Gəncədə 66 yaşlı kişinin 18 il sevgili yaşadığı qadına sitəmi... – Şok təfərrüat
Oxunub: 2399
06 Dec 2021 | 14:42
Gəncədə 66 yaşlı kişinin 18 il sevgili yaşadığı qadına sitəmi... – Şok təfərrüat
Gəncə şəhərində 1956-cı il təvəllüdlü Valeh qeyri-rəsmi yaşadığı Fatmanın (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
 
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Valeh 3 avqust 2020-ci ildə saat 21 radələrində əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Fatmanın yaşadığı mənzildə mübahisə edib.
 
Mübahisəyə səbəb Fatmanın onun barəsində qonşular arasında həqiqətə uyğun olmayan məlumatlar yayması olub.
 
Mübahisə zamanı Fatma mənzilin dəhlizə çıxıb uca səslə üzünü binada yaşayan qonşulara tutaraq aralarındakı söhbəti kimə danışdığını aydınlaşdırmağa yönələn çağırışlar edib. Valeh Fatmadan içəri keçməsini istəsə də, mübahisə daha da qızışıb. Fatma onun ünvanına və daha sonra onun ölmüş oğlunun məzarına söyüşlər söyüb.
 
Bundan əsbələşən Valeh Fatmanı öldürmək qərarına gəlib. O, “Ruskiy Razmer” adlı spirtli içki şüşəsi ilə Fatmanın təpə nahiyəsindən vurub. Daha sonra mətbəxdən götürdüyü bıçaqla qadının qarın nahiyyəsindən bir neçə dəfə vurub. Ətrafdakı insanların hadisəyə aktiv müdaxiləsi və yaralını qısa müddət ərzində xəstəxanaya çatdırılması nəticəsində Fatmanın həyatı xilas olunub.
 
İstintaq orqanı tərəfindən Valehin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd etmə) maddəsi ilə ittiham elan edilib.
 
Cinayət işi üzrə fadə verən Valeh ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, təxminən 18 il Fatma ilə birlikdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıb: “Son vaxtlar aramızda çoxsaylı mübahisələri olurdu. Mübahisələrin səbəbi isə Fatmanın yüngül həyat tərzi keçirməsi, demək olar ki, hər gün ünvanıma nalayiq söyüşlər söyməsi olub. Avqustun 3-də evdə idim, Fatma isə qızıgilə getmişdi. Saat 21 radələrində Fatma evə qayıtdı. Ondan nəyə görə barəmdə qonşuların yanında həqiqətə uyğun olmayan sözlər danışdığını soruşdum. Aramızda mübahisə yarandı”.
 
Təqsirləndirilən şəxsin sözlərinə görə, Fatma qonşulara guya onu 3 aylıq evə buraxdığını, evdən çıxarmaq istəsə də, çıxmaq istəmədiyini deyib: "Fatma isə dəhlizə çıxıb yaxşı etdiyini, kişiyə yox, pula ehtiyacı olduğunu və pula görə kiminlə istəsə cinsi əlaqədə olacağını söylədi. Aramızda mübahisə daha da gücləndi. Fatma dəhlizdə qışqırmağa başladı. Ünvanıma və daha sonra ölmüş oğlumun məzarına söyüşlər söydü, nalayiq ifadələrlə məni evdən qovdu. Mən də oğlumun məzarına söyməsinə dözmədim. Eyvanda stolun üzərində olan “Ruski Razmer” markalı araq butulkasını və bıçağı əlimə götürdüm.
 
Fatma söyüş söyməyə davam etdiyi üçün araq butulkasını ona tərəf atdım. Həmin butulka Fatmanın başına dəydi. O, yerə yıxıldı, başı döşəməyə çırpıldı”.
 
Valehin ifadəsinə görə, daha sonra Fatmanın yanına gəlib və əlində olan bıçaqla ona bir neçə dəfə vurub: “Bıçağın dəstəyi qırılaraq otağın içərisinə düşdüyü üçün zərbə vurmağı saxladım və bıçağın tiyəsini dəhlizə tulladım. Həmin vaxt qonşuluqda yaşayan Mələk əlindəki çomaqla mənə tərəf gəldi. Evdən çıxdım və üzü Kəpəz rayon Polis İdarəsi istiqamətində getdim. Polis idarəsinə girdim, Fatmanı bıçaqla vurduğumu könüllü olaraq etiraf etdim və təslim oldum”.
 
Valeh ifadəsinə göstərib ki, Fatmanı vurmaqda məqsədi onu öldürmək yox, mərhum oğlunun ünvanına nalayiq formada söyüşlər söyməsinə görə ona xəsarət yetirmək olub: “Bıçaqla Fatmanın üzərinə getdim, onun ayaq nahiyəsinə zərbələr vurmaq istədim. Fatma ayaqları ilə müqavimət göstərdiyindən bıçaq onun qarın nahiyəsinə bıçaq dəydi. Törətdiyim əmələ görə peşmanam”.
 
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Fatmanın sözlərinə görə, Valeh 2006-cı ildə tanıyıb: “Bundan sonra Valehlə qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışıq. Münasibətlərimiz həmişə yaxşı olub. Mənə yalanlar danışdığına görə təxminən 4 il olar ki, ayrılmışıq”.
 
Zərərçəkmiş qeyd edib ki, avqustun 3-də qızının yaşadığı “Sevinc” qəsəbəsindən öz evinə qayıdanda Valehi evdə görüb: “İçəri keçdim, Valehdən nə üçün evə gəldiyini soruşdum. Dedi ki, sən sözümu danışmısan. Mən kimə nə danışdığımı soruşdum, heç bir cavab vermədi. Evin qarşısına çıxdım, üzümü qonşulara tutaraq “mən kimə nə demişəmsə gəlsin mənim üzümə desin” deyə səsləndim.
 
Bir az uca səslə danışdığım üçün Valeh məndən içəri keçməyi tələb etdi. Lakin içəri keçmədim, dəhlizdə dayandım. Məndən sakit danışmağımı istədi. Mən isə ona nalayiq formada evdən getməyi bildirdim.
 
Nalayiq ifadədən sonra Valeh evin eyvanına keçdi, spirtli içki şüşəsini əlinə götürərək mənə tərəf gəldi, dəhlizdə dayandığım yerdə başımın sağ tərəfindən zərbə ilə vurdu. Zərbənin təsirindən yerə yıxıldım. Valeh içəri keçdi, evdən bıçağı götürərək üzərimə cumdu. Əlindəki bıçaqla mənə bir neçə dəfə zərbələr vurdu. Ayaqlarımla Valehə müqavimət göstərsəm də, zərbələrin təsirindən bir anlıq huşumu itirdim”.
 
Fatmanın ifadəsinə görə, qonşuları tərəfindən xəstəxanaya aparılıb, ona tibbi yardım göstərilib.
 
Qeyd edib ki, Valehin ölmüş oğluna qarşı təhqiramiz ifadə işlətməyib. Valehin hərəkətləri onu birbaşa öldürməyə yönəlib, bıçağın dəstəyinin qırılmayacağı və qonşuların kənardan müdaxilə etməyəcəyi təqdirdə Valeh onu öldürmüş olacaqdı.
 
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.
 
Hakim heyəti Valehin əməlini Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edib. Ona 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Oxşar xəbərlər
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB