“Nəfsinə qul generalların hakimiyyəti...- Koronavirusdan qorxulusu budur...”
Köşə
Oxunub: 6163
28 Oct 2021 | 14:10
“Nəfsinə qul generalların hakimiyyəti...- Koronavirusdan qorxulusu budur...”
“Gəlin bu gün bir vətəndaş olaraq elə mövqe nümayiş etdirək ki, bu, imperiyanın “KQB”-“QRU” korrupsiya-xəyanət-işgəncə şəbəkəsinin  möhkəmlənməsinə yox, ifşa olunub çökməsinə xidmət etsin...”
 
“Nədən və kimdən qorxuruq? Axı başımızın üzərində üçrəngli bayrağımız, arxamızda müstəqil(!) müzəffər dövlətimiz, şanlı ordumuz, DTX-mız, polisimiz, prokurorluğumuz var...”
 
“General almaq və ya general qalmaq naminə öz xalqının oğullarına, öz ordusunun əsgərlərinə, zabitlərinə “satqın” damğası vurdurub işgəncə verdirənlər, bu mənzərəyə ləzzətlə tamaşa edənlər var...”
 
**** ***
Fikir savaşı...
 
Koronavirusdu, “koviddi”-nədi, ondan qorunmaq, bu mərəz, onun səbəb olduğu yoluxma və ölüm statistikası haqda informasiyaları eşitmək, oxumaq başımızı nə təhər qatıbsa, qorunmalı, mühafizə olunmalı digər bəlalar, xəstəliklər yadımızdan çıxıb?.. Hər kəs öz canının hayındadır... Ən əsası, ruhumuzu, mənəviyyatımızı, mənliyimizi, vicdanımızı, ümummilli qürurumuzu qorumaq vəzifəsini unutmuşuq...
 
*** *** 
 
Məsələn, neçə vaxtdır ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi gedir. Həmin məhkəmədə adı çəkilən generalın milyonlarla dollar rüşvət alması haqda iddialar səslənir, cinayət işində onun 7 milyon dəyərində mülkləri olması barədə faktlar yer alır...
Heç görəsən, bu faktları eşidən kəslərdə belə bir sual yaranırmı: necə oldu beləsi general rütbəsi aldı? Buna hansı mühit şərait yaratdı?..
Hələ 2017-ci ildə  məhkəməyə şahid qismində gətirilən  bu generalı görəndə, onun danışıqlarını eşidəndə  zərərçəkmişlərdən biri hiddətlə demişdi:“Necə olub ki, bu adama general rütbəsi veriblər?  Mövlam Şıxəliyev milyonlarla rüşvət alıb. O, həbs olunmasa, özümü yandıracam...”
 
*** ***
 
Doğrudan da çox vacib sualdır:  Necə olur ki, Eldar Mahmudov, Akif Çovdarov, Mövlam Şıxəliyev kimilər illərlə, on illərlə çavuş, gizir, leytenant rütbəsindən pillə-pillə qalxıb general olur, ölkənin milli(!) təhlükəsizliyinə cavabdeh qurumun baş istintaq idarəsinin rəisi kimi vacib və məsul bir vəzifə tutur və bizim bir xalq dövlət olaraq bundan xəbərimiz olmur?...
Cavab sadədir: 
 
Əlbəttə ki, ölkədəki mövcud mühit, ən azı Çar Rusiyası və Sovet imperiyasının müstəmləkəsi olduğumuz iki əsrə yaxın dövrlərdəki fiziki və ruhi, mənəvi-ideoloji manqurtlaşdırmanın nəticəsi olaraq sonrakı on illiklərdə də həmin imperiyanın “KQB”-“QRU”-“PKK” agentura şəbəkəsi tərəfindən formalaşdırılmış kütləvi əqidəsizlik, cəzasızlıq...
Və cəmiyyətdə belə bir durumun yaranmasında yalnız imperiyalar dövründən bəri başımızda duran hakimiyyətlər deyil, özümüz də bir xalq, millət olaraq günahkarıq... Çünki rayonlardakı adi məktəb direktorlarından, təhsil şöbəsi müdirlərindən, icra başçılarından tutmuş nazirlərədək bütün vəzifə sahiblərini öz içimizdən yetişdirmişik. Öz əqidəmizlə, əslində əqidəsizliyimizlə yetişdirmişik... Rüşvətxorluğun, korrupsiyanın hələ indiki qədər kütləviləşmədiyi sovetlər dönəmində nəinki, şəhərlərdə, rayonlarda, kənddə-kəsəkdə də babat bir vəzifəsi, imkanı olan, hətta xeyli mal-heyvanı, qoyun-quzusu, yaxud kartof, pomidor, soğan sahəsi  olanların əksəriyyəti bu düşüncə, məqsədlə yaşayırdı: “Ayə, görüm, bir az pul düzəldib oğlumu “sistem”ə(milis, yaxud “KQB”) keçirə, ya da universitetin hüquq fakültəsinə, yaxud “narxoz”a(o vaxtkı Xalq Təsərrüfatı institutu, indiki İqtisad universiteti), ya da Tibb institutuna qəbul etdirə bilərəmmi?..”  Nə yazıqlar ki, eyni əqidə, düşüncə, yaşam tərzi bu gün də davam edir... Təbii ki, bu əqidəsizliyin yaranmasına səbəb öncə təhsildə, hüquq-mühafizə orqanlarında, tibb sahəsində rüşvətə, korrupsiyaya şərait yaradanlar olub... 
 
*** ***
 
O günləri Sudanda hərbi çevriliş xəbərini alanda düşündüm ki, birdən o yazıq xalqın başına döyüşlərdə canlarını qoymuş, əsgərləri ilə bərabər səngərdə yatmış rəhmətlik Polad Həşimov, Hikmət Mirzəyev kimi əsl insan-generallar yox,   Eldar Mahmudov, Mövlan Şıxəliyev, Nəcməddin Sadlıkov tipli  nəfs qulu olan generallar gələr. Onda yazıq o xalqın gününə... 
*** ***
Bütün ölkələr, xalqlar, bütün bəşəriyyət üçün ən təhlükəlisi nəfs köləsi olan siyasətşi, hərbçi, general və iş adamlarının azadlığa can atanlar insanlar, toplumlar üzərində hakimiyyətə nail olmasıdır... Bu, koronavirusdan, xərçəngdən də dəhşətli bir bəladır...  
 
*** ***
 
İnsan məxluqunun ən təhlükəlisi nəfsinə qul olandır... 
 
*** *** 
 
Necə də gülünc səslənir, eləmi? Nəfsinə qul olan general... O boyda general da qul olarmı? Nə yazıqlar ki, olur... Özü də nəfsinə qul olandan sonra digər Allah bəndələrinə, əslində şərbəndələrinə də qul olmağa razılıq verir... Təki çiyinlərində general paqonları olsun və onların hesabına ölkəni, ordunu, xüsusi xidmət orqanını, kəşfiyyatı, gömrüyü, vergini və s. söksün-dağıtsın...
 
*** ***
 
General almaq və ya general qalmaq naminə öz xalqının oğullarına, öz ordusunun əsgərlərinə, zabitlərinə “satqın” damğası vurdurub işgəncə verdirənlər,  bu mənzərəyə ləzzətlə tamaşa edənlər var...
 
*** *** 
 
İnsan, general, polkovnik, zabit, gizir, mülki, yaxud hərbi həkim nə qədər alçalar, azğınlaşar, quduzlaşar ki, hansısa düşmən kəşfiyyatına satıla və  hər hansı bir iqtisadi, siyasi, yaxud hərbi cinayət işinin(çox vaxt da qondarma) araşdırılması, istintaqı zamanı  öz  “satqın”, “xain” adını  xalqının oğullarına, öz ordusunun əsgər və zabitlərinə qoyub onlara misli görünməmiş işgəncələr verə, onların dilindən xalqın, ordunun əsl cəfakeşlərinə -  digər vətənpərvər siyasətçilərinə, iş adamlarına generallarına, zabitlərinə, əsgərlərinə qarşı “ifadələr” almağa, onlar barədə saxta tibbi rəylər verməyə çalışa?..
 
*** ***
 
Və bir ölkə, xalq üçün ən dəhşətlisi də odur ki, bütövlükdə bir xalq belə nəfs tuluqlarına, nəsf köləsi olan siyasətçi və generallara baş əyə... Cəmiyyətin digər ziyalı, siyasətçi, ekspert, jurnalist, alim, şair, deputat  və s. sayılan nümayəndələri hansısa maddi vədlər, vəzifə, kürsü, pul-para “mükafatı” və s. sayəsində, yaxud sadəcə, qorxaqlıq, yaltaqlıq xislətindən həmin cinayətkarları, xainləri tərifləyə, mədh edə və onların diqtəsi ilə bu cinayətkarlara qarşı gerçək mübarizə aparan xalqın əsl vətənpərvərlərini gözdən sala, ləkələyə... Bu yolu tutan xalq heç bir halda hüquqi cəhətdən müstəqillik əldə edərək rəsmən ayrıldığı imperiyanın caynağından o imperiyanın özü tam dağılmayınca əsl mənada qurtulub azad ola bilməz...
 
*** ***
 
Heç kəs  bu dünyada ölümsüz deyil...  O cümlədən siyasətçilər və generallar da.... Hər gün bir doğmamızı, dostumuzu, həmkarımızı, ziyalımızı, sənətkarımızı itiririk..  Hamı bir-bir köçəcək dünyadan, o cümlədən bu sətirlərin müəllifi də... Ancaq gəlin bir Allah bəndəsi, bir xalqın nümayəndəsi, bir vətəndaş olaraq  elə işlər görək ki, dünyada, ölkədə baş verən gerçəklərə elə münasibət bildirək ki,  bir ad, bir vəzifə, ev, maşın, pul, bir qarın çörək xətrinə Allaha, haqqa qarşı çıxmayaq, bəşəri və ümummilli dəyərlərimizi tapdamayaq, onlara xəyanət etməyək...
 
*** *** 
 
1991-ci ildən, yəni hüquqi cəhətdən müstəqil olandan bəri Çar Rusiyası və Sovet imperiyası dövründə xalqımıza, ziyalılarımıza, şair, yazıçı və alimlərimizə, Cavidlərə, Cavadlara, Mikayıl Müşfiqlərə qarşı işgəncələrdə, repressiyalarda imperiya prokurorları, milisləri, müstəntiqlərinin, cəlladlarının(o cümlədən erməni millətinə mənsub) yanında olmuş digər vətəndaşlarımızı, “xalq şairi”, “professor”  və s. adları alan digər ziyalı hesab olunanları şiddətlə lənətləyirik... Bu zülmlərə kütləvi şəkildə susan ata-babalarımızı isə kəskin şəkildə qınayırıq... Gəlin bu gün hər birimiz öz sahəmizdə, işimizdə, xidmətimizdə bir vətəndaş olaraq elə mövqe nümayiş etdirək ki, bu, caynağından 30 il öncə de-yure qurtulduğumuz Rusiya imperiyasının ölkəmizdə qurduğu və siyasətimizi, elmimizi, ordumuzu, səhiyyəmizi, iqtisadiyyatımızı və s. nəinki ləkələməyə, çökdürməyə çalışan  “KQB”-“QRU” korrupsiya-xəyanət-işgəncə şəbəkəsinin  möhkəmlənməsinə yox, ifşa olunmasına, çökməsinə xidmət etsin... Axı indi biz müstəqilik(!), azadıq(!)... Axı indi sovet rejiminin, Kremlin, Stalinin, Beriyanın dövranı deyil... Axı biz hazırda imperiyanın tərkibində deyilik ki, “NKVD”, “KQB” addımbaşı bizi izləyə, bizə düşünməyi, danışmağı, haqsızlığa etiraz etməyi qadağan edə... Nədən və kimdən qorxuruq? Axı başımızın üzərində üçrəngli bayrağımız, arxamızda müstəqil(!) müzəffər dövlətimiz, ordumuz, DTX-mız, polisimiz, prokurorluğumuz var... Hələ qardaş Türkiyənin daim çiynimizdə olmalı olan əlini demirəm...
 
*** ***
 
Əgər 1988-ci ilin Meydan hərəkatından, 1990-cı ilin 20 Yanvarından qəhrəmanlıqla keçərək Kremlin caynağından ən azı hüquqi cəhətdən qurtulmuş, ondan 30 il sonra cəmi 44 günə Rusiyanın ermənilərə işğal etdirdiyi torpaqlarımızın azadlığına nail olmuş bir xalq olaraq biz hər tərəfdən təzyiqlər, sanksiyalar altında olan Rusiya imperiyasının ölkəmizdəki agentura şəbəkəsini çökdürüb əsl xainlərin, satqınların ifşasına və qanunlar cəzalandırılmasına nail ola bilməyəcəyiksə, o halda bizlər də gələcək nəsillərin söyüş hədəfinə dönəcəyik...
 
Sultan Laçın 
 
Oxşar xəbərlər
21:15, Bu gün
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
21:09, Bu gün
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
20:56, Bu gün
Qəbizliyi aradan qaldıran qidalar
20:50, Bu gün
32 ildən sonra Laçında ikinci toy - FOTO
20:41, Bu gün
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
20:40, Bu gün
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
20:33, Bu gün
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO