“Ciblərini dolduracaqlar, çoxlu arvad alacaqlar...”
Cəmiyyət
Oxunub: 1104
16 Aug 2021 | 15:31
“Ciblərini dolduracaqlar, çoxlu arvad alacaqlar...”
“Talibanın arxasında əfqan xalqının, əsasən də puştunların arxaik dünyagörüşü dayanır. Eləcə də onlara silah verən amerikalılar... Amerikalılar vaxtilə onlara silah vermişdilər ki, Çin və sovet qoşunlarına qarşı vuruşsunlar. Onlar da silahı götürüb hakimiyyəti ələ keçirməyə başladılar. Sonra da amerikalılar hücum edib, onları dağıtdılar. Məqam çatan kimi, yenidən basdırdıqları silahları götürüb yollarına davam etdilər”.
 
Politoloq Zərdüşt Əlizadənin Teleqraf.-com-a müsahibəsini təqdim edirik:
 
- Əfqanıstanda baş verənlərə münasibətiniz necədir: niyə vəziyyət bu yerə gəlib çıxdı?
 
- Hadisələr necə olmalıydısa, o cür də oldu. Yəni ABŞ 2001-ci ildə Əfqanıstana hücum edəndə, bir çox bu prosesi bilən adamlar dedilər ki, Amerika orada məğlub olacaq. Belə də oldu. İyirmi il ərzində Əfqanıstanda sivil cəmiyyət və dövlət qurmağa çalışdı, bu məqsədlə qərbəmeylli adamları gətirib vəzifəyə qoydu, bir trilyon dollardan çox pul xərclədi, amma nəticəsi olmadı.
 
Orta əsrlər köklənmiş cəmiyyət öz dövrünə qayıtdı və Amerika ağır itkilər verərək, qaçası oldu. Hətta Sovet İttifaqı bir az üzüsulu çıxmışdı, amma onlar tələsik qaçdılar. Bütün bunlar göstərir ki, Amerika ordusunun döyüş qabiliyyəti aşağıdır. Yəni nüvə silahlarını çıxmaq şərtilə, Amerika ordusunun döyüş qabiliyyəti çox zəifdir. Nə vaxt iradəli cəmiyyət və qoşunla rastlaşırsa, məğlub olur.
 
- Bundan sonra Əfqanıstanı nə gözləyir?
 
- Əfqanıstanı orta əsrlərə qayıdış gözləyir. Bu, əfqan xalqına yaxşı heç nə vəd etmir. Çünki onlar elmə, tərəqqiyə, azadlığa, mədəniyyətə, sənətə yad insanlardır, qüvvələrdir. Onlar yalnız özlərini fikirləşirlər. İslam haqda təsəvvürləri də çox naqisdir. İslam haqda təsəvvürləri belədir ki, beyinlərindəki xurafatı, mövhumatı din adıyla bütün cəmiyyətə sırıyacaqlar.
 
Ciblərini dolduracaqlar, çoxlu arvad alacaqlar, əfqan xalqını da tüfeyli kimi yaşadacaqlar. Əfqanıstanı inkişaf etməyə qoymayacaqlar, orta əsrlərə ilişdirib saxlayacaqlar.
 
Taliban Çinə imkan verdi ki, Əfqanıstandakı faydalı qazıntıları çıxarsın, 20-30 faizini onlara versin, 60-70 faizini də özlərinə götürsün. Hesab edirlər ki, bununla bir az da yaxşı yaşayacaqlar. Amma əfqan xalqına, gənclərinə heç nə qismət olmayacaq. Əfqanlar ölkədən qaçmağa davam edəcəklər.
 
- Hara qaçacaqlar?
 
- Çox az hissəsi Orta Asiya üz tutacaq. Çox hissəsi İrana, oradan Türkiyə və Avropaya qaçacaq. Amerika da qapılarını bağlayacaq, əfqanları içəri buraxmayacaq. Vəziyyət belədir.
 
- ABŞ niyə Əfqanıstanda möhkəmlənə bilmədi? Burada təkcə sizin dediyiniz, hərbi və əfqan cəmiyyətinin iradəsi amilləri əsas rol oynadımı?
 
- Əsas faktor budur ki, əfqan cəmiyyəti mədəni və ictimai baxımdan, yeniliyə hazır deyil. Orta əsrlərdə yaşamaq onlar üçün daha rahatdır. Məsələn, Azərbaycan cəmiyyətini tutub sosializmə gətirdilər. Bəs nə oldu? Azərbaycan cəmiyyəti nə orada qala, nə də liberalizmi qəbul edə bildi. Erməniləri də XXI əsrə gətirmək istədilər. Amma ermənilər özlərini orta əsr və Yaxın Şərq təfəkkürlü cəmiyyətlərini qurdular. İndi özlərinə “demokrat” deyirlər, amma onlarda da demokratiya-zad yoxdur.
 
Guya rus cəmiyyətini də sosializmə gətirmək istədilər, amma bu da baş tutmadı. Ruslar vəhşi kapitalizmə qayıtdılar. Yəni hər bir cəmiyyət və xalq özünün təbii dövrünə dönür. Qırğızıstan, Tacikistan, Qazaxıstan, Türkmənistan və Özbəkistan da orta əsrlərə üz tutdular. Türkmənlər hara, demokratiya hara? Heç bir xalqı bir neçə mərhələ adlayıb, müasir dövrə gətirmək mümkün deyil.
 
- Bu məsələyə bir qədər toxundunuz. Bir az ətraflı izah edə bilərdinizmi: hakimiyyəti ələ keçirən Talibanın arxasında kimlər dayanır?
 
- Birincisi, Talibanın arxasında əfqan xalqının, əsasən də puştunların arxaik dünyagörüşü dayanır. Eləcə də onlara silah verən amerikalılar... Amerikalılar vaxtilə onlara silah vermişdilər ki, Çin və sovet qoşunlarına qarşı vuruşsunlar. Onlar da silahı götürüb hakimiyyəti ələ keçirməyə başladılar. Sonra da amerikalılar hücum edib, onları dağıtdılar.
 
Məqam çatan kimi, yenidən basdırdıqları silahları götürüb yollarına davam etdilər. İndi onlara bir az silah Pakistan hərbi kəşfiyyatı verir. Əslində onlara çox şey lazım deyil. Böyük silahları yoxdur: avtomatdır, RPQ-dir. İndi də əllərinə bir-iki təyyarə, vertolyot düşüb. Bunları havaya qaldırıb bir az əylənirlər. Vəhşi adamlardır, onlara heç nə lazım deyil. Ən yaxşı silah avtomatdır – “Kalaşnikov”. Bundan yaxşısı yoxdur.
 
- Əfqanıstandakı dəyişiklik Rusiya və İrana hansı problemləri yarada bilər?
 
- İran Əfqanıstanla sərhədini möhkəm saxlayır. Düzdür, İranda da müəyyən bir narko-mafiya var, Əfqanıstanda da var. Bu mafiya sərhəddən narkotik keçirir, İran hakimiyyəti də onların bəzilərini asır, öldürür. Yenə də bu narko-trafik davam edir. Amma Talibanın ideoloji cəhətdən İrana təsir imkanları sıfıra bərabərdir. Onlar sünni, bunlar şiədirlər. Bu məzhəblər bir-birini qəbul etmir. Əlbəttə, İran ideoloji, hərbi və təşkilati cəhətdən Talibandan güclüdür. Üstəgəl, Əfqanıstandakı şiələrə himayədarlıq edir.
 
Rusiyaya gəldikdə, Talibanla dil tapmağa çalışır. Görünür, hələlik bu mərhələdə tapıb, Talibanı tanıyır. Bütün səfirliklər qaçır, amma Rusiya səfirliyi buz kimi yerində oturub, bildirirlər ki, onlara toxunmayacaqlar. Taliban Rusiya Xarici İşlər Nazirliyi ilə danışıqlar aparanda, ruslar onlara dəstək vədi verdilər. Görünür ki, sövdələşiblər. Ruslara söz veriblər ki, Orta Asiyaya dəyməyəcəklər, radikal islamı yaymayacaqlar.
 
Nə qədər ki zəifdirlər, bu sözlərinə sadiq qalacaqlar. Bəlkə sabah gücləndikdən sonra başqa addım atacaqlar, amma hələlik Rusiya ilə münasibətləri yaxşıdır.
 
Təbii ki, Özbəkistan, Tacikistan və digərləri təşviş keçirirlər. Hər halda ümid edirlər ki, Taliban güclənənədək öz ordularını sahmana salarlar.
 
- Bəs Əfqanıstanda öz hərbi qüvvələrini saxlayan Türkiyə ilə dil tapa biləcəklərmi?
 
- Mənə elə gəlir ki, bir müddət sonra Türkiyə və orada ona tərəfdaş olan Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxacaqlar. Əlbəttə, onlarla vuruşmayacaqlar, öldürməyəcəklər. Deyəcəklər ki, qüvvə saxlayıb nə edəcəksən, get. Onlar da gedəcəklər.
 
- Baş verənlərin Azərbaycana nə kimi təsirləri ola bilər?
 
- Heç bir təsiri olmayacaq. Azərbaycan hara, Əfqanıstan hara? Aramızda neçə min kilometr məsafə var. Arada kiçik bir ticarət mövcuddur. Bəli, Azərbaycan vaxtilə Amerika qoşunlarının Əfqanıstana daşınmasında körpü rolunu oynayırdı. İndi buna ehtiyac yoxdur.
 
Arada xoş sözlər, xoş niyyətlər var, əfqanlar qardaş müsəlman xalqıdır. Yəni bu, xoş sözlərdən o yana getməyəcək. Ola bilsin ki, Əfqanıstan tranzit kimi Mərkəzi Asiya ölkələrinə maraqlı olsun, bizim isə belə bir marağımız yoxdur.
Oxşar xəbərlər
01:59, Bu gün
ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü şərh edib
01:57, Bu gün
Bərdədə azyaşlı qızına zorakılıq etdiyi iddia olunan ata DANIŞDI
01:52, Bu gün
Bakıda məşhur klinikada ÖLÜM FAKTI: Ailə həkimi günahlandırır
01:51, Bu gün
Paşinyan: "Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq"
01:45, Bu gün
46 ilini ölüm kamerasında keçirən məhkum bəraət aldı
00:30, Bu gün
UEFA Avropa Liqası: "Tottenhem" "Qarabağ"a qalib gəldi
00:29, Bu gün
ABŞ SEPAH üzvü haqqında məlumat üçün 20 milyon dollar mükafat təyin edib
00:24, Bu gün
“Biz həmin torpaqları qorumalıyıq, orada şəhidlərimizin qanı var..”
00:05, Bu gün
Vətən müharibəsinin başlamasından dörd il keçir - Azərbaycanda Anım Günüdür
26 Sep 2024 | 23:25
“Qarabağ”-ın oyunu niyə ləngiyir? - Açıqlama
26 Sep 2024 | 23:22
Bakıda "Toyota Prius" BMW markalı avtomobilə çırpıldı
26 Sep 2024 | 23:06
Avropa Liqası: "Fənərbağça" turnirə qələbə ilə başladı
26 Sep 2024 | 23:01
"HƏMAS lideri sağdırmı?": İsrail müdafiə naziri aydınlıq gətirib
26 Sep 2024 | 22:37
"Putin Ukraynaya nüvə zərbəsi endirəcəkmi?" - ISW
26 Sep 2024 | 22:33
Azərbaycanda hər 10 uşaqdan 6-sı eynək taxır - Qlobal epidemiya yaxınlaşır
26 Sep 2024 | 22:31
SON DƏQİQƏ: Daşkəsən səfəbərlik şöbəsinin rəisi HƏBS EDİLDİ
26 Sep 2024 | 22:28
"Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran klubun yeni baş məşqçisi açıqlanıb
26 Sep 2024 | 22:27
Azərbaycan XİN başçısı ABŞ Prezidenti ilə görüşüb
26 Sep 2024 | 22:26
Ərdoğan: Türkiyənin BRİKS və ya ASEAN-a daxil olması onun NATO-dan çıxması demək deyil
26 Sep 2024 | 22:21
Ahıl və tənha vətəndaşların pullarını ələ keçirən üç nəfər saxlanılıb
26 Sep 2024 | 22:17
Ərdoğan: Azərbaycanla Ermənistan arasında sülh üçün çalışırıq
26 Sep 2024 | 22:06
Qarabağda fərdi ev tikməyə icazə verilir?
26 Sep 2024 | 21:59
ABŞ İsrailə 8,7 milyard dollarlıq yardım paketi ayırıb
26 Sep 2024 | 21:58
Rusiyada göyərtəsində deputat olan helikopter radarlardan itib
26 Sep 2024 | 21:57
Azərbaycan və Ermənistan xarici işlər nazirləri razılığa gəliblər
26 Sep 2024 | 21:46
Ermənistanda ehtiyatda olan hərbçilər təlimə çağırıldılar
26 Sep 2024 | 21:44
"Rusiya öz vətəndaşlarını ət maşınına atır" - Starmer
26 Sep 2024 | 21:19
Rusiyada işləyən azərbaycanlıların NƏZƏRİNƏ
26 Sep 2024 | 21:18
“Onlar qonaq idilər, amma sırtıq qonaq və ev sahibi sonda onları qovmalı oldu”
26 Sep 2024 | 21:17
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib
26 Sep 2024 | 21:10
"Yuventus" futbolçusu ilə müqavilə müddətini artırıb
26 Sep 2024 | 21:07
Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb
26 Sep 2024 | 21:02
ABŞ və Avropa İttifaqı Putinin nüvə təhdidlərinə cavab verib
26 Sep 2024 | 20:52
Qarabağ Universitetində daha bir İLK- Xanəndələr QAYITDI- VİDEO
26 Sep 2024 | 20:43
Şahin Mustafayev: Çindən Avropaya malların tədarükü üçün ən qısa yollar Azərbaycandan keçir
26 Sep 2024 | 20:35
"Real"ın futbolçusunu təhqir edən şəxs 1 il müddətinə həbs edilib
26 Sep 2024 | 20:25
Nyu-York meri korrupsiyada ittiham olunur
26 Sep 2024 | 20:22
Ən faydalı bitkilərin ADLARI AÇIQLANDI
26 Sep 2024 | 20:17
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
26 Sep 2024 | 20:08
SOCAR-TPAO təqaüd proqramının qalibləri Türkiyədə tədrisə başlayıblar
26 Sep 2024 | 19:50
Azərbaycandan Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlar OĞURLANDI
26 Sep 2024 | 19:42
Azərbaycanda vəzifəli şəxslər cəzalandırıldılar
26 Sep 2024 | 19:31
"Lənkəran" ABŞ-li basketbolçunun keçidini rəsmiləşdirib
26 Sep 2024 | 19:27
“Mədəniyyətimizin incisi – Şuşa” layihəsi uğurla davam edir
26 Sep 2024 | 19:23
"Hamster Kombat" tokeni birjaya çıxdı
26 Sep 2024 | 19:22
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
26 Sep 2024 | 19:14
Zelenskidən sensasion anons - müharibə bitir, yoxsa...
26 Sep 2024 | 19:13
Diyetoloqlar su içməyin yeganə düzgün yolu haqqında mifi dağıtdı
26 Sep 2024 | 19:10
Nənə nəvəsini orqanlarına görə SATDI -ŞOK TƏFƏRRÜATLAR
26 Sep 2024 | 19:05
Yerin altı tıxac, üstü tıxac - Mənzil başına necə çataq?
26 Sep 2024 | 18:55
Elza Seyidcahan səhnədə YIXILDI: qabırğası qırılıb
26 Sep 2024 | 18:47
Uğur 6 BÜRCDƏN üz döndərəcək: Çətinliklərlə üzləşəcəklər
26 Sep 2024 | 18:43
“Emin Əmrullayev dostumdur, qardaşımdır, amma təhsilimzidə çat var” - Prezident təqaüdçüsü
26 Sep 2024 | 18:37
Niyə innovasiya mərkəzləri iqtisadi inkişaf baxımından vacibdir?
26 Sep 2024 | 18:33
“Yaşlı kişilər arvadlarını bəyənmir, gənc qızlara meyl edirlər”
26 Sep 2024 | 18:29
Qərbi Azərbaycan İcması Mirzoyanın Qədim Sivilizasiyalar Forumundakı bəyanatını qınayıb
26 Sep 2024 | 18:20
Azərbaycan bədii gimnastları Monteneqrodakı turnirdə 2 medal qazanıblar
26 Sep 2024 | 18:12
Aytən Muradova: Azərbaycanda Aliment Fondunun yaradılması təklifi aktualdır
26 Sep 2024 | 18:10
“Bu gün özünü cəmiyyətə ədəbiyyat kimi sırımağa çalışan anti-ədəbiyyat mövcuddur”
26 Sep 2024 | 18:04
Luka Skieppati: “Bu gün 43 şirkət TAP-ın tutumunu bron etmək hüququna malikdir”
26 Sep 2024 | 17:59
Kamran Əliyev şəhid prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirdi - FOTOLAR
26 Sep 2024 | 17:55
Paşinyan Ərdoğanın kitabını niyə sinəsinə sıxdı?..
26 Sep 2024 | 17:54
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı BƏYANAT
26 Sep 2024 | 17:49
Taksi sürücüləri üçün imtahanın vaxtı AÇIQLANDI
26 Sep 2024 | 17:44
Paytaxtı hara KÖÇÜRƏK? – Bakıdakı xaosa ÇARƏ + FOTO
26 Sep 2024 | 17:38
"Livanla İsrail arasında vəziyyət dözülməz həddə çatıb" - Baydenlə Makrondan birgə bəyanat
26 Sep 2024 | 17:32
Sahil Babayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü - FOTO
26 Sep 2024 | 17:27
DOST mərkəzlərinə 3 milyonuncu müraciət Zəngilanda qeydə alındı - FOTO
26 Sep 2024 | 17:21
Bu küçəyə avtomobillə giriş-çıxış tam məhdudlaşdırılacaq
26 Sep 2024 | 17:15
Qalmaqal yenidən BAŞLADI: Afət Fərmanqızı Flora Kərimovaya 100 min təzminat verəcək?
26 Sep 2024 | 17:10
Taksi duracaqları yaradılır - Bakıda nə dəyişəcək? - ŞƏRH
26 Sep 2024 | 17:05
Ərdoğan Paşinyanla nələri MÜZAKİRƏ ETDİ? – Nyu-York görüşünün TƏFƏRRÜATI
26 Sep 2024 | 16:59
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı - FOTO
26 Sep 2024 | 16:54
Dövlət Komitəsi əməkdaşları üçün təlim keçirilib - FOTOLAR
26 Sep 2024 | 16:49
Bakıda taksi sürücülərinə ŞAD XƏBƏR: Yeni layihənin icrasına başlanılır
26 Sep 2024 | 16:44
DİQQƏT! Bakıda xüsusi zolaqalara yalnız bu avtomobillər daxil ola bilər
26 Sep 2024 | 16:38
Ceyhun Bayramov Angel Moratinosla görüşdü - FOTO
26 Sep 2024 | 16:33
"ABŞ Ukraynaya 8 milyard dollarlıq hərbi yardım edəcək" - "Reuters"
26 Sep 2024 | 16:27
Bu, Azərbaycan üçün legitim müharibə səbəbidir - Situasiya dəyişir
26 Sep 2024 | 16:21
Azərbaycanın müdafiə sənayesində YENİ MƏRHƏLƏ: Türkiyəli general DETALLARI AÇIQLADI – FOTO
26 Sep 2024 | 16:16
Bu yağlar xəstəlik yaradır - Alimlərdən XƏBƏRDARLIQ
26 Sep 2024 | 16:12
"Ukrayna gerçəkdən mövcud deyil və onu bərpa etmək mümkünsüzdür" - Tramp
26 Sep 2024 | 16:08
Prezidentdən maaşla bağlı müjdə
26 Sep 2024 | 16:03
Hökumət 2025-ci ilin dövlət büdcəsinin layihəsini Prezidentə TƏQDİM ETDİ
26 Sep 2024 | 15:58
Hava ilə bağlı XƏBƏRDARLIQ - Sentyabrın 28-i gündüzədək...
26 Sep 2024 | 15:53
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” - İlham Əliyev
26 Sep 2024 | 15:48
Müdafiə Nazirliyi ilə “Azərsilah” saziş imzaladı
26 Sep 2024 | 15:42
Zaur Kamalın oğlu: "Universitetdə gəzə bilmirəm, deyirlər ki..." - VİDEO
26 Sep 2024 | 15:36
İlham Əliyev: "İlin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir"
26 Sep 2024 | 15:30
İqtisadi məsələlərə həsr olunmuş mühüm müşavirə: Prezident çıxış etdi - YENİLƏNİB + FOTO
26 Sep 2024 | 15:26
Bakıda ahıl və tənha vətəndaşların pullarını ələ keçirən Ukrayna vətəndaşları saxlanıldı
26 Sep 2024 | 15:21
“Stalinin qərarına qarşı çıxdığım üçün aldığım cəzanı üzərimdən necə götürtdüm?..”
26 Sep 2024 | 15:18
Minimum əməkhaqqı 400, pensiya 330 manat olacaq - Qazilərin müavinəti 2 dəfə artır
26 Sep 2024 | 15:12
Türkiyəli iş adamının oğlu azərbaycanlı xanımla nişanlandı - FOTOLAR
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
26 Sep 2024 | 14:55
Akademik Milli Dram Teatrında "Sehrbazlar dərəsi" tamaşasının məşqlərinə başlanılıb - FOTO
26 Sep 2024 | 14:49
Müharibə iştirakçılarının 60 min manatını ələ keçirən şəxs həbs edildi - VİDEO
26 Sep 2024 | 14:45
İlk köç karvanı Cəbrayıla çatdı, açarlar təqdim olundu
GÜNLÜK
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 07:37
Türkiyə və Ermənistan liderlərinin xanımları da görüşdü...-VİDEO
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 07:39
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 07:15
Zelenski ABŞ lideri ilə görüşdü...- Ukraynanın Qələbə planı ilə bağlı nə qərar verildi?.. 
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
20 Sep 2024 | 14:16
"İstisu" müalicəvidir, yoxsa süfrə suyu? - Ekspertdən XƏBƏRDARLIQ
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
26 Sep 2024 | 09:04
“Əsrlərin “Rus olmasa, türklər bizi yeyəcək” yalanından qurtulmaq lazım...”- Erməni politoloq
26 Sep 2024 | 07:37
Türkiyə və Ermənistan liderlərinin xanımları da görüşdü...-VİDEO
26 Sep 2024 | 08:24
Əhali arasında sürətlə yayılan xəstəlik - Həkimdən HƏYƏCAN TƏBİLİ
26 Sep 2024 | 08:45
“Bu roman Türkiyədəki təhsil sistemini birbaşa tənqid edirdi”- “Hababam sinifi”-nin Boncuğu-FOTO+ÖZƏL
26 Sep 2024 | 07:39
Cəbrayıl şəhərinə ilk köç karvanı yola salınıb
26 Sep 2024 | 12:04
Anası Qənirə Paşayevadan danışdı: "Elə olurdu ki, səhərə qədər..."
26 Sep 2024 | 15:06
Bakının mərkəzinə 1 addım məsafədə ucuz evlər - Kütləvi satılır
26 Sep 2024 | 07:56
ABŞ-da "yadplanetli" sahilə çıxdı
26 Sep 2024 | 07:15
Zelenski ABŞ lideri ilə görüşdü...- Ukraynanın Qələbə planı ilə bağlı nə qərar verildi?.. 
26 Sep 2024 | 15:00
Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq