Ustad Ramiz Həsənoğlunun doğum gününə...
Oxunub: 2422
13 Apr 2021 | 00:14
Ustad Ramiz Həsənoğlunun doğum gününə...
Bayram günləri televizorumuzu sevimli ailə üzvünə çevirirdi tele-tamaşalar. İndiki uşaqlar bilməz, o vaxt Yeni il, Novruz tətillərini doğmalar birgə vaxt keçirmək üçün fürsət sayardılar. Kimsə Narsissayağı öz şəkillərin çəkib tanımadığı adamların bəyənməsi üçün çalışmırdı, heç görməmiş kimi süfrəsini paylaşıb yediyini reklam edən də  tapılmazdı. Bəlkə o zaman texnika bu qədər inkişaf etmiş olsaydı, onda lap betərini yaşayardıq. Hər halda zəif texnika və güclü ürəklərin sayəsində gözəl bir uşaqlığımız olub. Axı nə lazım idi biz balacalara? Böyüklərimizin bütün çətin və yorğun həyatına baxmayaraq, deyib-gülməsi, sevinməsi, bizi də öz şənliklərinə qatması. O şaqraq gülüşlərdən, canlı söhbətlərdən, müzakirələrdən bizə də pay düşürdü, bəli. Və mən bu qədər zaman keçəndən, indi kiminsə böyüyü, valideyni olandan sonra başa düşürəm ki, uşaqlar üçün işləmək, çalışmaq, onları təmin etmək şərt deyil. Şərt onlar üçün xoşbəxt olmaqdı! Xoşbəxtlik isə təkcə qəlb işi deyil, həm də intellektual hadisədi, müdrikliyin, həyata sakit, təmkinli münasibətin, gözütoxluğun gətirdiyi duyğudu. Hə, elə ona görə də bayramlar və televizoru doğmalardan birinə çevirmiş əsərlər yadıma düşdü. 
O zaman mən balaca idim və evimizə dolmuş bu böyük sevincin, gülüşlərin, mehriban ab-havanın səbəbkarının kim olduğunu bilmirdim. Bir dəfə ekrandan dil çıxarmışdı bizə, qulağı ağrıyan uzun «balaca» da yaman təəccübləndirmişdi məni, bu boyda uşaq olar, uşaq ha?! Yaşıl eynək taxıb adamları qorxutmağı da bir ayrı olay idi onda... Daha doğrusu mənim bildiyim bu idi. Böyüdükcə ekranda gördüklərimizi, sevdiyimiz aktyorları, onların ifasını yönləndirən adamın varlığını da öyrəndim. Həm də elə uşaq, yeniyetmə ağlımıza sığışmayan, xoşladığımız düşündürücü, təsirli və gülməli əsərlərin bir adla bağlılığı idi. Axı bir adam bu qədər işi necə görə bilər?! Elə bu gün də Ustadın doğum günündə inanılmaz rəqəmə baxıb təəccüblənirəm. Sanki bu 75 ildə ömürə sığmayan işlər görüb, hamısı da fərqli, gözəl, qeyri-adi.  
 
Beləliklə rejissor Ramiz Həsənoğlunun 75 yaşı tamam olur. Və yubileylər həm də bir az hesabat istədiyi üçün mən qəribə şəkildə uşaqlığımı xatırladım. Bəlkə ona görə ki, Ramiz Həsənoğlu bu 75 illik həyatını və yaradıcılığını hər kəsin bioqrafiyasının, düşüncələrinin tərkibinə çevirə bilib. Əslində içimizi, ruhumuzu, babamızın, atamızın və bizim daxilimizdəki uşağı-böyüyü ifadə edən mətndir; Mirzə Fətəlinin, Mirzə Cəlilin, Əbdürəhim bəy Haqverdiyevin, Hüseyn Cavidin, Anarın, Vaqif  Səmədoğlunun və rejissorun  müraciət etdiyi başqa müəlliflərin mətnləri. Ramiz Həsənoğlu özünü, qohumunu, qonşusunu, millətini ən çox əks etdirən, bəlkə ən çox ayıldan əsərləri seçib və bizə özümüzü göstərib. Uğurun əsas sirri budur! Axı oxucu-tamaşaçı hər zaman özünü axtarır sənətdə və özünəbənzəri görəndə buna ürəkdən ağrıyır, təəssüflənir, gülür, kədərlənir... 
Elə indinin özündə də hansısa dalda bir yerdə məhəllə arasında curların yığışdığı kafe sahibini dindirsən, nisyə yeyənlərin əlindən dad döyər; lap «Ac həriflər» qəhrəmanı Həsən dayı kimi... 
Bu günəcən oğlan evi elçiliyə aparmağa professor, bəd ayaqda dosent axtarır: «Evləri köndələn yar»ın balıq Nadiri kimi...
İnsanları xoş hadisələrdən daha çox bədlik, qorxu və problemlər birləşdirir; «Yaşıl eynəkli adam»dakı qohum-əqrəba kimi...
Hələ deputat olmaq sevdasına düşənlərin haray-həşirindən danışmıram; «Ordan-burdan»ın Salman bəyi sayağı...
 
Bu siyahını, tezisləri və zamanın sıradan çıxarmadığı ideyaları o qədər sadalamaq olar ki... Bunlar haqda danışdıqca hər şey çox sadə görünür. Kənardan  elə gəlir ki, burda fövqəladə, qəliz bir iş yoxdu. Bəlkə təzə-təzə bu sənətin qulpundan yapışanlar – burda çətin nə var ki, mən də edə bilərəm – deyə düşünüblər də. Amma zaman göstərib ki, o filmlərin, tamaşaların insanlara təsir gücü, sənətdə açdığı yol bambaşqadır. Həm də müasir həyatda xeyli qəribə görünən Ramiz müəllimin öz işinə münasibətidir. Vaxtında Azərbaycan teleməkanında fantastik yeniliklər etmiş, həm özü, həm də ardıcılları üçün geniş üfüqlər, yeni istiqamətlər açmış adam o qədər soyuqqanlı və təvazökardır ki... Misal üçün, hələ Sovet dövründən türkçülük mövzusu yasaq olunanda Hüseyn Cavidin «Topal Teymur»unu çəkən rejissor, yaxud müstəqillik gələr-gəlməz milli kimliyimizi anlatmağın vacibliyi aktuallaşanda «Fatehlərin divanı» yaradan sənətkar bu mənada xidmətlərindən danışıb özünü türkçü kimi, millət fədaisi kimi göstərməyə çalışmır.  Görünür növbəti sirr də elə bundadı... Reklamla məşğul olanda sənət kənarda qalır. Ramiz müəllimdən ötrü isə iş, prosess, yaradıcılıq bütün başqa təfərrüatlardan daha vacibdir! 
 
Bunu dəfələrlə izləmək imkanımız da olub. Anarın ssenarisi əsasında ekranlaşdırdığı «Cavid ömrü» və «Sübhün səfiri» filmlərinin çəkiliş anlarına, «Ac həriflər» tamaşasının məşqindən fraqmentlərə baxanda işə qoyulan enerjini təxmin edə bilirik. Yadımdadı, Vaqif Səmədoğlunun «Generalın son əmri» pyesinin quruluş prosesində iştirak edib «Diqqət, məşq gedir» adlı məqalə yazmışdım və o vaxt rejissor-aktyor münasibətləri haqda təsəvvürlərim dəyişmişdi. Eyni zamanda, xoşbəxtlikdən müəllifi olduğum «Sonuncu» əsərinin də məşqlərini yaxından izləyə bildim. Və məhz Ramiz müəllimin sayəsində enerji mübadiləsinin, qızırğanmadan xərclənən ruhun, şövqün mütləq nəticə verəcəyinə inandım. 
Ramiz Həsənoğlu bütün bu uğurlarını onu yetişdirən zaman və ailə ilə bağlayır. Anası görkəmli aktrisa Ətayə xanım Əliyeva, atası teatr xadimi Həsən Mirzəyevin tərbiyəsi və böyüdüyü, təhsil aldığı mühit bu gün dilimizin əzbərinə, fikirlərimizin ən işıqlı məqamına çevrilmiş sənət əsərlərinin yaranması üçün təməl olub. Bütün bunlar, üstəgəl təbiətin səxavəti – istedad, zəhmətkeşlik, cəsarət, iradə şəxsiyyət və sənətkar olmaq üçün vacibdi. Amma deyilənlərin hamısından daha vacib olan Vətən sevgisidir. Ramiz Həsənoğlu tamaşaçısının diqqətini hansısa nöqsanlara çəkir, düşünərək güldürür, amma heç vaxt məsxərəyə qoymur onu, hardasa hündür bir təpənin üstündən baxmır ona... Yanında durur, başın sığallayır, yarasını sarıyır və bütün bunlarla xoşbəxt olur. 
 
Bu günlərdə, yubiley ərəfəsində müxtəlif televiziya layihələrində Ramiz müəllimin illərlə birgə çalışdığı adamların onun haqqında necə ürəkdən, böyük sevgiyə danışdığını müşahidə edirəm. Hər kəsin tarixçəsi var onunla bağlı. Həssaslığından, qayğıkeşliyindən, mehriban münasibətindən, işə tələbkarlığından danışırlar. Səbəbkar isə özü haqda deyilmiş yüksək, tərifli sözlərə  təəccüblənir. O təəccübü ancaq belə yoza bilirəm; bəs insan ayrı necə ola bilər, belə də olmalıdır da... Yəni Ramiz müəllim üçün yaşadıqları da, yaratdıqları da sadəcə həyatdı (atası dediyi kimi – Həyatdı da...) və o, ayrı cür yaşamağın yolunu da bilməyib... 
 
Son günlərdə əlimdə olan gündəliklərini vərəqləyəndə də özünə qarşı təmkinli, sakit münasibətini görürəm. Bir məqam çox xarakterikdir. Atasının rəhmətə getdiyi günü təsvir edir, bu xəbərin gözlənilməzliyi, stress keçirməyi, itkinin ağırlığı və başqa hisslərindən danışır. Və birdən atasına müraciətlə bir neçə cümlə deyir... Və bu cümlələrdən biri: “Həyat yoldaşından nigaran qalma. Çalışaram işə yola salıb sonra da qarşılayım...” Bax bu məqam mənim üçün sevimli rejissorun unudulmaz əsərlərini anlamaqdan ötrü açardı... Məni ata itkisindən keçirilən kədərin təsviri, həmin cümlələrdən əvvəl edilən üzrxahlıq həyəcanlandırmır. Məhz bu cümlə (Çalışaram işə yola salıb sonra da qarşılayım...) həyəcanlandırır. Çox sadə bir ifadəylə təkliyin, tənhalığın, övlad borcunun simvollaşdırılması... Hansısa pafoslu, yüksəkdən deyilmiş vəd yox, məhz belə, adi, gündəlik məsələ kimi dilə gətirilən plan...
 
Axı sənətkar təkcə yaratdıqları ilə deyil, həm də öz ömrü ilə inandırmalıdı tamaşaçısını. Bu mənada təsadüfi deyil ki, öz işləri haqda həmişə tələbkarlıqla danışan Ramiz müəllim məhz «Nigarançılıq» tele-tamaşasından söz düşəndə məmnunluğunu gizlətmir. Dahi Mirzə Cəlilin hekayələrinin motivləri ilə Anarın yazdığı ssenari əsasında çəkdiyi ekran əsəri sanki onun bütün ideyalarının cəmidir. Elə bu yubiley günlərində əsərə yenidən baxıram və başa düşürəm ki,  «Nigarançılıq» üç böyük maarifçinin – Mirzə Cəlilin, Anarın və Ramiz Həsənoğlunun düşüncələrinin üst-üstə düşdüyü məqamdı... Elə bu ideyanın davamı kimi Hüseyn Cavidi, («Cavid ömrü») Mirzə Fətəlini («Sübhün səfiri») özünəməxsus şəkildə tamaşaçısına anlatması xüsusi qeyd edilməlidir. Məhz bu qədrşünaslığı onu bu günki məqama çatdırıb; keçmişə sayğısı və yeni gələn nəsillərə həssas, qayğıkeş münasibəti...
 Yadımdadı, YUĞ teatrında «Sonuncu» tamaşasını qururdu. Qəhrəmanım Əlisöhbət Qələndərli gənc teatrşünasla söhbətində gileylənir: “Oğlum, mən cavan olanda yaşlıların zəmanəsi idi, qocaldım, indi də cavanların zəmanəsidi. İndi qocayam, “cavanlara yol açaq” deyə-deyə süpürüb atırlar bizi... Mən balet oynayan deyiləm axı, aktyoram...”
 
Ramiz müəllimin məhz bu anı - aktyorlar Fərhad İsrafilovla Hikmət Rəhimovun dialoqunu necə həyəcanla, kövrələrək məşq etməsi heç yadımdan çıxmır. Qəribədi ki, hər dəfə tamaşadan sonra müxtəlif yaşlı sənət adamları məhz bu sözlərdən təsirləndiklərini deyirdilər bizə... Bunun özü də detaldı görünür. Ramiz müəllimin məşqdə, tamaşaçının zalda kövrəlməsi. Axı gənclər üçün meydan – bir vaxt “Sabah” Birliyi yaradan Ramiz Həsənoğlu özü köhnəni “süpürüb atmaqla” yox, köhnədən ibrət götürməklə gətirib bütün yenilikləri... 
 
Və mən bu gün Ramiz müəllimin yubileyində bütün sadaladığım və yazıya gətirmədiyim dəyərli işlərin DAVAMını diləyirəm! Əlini zamanın və tamaşaçının nəbzindən ayırmayan sənətkar bu günün də sözünü mütləq deməlidi və deyəcək! Biz gözlərimizi ekrana zilləyib gözləyirik, Ustad! Doğum gününüz mübarək olsun!   
 
Pərvin Nurəliyeva
 
 
 
Oxşar xəbərlər
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar