Arzu Nağıyev: “Hərbi Qənimətlər Parkı gələcək nəsillərdə də Vətən müharibəsi haqqında aydın təsəvvür yaradacaq”
“Hərbi Qənimətlər Parkının açılması çox mühüm məsələdir və buna bir neçə aspektdən yanaşmaq lazımdır”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib. Millət vəkili qeyd edib ki, Hərbi Qənimətlər Parkının açılması bir çox baxımdan mühüm əhəmiyyətə malikdir:
“Birincisi, Hərbi Qənimətlər Parkı Azərbaycan ordusunun bu qələbəni necə əldə etdiyini, düşmən hansı texniakalarını necə sıradan çıxardığını ortaya qoydu.
İkincisi, gələcək nəsillərin Hərbi Qənimətlər Parkı ilə tanışlığı da mühüm əhəmiyyətə malikdir. Onlar bu parka gələn zaman ordumuzun düşmənə qarşı necə məhvedici hərbi əməliyaytlar təşkil etdiyini görəcək, onlarda Vətən müharibəsi haqqında aydın təsəvvürlər yaranacaq. Üçüncü məsələ ondan ibarətdir ki, Azərbaycana gələn hər bir əcnəbi şəxs də bunu görəcək, Azərbaycan ordusunun düşmənə qarşı apardığı mübarizənin miqyas və nəticələri haqqında dolğun məlumat əldə edəcək. Nəhayət, Hərbi Qənimətlər Parkında nümayiş edilən hərbi qənimətlər Ermənistan ordusunun yenilməzliyi haqqındakı mifin nə qədər cəfəng və əsassız olduğunu göstərəcək.
Xatırlayırsınızsa, ermənilər demişdi ki, belə getsə, erməni tankları Bakıya gələcək. Biz dünyaya gösdtərdik ki, erməni tankları Bakıya gələ bilər, amma yalnız hərbi qənimət kimi...”
Seymur ƏLİYEV