Ermənistanın növbəti təxribatı: Lavrovun səfərinin gizli detalları
Oxunub: 5813
13 May 2021 | 19:21
Ermənistanın növbəti təxribatı: Lavrovun səfərinin gizli detalları
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfərinin ardınca Azərbaycanın bölgədə hərbi və siyasi fəallığının artması müşahidə olunur.
 
Ermənistan sərhəddə yerləşən Qaragöl adlanan ərazi ətrafında yaranmış mübahisə, eyni zamanda Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə başlaması Lavrovla aparılan danışıqların nəticəsiz qalması ilə izah edilə bilər.
 
Rusiya XİN rəhbərinin Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyi rəsmi Bakını demək olar ki, qane etmədi. Hələ mayın 4-5-də İrəvanda olarkən Ermənistanın razılığı olmadan bu dəhlizin açıqlamayacağını deyən Lavrov Bakıda apardığı müzakirələrdən sonra da fərqli heç nə demədi. Rusiyanın baş diplomatı sərhədlərin delimitasiyası və demarkasiyasının vacibliyindən danışsa da, bu mövzuda ümumi fikir bildirməklə kifayətləndi.
 
Ona görə də Lavrovun Moskvaya qayıtmasından sonra baş verən prosesləri Azərbaycanın öz müstəqil iradəsinə arxalanaraq həll etməsi kimi qiymətləndirmək olar. Əslində, rəsmi Bakının bu mövqeyini Azərbaycan Prezidenti İlham Əliyev Sergey Lavrovla görüşdən öncə Azərbaycan televiziyasına müsahibəsində qəti şəkildə verdiyi siyasi mesajlarla nümayiş etdirmişdi.
 
Dövlət başçısının siyasi arxayınlıqla “Zəngəzura dəhliz açılmalıdır və açılacaq” ifadəsini işlətməsi 44 günlük Vətən müharibəsindəki qələbədən sonra Azərbaycanın regionda güclənən geosiyasi mövqeyi ilə izah oluna bilər.
 
Prezident İlham Əliyevin 10 noyabr 2020-ci il bəyanatının hüquqi qüvvəsi məsələsini gündəmə gətirməklə Ermənistanı və Rusiyanı götürdükləri öhdəlikləri yerinə yetirməyə çağırdı.
 
Münaqişənin başa çatması və vasitəçi tərəfin iştirakına ehtiyac olmadığına dair Prezidentin açıqlaması isə Azərbaycanın özünün regional məsələləri həll etməyə qadir olduğuna işarə idi.
 
Prezidentin xəbərdarlıq məzmunlu icmarıclarından dərhal sonra Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi, eyni zamanda Zəngəzur istiqamətində Qaragöl ərazisinin Azərbaycanın tam nəzarətinə keçməsi barədə xəbərlər, eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərə başlaması rəsmi Bakının bölgədə güclü aktora çevrildiyini təsdiq edir. Bu baxımdan, Azərbaycan yaranmış yeni geosiyasi reallıqların dəyişilməsinə imkan verməyəcəyini göstərdi.
 
Son hadisələri Cebhe.info-ya şərh edən təhlükəsilik məsələləri üzrə ekspert İlham İsmayıl bildirdi ki, Ermənistan Baş nazirinin Təhlükəsizlik Şurasının iclasını çağırması, Azərbaycanı hərbi müdaxilədə ittiham etməsi və Xarici İşlər naziri Ara Ayvazyanın təcili Sergey Lavrova zəng vurması təxribat xarakterli addımlardır:
“Ermənilər istər qələbə qazananda, istər məğlub olanda özlərinin əzabkeş obrazını yaratmaqla təxribat xarakterli şişirtmələr edir. Qaragöl həmişə Azərbaycan ərazisi olub. Sovet dövründə Qaragölün 30 faizi inzibati ərazi kimi Azərbaycanın tabeliyinə, 70 faizi Ermənistana verilib. Amma bu göldən Ermənistana təsərrüfat məqsədilə istifadə hüququ verilib. Yəni mal-qaranı, əkin sahələrini suvarmaq üçün ayrılıb. Bu məsələ də SSRİ dövründə qalıb.
 
Ora Ermənistanın deyil, Azərbaycanın ərazisidir. Qaragöl Laçınla Qubadlının arasında yerləşir. Daha çox Qubadlının ərazisinə düşür. SSRİ dövründə də ermənilərə heyvandarlıq suvarma məqsədilə istifadə etməyə icazə verilib. Ermənilər də SSRİ dövründə Laçın və Qubadlının aran torpaqlarını öz ərazilərinə qatıblar. İndi də Azərbaycan hərbçiləri SSRİ dövründə Baş Qərargahın verdiyi xəritəyə əsasən irəliləyib və əvvəlki mövqeləri geri qaytarıb. Lakin Qaragölün tamamilə Azərbaycanın nəzarətinə keçməsi barədə dəqiq məlumatım yoxdur.
 
Sadəcə, Azərbaycan hərbçiləri bir qədər irəliləyib. Bu zaman heç bir silah işlədilməyib və heç bir ərazi də zəbt olunmayıb. Qaragöl çox böyük deyil. Onun Azərbaycanın tam nəzarətinə keçməsi üçün 3 kilometr irəli getmək lazımdır. Paşinyan bildirib ki, Azərbaycan hərbçiləri 3,5 kilometr Ermənistan ərazisinə daxil olublar. Ancaq burada da rəqəm şişirdilib. Çünki gölün enində və uzununda 3 kilometrlik ərazi yoxdur.
 
Ermənilər bu məsələni şişirdib bizi Rusiyanın qarşısında günahkar çıxartmaq istəyir. Amma Rusiya da yaxşı bilir ki, bizim bu məsələdə heç bir günahımız yoxdur.
 
Bundan başqa, Ermənistan bu olayı qabartmaqla Şuşadakı musiqi festivalına kölgə salmaq istəyir. Məqsəd Ermənistan ictimaiyyətinin diqqətini Şuşadakı tədbirdən yayındırmaq istəyirdilər. Həmin gün Ermənistan mediası “Xarıbülbül” festivalı barədə demək olar ki, tək-tək informasiya yaydı.
 
Paşinyanın gecə ilə Təhlükəsizlik Şurasının iclasını çağırması da təxribat idi və onlar Ermənistan cəmiyyətinin diqqətini bu məsələyə yönəltməyə çalışırdılar. Azərbaycan Dövlət Sərhəd Xidmətinin verdiyi rəsmi açıqlamada da qeyd edilir ki, heç bir müdaxilə, silahlı gərginlik baş verməyib. Sadəcə olaraq, Ermənistan tərəfi ilə müzakirələr aparılıb. Ermənistanın xarici işlər nazirinin dərhal Sergey Lavrova zəng etməsi bunun təxribat məqsədi daşıdığını sübut edir”.
 
İlham İsmayıl hesab edir ki, Lavrovun İrəvana və Bakıya səfərləri zamanı sərhədlərin delimitasiyası və demarkasiyasının ağır, lakin vacib olduğunu bildirməklə erməniləri nəzərdə tutub:
 
“O, ermənilərə geri çəkilməli olduqlarına dair mesaj verib. Çünki həmin ərazilər Azərbaycan torpaqlarıdır. “Lavrov da Kreml də yaxşı bilir ki, Ermənistan təxribatla məşğuldur. Sadəcə olaraq, bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar. Ona görə də deyirlər ki, Qazax rayonunun işğal altındakı kəndələrinin qaytarılmasına tələsməyin. Ermənistanda iyunun 20-də seçkilər keçirilsin, sonra həll edin. Hesab edirəm ki, təxribat törədən tərəf Ermənistandır. Azərbaycan isə qanunla öz işini görür. SSRİ-nin Baş Qərargahının müəyyən etdiyi xəritə əsasında Azərbaycan hərəkət edir. Ermənilər həm də Zəngəzur məsələsindən Paşinyana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Ancaq onu da qeyd edim ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanla yanaşı, Rusiyanın da xeyrinədir. İran ərazisindən nəqliyyat-kommunikasiya dəhlizinin açılması Rusiya üçün əlverişli deyil. Çünki İran ideoloji dövlətdir və gələcəkdə rejim dəyişə bilər. Zəngəzurdan dəhliz açılsa, Rusiyanın həm İranla, həm də Ermənistanla birbaşa quru əlaqəsi yaranır. Yüklərin daşınmasında heç bir problem yaranmır. Ona görə də bu məsələdə Azərbaycanın iradəsi Rusiya ilə üst-üstə düşür. Məhz bu səbəbdən Azərbaycan Prezidenti deyir ki, biz Zəngəzurdan dəhliz açacağıq. Sadəcə olaraq, həmin proses iyunun 20-dən sonra daha sürətlə inkişaf edəcək. Azərbaycanın mövqeyi Rusiya ilə razılaşdırıldığına görə dövlətimiz qətiyyətli hərəkət edir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlzinin açılması Dağlıq Qarabağda ermənilərin yaşadığı bölgədə Azərbaycanın suverenliyinin bərpası ilə eyniləşdirilməməlidir. Xankəndidə Azərbaycan bayrağının dalğalanması ilə Zəngəzur məsələsinin bir o qədər əlaqəsi yoxdur. Əgər Ermənistan Zəngəzur dəhlizinin açılmasına icazə verməsə, Azərbaycan Laçın dəhlizini bağlamalıdır. 10 noyabr bəyanatında bu barədə ayrıca maddə olmasa da, rəsmi Bakı bəyan edə bilər ki, Ermənistan anklav ərazi kimi Naxçıvanla əlaqə yaratmağa icazə vermədiyinə görə, Azərbaycan da Xankəndidən Ermənistana gedən dəhlizi bağlayır. Bir saatın ərzində xüsusi təyinatlılarımız Laçın dəhlizinə nəzarəti ələ alsın”.
Oxşar xəbərlər
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
GÜNLÜK
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO