“Biri fəxri ad alıb Türkiyəyə köçür, o birinə isə bir ildə iki dəfə ad verirsiniz...”
Oxunub: 8126
12 Jan 2022 | 14:31
“Biri fəxri ad alıb Türkiyəyə köçür, o birinə isə bir ildə iki dəfə ad verirsiniz...”
“Əvvəla əlli ildir ki, səhnədəyəm, gündəmdəyəm. Bunun 35 ili müğənni kimi, 16 ili isə qarmon ifaçısı kimi fəaliyyətimdir. 1982-ci ildən Ulu Öndər Heydər Əliyevin göstərişi ilə xarici ölkələrin böyük səhnələrində Azərbaycan musiqisini təmsil etmişəm. Ehtiyac varsa, sənədləri də təqdim edə bilərəm. Bununla yanaşı, Azərbaycan Televiziyasının “Qızıl Fondu”nda bu çəkilişlər saxlanılır. İtaliya, İspaniya, Yunanıstan, Fransa, Türkiyə, Malta, Almaniya, Hollandiya, Belçika, Amerika, Türkiyə və digər ölkələrdə Azərbaycan musiqisini Lütfiyar İmanov, hazırda Fransada konservatoriyada pianinodan dərs deyən Aida xanım, Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblı, İlhamə xanım Quliyeva, Quraman xanım Qasımova, Akif İslamzadə, Həbib Bayramov, Adil Bağırovla birlikdə təmsil etmişik. İngiltərədə də qastrolda olmuşuq. Şəxsən beş ay Adil Bağırov başda olmaqla, Almaniyadan Avropaya bizim qastrollarımız olub. Kəmalə Rəhimli, Vəliağa Tağıyev, Arif Əsədullayevlə birlikdə konsertlərimiz olub. Bəs bunlar  incəsənətimizin inkişafı, təbliği üçün bəs deyil?!”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov deyib. Müğənni Mədəniyyət Nazirliyinin onun Xalq artisti fəxri adıyla bağlı müraciətinə verdiyi cavabdan təəssüfləndiyini bildirib: 
 
“Bəlkə Mədəniyyət Nazirliyinin “İncəsənət və qeyri-maddi mədəni irs” şöbəsi bunları yaxşı bilmir, amma mənim fikirlərimə belə tələsik münasibət bildirməkdən öncə, telefon açıb bütün bunları soruşa bilərdilər. Bununla yanaşı, atam Əməkdar artist Dilşad Məmmədov 32 il filarmoniyanın solisti olub. Flora xanım Kərimova bibim qızıdır. Yəni bunları bir kənara qoyuram ona görə ki, söhbət mənim özümdən gedir. Ancaq 17 yaşından Azərbaycan Televiziyasında ansamblın tərkibində işləmişəm. O vaxt Təranə Gənclik ansamblı var idi, buna Yusif Heydərov rəhbərlik edirdi. Sonra 1978-ci il idi, Həbib Bayramov məni Əhməd Bakıxanov adına ansambla götürdü. Altı il orda işlədim və sonra “Xatirə” ansamblında həm qarmon, həm də müğənni kimi fəaliyyətə başladım. Mənim həmin ansambllarda lent yazılarım var. 
 
İlk dueti İlhamə xanım Quliyevayla oxumuşam. Daha sonra Ruhəngiz Allahverdiyeva ilə iki duetimiz olub, daha sonra Flora xanım Kərimovayla duet oxumuşam. Daha sonra isə Füruzə xanım İbadovayla duet oxumuşam və artıq iyirmi altı ildir ki, duet ifa edirik. Biz duet ifaçısı olaraq ikimiz də 2006-cı il martın 16-da Əməkdar artist fəxri adına layiq görülmüşük. Dünyada bir dənə nümunə göstərin görüm 26 il duet ortağı varmı?! Müntəzəm olaraq televiziyada çıxışlarımız, konsertlərimiz olub. “Şəfa” stadionunda, respublika sarayında, Lənkəranda stadionda konsertimiz olub, “Gülüstan” sarayında çıxışlar etmişik, fotolar da var. Dövlət tədbirlərində iştirak etmişik. Bəs bunlar bəs etmirmi?!”.
 
C.Məmmədov xidməti olmayan müğənnilərə fəxri adların verildiyini bildirib:
 
“Bu gün fəxri ad alanlar hansı xidməti ediblər?! Moskvadan o tərəfə keçməyiblər. Bəlkə səhv deyirəm? Fəxri adlar bəzi adamlara verilib, halal xoşları olsun. Burda söhbət paxıllıqdan yox, söhbət Mədəniyyət Nazirliyinin verdiyi cavabdan gedir. Söhbət özəl konsertəndən də getmir. Söhbət dövlət xəttiylə olan konsertlərdən gedir. Yaxud da otuz yaşında adama təqaüd verilir. Təqaüd pensiya deməkdir, 65 yaşından sonra adama verilir. Burda onun əmək fəaliyyəti, xidmətləri nəzərə alınır. Otuz yaşında adama təqaüd veriləndə o, gedib dövlətə, xalqa xidmət edərmi?! Burda söhbət sənət adamından gedir. İki il ərzində eyni adama Əməkdar və Xalq artisti fəxri adları verilərmi?! Hansı xidmətinə görə bu adları verirlər?! Özünüz də bilirsiniz ki, söhbət kimlərdən gedir. 
 
Mən Mədəniyyət Nazirliyinə dəfələrlə bununla bağlı teleqramalar vurmuşdum və cavablarında bildirdilər ki, bunu araşdıracağıq. Mənim haqqımda olan məlumatlar nazirlikdə var və bunun nəyini araşdırcaqlar ki? Bəzilərinə fəxri adlar veriblər və bəs onu necə araşdırıblar? Azərbaycan musiqisində Mir Yusifin xidməti çox olub, yoxsa Cavanşir Məmmədovun?! Yaxud da digərləri olsun. Birinə fəxri ad verirlər köçüb Türkiyədə yaşayır. O birinə də bir ildə iki dəfə ad verirlər. 
 
Amma məni İngiltərədə saxlayırdılar, buna razı olmadım. Kəmalə Rəhimli, Vəliağa Tağıyev, Adil Bağırov Allah şahididir. İki nəfər İran azərbaycanlısı hava limanına qədər gəldi, amma dedim ki, mənə belə təklif etməyin. Üçotaqlı ev də, iş də verirdilər ki, onların restoranında işləyim. 16 il Əməkdar artistdən başqa, 36 il müğənni kimi xidmətlərim olub. Ümumilikdə, 50 ilə yaxındır ki, sənətini bilən, sənətşunas kimi səhnədə olmuşam. Ekspert, müəllim kimi də fəaliyyətimi göstərirəm”.
 
C.Məməmmədov bir şuşalı kimi Qarabağda keçirilən tədbirlərdən də kənarda qaldığını deyib: 
 
“Mən həm də Şuşalıyam. Atam Şuşadan, anam isə Naxçıvandandır. Yəni Qarabağdan olan əlli yaşlı sənətkarlar çox deyil, dörd-beş nəfərik. Məsələn, Tacir Şahmalıoğludur, Mənsum İbrahimovdur, mənəm və sair. Axı yaşım altmış beşdən keçib. İyirmi birinci əsrin mədəniyyət tarixini yazanda kimlərin adını çəkəcəklər?! Qarabağda tədbir olur, amma məni dəvət etmirlər. Bəs bilmirlər ki, mən qarabağlıyam?! Bizim mədəniyyət nazirimiz Anar Kərimov çox yaxşı, diqqətli adamdır. O, bir dəfə təzə nazir təyin olunanda çıxışlarının birində dedi ki, bəzi adamlar fanaqrama oxuyur, amma fəxri adlar alıb. Onları təzədən attestasiya etmək lazımdır. Bu çox gözəl təklif idi və rezonansa səbəb oldu. Mən də tərəfdarıyam ki, o müğənniləri çağırsınlar görək beş dənə canlı mahnı ifa edə bilirmi?! Kim ki, xalq, bəstəkar mahnısı, muğam oxuya bilmir, adını qoyur ki, mən estrada müğənnisiyəm. Demək estrada müğənnisi canlı yox, ancaq fanaqrama oxuya bilər? Heç dəxli varmı?
 
Fəxrəddin Manafov da şuşalıdır, amma “Xarıbülbül” festivalına dəvət almamışdı. Zöhrə Abdullayeva da şuşalıdır və onda sağ idi. Xuraman Şuşalı da, Firəngiz Mütəllimova da şuşalıdır. Mənim də atam şuşalıdır, bizim orda da evimiz var, Qəssab Abışın bazarın içində dükanı var. O, həm Flora xanımın, həm də mənim babam olub. Şuşa türməsinin yanından Bülbülün evindən bir az o tərəfdə evimiz var. Bizim evdən Şuşa türməsi görünür. Mən həmişə o vaxtlar Şuşaya getmişəm. Əslində birinci növbədə Şuşadan olan sənət adamları “Xarıbülbül” festivalında olmalıydı. Yəni ola bilsin ki, bunlar bizləri tanımırlar, nazirlikdə işçilər dəyişib. Amma gecə-gündüz efirlərdəyik, bizi tanımağa nə var ki. Bu otuz ildə televiziyada yüz dəfə demişəm ki, atam şuşalı, anam naxçıvanlıdır. 
 
Allah Ali Baş Komandanımızı qorusun, Ordumuz sağ olsun, şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirik ki, onlar başımızı aşağı etmədilər. Başımızı uca tuta bilirik. Biz də istəyirik ki, gedək öz torpağımızı görək. Mən də gedib babamın qəbrini ziyarət etmək istəyirəm. Mən Əməkdar artistəm, nazirlikdə haqqımda məlumatlar var, onların balansındayam. Əvvəl açıqlama verəndə zarafatla dedim ki, bəlkə mənə Əməkdar artist fəxri adı verdikləri üçün peşman olublar. Sənətimə, əxlaqıma, davranışıma, xalq arasında nüfuzuma söz yoxdur. Dövlət tərəfindən hörmətim yerindədir. Oxuduğum mahnılar da hamısı bəstəkar, vətən və sevgi haqqında olan mahnılardır. Bundan artıq nə tələb olunur ki, biz onu etmirik?”.
 
Müğənni birinci Qarabağ savaşındakı xidmətlərindən də söz açıb: 
 
“Mənim birinci Qarabağ savaşında xidmətlərim olub. Bununla bağlı çəkilişlər də var. İki gün Füzulidə əsgərlərin yanında qalmışıq. Orda Firuzə xanım, Flora xanım, “Cavanşir” estrada qrupu olub. Kifayət qədər konsertlər vermişik. Özüm yardımlar, xeyriyyəçilik etmişəm. Əsgərlərimizə geyimdən tutmuş, ərzağa qədər aparmışıq. Əlimdən nə gəlirsə, hamısını etmişəm. Bəs mən niyə görə Əməkdar artist kimi ölməliyəm?! Bu ad verilirsə, nəzərə alınmalıdır, yox əgər verilmirsə, heç kəsə də verməsinlər. 
 
Mədəniyyət Nazirliyinin “İncəsənət və qeyri-maddi mədəni irs” şöbəsi açıqlamasında bildirir ki, fəxri adlar incəsənət xadimlərinə yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə yox, mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə görə verilir. Onda belə çıxır ki, dünən ortaya çıxan müğənniyə bunlar fəxri ad verə bilərlər? Əslində adam uzun illər xidmət edəndən sonra polkovnik olur.  Bəs uzun illər etdiyim xidmətlərim xalqımız üçün deyil ki?! Xidmətlərimə görə mənə Əməkdar artist fəxri adı vermişdiniz də və artıq aradan 17 il keçir. Bundan sonra da xidmət edirəm də, gedib dülgər işləməmişəm ki. Televiziyada çıxış etmək xidmət etmək deyil? Toya getməyin özü də xalqa xidmət etməkdir. Baxır toya hansı qiymətə getmisən. Heç vaxt xalqımı incitməmişəm. Əgər xalqıma lazım olmasaydım, sənətim onu qane etməsəydi, məni toyuna aparmazdı. 16 nəfərlə toya 3 min manata getmişəm, xalqa ziyan yox, kömək etmişəm. Əksər hallarda heç pul da almamışam. Bəs bunlar rol oynamırmı?! Məni hansı tədbirə çağırdınız, gəlmədim? Hara göndərmisiniz getmişik”.   
 
Qeyd edək ki, sətkarımızın sənət fəaliyyətini xalqımız, dövlətimiz çox yaxşı bilir. Azərbaycan musiqisinin təbliğindəki xidmətlərindən hər kəsin xəbəri var. Cavanşir Məmmədov haqqı olan xidmətinin dövlət tərəfindən qiymətləndirilməsini, nəzərə alınmasını istəyir.
 
Vasif Əlihüseyn
Oxşar xəbərlər
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO