Revanişizm: ermənilər üçün “Miatsum”dan daha təhlükəli aqibət
Oxunub: 1033
06 Oct 2021 | 17:34
Revanişizm: ermənilər üçün “Miatsum”dan daha təhlükəli aqibət
MM-nın Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik.
 
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Tərtərin Suqovuşan qəsəbəsinin azad olunmasının birinci ildönümündə (03.10.2021) qəsəbədə oldu, Azərbaycan Bayrağını göylərin üzünə çəkdi, dosta-düşmənə ismarıclar verdi, ürək sözlərini bölüşdü. Hər kənd, qəsəbə və şəhərimizin azad olunduğu gün qürur günümüzdür. Suqovuşanı daha da fərqli qılansa, onun strateji önəmidir. Heç təsadüfi deyil ki, cənab prezidentin təşəbbüsü ilə təsis edilmiş yeni dövlət təltifləri sırasında adına medal təsis edilmiş yeganə qəsəbə Suqovuşandır. Bunun bütün hüquqi, siyasi, mənəvi əsasları ilə yanaşı strateji əsası da vardır. Qəhrəman Tərtərimiz işğal olunmamışdı, ancaq  rayonun strateji məntəqsi olan Suqovuşanın işğalda olması həm Tərtərə, həm də Bərdəyə, Goranboya, ümumən bölgəyə təhlükəsizlik problemi yaradırdı. Suqovuşanın azad olunması, necə deyərlər, bir qəsəbənin azad olunmasından daha artıq anlam daşıyır. Yeni (bərpa edilmiş) mübarək adlı Suqovuşanın azad olunması Vətən Müharibəsində tarixi Zəfəri təmin etmiş önəmli uğurlarımızdandır. Suqovuşanda yalnız su qovuşmadı, qan qovuşdu, ruh qovuşdu, keçmişlə gələcək qovuşdu!
 
Suqovuşanın azad edilməsi hadisəsi özündə strateji anlam daşıyır.
 
Haşiyə:
 
Suqovuşan kəndi 1923-cü ildə təşkil edilmiş (keçmiş) Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə daxil edilmiş, 20 il sonra – 1943-cü ildə Suqovuşana şəhər tipli qəsəbə statusu verilmişdi. 1949-cu ildə burada mebel fabriki və əhəng istehsalı sexi olan sənaye kompleksi yerləşirdi; 1953-cü ildə isə qəsəbədə orta məktəb açıldı. Ağdərə rayonu ləğv edilərək (1992), ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülərkən, Suqovuşan Tərtər rayonuna birləşdirilmiş oldu.
 
Qəsəbə 3 oktyabr 2020-ci ildə şanlı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş, elə həmin gün Azərbaycan Prezidenti qəsəbənin tarixi adı bərpa edərək, Madagiz adını ləğv etdi, qəsəbə
Suqovuşan adlandırıldı.
 
Suqovuşanın coğrafi mövqeyi müharibənin gedişatında önəmli rol oynayırdı: qəsəbənin müharibənin ilk günlərindən əlimizdə olması bizə gələcək hərbi əməliyyatlarda üstünlük qazandırdı. Ayrıca, bu hərbi uğur, psixoloji üstünlüklə də birləşərək, əsgərlərimizin döyüş ruhunun yüksəlməsinə səbəb oldu.
Bu ərazinin azad olunması bölgədəki strateji yollara da nəzarətimizi təmin etdi – düşmənin canlı qüvvəsinin, texnikasının hərəkəti üçün, manevrlərçün çox böyük problemlər, məhdudiyyətlər hasil oldu. Ayrıca, Talış kəndində, Suqovuşanda və çevrəsində işğalçıların böyük canlı qüvvəsi yerləşdirilmişdi; həmin canlı qüvvə  müharibənin son günlərinədək digər əməliyyatlara cəlb edilə bilmədi, necə deyərlər, “ölü güc”ə çevrildi.
 
Suqovuşan su anbarı da qəsəbəni xüsusi önəmli qılan səbəblərin başında gəlir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş (1976) bu su anbarının (Sərsəng su anbarı ilə birgə) əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarından qıraqdakı rayonlarımıza (Tərtər, Bərdə, Ağdam, Goranboy və b.) su vermək olub.
Burada vurğulamaq yerinə düşər ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Suqovuşan su anbarından istifadə edərək, bu anbarın, Suqovuşanın əsl sahibi olan Azərbaycan Respublikasına qarşı ekoloji terror törədirdi. Hətta Avropa Şurası Parlament Assambleyasının bir sessiyasında bu məsələ ilə bağlı xüsusi məruzə də təqdim edilmiş, sonucda Ermənistanın ittiham edildiyi qətnamə qəbul olunmuşdu: “bu, Azərbaycanın böyük uğuru olmuşdur. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər”...
 
İndi isə Suqovuşan su anbarının azad edilmədən sonrakı durumuna, ilkin töhfəsinə diqqət edək: bu il su anbarından istifadə edərək 30 il içində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günədək suvarılmayan və ya az suvarılan 30 min ha ərazidəki torpağa su verilmişdir və indi kanallarda təmir işləri gedir. Azərbaycan Prezidentinin Suqovuşandakı bildirdiyi kimi, “Bizim azad edilmiş torpaqlarda – Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edil-məkdədir”.
         
Eyni gündə işğaldan azad edilən Talış kəndi və Suqovuşan qəsəbəsi çevrəsində Ermənistan silahlı qüvvələri çox güclü, demək olar, keçilməz istehkamlar, bir neçə müdafiə xətti qurmuşdu. Düşmənin ərazidəki yerləşmiş böyük canlı qüvvəsi ərazini illərlə yaxşı öyrənmiş, orada möhkəmlənmişdi. Bütün strateji yüksəkliklərdə düşmənin xüsusi təlim görmüş dağatıcıları və b. bölmələri yerləşmişdi. Ordumuz böyük peşəkarlıq, fədakarlıq göstərərək, şiddətli döyüşlər apararaq Talışı və Suqovuşanı işğaldan azad etdi. 27 sentyabr – ək-hücumun ilk günündə əldə edilmiş qələbələrdən sonra Talış və Suqovuşanın düşmən tapdağından azad edilməsi ordumuzda, xalqımızda böyük ruh yüksəkliyi yaratdı.
 
Suqovuşan qəsəbəsi uğrunda döyüşlərdən sonra Ermənistan silahlı qüvvələri dərin mənəvi-psixoloji sarsıntıya qapıldı: gözləri qorxdu və bu qorxu müharibənin sonunadək onları tərk etmədi. Heç təsadüfi deyil ki, işğalçı orduda 10 mindən çox rəsmi etiraf edilmiş fərari olmuşdur. – Prezidentin sözləri ilə desək: “Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Mənasız əməliyyatlar səbəbindən Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilirdi. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi”.
 
Və nəhayət!
 
Yuxarıda da vurğuladığımız kimi, Suqovuşanda yalnız su qovuşmadı, qan qovuşdu, ruh qovuşdu, keçmişlə gələcək qovuşdu! Şəhidimizin qanı düşən hər yer bizim üçün müqəddəsdir. Gələcəkdə bizim Qarabağ torpaqlarında, Ağdərədə, Əsgəranda, Xankəndində yaşamaq istəyən ermənilər məhz reallıqları qəbul etməli və gələcəyə baxmalıdır. Onlar irəvandan, bir başqa xarici paytaxtdan gəən zəngə, ismarınca deyil, məhz bakının ismarıclarına diqqət etməli, birgəyaşayış, beynəlxalq hüquq nə gərəkdirirsə, o gərəyi yerinə yetirməlidir. – Zira, “Başqa yolu yox, artıq”!  
 
Özəlliklə, revanşizm qəti şəkildə yolverilməzdir! Revanişizm onlara “Miatsum”dan daha təhlükəli aqibət bəxş edəcək! Gorbagor olmuş “status”, tanınmamış – hətta, “uğursuz dövlət”in özü tərəfindən tanınmamış “müstəqillik” xülyalarından birmənalı şəkildə əl çəkmək, keçmiş muxtar vilayətin erməni sakinləri üçün alternativlərin ən yaxşısıdır. əks təqdirdə Azərbaycan Dəmir Yumruğu yerindədir! Separatizm, revanişzm kimi cəhdlərin qarşısı çox sərt şəkildə alınacaqdır: “Əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan adekvat cavablar veriləcəkdir”!
 
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Oxşar xəbərlər
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 21:16
“Haber Global”: “Yeni Kaledoniyada fövqəladə vəziyyət - Makron aranı qarışdırdı” + VİDEO
16 May 2024 | 21:04
Ərdoğan: “Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir”
16 May 2024 | 20:53
Perunun daxili işlər naziri istefa verib
16 May 2024 | 20:36
Prezident: “Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik”
16 May 2024 | 20:35
Urmiya gölünün rəngi dəyişməyə başlayıb
16 May 2024 | 20:34
Ərdoğan İrakli Kobaxidze ilə görüşüb - FOTO
16 May 2024 | 20:32
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
16 May 2024 | 20:31
Azərbaycan Prezidenti: Belarusun çox yaxşı şəhərsalma təcrübəsi var
16 May 2024 | 20:28
Aleksandr Lukaşenko: Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
16 May 2024 | 20:27
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTOLAR
16 May 2024 | 19:49
Slovakiya baş nazirinə sui-qəsd əvvəldən planlaşdırılıb: Atəş açan şəxs radikal qruplaşma üzvü olub?
16 May 2024 | 19:08
“Mançester Yunayted” azarkeşləri braziliyalı futbolçunu ələ salıblar - FOTO
16 May 2024 | 18:25
Bakıda axtarışda olan qadın saxlanıldı
16 May 2024 | 18:18
Prezident Heydər Əliyev Fondunun əməkdaşlarını TƏLTİF ETDİ
16 May 2024 | 18:11
Bəhreyndə Ərəb Ölkələri Liqasının sammiti öz işinə başlayıb
16 May 2024 | 18:05
Artur Ağacanov: “Erməni müxalifəti də sərhəd dirəklərini quraşdırmağa məcbur olacaq” - MÜSAHİBƏ
16 May 2024 | 18:00
Azərbaycan və Küveyt vəkilləri birgə əməkdaşlıq edəcək - FOTO
16 May 2024 | 17:55
Şadlıq evləri toy sahiblərini belə aldadır - ŞOK TƏFƏRRÜAT
16 May 2024 | 17:51
Neftçalada üzərində güllə izi olan kəllə sümüyü tapıldı - FOTO
16 May 2024 | 17:47
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 5 beynəlxalq sertifikata layiq görülüb
16 May 2024 | 17:41
“Ağ çiçəyim”in güllərinin ömrünü işıqlar bitirdi? - AÇIQLAMA + FOTO/VİDEO
16 May 2024 | 17:37
Deputatın 64 yaşlı qudası 11 nəfəri işə düzəltmək adı ilə aldadıb – ŞOK FAKTLAR
16 May 2024 | 17:33
Kür yenə daşdı, Qazaxda bəzi əkin sahələri su altında qaldı - FOTO
16 May 2024 | 17:29
Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ
16 May 2024 | 17:27
Bakıda tıxacın aradan qaldırılması məqsədilə yeddi layihə icra olunacaq
16 May 2024 | 17:25
Mətanət İsgəndərliyə ağır itki üz verdi
16 May 2024 | 17:24
Məşhəddə dəhşətli sel: Onlarla insan itkin düşüb - VİDEO
16 May 2024 | 17:21
Qarabağ Universitetinə mətbuat katibi axtarılır
16 May 2024 | 17:17
“Gallup” və Srbazanın koordinasiyası: Paşinyanı linç kampaniyası - ŞƏRH + FOTO
16 May 2024 | 17:11
Rusiyanın Xarkov vilayətində aktivliyi müvəqqətidir - RƏY + FOTO
16 May 2024 | 17:07
Sahibə Qafarova Alen Simonyanla görüşdü
GÜNLÜK
16 May 2024 | 13:05
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 12:49
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTO
16 May 2024 | 12:47
Ruben Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNİB
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 12:32
Marşalların siyasi cəbhədəki müharibəsi – BU DÖYÜŞDƏ xəyanət və satqınlıq qalib gəlib
16 May 2024 | 12:41
Özbəkistanda keçirilən “Biz bir Yerin övladlarıyıq” adlı tədbirdə Azərbaycan da təmsil olunub - FOTO
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
10 May 2024 | 12:55
Pensiya və maaşlarda artım olacaq? - VACİB AÇIQLAMA/VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
AYLIQ
16 May 2024 | 13:05
Sənədsiz ev sahiblərinin DİQQƏTİNƏ: Qeydiyyat üçün portalın hazır olacağı tarix AÇIQLANDI
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 12:49
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü oldu - YENİLƏNİB + FOTO
16 May 2024 | 12:47
Ruben Vardanyanın həbs müddəti uzadıldı - YENİLƏNİB
16 May 2024 | 14:07
Gül yığan oğlan sevgilisindən ayrıldı, dostu isə bunu fürsət bilib... – Gəncədə qanlı cinayət
16 May 2024 | 12:32
Marşalların siyasi cəbhədəki müharibəsi – BU DÖYÜŞDƏ xəyanət və satqınlıq qalib gəlib
16 May 2024 | 12:41
Özbəkistanda keçirilən “Biz bir Yerin övladlarıyıq” adlı tədbirdə Azərbaycan da təmsil olunub - FOTO
16 May 2024 | 13:15
Mayın 26-da II və III qruplar üzrə qəbul imtahanları keçiriləcək
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO