Putinin Bakı və Ankaraya telefon zəngi: Zəngəzur dəhlizi, Xocalı, Xankəndi, yoxsa...
Siyasət
Oxunub: 1626
13 Apr 2021 | 10:09
Putinin Bakı və Ankaraya telefon zəngi: Zəngəzur dəhlizi, Xocalı, Xankəndi, yoxsa...
Qarabağ zəfərindən sonra Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin intensiv şəkildə təmaslarının şahidi olmaqdayıq. Elə son bir ayın monitorinqi Qarabağ məsələsinin Bakı, Ankara və Moskvanın siyasətində prioritetlərdən olduğunu demək üçün kifayət edir.
 
Ötən ay Azərbaycan və Rusiya rəhbərliyi arasında bir neçə dəfə təmaslar olub. Sonuncu dəfə isə aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdi. Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirildiyi bildirildi. Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb.
 
Aprelin 9-da isə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığının olduğu haqda rəsmi xəbər yayıldı. Kremlin yaydığı xəbərə görə, Ərdoğan Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, eyni zamanda 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb. V. Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb. Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyi barədə qarşılıqlı fikir bildirilib.
 
Qeyd edək ki, Putin Bakı və Ankaraya məhz Ermənistanın baş naziri Nikol Paşinyanla Moksvada görüşdən sonra telefon açıb. Bu, həm də o deməkdir ki, Rusiya Qarabağ adının çəkildiyi görüşlər barədə Azərbaycan və Türkiyəni məlumatlandırmağı vacib sayır.
 
Putin-Əliyev, Ərdoğan-Putin telefon danışıqlarının sürəkli şəkildə getməsi indi daha heç kəsi təəccübləndirmir, çünki mövzu Qarabağdır. İllər öncə Soçidə keçirilən Ərdoğan-Putin görüşündə Qarabağdan danışılmasını necə həsrətlə gözləyirdik, ancaq bu gün Qarabağ qardaş dövlətin əsas mövzusudur. Ancaq bəzən aparılan danışıqların qapalılığı bəzi müşahidəçilər tərəfindən narahatlıqla qarşılanır. Narahatlıq daha çox Ermənistanda var. Hətta bugünlərdə Emənistanda Zəngəzurla bağlı danışıqların qapalı şəkildə aparılmasından dolaşı təşvişin mövcudluğunu müşahidə etdik. Odur ki, bəzən sual olunur, bu danışıqların ictimaiyyətə açıqlanmayan hissəsi bizim üçün uyğundurmu, aparılan müzakirələr xeyrimizədirmi? Liderlər arasındakı bu telefon danışıqları hansı növbəti böyük projenin reallaşmasına hazırlıq ola bilərmi? Məsələn, Zəngəzur dəhlizi, yaxud Xankəndinin, Xocalının Azərbaycana qaytarılması danışıqlar predmetidir, söyləmək olarmı?
 
Qafar Çaxmaqlı: “Şübhə etmirəm ki, Ərdoğanla telefon danışıqlarında kommunikasiya xətlərinin açılması, Türkiyə-Ermənistan sərhədlərinin açılıb-açılmaması mövzusu da keçir”
 
Politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a dedi ki,  Putin-Əliyev, Ərdoğan-Putin telefon danışıqlarının intensiv xarakter almasının səbəbi 10 noyabr 2020-ci il razılaşmasının bir sıra bəndlərinin yerinə yetirilməməsi və ya tam yerinə yetirilməməsidir: “Ermənistan öhdəsinə götürdüyü bəzi işləri gecikdirir. Bunlardan biri Zəngəzur dəhlizinin açılmasıdır. Paşinyan sözdə bu prosesin də Ermənistanın xeyrinə olacağını deyir, amma içəridəki bəzi şovinist qüvvələr o fikirdədir ki, bu dəhlizin açılmasından gələcək xeyiri istəmirik, çünki həmin dəhliz Türkiyəni Türk dünyasına bağlayacaq və Türkiyə bölgədə daha da güclənəcək. Paşinyanın içində də bizim xeyrimizə haradasa mane olmaq istəyi var”.
 
Q.Çaxmaqlının sözlərinə görə, ikinci tərəfdən onlar bu dəhlizin açılmasından siyasi məqsədlərin həyata keçirilməsi üçün istifadə etməyi düşünürlər: “Ermənistanda indi Paşinyan üçün gündəmdə olan ən qorxulu məsələ müharibədən sonra əsir götürülən 62 terroristin geri alınmasıdır. Azərbaycan haqlı olaraq onları savaş əsiri saymır və müharibə bitəndən sonra buraya gəlib adamlarımızı öldürən diversant qrup kimi onları mühakimə etməlidir. Onlar Putindən bu məsələnin həll edilməsini istəyirlər. Amma bu, hələlik danışıq predmeti ola bilməz. 10 noyabr öhdəliyinə bunun dəxli olmamalıdır, bu məsələnin şərt kimi irəli sürülməsi absurddur. Kapitulyasiya imzalamış bir ölkənin şərt irəli sürməsi gülüncdür”.
 
Politoloq Ermənistanın 10 noyabr razılaşmasının pozulmasına sübut kimi aşağıdakı fikirləri səsləndirdi: “Ehtimal ki, İlham Əliyev Dağlıq Qarabağın Xankəndi və digər ərazilərindən Ermənistana aid hərbi birləşmələrin çıxarılması, bu ərazilərə azərbaycanlıların qaytarılması məsələsini qoyur. Çünki müharibədən keçən bu müddət ərzində Azərbaycan cəmiyyətini bu sual düşündürür: biz Xankəndinə, Xocalıya və digər torpaqlarımıza nə vaxt qayıdacağıq? Bu ərazilərdə Azərbaycan dövlətinin suveren haqları nə vaxt bərpa olunacaq? Şübhə etmirəm ki, Ərdoğanla telefon danışıqlarında kommunikasiya xətlərinin açılması, Türkiyə-Ermənistan sərhədlərinin açılıb-açılmaması mövzusu da keçir. Əlbəttə ki, dövlət başçıları arasında gedən danışıqların hamısını bilə bilmərik. Bu müzakirələrin aparılması lazımdır. Qalib ölkə kapitulyasiya imzalamış ölkəni bir çox məsələlərin həllinə məcbur etməlidir. Putinin əvvəlcə Köçəryanla, daha sonra Paşinyanla apardığı danışıqların mətbuata sızan hissəsində də elə bu məsələlər var idi. Rusiya əslində Ermənistanı məhv olmaqdan xilasetmə tədbirləri görür”.
 
Elxan Şahinoğlu: “Ermənistana ciddi mesajdır ki, işin içində Türkiyə də var, Ankara kənarda qala bilməz və prosesin gedişatı ilə bağlı məlumatlandırılmalıdır”
 
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun da bu danışıqlarla bağlı maraqlı təhlili var: “Son illər prezidentlər arasındakı telefon danışıqlarının intensivliyi artıb. Putinin Azərbaycan və Türkiyə prezidentləri ilə telefon danışıqlarının mənası da aydındır. Çünki bu danışıqlardan bir gün əvvəl o, Ermənistanın baş naziri Nikol Paşinyanı Moskvaya dəvət etmişdi, onunla danışıqlar apardı, Qarabağ məsələsi də müzakirə olundu. Rusiya prezidenti də etik qaydalara uyğun olaraq danışıqların mahiyyəti barədə Azərbaycan və Türkiyə prezidentlərini məlumatlandırmağa qərar verdi. Diplomatiyada bu, normal qaydadır. Çünki münaqişə tərəfləri bəllidir-Azərbaycan və Ermənistan, Rusiya və Türkiyə də vasitəçi rolunda çıxış edirlər”. E.Şahinoğlu qeyd etdi ki, əslində Rusiya prezidentinin Türkiyə prezidentinə zənginin də çox böyük əhəmiyyəti var: “Bu da Ermənistana ciddi mesajdır ki, işin içində Türkiyə də var, Ankara kənarda qala bilməz və prosesin gedişatı ilə bağlı məlumatlandırılmalıdır”.
 
Politoloq narahatlığını da bölüşdü: “Amma çox təəssüf ki, bu görüşlərin, danışıqların hələlik bizim istədiyimiz məcrada getdiyini söyləmək çox çətindir. Çünki bizim əsasən Rusiyadan istəklərimiz və tələblərimiz var. ”İskəndər" məsələsinə aydınlıq gətirilməyib, modul tipli yerləşim yerlərinin sayını artırırlar, Rusiya tərəfi bu barədə izahat verməlidir, minalanmış ərazilərin xəritələrinin verilməsi məsələsi həll olunmamış qalıb. Biz gördük ki, bunun əvəzində “əsirlər” məsələsini gündəmə gətirməyə çalışırlar. Amma Azərbaycanın mövqeyi bundan ibarət oldu ki, bizim istəklər, tələblər, şərtlər yerinə yetirilməyənə qədər onların “əsir”, bizim diversant adlandırdığımız şəxsləri geri verə bilmərik". “Atlas” rəhbəri hesab edir ki, Putinin Ərdoğana zənginin başqa bir mənası da var idi: “Çünki zəngdən sonra Ərdoğan İstanbulda Ukrayna prezidenti Zelenskini qəbul edəcəkdi.  Görünür, Putin bu danışıqların mahiyyəti haqqında əvvəlcədən Ərdoğandan bilgi almaq istəyirdi. Hazırda Ukrayna-Rusiya münasibətləri gərginləşir. Bəlli oldu ki, Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsinə, Krımı Ukrayna ərazisi saymasına baxmayaraq, məsələlərin sülh yolu ilə həllini istəyir. Amma burada bir məsələ də üzə çıxdı: Ukrayna və Azərbaycanın Türkiyə üçün fərqi də göz önündədir. Bizim məsələdə Türkiyə açıq şəkildə Azərbaycana hərtərəfli dəstək verdi və biz müharibə yolu ilə məsələlərin böyük hissəsini həll etdik. Ukrayna nümunəsində isə Türkiyə və Türkiyə rəsmiləri, o cümlədən Ərdoğan məsələlərin ancaq sülh yolu ilə həllinə tərəfdar olduqlarını bildirdilər. Çünki bölgədəki müharibə özü ilə böyük risklər vəd edir. Bu, Azərbaycan və Ukraynanın Türkiyə üçün müəyyən qədər fərqini də ortaya qoydu”. 
Oxşar xəbərlər
09:10, Bu gün
Britaniya mətbuatı: Makronun adamları Bakıda istintaqa cəlb olunub - ŞOK FAKTLAR
09:07, Bu gün
Zukerberq altı dəfə zənginləşib
09:01, Bu gün
Tatar partizanlar rusların Kursk bölgəsindəki logistikasına güclü zərbə endirdi... 
08:54, Bu gün
Nepalda son 50 ilin fəlakəti: Azı 112 nəfər öldü
08:51, Bu gün
Bakı metrosunda PROBLEM YARANDI
07:54, Bu gün
Alimlər 1-ci tip şəkərli diabet xəstəsini sağalda bildilər... -DÜNYADA İLK DƏFƏ
07:15, Bu gün
Moskvada yaşayış binasında 8 partlayışdan sonra güclü yanğın başladı...
02:06, Bu gün
Bayden Livandakı vəziyyəti nəzərə alaraq Netanyahu ilə danışmaq niyyətindədir
02:04, Bu gün
Hizbullahın nüfuzlu şəxsi 5 milyonla İsrailə qaçdı
02:03, Bu gün
“Cəzamı verdi” - Qurban Qurbanov
02:02, Bu gün
Rusiyada onlarla sərnişinin olduğu avtobus qəzaya uğradı: Sürücü diri-diri yandı
02:01, Bu gün
Bakıda dava düşüb: Bıçaqlananlar var
01:42, Bu gün
Rusiyanın Baş naziri Ermənistana işgüzar səfərə gedəcək
29 Sep 2024 | 22:47
"Ən qanlı cinayətlər dünyanın susduğu zaman baş verir" - Zelenski
29 Sep 2024 | 22:41
UFC döyüşçüsü Parisdəki qələbəsindən sonra Makronu təhqir etdi
29 Sep 2024 | 22:39
Eyni internet üçün niyə artıq pul ödəyirik?
29 Sep 2024 | 22:38
DİN-dən XƏBƏRDARLIQ! CİDDİ YANAŞIN!
29 Sep 2024 | 22:37
Bu ölkə də sərhəddə hasar çəkmək istəyir
29 Sep 2024 | 22:33
Daha bir Vətən müharibəsi iştirakçısı vəfat etdi
29 Sep 2024 | 22:32
"Mançester Yunayted" böyük fərqlə "Tottenhem"ə məğlub oldu
29 Sep 2024 | 22:09
İlon Maskdan proqnoz: Tramp seçkidə uduzarsa nə olacaq?
29 Sep 2024 | 21:57
"İran rəhbərliyində İsrailə cavab verilməsi ilə bağlı ixtilaflar yaranıb" -  "The New York Times"
29 Sep 2024 | 21:55
Sakinlərin DİQQƏTİNƏ: Sabah Bakının üç rayonunda qaz olmayacaq
29 Sep 2024 | 21:31
İsrail “Hizbullah” hərəkatına qarşı əməliyyatı yekunlaşdırıb
29 Sep 2024 | 21:24
Sumqayıtda yataqxanada yanğın olub - YENİLƏNİB
29 Sep 2024 | 21:12
Meymunçiçəyi epidemiyası sürətlə yayılır
29 Sep 2024 | 21:08
“Bayden administrasiyası Ermənistanı məğlubiyyətə hazırlayır”
29 Sep 2024 | 20:52
"Trampın Putinin niyyətlərini düzgün anlamaması yaxşı heç nə vəd etmir" - "Der Spiegel"
29 Sep 2024 | 20:34
“Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır” - Prezident
29 Sep 2024 | 20:26
ABŞ ordusu Suriyada 37 terrorçu məhv edib
29 Sep 2024 | 20:23
İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
29 Sep 2024 | 19:56
İsrail Yəmənə yenidən zərbələr endirib
29 Sep 2024 | 19:53
Gəncə Dövlət Universitetində diplom almaq üçün tələbələrdən rüşvət tələb edilir? - İDDİA
29 Sep 2024 | 19:52
Cəbrayıl şəhərinə növbəti köç olacaq
29 Sep 2024 | 19:51
Kamran Əliyev: COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə böyük hörmətin təzahürüdür
29 Sep 2024 | 19:50
Ceyhun Bayramovun BMT-nin Baş katibi ilə görüşüb, postmünaqişə dövründə vəziyyət müzakirə olunub
29 Sep 2024 | 19:49
"Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur"
29 Sep 2024 | 19:23
Vətən müharibəsi iştirakçısı olan artilleriya divizionunun komandiri vəfat etdi
29 Sep 2024 | 19:22
İlham Əliyev: "Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əlaqələrimizi yüksək qiymətləndiririk"
29 Sep 2024 | 18:50
Moskva ətrafında rusiyalı zabit qətlə yetirildi
29 Sep 2024 | 18:38
İran XİN İsraili təhdid etdi: "Qisas alınacaq"
29 Sep 2024 | 18:34
Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı
29 Sep 2024 | 18:24
İsrail niyə 27 sentyabrda hücum etdi? – Ovannisyandan ilginc versiya
29 Sep 2024 | 18:05
Yeni qarğıdalının fayda və zərərləri nələrdir?
29 Sep 2024 | 18:05
Qızıl alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik?
29 Sep 2024 | 18:00
Marketdə baş verən gülünc səhv olimpiya çempionunun karyerasını məhv etdi
29 Sep 2024 | 17:52
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - FOTO+ÖZƏL MÜSAHİBƏ
29 Sep 2024 | 17:51
Tərtər sakinləri erməni vandallığından danışdılar: "Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb" (VİDEO)
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 17:45
Sevgilisi ayrılmaq istədi, maşında qumbara partlatdı
29 Sep 2024 | 17:40
Məşhur aparıcının sümükləri əriyir
29 Sep 2024 | 17:35
"Tərəqqi" medalına layiq görülən təcrübəli dənizçi vəfat edib
29 Sep 2024 | 17:30
İsrailin İran ssenarisi: Bakı buna hazır olmalıdır!
29 Sep 2024 | 17:26
Nəsrullahı İran casusu satıb - ŞOK İDDİA
29 Sep 2024 | 17:23
"ABŞ Ukraynanın uğur qazanması üçün əlavə tədbirlər üzərində işləyir" - Entoni Blinken
29 Sep 2024 | 17:20
Lavrov birbaşa BMT tribunasından dünyanı nüvə silahı ilə təhdid edib
29 Sep 2024 | 17:00
Nəsrullahın meyiti dağıntılar altından çıxarıldı-YENİLƏNİB
29 Sep 2024 | 16:53
Siqaretdən daha təhlükəli 5 qida
29 Sep 2024 | 16:45
42 xarici ölkədə seçki məntəqəsi yaradılacaq - Gürcüstan MSK
29 Sep 2024 | 16:36
Azərbaycanın stolüstü tennisçiləri Gürcüstanda üç medal qazanıblar
29 Sep 2024 | 16:28
"Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"
29 Sep 2024 | 16:20
THY Brüsselə uçuşlarını təxirə salır
29 Sep 2024 | 16:13
Qulaqlarınızı bunlarla təmizləməyin
29 Sep 2024 | 16:05
Bu balqabaq çantası fantastik qiymətə satıldı – REKORD
29 Sep 2024 | 15:45
İsrail Hizbullahın Suriyadakı mövqelərini də vurdu
29 Sep 2024 | 15:36
Nəsrullahın ölümü bilirsinizmi nə deməkdir? - Hakan
29 Sep 2024 | 15:28
Qərb məcbur edir ki, nüvə doktrinasını tətbiq edək
29 Sep 2024 | 15:20
Goranboyda 28 yaşlı qadın bıçaqlandı
29 Sep 2024 | 15:08
Yaşlı insanların yuxu keyfiyyətini yaxşılaşdıran içki
29 Sep 2024 | 15:00
Ağ idman ayaqqabılarını necə təmizləmək olar? – Yeni görünəcəklər
29 Sep 2024 | 14:50
Pezeşkianın xəbərdarlığı: Yeni Azərbaycan dövləti qurulacaq
29 Sep 2024 | 14:43
Rusiya NATO zabitlərinin olduğu binanı vurdu: 15 ölü
29 Sep 2024 | 14:35
Rusiyanın hərbi aerodromuna hücum edildi - VİDEO
29 Sep 2024 | 14:34
Yarımçıq sülh başa çatmayan münaqişə deməkdir
29 Sep 2024 | 14:28
Hamilə qadınlar bu qidaları yesin
29 Sep 2024 | 14:20
Kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanıldı - FOTO
29 Sep 2024 | 14:16
İran Nəsrullaha görə BMT-yə çağırış etdi
29 Sep 2024 | 14:08
Bu aktyor Namiq Qaraçuxurlunun qardaşı imiş - VİDEO
29 Sep 2024 | 14:00
Pulunuzun oğurlanmasını istəmirsizsə, bunları etməyin!
29 Sep 2024 | 13:54
“Deyirdi ki, ana, təsəvvür etmirəm, nə vaxtsa sən olmayacaqsan, insanın ölümündən reklam qazanmazlar”- Rəhimin anası göz yaşı tökdü-ÖZƏL+MÜSAHİBƏ
29 Sep 2024 | 13:45
Renkanın tədbirdə paltarı yandı - FOTO
29 Sep 2024 | 13:37
Sürücülərə XƏBƏRDARLIQ
29 Sep 2024 | 13:29
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - İTTİHAM
29 Sep 2024 | 13:18
İsrail Livanda quru əməliyyatına hazırlaşır
29 Sep 2024 | 13:10
Hər il dünyada 20 milyondan çox insan bu xəstəlikdən ölür
29 Sep 2024 | 13:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
29 Sep 2024 | 12:56
Nikah pozulmadan belə aliment almaq olur - VİDEO
29 Sep 2024 | 12:48
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - SƏBƏBLƏR
29 Sep 2024 | 12:40
“İkinci Ay”ın Yerə yaxınlaşması ilə bağlı şayiələr təkzib edildi
29 Sep 2024 | 12:33
Cazibədar aktrisaya 25 milyonluq TƏKLİF
29 Sep 2024 | 12:25
Sabahın hava proqnozu açıqlandı
29 Sep 2024 | 12:18
İsrail ABŞ-a son anda məlumat verib, Ostin qəzəblənib
29 Sep 2024 | 12:10
“iPhone 16 Pro Max” betonun üzərinə düşərsə, nə baş verər? - VİDEO
29 Sep 2024 | 12:00
Bakıda avtomobilin bir neçə gün əvvəl vurduğu 3 yaşlı uşaq ÖLÜB
29 Sep 2024 | 11:46
Gözlərin altındakı torbaları aradan qaldırmağın təsirli yolları
29 Sep 2024 | 11:39
Ukrayna dronları Volqoqradda İran raketlərinin saxlanıla biləcəyi sursat anbarını da vurdu...
29 Sep 2024 | 11:39
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
29 Sep 2024 | 11:38
Ərəblər Azərbaycana niyə əvvəlki kimi gəlmirlər? - ARAŞDIRMA
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
29 Sep 2024 | 11:30
Mövqelərimiz yenidən atəşə tutuldu
GÜNLÜK
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
29 Sep 2024 | 10:25
İtlər hansı yuxuları görür? - Yatmış iti...
29 Sep 2024 | 10:46
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
29 Sep 2024 | 09:38
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar
HƏFTƏLİK
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
28 Sep 2024 | 10:42
Arıq və qısaboy çağırışçılar - Onlar bu hallarda əsgər aparılmır - Rəsmi AÇIQLAMA
23 Sep 2024 | 12:50
"Ermənistan bilməlidir ki, bizimlə ultimatum dili ilə danışmaq mümkün olmayacaq"
AYLIQ
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
29 Sep 2024 | 10:16
Maşını özləri yuyanlara XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:50
Gecələr niyə güzgüyə baxmaq OLMAZ? 
29 Sep 2024 | 10:35
Toyda əlil arabasındakı şəxs "şabaş" verdi: Məşhur meyxanaçının REAKSİYASI təsirləndirdi - VİDEO 
29 Sep 2024 | 09:54
Temperaturun qalxması heç də həmişə infeksiyanın olması anlamına gəlmir-HƏKİMDƏN XƏBƏRDARLIQ
29 Sep 2024 | 10:09
Bu 7 vacib ixtiranı azərbaycanlılar edib - SİYAHI
29 Sep 2024 | 11:35
Psixoloq valideyinlərə SƏSLƏNDİ: "Uşaqların təcavüzə, şiddətə məruz qalmasının əsas səbəbkarı qadınlardır"
29 Sep 2024 | 10:25
İtlər hansı yuxuları görür? - Yatmış iti...
29 Sep 2024 | 10:46
NATO-nun Rusiya ilə birbaşa müharibəyə başlayacağı TARİX BƏLLİ OLDU
29 Sep 2024 | 09:38
Azərbaycanda əhali çörəkdən imtina edir: Görün tərkibinə nə qatırlar