Restoranlarda toy hazırlıqları başladı: QİYMƏTLƏR OD TUTUB YANIR - 300, 600 manat...
Oxunub: 1220
26 May 2021 | 16:37
Restoranlarda toy hazırlıqları başladı: QİYMƏTLƏR OD TUTUB YANIR - 300, 600 manat...
Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın dünən keçirilən brifinqində deyib ki, ilkin olaraq COVID-19 pasportları yalnız idman sağlamlıq mərkəzlərinə girişə tətbiq ediləcək.
 
Amma gələcəkdə bu pasportu olan şəxslərin digər müəssisələrə də çıxışına icazə veriləcək. Burada söhbət konsert, teatr, toy və digər şənliklərdən gedir.
 
Vətəndaşlar böyük səbirsizliklə toy şənliklərinin təşkilinə qoyulan qadağanın aradan götürüləcəyi qərarı gözləyirlər. Bununla yanaşı, bir ildən artıq müddətdir ki, qapalı olan şadlıq evlərində toy mərasimlərinin bərpa olunacağı təqdirdə, qiymətlərin əvvəlki dövrə nisbətdə müəyyən qədər artacağı ilə bağlı cəmiyyətdə fikirlər səsləndirilir.
 
Biz də həm mövcud qiymətləri, həm də hazırlıqların başlayıb-başlamadığını öyrənmək üçün paytaxtda yerləşən bir neçə şadlıq sarayı ilə əlaqə saxladıq.
 
“Mala Praqa”dan Publika.az-a bildirildi ki, artıq iyun və iyul aylarında olan bütün günlər demək olar ki, tutulub: “Bəzi günlər, xüsusilə də çərşənbə axşamı günlərində boş yerlər var. Menyuların qiyməti 60 manatdan başlayır, 200-300 manata qədər davam edir. Qiymət yeməklərin növündən asılı olaraq dəyişir. Əvvəl minimum qiymət 50 manat idi. İndi 10 manat artıb. Hazırda icazə verilmədiyi üçün qonaq sayını tam dəqiq təyin edə bilmirik. 100-120 nəfər ola bilər”.
 
“Mona Liza” şadlıq evindən isə rəsmi icazə olmadığı üçün qərarı gözlədiklərini bildirdilər. Qiymətlərə gəlincə, qeyd etdilər ki, əvvəlki dövrə nisbətən bir qədər bahalaşma var: “Dekorsuz olaraq 20-30 nəfərlə edə bilərlər. Qiymətlər 40-50 manat arası dəyişir. Qiymətə videoçəkiliş və musiqi daxil deyil. Əvvəlki illərə nisbətdə qiymətdə bir qədər bahalaşma var. İyun ayı üçün yeri sifariş etmək mümkündür”.
 
“Kalyon Novxanı” restoranından deyildi ki, onlarda olan məlumata görə, iyunun 1-dən sonra toyların təşkilinə icazə verilib-verilməyəcəyi məlum olacaq: “Rəsmi qərarı gözləyirik. Menyunun qiyməti minimum 55 manatdır. Həmişə belə olub. Qiymət yeməklərin növünə görə dəyişir”.
 
“Gilavar” şadlıq sarayının nümayəndəsi bildirdi ki, iyun və iyul aylarında toy etmək mümkün olacaq. Qiymətlərdə isə bir qədər artım mövcuddur: “180-200 nəfərlik toy etmək olar. Bunun üçün 600 nəfərlik zalımız var. İyun ayı üçün də yer var. Əvvəl qiymət 40 manatdan başlayırdı, indi isə 45 manatdan başlayır, hər şey daxildir. Qiymət ona görə artıb ki, əvvəl 12 nəfərlik masa qoyub, 400 nəfər yazırdıq, indi isə 180-200 nəfərə icazə verdikləri üçün, həmin masaya 6 nəfər əyləşə bilər ki, buna görə də qiymətlərdə artım var. Maksimum qiymət isə 65 manatdır. Toy qapalı məkanda keçiriləcək. Buna şəraitimiz imkan verəcək”.
 
“Badi Səba Saray” şadlıq evindən rəsmi qərarı gözlədikləri qeyd edildi. Hətta qonaq sayı çox olacaqsa, endirim edə biləcəklərini də dedilər: “İyun ayı üçün yer sifariş edə bilərlər. Biz ancaq nə qədər insanın toyda iştirakına icazə veriləcəyini bilmirik. 100-150 nəfər olacaqsa, 35-36 manatlıq menyunu 32 manata edə bilərik. Bu qiymətə hər şey daxildir. Hazırda yeri sifariş edib, gözləyə bilərlər. Biz də Operativ Qərargahın verəcəyi qərarı gözləyirik. Amma qeydiyyatı aparırıq, icazə verilməsə, qeyd edilən günlər növbəti aylara təyin ediləcək”.
 
“Golden Garden”in nümayəndəsi hazırda qeydiyyatın aparıldığını bildirdi: “Toylar hər halda iyunun 10-dan başlayacaq. Qonaq sayı 150 nəfərə qədər mümkündür. Banket zalda 35-40 manat, şadlıq evində 45-50 manatdır. Qiymətdə artım var. Musiqi isə qiymətə daxil deyil. Banket zalı 70 nəfərlikdir, xınayaxdı mərasimi üçün bir yerin qiyməti 30 manatdır, bu qayda ilə məclisin böyüklüyünə uyğun olaraq qiymət artır”.
 
“BƏM Lido Saray”ın nümayəndəsi isə dedi ki, onlarda iyunun 14-15-dən sonra qapalı məkanlarda toyların təşkilinə icazə veriləcəyi ilə bağlı məlumat var: “Bu tarixdən sonra eləmək olar. Ancaq biz də rəsmi qərarı gözləyirik. Qiymət bir nəfər üçün 50 manatdır, 600 manata da yerlər var. Qiymətlər müxtəlifdir”.
 
“İmperial Saray”da qiymətlərin qonaq sayına görə dəyişdiyi məlum oldu. Onlar da bildirdilər ki, iyunda toyların təşkilinə icazə veriləcəyi ilə bağlı məlumat yayılıb: “İyun ayı üçün yer sifariş edə bilərlər. Qiymətlər 40-55 manat olaraq dəyişir. Yəni qonaq sayına görə dəyişir. Biz də təqribi rəqəm deyirik. Çünki dəqiq bilmirik ki, neçə nəfərə icazə verəcəklər. 200 nəfər olarsa, minimum 38 manatla təşkil etmək olar. Mayın 25-də brifinq oldu, amma məlumat verilmədi. Düşünürük ki, iyunun 10-dan sonra icazə verəcəklər”.
 
“Simfoniya Hall”un nümayəndəsi rəsmi qərarı gözlədiklərini qeyd etdi: “Qiymətlərimiz 120 manatdan başlayır, 160 manata qədər davam edir. Bu qiymətə musiqi və dekor daxil deyil. Qonaq sayı hələ dəqiq məlum deyil. Ancaq bizim 550 nəfərlik zalımız var, düşünürük ki, icazə verilsə, orada 250-300 nəfəri qəbul edə bilərik. Açıq havada isə yerimiz yoxdur”.
 
“Romance Palace”dan da bildirildi ki, rəsmi qərarı gözləyirlər: “ Tədbirlərin keçirilməsinə icazə verilməyib. Rəsmi nə deyəcəklərsə, o da olacaq”.
 
Restoranların bir neçəsinə müştəri olaraq zəng etdik.
 
“Mega Palace”ın nümayəndəsi toyların keçirilməsinə qoyulan qadağanın tezliklə aradan qaldırılacağı günü səbirsizliklə gözlədiklərini dedi. Bildirdi ki, yaxın bir neçə günə bununla bağlı xəbər də olacaq: “Hələ ki, icazə verilməyib. Qərarı gözləyirik. Ancaq yeri əvvəlcədən sifariş edə bilərsiniz. 100-150 nəfərlik zalda toy etmək olar. Qiymətlər 35-50 manat arasında dəyişir. Üç zalımız var. Açıq havada yer yoxdur. İcazə verilsə, deyiləcək. Minimum 50 nəfəri götürəcəyik. Ancaq inanırıq ki, tezliklə icazə verəcəklər, səbirsizliklə gözləyirik. Biz də xəbər gözləyirik, bu gün, ya da sabah bizə xəbər verəcəklər”.
 
Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, paytaxtda fəaliyyət göstərən şadlıq evləri arasında qadağan olunmasına baxmayaraq, toy mərasimi təşkil edənlər də var.
 
“Şuşa Saray” şadlıq evindən müştəri olaraq etdiyimiz zəngə cavab olaraq bildirdilər ki, toyların siyahısını qeyd ediblər, icazə gözləyirlər: “Bütün yerlər demək olar ki, tutulub. Bir neçə gün üçün yer boşdur. İyunun axırları üçün iki boş yer var. Qiymətlər 35-60 manat arasında dəyişir. 3-4 manat artım olacaq. Qapalı məkanla yanaşı, açıq zal da var. Dünənki brifinqdə toylarla bağlı qərar verilmədi. Yəqin ki, iyunun əvvəlində bununla bağlı qərar verilər”.
 
“Venera Saray”ın nümayəndəsi toylara qoyulan qadağa ilə bağlı narazılığını bildirdi: “Brifinq keçirildi, toylarla bağlı heç bir qərar verilmədi. Toylar Məhərrəmlik ayından sonraya qaldı. Hazırda heç bir məclis təşkil etmirik”.
Oxşar xəbərlər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
11:08, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 12:22
Bisavad insan siyasətə sürüklənəndə belə olur
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:45
Rəşad Dağlının qızı əməliyyat olundu
18 May 2024 | 13:07
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 12:38
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
18 May 2024 | 12:32
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 12:22
Bisavad insan siyasətə sürüklənəndə belə olur
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 12:45
Rəşad Dağlının qızı əməliyyat olundu
18 May 2024 | 13:07
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO