\"Nə sülhməramlı qüvvələrin mandatı var, nə müşahidəçilərin, Ağdərə-Kəlbəcər yolu isə...\"
Oxunub: 22722
28 Nov 2020 | 10:41
\
“Dekabrın 1-dən sonra aktual məsələ ondan ibarət olacaq ki...”

Rəsmi Bakının kəskin etirazından sonra Fransa Xarici İşlər Nazirliyi senatın ermənipərəst qətnaməsinin hüquqi qüvvəsinin olmadığını bəyan etsə də, artıq “ox yaydan çıxıb”. Fakt budur ki, Fransa Senatı heç bir əndazəyə sığmayan addım ataraq, terrorçu, işğalçı, barbar qüvvələrin yanında dayandı, bununla da Azərbaycanla münasibətlərdə etimadsızlığını nümayiş etdirdi.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla söhbətimizdə bu məsələdən, həmçinin Qarabağ bölgəsindəki mövcud vəziyyətdən, perspektivlərdən bəhs etdik:

- Tofiq bəy, ən uzağı 60-65 min erməninin yaşadığı Dağlıq Qarabağ bölgəsinin “müstəqil” subyekt olaraq tanınması barədə Fransa senatının qətnaməsi presedentə çevrilə bilərmi? Artıq Belçikadan da eyni məzmunlu siqnal gəlib...

- Əvvəlcə qeyd edək ki, bu, birinci hal deyil. Bəzən bizdə bunu ilk hal kimi göstərirlər. Son bir neçə il ərzində ABŞ-ın ştatlarının elə hamısında buna bənzər qərarlar qəbul olunub. Fransa və digər ölkələrdə müxtəlif şəhər meriyalarının bənzər bəyanatları olub. Yəni bu, bir növ erməni diasporunun təbliğat fırıldağıdır. Çünki onlar yaxşı başa düşürlər ki, səlahiyyətləri olan orqan bu cür bəyanat qəbul edə bilməz. Əslinə qalsa, belə “bəyanatlar” təbii ki, icra hakimiyyətinə aid olan bir səlahiyyətdir. Amma onlar bu cür qərarı qanunverici orqanda veriblər. Başa düşürlər ki, belə bəyanatlar ya deklorasiya, bəyannamə şəklində baş verər, ya da tövsiyə xarakterli. Yəni bu, sadəcə olaraq bu və ya digər qanunverici orqanın öz səlahiyyətlərinə aid olmayan bir siyasi mövqedir. Bu isə o müddətdə seçilən deputatların siyasi mövqelərini əks etdirir. Demək olar ki, onun hüquqi nəticələri yoxdur. Nəyə görə deyirəm ki, burada erməni diasporu “nailiyyətlərə” nail olmağa çalışır? Onlar başa düşürlər ki, bu qərarı qəbul etmək hüququna malik olduqları digər yerlərdə belə qərarlar keçməz. Bu absurd bəyanatın bir vacib məqamını da yada salmaq lazımdır ki, onun hansı səviyyədə qəbul edildiyi, hansı “siyasi reallıqda” qəbul olunduğu aydın olsun. Orda “müstəqilliyin” tanınmasından başqa, guya Azərbaycan ordusu 1994-cü ildə formalaşmış təmas xətti, qondarma rejim və Ermənistanın bəyan etdiyi “sərhəd”ə qayıtsın...

- Əslində sizdən bu barədə soruşacaqdım. Makron son günlərdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etdi. Amma Fransa prezidenti müharibənin ilk günlərində açıqlama verdi ki, Azərbaycanın Dağlıq Qarabağa müdaxilə etməsinə imkan verməyəcək. Sizə elə gəlmirmi ki, əslində Senatın qərarı Makronun siyasətinin məntiqi davamıdır?

- Onların siyasi baxışlarının, məntiqi davamı ola bilər. Amma heç də Fransanın rəsmi siyasətini əks etdirən bir mövqe deyil. Çünki istər-istəməz Fransa dövləti bu münaqişə ilə bağlı öz mövqeyini müxtəlif səviyyələrdə dəfələrlə açıqlayıb. Təbii ki, indi guya “işğal” olunmuş əraziləri yenidən işğalçıya qaytarılmasını bəyan etmək siyasi idiotizmdir.

- Özü də Fransa BMT Təhlükəzilik Şurasının üzvü kimi Qarabağa aid qətnamələrə səs verib...

- Bəli. Yəni biz burda görürük ki, bu qərar daha çox Fransanın proseslərdən uzaqlaşmasına və Fransanın indiki administrasiyasının bu məsələdə siyasətinin iflasa uğramasına əlavə dəlildir.

- Eyni zamanda Türkiyə və Rusiyanın bu prosesdə aparıcı rolunu həzm edə bilməməsinin məntiqi nəticəsidir, eləmi?

- Daha doğrusu, sadəcə olaraq Rusiya Fransanı müttəfiq kimi görmədi və qəbul etmədi. Müharibə gedən vaxt Makron demişdi ki, mən Putunə zəng etmişəm, siyasətimizi Rusiyasız həyata keçirmək imkanımız yoxdur. Bu baxımdan söyləyib ki, biz hərdən Rusiyanı tənqid edirik, sanksiya qəbul edirik, amma belə hallarda Rusiyaya müraciət etməyə məcburuq. Bu da onu göstərir ki, Makron da bu prosesdə hansısa şəkildə iştirak etmək istəyirdi. İndi görürük hansı mövqedən, daha aydın görünür...

- Katalizator rolunda...

- Təxribatçı rolunda. Ancaq onu bu prosesə götürməyiblər. Bu cür bəyanatın arxasında daha çox zəiflik görürəm, nəinki güc.

- Paşinyan Ermənistanı və erməniləri dünyada biabır edən kimi, Makron da Fransa demokratiyası mifini alt-üst etdi. Razısınız?

“Bu cür bəyanatın arxasında daha çox zəiflik görürəm, nəinki güc”
- Bizim cəmiyyətdə qərbyönlü baxışlar var, bunu etiraf etməliyik. Postsovet sindromundan azad olmaq üçün qərbyönlü baxışlar və mövqelər bizim cəmiyyətdə çox geniş yayılıb. Bu cür qərarlar bu istəkləri və baxışları darmadağın edir. Bizim cəmiyyətdə olan bu baxışları tam şəkildə devalvasiya edir. Bu da Senatın qərarının əsas mənfi nəticəsidir. Mən hesab edirəm bu cür absurd sənədlərin qəbul olunmasının səbəblərindən biri budur ki, indi Fransada daxili böhran yaşanır. Bu gün Fransa küçələrində fransızdan çox emiqrantları görərsiniz. Görürlər ki, onların milli siyasəti iflasa uğrayıb, ona görə də Makron özü həm İslama qarşı, həm irqi məsələlərə aid absurd bəyanatlar verir. Yəni bu, daxildə olan göstəricidir. Hesab edirəm ki, bu, Fransa hakimiyyətinin nüfuzuna böyük zərbələrdən biri olacaq. Çünki bunu həm də biz xristian-müsəlman ikili standartları üzərində qurulmuş məsələnin sübutu kimi qəbul etməliyik.

- Maraqlıdır ki, illər boyunca Qərb dairələri ilə Rusiya arasında münasibətlər gərginləşsə də, Rusiyaya qarşı sanksiyalar tətbiq olunsa da, Qarabağ məsələsi bu, əks qütbləri birləşdirən amil olub. İlk dəfədir ki, Qarabağ məsələsində bu qütblərin yolları ayrıldı...

- Fransa Senatının qərarına tənqidi yanaşanlardan biri də Rusiya olacaq. Çünki onun da tərkibində bir çox əyalətlər mövcuddur ki, orda potensial şəkildə separatizmə əsaslar var. Avropa ölkələrinin çoxunda, o cümlədən Fransanın özündə də bu cür məsələlər var. Bu yaxınlarda mən bir məlumatla tanış oldum və gördüm ki, 20-yə yaxın bölgədə siyasi separatizm, ya digər növ separatizmlər mövcuddur. Bu baxımdan Senatın bəyanatı çox absurddur. Mən yeganə söz tapıram ki, bu, siyasi idiotizmdir, axmaqlıqdır. Yəni nə Fransanın bundan əvvəlki siyasətinə, nə digər məsələlərə heç bir bağlı olmayan məsələdir. Sadəcə olaraq burada ermənilərin təsirini də qeyd etmək lazımdır. Bu təsirin əsasında heç də sağlam demokratik prinsiplər durmur. Burada siyasi maraqlar, korrupsiya amilini, ya da təşkil olunmuş azlıqların seçki sisteminə təzyiq formasını qeyd etmək olar.

- Rəsmi Bakı Parisə nota verdi, amma hesab olunur ki, daha sərt tədbirlər olmalıdır. Siz necə düşünürsünüz?

- Mən hesab edirəm ki, ona ciddi reaksiya verməyə ehtiyac yoxdur. Çünki bu “sənəd” Fransa konstitusiyasına ziddir. Çünki Senat bu məsələdə öz səlahiyyətlərini aşıb. Bu baxımdan boş, faydası və hüquqi nəticəsi olmayan bir parça kağız kimi yanaşmağı düzgün sayıram. İkincisi də buna reaksiya bildirmək ona artıq önəm verməyimiz deməkdir. Bu sənədin siyasi əhəmiyyəti barədə bir fikir də söyləmək olar. Lissabon sammitində məşhur bir qərar qəbul olunmuşdu. Avropanın dövlət başçıları sammitdə iştirak edərkən orda təsdiq olunmuşdu ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək almışıq. Fransa da o sıradaydı və xüsusi bir bəyanat da vermişdi. Baxın, görün hansı səviyyədə biz sənədlər almışıq, indi hansı səviyyədə onlar “sənəd” qəbul edirlər.

- Qarabağ danışıqlarının sonrakı taleyi barədə nə düşünürüsünüz?

- İndi təzə bir format formalaşır: Rusiya-Türkiyə formatı. Görürük ki, praktik baxımdan çox effektiv bir formatdır.  Aylarla ATƏT çərçivəsində tələb olunan o diskussiyalar ki, var idi, qısa bir müddətdə sülhməramlı qüvvələr hansısa qərarların icrasını təmin edirlər. Açıq danışaq. Bizim əsgərlərin şücaəti, qəhrəmanlığı nəticəsində biz 3500 kv.km ərazini azad etmişik, amma 10 noyabr bəyannaməsi ilə təxminən 4700 kv.km-lik ərazi azad olunacaq, yəni Kəlbəcər və Laçın azad olunandan sonra. Bu baxımdan biz real nəticələri görməliyik. Rusiya-Türkiyə formatı bizə real bir nəticə verib. Mən istisna etmirəm ki, Fransa Senatının qərarının bir səbəbi var: Fransa və bəlkə də gələcəkdə ABŞ-ın bu prosesə daha aktiv təsir etmək niyyəti var. Fransanın cəhdlərini ciddi qəbul etmirəm. Amma 20 yanvardan, yəni inauqurasiyadan sonra ABŞ-ın bu prosesə qoşulması mənimçün çox real görünür. Bu baxımdan biz görəcəyik ki, Rusiya və Türkiyə daha sıx əməkdaşlıq etməyə başlayacaqlar. İndi biz görürük ki, Rusiya Türkiyəni proseslərdə eyni səviyyədə qəbul etmək istəmir, hər halda belə bir görüntü var. Amma mən bu görüntünü tam şəkildə qəbul etmirəm. Çünki Türkiyənin rolu dekabrın 1-dən sonra daha da güclənəcək.

- Yəni Türkiyə hərbçiləri o zaman Qarabağda olacaqlar, Laçın azad olunduqdan sonra?

- Bəli, Laçından sonra. İkincisi, bu addımlar ki, Fransa tərəfindən atılır və ABŞ-ın bu istiqamətdə fəallaşması Rusiya-Türkiyə taktiki əməkdaşlığını daha da gücləndirəcək. Onlar elə bir mövqedən çıxış edəcəklər.

- Bu da Azərbaycanın mövqeyini gücləndirir...

- Real olaraq rəqabətin olduğu yerdə bizimçün manevr imkanları çoxalır, bu, aksiomadır.

- Xatırladaq ki, Tovuz döyüşlərindən sonra ABŞ Konqresi Ermənistanı işğalçı adlandıran qətnamə qəbul etmişdi...

- Mən də ona görə deyirəm ki, Fransanın fəallaşması məhz bundan irəli gəlir. Fransa başa düşür ki, gələcəkdə Qərb  prosesə qoşulacaqsa, o, bu sırada olmayacaq. ABŞ çalışacaq ki, daha neytral bir ölkəni cəlb etsin. İstisna etmirəm ki, bu, İngiltərə ola bilər. Yaxud digər ölkə ola bilər ki, onun burada çox ciddi iqtisadi maraqları var. Bu baxımdan Qərbin prosesə qayıdışı gözlənilən məsələdir.

- Yəni proseslər Fransanın həmsədrlikdən kənarlaşdırılması ilə bitə bilərmi?

- Mən ona görə də Qərbin prosesə qayıdışı dedim. İndi bu, nə şəkildə olacaq? Həmsədrliyin təzə formasında, ya da digər format olacaq, demək çətindir.

- Bəlkə də Minsk Qrupunu Ankara Qrupu əvəzlədi, realdırmı?

- Mən Bakı Qrupu deyərdim. Dekabrın 1-dən sonra aktual məsələ ondan ibarət olacaq ki, sülhməramlı qüvvələrin mandatı ilə bağlı müzakirələr nə vaxt və kimin arasında  başlayacaq. Biz başa düşürük ki, indiki müvəqqəti mandat yalnız bəyannamədir. Ancaq ayın 1-dən sonra digər məsələlər də aktual olacaq. Bəlkə də onları sadalamağa ehtiyac yoxdur. Ancaq bir-iki məsələni qeyd etmək lazımdır. Yəni kommunikasiyaların bərpası, regionda işləməsi... Mən Laçın və Naxçıvan yolunu demirəm. Ağdərə-Kəlbəcər yolu və sair. Bu baxımdan bu, ciddi bir məsələdir. Ermənistan ordusunun bölgədən evakuasiyasından sonra qeyri-qanuni silahlı birləşmələrin tərk-silahı da aktual bir məsələdir. Bu baxımdan dekabr ayı üçün mandat ən aktual məsələlərdən biridir. Çünki nə sülhməramlı qüvvələrin mandatı var, nə də müşahidəçilərin. Laçının boşaldılmasından başqa, Ermənistan ordusu digər bölgələrdən də çıxmalıdır. Yenə də deyirəm, Qərbin məhz bu mərhələdə qayıdışı çox aktual olacaq. Çünki sülhməramlı qüvvələrin mandatını təsdiqləmək üçün ona BMT səviyyəsində baxılmalıdır və xüsusi qətnamə ilə dəstək alınmalıdır. Təhlükəsizlik Şurasının daimi üzvlərinin burdakı proseslərə qatılmasını şəxsən mən aktual sayıram.

- Ən nəhayət, hansı şərtlər olursa-olsun, Xankəndi, Xocalı, Xocavənd, Əsgaran, Ağdərə ərazilərdən imtinamız mümkünsüzdür...

- Təbii ki, mümkünsüzdür. Mərhələli şəkildə suverenlik bölgəyə qayıdacaq. Dekabrın 1-dən sonra bəlkə də bu mövzular ortaya çıxacaq. Baxın, artıq bu işarələr mövcuddur. Laçının girişində Rusiya hərbçiləri maşınları yoxlayır. Məqsədləri nədir: silah və partlayıcı sursat keçməsin. Yəni artıq tərksilah prosesi başlayıb.

- Orada Türkiyə hərbçiləri də olanda...

- Türkiyə müşahidəçiləri... Amma artıq Türkiyə ordusunun nümayəndələri Azərbaycandadır. Müşavir və sair kimi. F-16 qırıcıları həmçinin. Bəzən deyirlər baza nə vaxt olacaq? Bazanın buynuzu olmur ki (gülür) Qoy orda müşahidəçilər olsun, ordu lazım deyil. Ermənilər bizim ordumuzdan qorxub qaçırlar. Elə bizim öz ordumuz da orda bəs edər...(musavat.com)
Oxşar xəbərlər
21:37, Bu gün
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
21:25, Bu gün
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:21, Bu gün
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
21:15, Bu gün
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
21:09, Bu gün
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
20:56, Bu gün
Qəbizliyi aradan qaldıran qidalar
20:50, Bu gün
32 ildən sonra Laçında ikinci toy - FOTO
20:41, Bu gün
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
20:40, Bu gün
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
20:33, Bu gün
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...