanları da xatırlayıb bizə nəql edirdi. Qardaşının torpağını, məzarını görməyə getdiyi üçün sevindiyi qədər, həm də doqquz il əvvəl dünyasını dəyişən atasının bu günü görə bilmədiyi üçün məyus olurdu:
 
“Atam bu günü görmədi. O, dünyasını dəyişəndə, evdə onun yanında bircə mən idim. Qardaşım həkim ardınca, anam da aptekə getmişdi. Atam yarıaçıq gözlərlə mənə baxırdı. Hiss edirdim ki, nəsə istəyir, amma deyə bilmir. Sonra o, baxışlarını məndən yayındırıb Nurunun divara vurulan şəklinə baxdı. Onda anladım ki, o, Nuru ilə vidalaşmaq istəyir. Divardakı şəkli açıb onun sinəsinə qoydum. Əllərini çarpazladı, şəkli qucaqladı. Gördüm atamın gözlərindən iki damla yaş axıb boynuna düşdü. Elə şəkli papamın sinəsinin üstünə qoyandan sonra canını tapşırdı”.
 
Bu cür iztiraba məruz qalan atanın bəlkə son vəsiyyəti olub deyə maraqlanıram.
 
- Evimizdə atama hamıdan yaxın mən olmuşam. O, məni özünə həm oğul, həm qız bilirdi. Mən də onu çox istəmişəm. Bəlkə də bu simsarlıqdan irəli gəlirdi, ya bilirdi ki, mən inadkar adamam, nə olur-olsun onun dediyini edəcəm.
 
Nurudan bizə onun iki köynəyi qalmışdı. Biz onu Cəbrayıldan düz Bakıya qədər neçə mənzil dəyişə-dəyişə gətirdik. Ölümündən bir neçə gün əvvəl atam məni yanına çağırıb yavaşca, pıçıltıyla dedi:
 
“Tapşırarsan, molla kəfəndən əvvəl mənə o, köynəyi geyindirsin. O dünyaya, balamın köynəyində getmək istəyirəm. Bunu etməsən, o dünyaya yanıma üzüqara gələrsən”.
 
Gözündə yaş, sinəsində oğlunun şəkli, ürəyində də onun dərdi ilə dünyadan köçən Məhəmmədəli kişinin vəsiyyətini molla yerinə yetirir. Məhəmmədəli kişi bu dünyadan iyirmi yaşlı oğlunun köynəyi ilə köçür.
 
 
Məsafə azaldıqca, Cəbrayıla yaxınlaşdıqca, bayaqdan deyə-gülə gələn hər kəs susqunlaşır. Şükürbəyli kəndini ötüb keçirik. Aytənin pəncərədən kənd ətrafına baxan baxışlarından damla-damla yaş süzülməyə başlayır. Göhər ana kələ-kötür, işləməkdən qabar olmuş əlləri ilə üzünü tutub için-için ağlamağa başlayır. Niyaməddin susur. Pəncərənin şüşəsini endirib səssizcə siqaret çəkir.
 
Aytəni fikirdən telefonuna gələn mesaj ayırır. Mesajı oxuyur, sonra mənə göstərir. Ekrandan gözəl, ağsifət, qadın şəkli boylanır. Yanağında iki damla yaş parıldayır. Şəklin altında gözüm bu sözləri tutur. “Sağ-salamat gedin. Ona deyiləcək o qədər sözüm var ki...”
 
Qəribə taleli, ömrü yarımçıq, yaraşıqlı Nurəddin orta məktəbdə oxuyanda sinif yoldaşı ilə biri-birilərini sevirlər. Nurəddin məktəbi bitirib Gəncəyə təhsilini davam etdirmək üçün gələndə ailəsi onun sevdiyi qızı başqasına verir. Dillərə dastan olan sevgi bu xəyanətdən qırılır, yarımçıq qalır. Sonralar Nurəddin Gəncədə məhsəti türkü olan bir başqa qızla tanış olur, ona bağlanır. Amma nə o Elnurəni unudur, nə də Elnurə onu...
 
Aytən qardaşının sevdiyi qızla bir az mesajlaşandan sonra danışır:
 
- Nurəddin şəhid olan gün Elnurənin bir qızı olur. Bu xəbəri heç kim ona verməyə cürət etmir, Elnurə Nurunun ölümünü bir həftədən sonra bilir. Əli heç yerə çatmır. Qızına mənim adımı qoyur. Sonralar mənə deyirdi ki, hər dəfə qızıma Aytən deyəndə elə bilirəm, Nurunu çağırıram.
 
 
Sonra Elnurə ilə əlaqə qururuq. Göz yaşları içərisində keçmişini, yeniyetməlik, gənclik illərini və nəhayət Nurəddini xatırlayır:
 
“Mən çox tez ailə qurdum. Ana olana qədər Nurəddinin şəhid olma xəbərini bilmədim. Yəni haradasa üç il məlumatsız qaldım. Ailəmdə qısqanclıq olduğundan mən də Nurəddin haqqında çox maraqlana bilmirdim. Amma arada imkan tapan kimi bacılarımdan, anamda soruşurdum ki, Nurəddin hanı, niyə ondan bir xəbər yoxdur? Həmişə hiss edirdim ki, məni yayındırırlar, gah deyirlər yəqin Gəncədədir, gah da müharibədə olduğunu söyləyirdilər.
 
Bir gün anam mənə dedi ki, sənə bir deyim. Sən bunu onsuz da nə vaxtsa, kimdənsə eşidəcəksən. Ondansa, elə məndən eşit. Biz rayondan çıxan günü Nurəddin şəhid oldu. Biz onu rayonda dəfn edib gəldik. Bu xəbər mənə çox pis təsir etdi. Sonralar mən xarici ölkəyə köçdüm, orada yaşadım. Ordan-burdan ölümünün təfərrüatlarını öyrəndim. İnan ki, onun ölümü mənə çox pis təsir elədi. Bu günə qədər də nə mən onun özünü, nə də şəhid olma xəbərinin məndə yaratdığı əhvalı unuda bilmirəm”.
 
Öz-özümə düşünürəm. 28 il və həyatda olmayan bir insanı sevmək, onu unutmamaq, ondan qopmamaq, onun qəbrini görməyi arzulamaq görəsən necə olur?
 
Təxminən beş dəqiqədən sonra Niyaməddinin işarəsi ilə məzarlığın yaxınlığında maşınlardan düşürük. Niyaməddin hamıdan irəli düşür. Diqqətlə ona baxıram, bəlkə haranısa axtardı, qəbirlərin arasını gəzdi deyə. Ancaq o, dayanmadan gedir, bir qəbrin yanında ayaq saxlayıb dayanır. Tərpənmir. Aytənin hönkürtüsünə diksinirəm. Həyəcanlı olduğunu görürəm. Yadıma Orxan Məmmədlinin “Samirə xanım, gediş icazəsi təsdiqləndi, ailə getməyə hazırdırmı?” sualı düşür. Əslində həmin vaxt Aytənə hazırsanmı sualını verə bilməzdim. Hansısa mənfi söz bizi səfərdən saxlaya bilərdi. Ona görə də onun yerinə Orxan Məmmədliyə özüm cavab verib, hazır olduqlarını demişdim. İndi həmin sözlərin məsuliyyətini düşünürəm. Aytəni saxlayıram.
 
- Dayan, belə olmaz. Bir az toxta, uzaqdan bax, hazırlaş. Onsuz da çatmışıq, indi məzarın yanına gedəcəksən. Ürəyin istədiyin qədər təmkinlə ağlayıb, sakitləşərsən.
 
Aytən sözlərimi dinləyir, sakitləşməyə çalışır. Ancaq göz yaşları dinmir. Bulaq kimi üz-gözünü isladır. Onun qoluna girirəm, yavaş-yavaş məzara tərəf aparıram. Məzara çatmağa az qalmış qolumdan çıxıb özünü 28 illik həsrətinin üstünə atır.
 
Üç ildən xeyli vaxtdır şəhid ailələri ilə görüşən, onların hər dərdini səbirlə, dözümlə dinləyib yazan biri kimi mən bu dəfə Aytənin ah-naləsinə dözə bilmirəm.
 
- Gəldim, ay Nuru, gəldim! Körpə balam, illərlə bizi gözlədin. Gələ bilmədik ay Nuru, gələ bilmədik! Atam sənin bir köynəyinlə bu dünyadan getdi ay Nuru, ay Nuru...
 
 
Ömrü boyu əziyyətdə olan, müharibənin ən qızğın vaxtlarında belə tibb bacısı işləyən, cəbhədən gətirilən əsgərlərin yaralarına məlhəm olan qazi Göhər ana 28 ildən sonra balasının məzarı başında dayanır. Oğlunu körpə uşaq kimi bayatılayıb, ağlayan ananın səsi içi mən qarışıq hamımızı ağladır:
 
Dağlar başı ala qar,
Ala çiskin, ala qar,
Sən yadıma düşəndə,
Başımda saçım ağlar
İyirmi yaşlı körpə balam laylay.
Nuru balam can laylay.
 
Aytən əllləri ilə qardaşının məzarındakı torpağı xışmalayır, üz gözünə sürtür, başını qardaşının soyuq, hənirsiz məzarına qoyur, onu səsləyir. O, ehtiyatla məzarın baş tərəfini sığallayır. Elə bil torpağı yox, qardaşının üzünü oxşayıb, ona tumar çəkir. Göhər ana kənardakı bir daşın üstünə əyləşib astadan heysiz-heysiz inildəyir, amma Aytən susmur. Elə hey dil deyib ağlayır. Niyaməddin kənara qoyduğu beli götürüb məzarın ətrafını səliqəyə salır. Aytən tərəfə yaxınlaşanda, o, məzarın ortasına komaladığı torpağın üzərinə yatır:
 
- Buna dəymə, ay Niyaməddin, bu torpağı aparıb atamın qəbrinə tökəcəm.
 
Operatorumuz Ceyhunla köməkləşib onu yerdən qaldırırıq.
 
Niyaməddin məzarı səliqəyə salır. Dəmirdən hazırlatdığı çərçivəni məzarın baş tərəfində bərkidir. Az keçmir, Nurəddinin gülümsər, yaraşıqlı çöhrəsi torpağından boylanır. Sinəsi üzərinə sərilən üç rəngli bayraq asta-asta xışıldayır.
 
 
Nurəddini, uğrunda şəhid olduğu torpağına və bayrağına tapşırıb, onun doğulub boya-başa çatdığı evlərinə doğru gedirik. Elə məzarlıqdan on dəqiqəlik məsafədə yerləşən obada düşürük. Bir vaxtlar səsli-səmirli, toylu-büsatlı olan məhəllədə indi sadəcə küləklər vıyıldayır. 28 il əvvəl həyatla dolu olan evlər indi insansız, yarı uçuq xarabalığa çevrilir.
 
Aytən qardaşı ilə birgə evlərinə çatır. Həyətdəki nar ağaclarını, Nurəddinin otağını bizə göstərir. Sonra anası ilə Nurəddinin şəklini çantasından çıxarıb deyir:
 
Bax, bu şəkil həmin otaqda çəkilib. Nurəddin bu balaca otağı özünə düzəltmişdi. İndi Nurumun otağında ağaclar, kol-kos bitib. Axırıncı dəfə xəbər göndərmişdi ki, hamamı qızdırın, gəlib yuyunub qayıdacam. İnanırsan üç dəfə hamamı qızdırdıq, amma o, gəlmədi. Sən demə onda Nuru həyatda yox imiş...
 
Qardaş-bacı evlərini dörd dolanandan sonra Aytən həyətlərindəki nar ağaclarının budaqlarından qırıb özü ilə götürür. Maşınlara minib ərazidən uzaqlaşırıq. Cəbrayıldan çıxanda hava yavaş-yavaş qaralır. Qurban təpəsi üzərində üç rəngli daşlardan hörülmüş Azərbaycan xəritəsi isə daha əzəmətli, daha nəhəng görsənir.
Oxşar xəbərlər
22:41, Bu gün
İbrahim Rəisinin qəzaya uğrayan helikopterinin tapılması üçün peyk sistemi işə salındı
22:32, Bu gün
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
22:27, Bu gün
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
GÜNLÜK
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
AYLIQ
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək