"Aləmlərə ağıl gözü ilə baxsan, Allahın valığını görəcəksən..."
Oxunub: 1048
25 Nov 2021 | 07:04
Allahın varlığının dəlilləri...
 
"...Onların hamısı bir yerə yığışsa, bircə milçək belə yarada bilməzlər..."
 
Kainat...
 
Hər şey − zərrələr (atomlar) aləmindən ulduz sistemlərinədək, bitkilər aləmindən heyvanat aləminədək, böcəklərdən balıqlar və quşlaradək, dağlardan meşələrədək-hər şey, hər şey Onu göstərir, Onun varlığına dəlalət edir.
 
Sakini olduğumuz kainatın var olması, öz varlığını davam etdirmə keyfiyyəti bir sıra qanunlara bağlıdır. Belə ki, hər şeyin var olmasının arxasında bir və ya bir neçə qanun, nizam və intizam dayanır. Əgər biz bəri başdan inad etməsək, doğrudan da bu işin əsl mahiyyətini anlamaq üçün oturub bu qanunlar, nizamlar barədə ciddi fikirləşsək, o zaman görəcəyik ki, bu qanunlar və nizam bir növ öz dillərilə  “Bizi Allah yaratdı” deyirlər.
 
Kainata, iradə dəlili ilə, yəni, onun meydana çıxmasını bir iradənin nəticəsi olmasının mahiyyəti barədə düşünəndə, əşyanın kor-koranə axan bir sel kimi əmələ gəlmədiyini görəcəyik. Bizə aydın olacaq ki, hər hansı bir hadisədə onun mahiyyətinin bütün cəhətləri düşünülmüşdür, ölçülüb-biçilmişdir, bütün varlıqlar dünyaya onlara məxsus qanun-qayda ilə gəlir, özlərinə məxsus qanın-qayda ilə də gedirlər.
 
İradə dəlilli...
 
Kainat bir iradənin nəticəsidir. Heç nə kortəbii, öz-özünə, öz istəyinə görə olmur. Əgər bir şey vardırsa, yaxud bir hadisə baş vermişdirsə, demək onun var olmasını, əmələ gəlməsini istəyən biri vardır. Qarşımızda bir kainat vardır, bu kainatda günəş sistemi, yer kürəsi, yer üzərində canlı və cansızlar vardır. Demək, bunu var etmək istəyən və istədiyini də edən vardır.
 
Bir də unutmayaq ki, sarsılmaz qanunların məhsulu olan, heyrətamiz bir nizam və intizama tabe olan hər şey böyük bir iradənin məhsuludur. Elə bir iradənin ki, bir şeyi meydana çıxardarkən onun bütün təfərrüatını ölçüb biçmiş, ona özünəməxsus keyfiyyət və qabiliyyətlər vermişdir. Belə bir iradənin məhsulu isə kor gözlərin dərinliklərinə işıq saçır, kar qulaqlara bağıraraq deyir: “Ey inadının qulu olan miskin! Diqqətlə bax, səsimi eşit! Kainatda təsadüf, heç bir hadisə yoxdur. Hər şeyi, hər şeyin fəaliyyətini əlində tutan Allah, onlarla istədiyi kimi rəftar edir, istədiyi şəklə salır…”
 
Hüdus dəlilli...
 
Allah özünün Hüdus, yəni var olmaq, varlıq sifəti ilə kainatada hər şeyə öz möhürünü vurmuşdur. Bir şey varsa, onu var edən var. Məntiqin ən sadə məsələsinin həlli belədir.
 
Aləmlərə ağıl gözü ilə baxsan, Allahın valığını görəcəksən. Allah həyatın qaynağıdır. Kainatda həyatın var olmasının özü Allahın varlığının ən bariz sübutudur.
 
Canlıdan həyat enerjisi getdikdən sonra dünyanın bütün zavod və fabrikləri, elmlər akademiyaları, nə varsa hamısı çalışsa, onu bir daha geri qaytara bilməz. Yaxud, əksinə, eyni gücdən istifədə edərək bir dovşanın var olması üçün onu təşkil edən bütün maddələri bir yerə toplasaq belə, ona həyat verə bilmərik. Deməli, həyatın mənbəyi yalnız Allahdır, həyatı verən də, alan da Allahdır.
 
Allah bəsit gördüyümüz milçəyi nümunə göstərərək belə deyir:
 
“Ey insanlar, qulaq asın, diqqət edin. Sizə bir misal veriləcək. Onlar əşyanın var olduğunu, xilqətin bu intizamını və mükəmməlliklərini Allahdan başqa şeylərə vermək istəyirlər. Halbuki, onların hamısı bir yerə yığışsa, bircə milçək belə yarada bilməzlər”(Həcc, 75).
 
Allah yaradandır, həm də daima yaradandır. Kainatda daim yenilənmə baş verir. Hər şey dəyişir, hər şey təzələnir. Dünya bir yandan dolur, bir yandan da boşalır. Bu yenilənmə və təzələnmə prosesi Allahın həmişə yaradıcı olmasından xəbər verir. O, daim, fasiləsiz olaraq yaradır. Yaxşını da, pisi də, həyatı da, ölümü də yaradan Odur.
 
Aləmlərdə milyard dəfə milyarddan da çox varlıqlar var. Bir hüceyrə saysız-hesabsız zərrəciklərdən ibarətdir. Əgər maddə özü yaradıcı olsa, o zaman məsələn, bir almada onu təşkil edən neçə milyard zərrəcik varsa, bu milyardlarla zərrəciklərin hər biri ayrı-ayrılıqda yaradıcı olmalıdır. Yaxud da onlar öz-özlərinə yaranmalıdırlar.
 
Bunu qəbul etsək, o zaman belə bir suala cavab tapa bilməyəcəyik: əgər maddələr özləri özlərini yaradır, yaxud hər biri özbaşına yaranırsa, o zaman bu milyardlarla müstəqil, bir-birindən asılı olmayan zərrəciklər bir araya necə gəlirlər? Onlardakı rəng, iy, dad necə birləşir, toxumlar öz yerini, qabıq öz yerini, qabığı qoruyan təbəqə öz yerini necə alır? Axı bir güc, qüdrət olmalıdır ki, bu ayrı-ayrılıqda, yaxud öz-özünə yaranan zərrəcikləri bir yerə toplayıb ona səs, rəng, hərəkət versin! Yoxsa, saysız-hesabsız, öz-özünə yaranan bu maddələr hansı qanuna, hansı qüdrətə tabe olub birləşir, bir bütöv kimi var olurlar? Onlara kim həyat verir? Axı bənna daşı, suyu, qumu, sementi bir yerə toplamasa, bina necə tikilər?
 
Cavab yalnız birdir: O, Allahdır və hər şeyi O yaradır. Həm də bir dəfə yaradıb sonra hər şeyi özbaşına buraxmır. O, daim yaradır.
 
Kainatda diriliyin olması Onun diri olmasına dəlildir. Qədim yunan filosoflarından bu günədək qalan, bir fəlsəfədən o birinə keçə-kəçə bu günümüzə gəlib çatan yanlış fikirlərdən biri Allahın passiv dərk və qəbul olunmasıdır. Belələrinə görə bütün aləmləri yaradan, doğrudan da, Allahdır, çünki bu möhtəşəm varlığı, bu qədər heyrətamiz nizam və intizamı qurmağa və işlətməyə yalnız fövqəladə qüdrətə sahib, fövqəladə ağla sahib, fövqəladə imkanlara sahib bir qüdrətin gücü çatar. Lakin onların təsəvvürləri qədim yunan əsatirlərindəki çoxallahlılıqdan və Zevsdən uzağa gedə bilməmişdir. Onlar belə düşünmüş və bu gün də belə düşünürlər ki, Allah bütün aləmləri yaratmış, sonra da bir kənara çəkilmiş, bütün ixtiyarı yaratdıqlarına vermişdir...
 
İntizam dəlili...
 
Hər varlıq öz parçaları, hissələri ilə bir bütünlük ifadə edir. Məsələn,  istədiyiniz canlı və ya cansız varlığı götürün, ondakı bir hissəni kəsin. Görəcəksiniz ki, onun öz varlığını davam etdirməsi artıq mümkün deyildir. Məsələn, suyu parçalayıb ondakı 2 hidrogendən birini kəsib götürsək, artıq su olmayacaqdır. Bir ağacı götürüb ya onun kökünü, yaxud gövdəsini, ya da budaqlarını kəssək, “ağac” məfhumu aradan qalxacaqdır.
 
Əgər planetimizdəki hər hansı bir dağ silsiləsi olmasa, iqlim elə dəyişər ki, yer üzərində həyat məhv olar. Günəş sistemimizdəki planetlərdən biri olmasa, kosmosda bizə adi şey kimi görünən nizam və intizam alt-üst olar.
 
Əgər Yer kürəsi günəşin ətrafında bir qədər də sürətlə hərəkət etsə, yaxud ona bir qədər yaxınlaşsa və ya uzaqlaşsa, o zaman yer üzərində həyatdan söz gedə bilməz.
 
Biz varlıqları təşkil edən ən kiçicik zərrəciklərlə tanış olduqda öyrənirik ki, mikroorqanizmlər, onları və bütün kainatı təşkil edən atomlar, onların da təşkil olunduğu elektron, proton və neytronlar bir növ kainat evi”nin kərpicləridirlər.
 
Əlifbadakı 32 hərf müxtəlif cür birləşmələrlə müxtəlif sözlər əmələ gətirdiyi kimi, atomların müxtəlif cür quruluşu da müxtəlif maddələri əmələ gətirir. Bundan başqa, onlar bir növ insanla kainatdakı digər varlıqlar arasında rabitəçi rolunu oynayır, bizim görmə, eşitmə duyğularımızda fəal iştirak edirlər. Belə ki, onlar bizim qulaqlarımıza müxtəlif səsləri, burnumuza qoxuları, dilimizə dadları daşıyırlar.
 
Atomlar daş və torpağı, suyu, havanı və s. təşkil etməkdədir. Lakin maraqlıdır ki, çox sayda işi görən bu atomlar heç vaxt öz yollarını azmır, öz vəzifələrini dəyişik salmırlar. Bir dəfə də olsun qızıl gülü təşkil edən atomlar “Əşi, daha qızıl gül təşkil etməkdən bezdik, indi də zanbaq gülü təşkil edək” demirlər...
 
(Davamı var)
 
Meneviyyat.az
Oxşar xəbərlər
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü