Aprelin 13-də bir qrup sabirabadlı qazi Şuşaya səfər edib, buradakı “N” saylı hərbi hissənin əsgərləri ilə görüşüb.
Bu barədə Moderator.az-a Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib. Faiq Hüseynov qeyd edib ki, səfər əsnasında “Əminlər” şirkətinin əsgərlərə yolladığı sovqatlar da hərbçilərə təqdim edilib:
“13 aprel tarixində bir qrup sabirabadlı qazi ilə birlikdə doğma Şuşamızda olduq, “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşdük. Səfər əsnasında “Əminlər” şirkətinin hərbçilərimizə göndərdiyi sovqatı da onlara təqdim etdik.
Doğma Şuşamızı gəzdikdə sevincimiz aşıb-daşırdı. Bu azadlığı, bu xoşbəxtliyi bizə nəsib edən Allahımıza şükürlər olsun... Biz buna görə öz qanları, canları ilə vətəni işğaldan azad edən şəhidlərimizə, qazilərimizə minnətdarıq. Allah Ali Baş Komandanımız başda olmaqla Azərbaycanın müzəffər ordusunu qorusun. Amin!”.
Seymur ƏLİYEV