Dayanıqlı sosial-iqtisadi inkişafın Azərbaycan modeli: Milli Prioritetlər və onların icrası mexanizmi
Cəmiyyət
Oxunub: 1437
03 Apr 2021 | 12:10
Dayanıqlı sosial-iqtisadi inkişafın Azərbaycan modeli: Milli Prioritetlər və onların icrası mexanizmi
Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən 18 ildə ölkəmizi Cənubi Qafqaz regionunun sayılıb-seçilən, nüfuzlu dövlətlərindən birinə çevirib. 2003-2020-ci illərdə ölkənin siyasi və sosial-iqtisadi həyatında fundamental dəyişikliklər baş verib, iqtisadi siyasətdə çevikliyin təmini, struktur dəyişiklikləri ilə institusional islahatların paralel şəkildə aparılması konkret hədəflərə çatmağa imkan yaradıb.
 
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişafa dair milli prioritetlər dayanıqlı yüksəliş strategiyasının növbəti mükəmməl yol xəritəsidir. Sosial-iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsində Azərbaycan Respublikasının başlıca məqsədlərindən biri də ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi yolu ilə inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Təcrübə göstərir ki, konkret hədəflərə əsaslanan strategiya və baxışlar sistemi olmadan iqtisadi sahədə yüksək nəticələrin qazanılması və perspektiv vəzifələrin reallaşdırılması qeyri-mümkündür. Bu və digər hədəfləri uğurla gerçəkləşdirmək isə dərin iqtisadi təfəkkürə malik güclü siyasi liderlər sayəsində mümkün olur.
 
Son illərdə milli iqtisadiyyatın sosialyönümlü olması, insan amilinin ön planda dayanması xüsusilə diqqəti çəkir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bildirib ki, dövlətimizin yürütdüyü siyasətin əsasında insan amili, vətəndaşların maraq və mənafeləri dayanır. Dövlət başçısının rəhbərliyi ilə aparılan və sosialyönümlü mahiyyəti ilə diqqəti çəkən çoxşaxəli islahatların əsas hədəfi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmaqdır.
 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkədə postneft iqtisadiyyatının formalaşdırılması üçün kompleks, sistemli və dinamik iqtisadi islahatların həyata keçirilməsi labüddür. İqtisadi proqnozlara əsaslanmaqla iqtisadi ideyaların praqmatik şəkildə gerçəkləşməsini təmin etmək və güclü inkişaf arxitekturası formalaşdırmaq dövlətin strateji məqsədlərindəndir. Bu məqsəd və hədəflərə nail olmaq üçün, ilk növbədə, strateji yol xəritələrinin hazırlanması və icrası məqsədəuyğun hesab edilir.
 
Ölkənin gələcək inkişaf mərhələlərinin əsas konturlarının müəyyənləşdirilməsi zərurəti həm də onunla şərtlənir ki, respublikamızda aparılan islahatlar hər bir dövrün qlobal çağırışlarına əsaslanır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası konkret zaman intervalında inkişafın əsas konturlarını müəyyənləşdirməklə yanaşı, gələcək barədə proqnozları da özündə ehtiva edirdi. Konsepsiyanın iqtisadi istiqamətlərinə, ilk növbədə, qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması; iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi; ölkənin ümumi daxili məhsulunun tərkibində, dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi; iqtisadiyyatda innovasiyaların tətbiqinin təmini üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi; mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmini; iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması tədbirləri daxil idi.
 
Ölkədə və regionda, ümumilikdə qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından dövlət başçısı rəhbəri olduğu komandanın bu çağırışlara hazır olmasını son dərəcə vacib sayır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı sənəd ölkənin uzunmüddətli dayanıqlı inkişaf hədəflərinin müəyyənləşdirilməsi və islahatların konkret proqramlar əsasında reallaşdırılması baxımından yeni imkanlar açıb.
 
2018-ci ilin aprel ayında keçirilmiş prezident seçkilərindən sonra aparılan sistem xarakterli islahatlar - hökumətin tərkibinin yenilənməsi, insan amilinin sosial-iqtisadi islahatların əsas prioritetinə çevrilməsi, ən əsası, 2020-ci ildə ərazilərimizin Ermənistanın işğalından azad edilməsi sosial-iqtisadi və innovativ inkişaf sahələrində yeni vəzifələr müəyyənləşdirib. Sərəncam ilk növbədə “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanmasını nəzərdə tutur. Sərəncamla strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması tapşırılıb. Sənəd yaxın və orta perspektivdə ölkəmizin qarşısındakı əsas hədəf və vəzifələrin açıq müzakirə və dinləmələr əsasında müəyyənləşdirilməsinə, bu zaman cəmiyyətin sosial gözlənti və istəklərinin nəzərə alınmasına imkan verir. Milli prioritetlər əsasında hökumət qarşısında 5 mühüm istiqamətdə islahat, layihə və tədbirlərin reallaşdırılması vəzifəsi qoyulub:
 
1) dayanıqlı, artan rəqabət qabiliyyətli iqtisadiyyat; 2) dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; 3) rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; 4) işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; 5) təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
 
Ümumilikdə sosial rifah səviyyəsinin davamlı artımı məqsədilə yüksək, dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətləndirilməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini perspektiv üçün qarşıda duran əsas vəzifələr sırasındadır. Sənəddə şaxələndirmə və qeyri-neft sektorunun inkişafı tədbirlərinin davam etdirilməsi, yerli və xarici sərmayələrin təşviqi, şəffaf özəlləşmə strategiyasının həyata keçirilməsi, kapital və sığorta bazarının inkişafı və digər mühüm məsələlər nəzərdə tutulub.
 
Sənəddən irəli gələn vəzifələrin icrası Azərbaycanın Cənubi Qafqazın iqtisadi arxitekturasının müəyyənləşdirilməsində mövcud rolunu və statusunu daha da möhkəmləndirəcək. Milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Sənəddə daxili və xarici təsirlərə dayanıqlıq baxımından makroiqtisadi sabitliyin və dayanıqlığın gücləndirilməsi, yeni reallıqlara uyğun büdcə qaydasına əsaslanan fiskal çərçivə formalaşdırılması, valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert payının tədricən azaldılması, inflyasiyanın idarə olunması və s. kimi mühüm vəzifələr müəyyənləşdirilib.
 
Son illər dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gənclərin irəli çəkilməsi islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlib. Bu islahatlar dövlət qulluğunda yaradıcı düşüncəli, islahatlara meyilli menecer və texnokrat baxışlı məmur elitasının təmsilçiliyinə imkan yaradıb.
 
Təsadüfi deyildir ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” şəffaflığa xidmət edən tədbirlərin davam etdirilməsini də vacib məsələ kimi müəyyən edib. Qarşıdakı illərdə məhkəmə-hüquq sisteminin fəaliyyətində şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alınması, dövlət investisiyaları və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsinin yüksəldilməsi, idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikasının formalaşdırılması məsələləri öz həllini tapmalıdır.
 
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də sosial siyasətin təminatı sahəsində başlıca hədəflərin aydın və əhatəli şəkildə əksini tapması da mühüm məqam kimi qeyd olunmalıdır. Sənəddə yüksək inkişaf yalnız iqtisadi artım göstəricisi olaraq deyil, həm də cəmiyyətin bütün üzvlərinin sosial rifahının yüksəldilməsi baxımından vacib amil kimi dəyərləndirilir: “İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının artımı əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır. Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün səmərəli məşğulluğa və layiqli əməyə nail olunmalı, xüsusilə qadınların iqtisadi imkanlara çıxışı yaxşılaşmalıdır. Məşğulluqda özəl sektorun payının artması üçün zəruri stimullar yaradılmalı, muzdla işləyənlərin sayında özəl sektor üzrə işəgötürənlərin payı üstünlük təşkil etməlidir”.
 
Qarşıdakı 10 ildə ölkədə aparılacaq iqtisadi islahatlar ümumi inkişafdan hər bir vətəndaşın layiqli şəkildə bəhrələnməsinə, yüksək və ədalətli sosial təminat sisteminin, inklüziv cəmiyyətin yaradılmasına, paytaxt və regionların tarazlı inkişafına xidmət edəcək. Yüksək inkişaf səviyyəsinə adekvat olaraq cəmiyyət üzvlərinin sosial rifahının, sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılması, səmərəli məşğulluğun təmini, məşğulluqda özəl sektorun payının yüksəldilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, gəlirlərin leqallaşdırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində işlərin görülməsi nəzərdə tutulur.
 
Azərbaycan 44 günlük Vətən müharibəsinin yekunu olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edib. Hazırda respublikamızın qarşısında duran ən ümdə məsələ qələbənin əbədiləşdirilməsi üçün doğma torpaqlarından köçkün düşən insanların öz yerlərinə qayıdışını təmin etməkdir. Bu mənada “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də işğaldan azad olunmuş ərazilərə qayıdışla bağlı xüsusi bəndin yer almasının mühüm siyasi və iqtisadi əhəmiyyəti var. “Böyük Qayıdış” proqramı vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və həmin ərazilərin ölkənin iqtisadi sisteminə inteqrasiyasında körpü rolunu oynayacaq. Azərbaycanın regionda beynəlxalq nəqliyyat-logistika dəhlizinin bərpası istiqamətindəki təşəbbüsləri və həyata keçirdiyi layihələr ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına da əhəmiyyətli təkan verəcək.
 
Azərbaycanın tarixi qələbəsinin nəticələrinin möhkəmləndirilməsi və əbədiləşdirilməsi üçün işğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevriləcək, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılacaq. Planlı şəkildə görülmüş işlərlə hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların məskunlaşması üçün əlverişli imkanlar açacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayışın təmin edilməsi, müasir infrastrukturun qurulması, xidmətlərin əlçatan olması nəzərdə tutulur. Bundan başqa, regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin ediləcək.
 
Milli prioritetdə əksini tapmış məsələlərin həlli işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyini bərpa edəcək. Yeni yanaşmaların, müasir innovasiyaların tətbiq edildiyi bu bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevriləcək, ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olacaq.
 
Azərbaycan Prezidenti İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” (QDF) fərmanı işğaldan azad edilmiş ərazilərimizin dövrün tələbləri səviyyəsində bərpası və yenidənqurulması prosesinin ölkəmiz üçün prioritet məsələlərdən olduğunu bir daha təsdiqləyib. Qurumun yaradılmasında başlıca məqsəd işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata, yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsidir.
 
2021-ci ilin dövlət büdcəsində ərazilərimizin bərpası və yeniqənqurulması üçün 2,2 milyard manat vəsaitin ayrılması planlaşdırılan işlərin əhatə dairəsi, miqyası və intensivliyi ilə bağlı əyani mənzərə yaradır. Növbəti illərdə 1,5 milyard manatdan az olmayacaq bu vəsaitlərdən məqsədyönlü, şəffaf və ünvanlı istifadənin təmini məqsədilə yeni, müsbət reputasiyalı, şəffaf idarəetməyə malik publik hüquqi şəxsin yaradılması obyektiv zərurətdən irəli gəlir. QDF-nin Müşahidə Şurasında aidiyyəti bir sıra dövlət qurumlarının rəhbərlərinin təmsil olunması bərpa və yeniqənqurma işləri zamanı koordinasiyanın sürətlənməsinə və idarəçilikdə səmərəliliyin yüksəlməsinə imkan verəcək. Məqsəd həm də işğaldan azad olunmuş ərazilərin Cənubi Qafqaz regionunda abad və müasir zonaya çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərin vahid mərkəzdən reallaşdırılmasıdır.
 
“Qarabağ Dirçəliş Fondu” böyük biznes potensialına malik olan işğaldan azad edilmiş ərazilərimizə sərmayələr üçün etibarlı təminat mexanizmləri formalaşdırmaqla, eyni zamanda yerli və xarici sərmayələr təşviq edəcək. İşğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün dörd mərhələ üzrə fəaliyyət nəzərdə tutulur: 1) Xüsusi idarəetmə forması və təhlükəsizlik; 2) Strateji əhəmiyyətli infrastruktur məsələlərinin həlli; 3) Sosial xidmətlərin təmin edilməsi;
 
4) İqtisadiyyatın yenidən qurulması və davamlı inkişaf.
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərin mina və partlamamış hərbi-sursatdan (PHS) təmizlənməsini təhlükəsizliyin təminatı, habelə “Böyük Qayıdış” proqramı baxımından prioritet məsələlərdən biri kimi müəyyənləşdirib. Bu zərurət onunla şərtlənir ki, Ermənistan beynəlxalq hüquq normalarını pozaraq 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdə təkcə təmas xəttinə yaxın əraziləri deyil, ümumilikdə bütün rayon və şəhərləri, yolları, yaşayış binalarını və strateji yüksəklikləri minalayıb.
 
Azərbaycan dəfələrlə mina basdırılmış ərazilərin xəritəsini tələb etsə də, destruktiv mövqe nümayiş etdirən Ermənistan tərəfi buna məhəl qoymayıb. Bu, təcavüzkar ölkənin kommunikasiyaların bərpası, qarşılıqlı etimad, sülh və təhlükəsizlik mühitinin formalaşdırılması istiqamətindəki regional təşəbbüslərə qeyri-səmimi yanaşdığını göstərir. Ermənistanın beynəlxalq hüquqa zidd davranışlarına baxmayaraq, Azərbaycan güclü iqtisadi potensialı hesabına qısa zamanda işğaldan azad edilmiş əraziləri mina və PHS-lərdən təmizləmək və genişmiqyaslı abadlıq-quruculuq layihələrinin icrasına başlamaq əzmindədir.
 
Şübhəsiz, gələcəyi proqnozlaşdırmadan, inkişafın əsas mərhələlərini, görüləcək işlərin ardıcıllığını müəyyən etmədən, mümkün nəticələri hesablamadan hansısa ciddi uğurlar qazanmaq mümkün deyil. Hər bir hökumətin gələcəyə dair tövsiyə, zəmanət verməyə, xüsusən dövlətin inkişaf strategiyası və taktikası üzrə konkret proqramlar, konsepsiyalar təqdim etməyə qadir olması vacib şərtdir. Bu baxımdan əminliklə demək olar ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ölkədə islahatların daha da sürətləndirilməsi, yeni idarəetmə modelinin formalaşdırılması və ictimai həyatın bütün sahələrində köklü dəyişikliklərin reallaşdırılması baxımından yeni imkanlar açır.
 
Ələkbər Mirzəyev,
BDU-nun Geologiya fakültəsinin müəllimi
Oxşar xəbərlər
08:08, Bu gün
Qurban Qurbanov yenə qapıçı axtarır
07:56, Bu gün
Ağadadaş "MedEra"dakı insidentdən sonra ilk toyunda - İnsanların reaksiyası... - VİDEO
07:44, Bu gün
Taksi sürücülərini çətin sınaq gözləyir: Yeni iş təklifinə razı olacaqlarmı?
07:31, Bu gün
Ukrayna SSRİ-nin ilk hidrogen bombasının sınaq üçün havaya qaldırıldığı 1800 km-lik məsafədəki hərbi aerodromu vurdu...
07:23, Bu gün
Dünyanın ən güclü orduları açıqlandı - Azərbaycan ordusu neçəncidir?
07:12, Bu gün
Bu xəstəlik insanları evə qapadacaq – Dəhşətli epidemiya XƏBƏRDARLIĞI 
28 Jul 2024 | 23:58
Rusiyada parkda insanları ildırım vurdu: ANBAAN GÖRÜNTÜLƏR
28 Jul 2024 | 23:57
Londondakı səfirliyimizə qarşı təxribat edən Robinson həbs edildi
28 Jul 2024 | 22:55
Nazarətçi qadın həbsxanada tanış olduğu cinayətkara ərə getmək üçün xidmətdən gedib
28 Jul 2024 | 22:39
Tanınmış hərbi jurnalistin dəfn olunacağı yer AÇIQLANDI
28 Jul 2024 | 21:48
Minimum əməkhaqqı nə qədər arta bilər?
28 Jul 2024 | 21:24
Vahid Əhmədov deputatlığa namizədliyini geri götürüb
28 Jul 2024 | 21:01
Putin ABŞ və Almaniyanı açıq şəkildə təhdid edib
28 Jul 2024 | 20:19
Türkiyədə güclü meşə yanğını başlayıb
28 Jul 2024 | 20:09
Boksçumuz Paris Olimpiadasına qələbə ilə başladı
28 Jul 2024 | 20:08
"İranlılar məni öldürsələr, ABŞ İranı Yer üzündən siləcək" - Tramp
28 Jul 2024 | 19:34
Dadlı meyvə salatı necə hazırlanır?
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 19:02
"Almaniya islamçıları ölkədən deportasiya etməyə başlayıb" - "Deutsche Welle"
28 Jul 2024 | 18:29
Fərqli bürclərin qadınları necə xoşbəxt ola bilərlər?
28 Jul 2024 | 18:03
Livan hökuməti ABŞ-a xəbərdarlıq edib
28 Jul 2024 | 17:53
ABŞ-də hər şeyi dərin dövlət idarə edir - Medvedev
28 Jul 2024 | 17:52
Cəlilabadda hündürlükdən yıxılan azyaşlı həlak oldu
28 Jul 2024 | 17:37
Venesuelada prezident seçkisi keçirilir
28 Jul 2024 | 17:31
Məşhur aktrisa xoşbəxt evliliyinin sirrini açdı: eyni yataqda...
28 Jul 2024 | 17:29
Kondisionerin yanlış istifadəsi ölümə səbəb olur - XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:26
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
28 Jul 2024 | 17:25
Oğuzda avtomobil ağaca dəyərək hissələrə bölünüb, sürücü ağır xəsarət alıb
28 Jul 2024 | 17:22
Azərbaycanda hərbi jurnalist vəfat edib
28 Jul 2024 | 17:20
Yaponiyada zəlzələ oldu
28 Jul 2024 | 17:19
ETSN-dən hava məlumatları ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
28 Jul 2024 | 17:16
Pezeşkian islahatçı siyasətçini birinci vitse-prezident təyin etdi
28 Jul 2024 | 17:05
“Fransa Azərbaycan haqqında səsləndirdiyi qərəzli fikirlərə görə cavab verməlidir!”
28 Jul 2024 | 16:13
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlandı
28 Jul 2024 | 16:12
Türkiyə ordusu İraq və Suriyada 16 terrorçunu zərərsizləşdirib
28 Jul 2024 | 16:00
Lənkərançay daşdı: Şəhərin mərkəzi küçələri su ilə doldu
28 Jul 2024 | 15:00
"Yaxın Şərqdə münaqişənin dayandırılması perspektivləri hələlik yoxdur" - Lavrov
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 14:15
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqlədi – FOTO
28 Jul 2024 | 14:08
"Avropa siyasəti iflasa uğrayıb və qitə öz maraqlarını daha qoruya bilmir" - Orban
28 Jul 2024 | 13:37
"Tramp Putinə ultimatum verəcək, əks halda..." - amerikalı siyasətçi
28 Jul 2024 | 12:54
Unudulmaz bəstəkar Vasif Adıgözəlovun doğum günüdür
28 Jul 2024 | 12:52
Fəzail Ağamalının qızının deputatlığa namizədliyi TƏSDİQLƏNDİ
28 Jul 2024 | 12:50
Açıq-aydın ölümə gedənlər: Küləkli havada dənizdə çimmək təhlükəlidir
28 Jul 2024 | 12:49
Sumqayıtda mənzildən meyit tapılıb
28 Jul 2024 | 12:27
Hökməli qəsəbəsində qanunsuz tikili söküldü
28 Jul 2024 | 12:26
Məhəmməd Edvardsı məğlub edərək UFC-nin yeni çempionu oldu
28 Jul 2024 | 11:36
İsrailin müdafiə naziri: "Günahsız uşaqlar öldü, Hizbullah günahkardır”
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 11:22
Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib
28 Jul 2024 | 10:59
Rusiyanın Su-34 təyyarəsi ilə ABŞ koalisiyasına məxsus PUA qarşı-qarşıya gəlib
28 Jul 2024 | 10:55
Harrisin ofisi onun İsraili tənqid etməsinə aydınlıq gətirib
28 Jul 2024 | 10:50
Bakı və Abşeronda külək güclənib, bölgələrdə leysan yağır - FAKTİKİ HAVA
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 10:04
Şərqi Zəngəzur və Qarabağla bağlı MÜHÜM YENİLİK
28 Jul 2024 | 09:50
Vyetnamda 5,1 bal gücündə zəlzələ baş verib
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 08:53
Bakıda avtomobil 40 yaşlı qadını vurub
28 Jul 2024 | 08:29
Gəncəyə güclü yağış yağıb, bəzi küçələrə sel gəlib - FOTO
28 Jul 2024 | 08:27
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
28 Jul 2024 | 08:22
Moskvada rusiyalı milyarderin oğlu saxlanılıb
28 Jul 2024 | 08:21
ChatGPT yaradıcılarının süni intellekt axtarış sistemi istifadəçiləri aldatdı
28 Jul 2024 | 08:11
Bu il hansı bölgələrin abituriyentləri ən yüksək nəticələri göstəriblər?
28 Jul 2024 | 08:10
"O, fantastik prezident olacaq"- Onlar Kamala Harris haqqında belə dedi...-VİDEO
28 Jul 2024 | 08:09
Paşinyan arvadı ilə Gümrüdə açıq konsertdə – VİDEO
28 Jul 2024 | 08:06
Seymur Herş: Obama, Baydeni hədələyərək istefaya məcbur edib
28 Jul 2024 | 08:05
Venesuelada prezident seçkiləri keçiriləcək
28 Jul 2024 | 08:00
Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcəyinə söz verib
28 Jul 2024 | 07:55
Koronavirusun yay dalğası gəldi: FLiRT sürətlə yayılır
28 Jul 2024 | 07:55
Bit dərmanından ölən azyaşlının atası DANIŞDI
28 Jul 2024 | 07:43
Kərə yağı yeməyin zərəri varmı? – Dietoloqdan məsləhət
28 Jul 2024 | 07:31
Ailə üzvünüz adından sizinlə danışıqlar aparıla bilər - XƏBƏRDARLIQ
28 Jul 2024 | 07:29
Azərbaycanlıların da şücaət göstərdiyi Birinci Dünya müharibəsinin başlamasından 110 il ötür
28 Jul 2024 | 07:27
Ərdoğan: "Mahmud Abbas bizdən üzr istəməlidir"
28 Jul 2024 | 07:26
Alimlər bədəndəki zərərli yağları sağlamlığa çevirməyi öyrəniblər
28 Jul 2024 | 07:24
İsrail qırıcıları Livana zərbələr endirib
28 Jul 2024 | 07:21
Bu gün abituriyentlər musiqi sənətinə aid nəzəriyyə fənləri üzrə imtahan verəcəklər
28 Jul 2024 | 07:18
Netanyahu: "Holan yüksəkliklərinə zərbə "Hizbullah"a baha başa gələcək"
28 Jul 2024 | 07:01
Holan yüksəkliklərinə raket zərbəsi nəticəsində ölənlərin sayı 12-yə çatıb
27 Jul 2024 | 23:53
Kişi 71 gün sağ qalmaq üçün zəli ilə qidalanıb və şeh damcılarını içib
27 Jul 2024 | 23:16
Livandan İsrailə raket atıldı: Ölənlər var
27 Jul 2024 | 23:10
"Rusiya həmişə məni özünün düşməni hesab edib" - Dmitri Qordon
27 Jul 2024 | 23:04
Qubada sel torpaq uçqununa səbəb oldu, kənd yolu bağlandı
27 Jul 2024 | 22:54
Bakıda yaşayış binasında yanğın olub
27 Jul 2024 | 22:47
Ukrayna Rusiyanın bu vilayətini yenə atəşə tutdu
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
27 Jul 2024 | 22:33
İyulun 27-si səhərdən 29-u səhərədək… – ƏHALİYƏ XƏBƏRDARLIQ EDİLDİ!
27 Jul 2024 | 22:25
Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
27 Jul 2024 | 22:17
Axşam yeməyinin kalori miqdarı 600 kkaldan çox olmamalıdır
27 Jul 2024 | 22:09
Rusiya QƏRAR VERDİ: Ermənistan Rusiya bazarından xaric edilsin!
27 Jul 2024 | 22:05
"Olimpiadanın açılışı biabırçı idi"
27 Jul 2024 | 21:59
Dağıstanda terror tüğyan edir: FTX bir sıra hücumların qarşısını alıb
27 Jul 2024 | 21:57
DİN-dən xəbərdarlıq: Süni intellekt sizlə ailə üzvü adından danışıqlar apara bilər
27 Jul 2024 | 21:51
Mingəçevirdə ata oğluna qarşı zorakılıq edib?
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
27 Jul 2024 | 21:40
Üzümü bu qidalarla birgə yemək olmaz!
GÜNLÜK
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
28 Jul 2024 | 08:53
Bakıda avtomobil 40 yaşlı qadını vurub
HƏFTƏLİK
24 Jul 2024 | 07:08
Ginnesin Rekordlar kitabına düşən azərbaycanlı xanım: “Bəlkə də bir çoxlarının xəbəri yoxdur ki..”-FOTO+ÖZƏL
26 Jul 2024 | 08:12
Araik Arutyunyan Parisdə Erməni Evinin açılışında iştirak etdi...-FOTOLAR
27 Jul 2024 | 22:40
Xolesterini yox edir, şəkəri tənzimləyir
26 Jul 2024 | 10:26
“35 ildir İran ən böyük azərbaycanlı Xameneinin əlindədir… -Farslar demiş, “Çi fayda?”..”
27 Jul 2024 | 21:44
Minimum əmək haqqı BU QƏDƏR OLACAQ
24 Jul 2024 | 07:29
Çin Rusiyanı 50 milyardlıq layihədən bayıra “atdı”...
25 Jul 2024 | 14:30
Şəkərli dibetin qarşısı alınandırmı? - HƏKİM AÇIQLADI
26 Jul 2024 | 15:32
Bu universitetlərdə təhsil haqqı artırıldı - SİYAHI
25 Jul 2024 | 14:36
Sürücülük vəsiqəsi olmadan maşın sürənləri gözləyən CƏRİMƏ - Ekspertdən XƏBƏRDARLIQ
24 Jul 2024 | 14:16
Ağadadaş Ağayevin qohumundan inanılmaz iddia - 3-4 gün əvvəl ailə üzvləri ilə...
AYLIQ
28 Jul 2024 | 19:08
Tez-tez yediyimiz bu balıq növü parazitlərlə dolub-daşır- BİZ İSƏ ONU UŞAQLARIMIZA VERİRİK
28 Jul 2024 | 08:56
Rusiya millisinin azərbaycanlı gözəli Türkiyədə belə dincəlir - FOTOlar
28 Jul 2024 | 14:21
”Dostunu hərbi komissarlığa gətir, 100.000 mükafat al” - “Şirnikləndirici” metod
28 Jul 2024 | 09:18
Melaniya Tramp "intim" xatirələrini nəşr etdirir
28 Jul 2024 | 11:24
Priqojinin adamlarını qırırlar: 30 ölü - FOTO, VİDEO
28 Jul 2024 | 10:11
Paris-2024 Olimpiya Oyunları: Zorlama, qarət, terror və daha nələr...
28 Jul 2024 | 09:38
Türkiyə olimpiada tarixində İLK!
28 Jul 2024 | 09:29
Azərbaycanda uşaqlar arasında yeni xəstəlik yayıldı - VİDEO
28 Jul 2024 | 09:34
Parisin Olimpiya kəndində ÖLÜM
28 Jul 2024 | 08:53
Bakıda avtomobil 40 yaşlı qadını vurub