“Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətlərini yerinə yetirir”
Oxunub: 2767
10 Nov 2020 | 17:01
“Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətlərini yerinə yetirir”
Azərbaycan xalqı böyük xalqdır. Bizim xalqımız istedadlıdır, vətənpərvərdir, mübarizdir, qürurludur, heç bir qüvvəyə baş əyməyəndir. Allah Taala uluların ulusu, yaxşıların yaxşısı, mərhəmətli, vicdanlı olan bu xalqa hər şey verib. Vətən dediyimiz yerin altı da, üstü də qızıldır - neft, qaz, qızıl yataqları, zəngin təbiət, böyük turizm potensialı və saymaqla bitməyən digər sərvətlər. Elə ona görə də xalqımızın başı zaman-zaman çox böyük bəlalar çəkib. Torpağımıza, sərvətlərimizə göz dikənlər bizə misligörünməmiş faciələr yaşadıblar. Ancaq bu xalq heç vaxt sınmayıb, müvazinətini itirməyib, qanı, canı bahasına öz Vətənini qoruyub, müstəqil dövlətini yarada bilib.

Xalqımızın böyüklüyü həm də ondadır ki, o, düzgün seçim edə bilib, taleyini kimə etibar etmək barədə müdrik qərar verib, ən çətin məqamlarda öz liderinin, xilaskarının ətrafında birləşməyi bacarıb.

Azərbaycan xalqı ötən əsrin 60-cı illərinin sonunda bir yola çıxıb – müstəqillik, inkişaf, tərəqqi yoluna. Bu yolu xalq özü müəyyənləşdirməmişdi. Ulu Tanrı bu yolun sahibini xalqımıza xilaskar kimi göndərmişdi. Və qısa bir zaman sonra Azərbaycan xalqı dərk etdi ki, onun nicatı, xoşbəxt gələcəyi ulu öndər Heydər Əliyevlə bağlıdır, millətin müstəqil dövlət qurmaq arzusunu yalnız O, reallaşdıra bilər. Beləliklə, məhz həmin dövrdə Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının təməli qoyulub, tariximizin Heydər Əliyev dövrü başlanıb.

Ümumilli liderimiz 1969-1987-ci illərdə Azərbaycanı müstəqilliyə hazırlayıb, xalqımızın müstəqil yaşaya bilməsi üçün bütün zəruri tədbirləri həyata keçirib. O, Azərbaycanı Azərbaycana qaytarmaq üçün xalqın milli özünüdərkini, milli yaddaşını, itirilmiş inamını, milli tarixini və ədəbiyyatını, milli sərvətlərini, milli ordusunu, müstəqil dövlətçilik atributlarını özünə qaytarıb. Və gerçək müstəqilliyi təmin edərək bu missiyanın birinci mərhələsini başa çatdırıb.

Azərbaycanı Azərbaycana qaytarmaq məramını tam gerçəkləşdirmək asan deyildi. Həmin missiyanı başa çatdırmaq üçün qarşıda xalqımızın tarixi düşmənlərinə qalib gəlmək, bölgədə marağı olan böyük dövlətləri neytrallaşdırmaq, itirilmiş torpaqları geri qaytarmaq kimi mühüm vəzifələr dururdu. Bunu isə bir insan ömrünə sığdırmaq mümkünsüz idi. Bu missiyanın başa çatdırılması, Azərbaycanın qüdrətli dövlətə çevrilməsi üçün bir möcüzə olmalı idi. Ulu öndər Heydər Əliyev canından çox sevdiyi Azərbaycan üçün o möcüzəni də yaradıb. O möcüzə müzəffər Ali Baş Komandan, Böyük Sərkərdə, görkəmli dövlət xadimi İlham Əliyevdir.

Prezident İlham Əliyev atasının yolu ilə gedərək xalqımızı qələbədən qələbəyə aparır, Azərbaycanı Azərbaycana qaytarmaq missiyasını uğurla davam etdirir. Hələ 2003-cü il oktyabr ayının 1-də xalqına ünvanladığı müraciətdə “Mənim tamamlanmamış çox perspektivli planlarım var” yazan Ulu Öndərimiz həyatının mənası olan Azərbaycanın qarşısında son xidmətini də göstərmiş, bu planları həyata keçirmək qüdrətində olan siyasi varisi barədə demişdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Prezident İlham Əliyev Ulu Öndərimizin vəsiyyətinə əməl edir, Onun sona çatdıra bilmədiyi işləri bir-bir yerinə yetirir. Əlbəttə, Ümummilli Liderimizin ən böyük arzularından biri işğal edilmiş torpaqların geri qaytarılması idi. Ulu Öndərin siyasi varisi, Ali Baş Komandan İlham Əliyev 200 illik tarixi gedişi dəyişdirib, torpaqlarımızı işğaldan azad edib. Noyabrın 10-da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulub. Həmin gün Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır.

Dövlət başçısı Azərbaycana rəhbərlik etdiyi 17 il ərzində buna hazırlaşıb, işğal edilmiş torpaqların geri qaytarılması missiyasının başa çatdırılması üçün gecəsini günüdüzünə qatıb, qüdrətli bir dövlət qurub. Ölkə rəhbərinin özünün də qeyd etdiyi kimi, biz yorulmadan, bütün təzyiqlərə baxmayaraq güc toplamışıq. İlk növbədə iqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bugünkü qələbəmizi əldə etmək mümkün olmazdı. Qələbənin təmin edilməsinin ən mühüm amillərindən biri də Ulu Öndərin qurub yaratdığı, Onun siyasi varisinin güclü, qüdrətli Silahlı Qüvvələrə çevirdiyi Azərbaycan Ordusudur. O ordu ki, onun döyüş qabiliyyətindən, qəhrəman əsgər və zabitlərindən indi bütün dünya danışır. Xankəndidə olan Fransanın “Le Monde” qəzetinin müxbirləri yazır ki, Şuşadan gətirilən yaralı erməni hərbiçilər əsasən tapança və bıçaq yaraları ilə gətirilib.

Bu, o deməkdir ki, şəhərin küçələrində əlbəyaxa döyüşlər olub və şanlı ordumuz düşmənlə qəhrəmancasına döyüşərək şəhəri geri qaytarıb. Rusiya mediası isə yazır: "Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir?! Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə də şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar...".

İşğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi əməliyyatlarında iştirak edən gənclərin çoxu heç Qarabağı görməyib. Ancaq onlar Vətən torpağı üçün canlarından keçiblər, qəhrəmancasına döyüşüblər. Doğrudur, vətən sevgisi, torpağın qorunması hissi bu millətin qanında, genində var. Amma o da var ki, son 27 il ərzində Heydər Əliyev yolu ilə gedən Azərbaycan dövləti Qarabağı unutmağa və unutdurulmağa imkan verməyib. Güclü ordu quruculuğu ilə yanaşı, işğal edilmiş torpaqlarımızı azad etmək üçün alışıb yanan vətənpərvər, peşəkar hərbçilər də yetişdirilib. Bu igidlər Şuşa şəhərini işğaldan azad edərkən mümkün olmayanı mümkün ediblər. Çünki onlar müzəffər Ali Baş Komandanlarına söz vermişdilər. Bu yolda ölmək vardı, ancaq geri qayıtmaq yox idi. Və o igidlər müasir hərb tarixinə elə bir şanlı səhifə yazıblar ki, bu qəhərəmanlıqdan bundan sonra dünyanın heç yerində bir də olmayacaq.

Azərbaycanın mənəvi paytaxtı Şuşanın işğaldan azad edilməsindən sonra Ali Baş Komandanın Ulu Öndərin məzarını ziyarət etməsi, bu xəbəri Şəhidlər Xiyabanında xalqa çatdırması mühüm tarixi hadisədir. Bu, müstəqil Azərbaycanın qurucusuna, dövlət müstəqilliyimizin əldə olunması, ərazi bütövlüyümüzün qorunması üçün canından keçənlərə böyük ehtiram nümunəsidir.

Şuşa zəfərinin Azərbaycan xalqına çatdırılmasından öncə Ulu Öndərin və Şəhidlər Xiyabanının ziyarət olunmasının rəmzi mənası var. Dahi şəxsiyyət İlham Əliyev bu müdrik addımı ilə hər kəsə göstərdi ki, bu xəbəri hamıdan əvvəl bilmək məhz onların mənəvi haqqıdır. Prezident İlham Əliyev bu dəfə Fəxri Xiyabana atasının ən böyük vəsiyyətini yerinə yetirən Sərkərdə, Şəhidlər Xiyabanına isə qalib ordunun müzəffər Ali Baş Komandanı, qalib xalqın Lideri kimi gedirdi. Bu, şəhid analarına övladlarının qisasının alındığı ilə bağlı verilən mesaj, həm birinci, həm də ikinci Qarabağ savaşında şəhid olanlara olan borcumuzun qaytarılması idi. Bu, həm də Ona tapşırılan və uğurla icra olunan vəzifənin hesabatı idi. Bu, tarixi vəzifənin yerinə yetirilməsi barədə bugünkü xoş günlərimizin, müstəqil, qüdrətli dövlətimizin müəllifinə, millətin Ulu Öndərinə, əbədi Ali Baş Komandanına Onun davamçısının etdiyi tarixi məruzə idi.

“Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər bütün təhdid və təzyiqlərə baxmayaraq, Ümummilli Liderimizin Azərbaycanı Azərbaycana qaytarmaq missiyasının davam etdiriləcəyindən xəbər verir. Dahi şəxsiyyətin xilaskarlıq missiyasının sonu isə Şimallı Cənublu, Şərqli Qərbli Böyük Azərbaycandır.

Heydər Əliyev xilaskarlıq missiyasının davamçısı olan İlham Əliyev artıq özü xalqın Xilaskarına çevrilib. Prezident İlham Əliyev Azərbaycan üçün tək döyüşür, mübarizə aparır,

bütün təhdid və təzyiqlərə dözür. Onun yeganə dayaq nöqtəsi xalqıdır. Millətindən güc alan Ali Baş Komandan dünyada heç bir liderin edə bilmədiyini edir, heç kimin göstərə bilmədiyi cəsarət nümayiş etdirir.

Prezident İlham Əliyevin hələ bu ilin iyul ayında ATƏT-in Minsk qrupuna ünvanladığı suallar haqlı mövqeyimizin ifadəsi, böyük cəsarət nümunəsi idi: “Nədir bunların bəyanatında əsas tezis - hərb variantı mümkün deyil. Kim deyir? Gedin açın BMT-nin Nizamnaməsini, baxın görün özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır. Axı gərək hər şeyin həddi olsun... Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”.

Bu kəskin sualların dünyanın hansı güc mərkəzlərinə yönləndirildiyini anlamaq o qədər də çətin deyildi. Prezident xəbərdarlıq etmişdi və son 45 gündə olanlar hamımıza məlumdur. Dövlət başçısı noyabrın 8-də Azərbaycan xalqına müraciətində yenə də xalqımızla açıq danışdı, həmin güc mərkəzlərinin nəyə nail olmaq istədiyini bir daha bütün dünyanın diqqətinə çatdırdı: “Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi

iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik”.

Bu sözlər göstərir ki, Prezident necə çətin bir işi reallaşdırıb, hansı təhdid və təzyiqlərə sinə gərib, bunun üçün kimlərlə mübarizə aparıb. Fakt odur ki, bu güc mərkəzləri yeni dünyanın güclü lideri ilə hesablaşmağa məcbur olublar. Onlar da bilir ki, İlham Əliyev üçün Azərbaycanın müstəqilliyinin, dövlətimizin ərazi bütövlüyünün qorunmasından önəmli heç nə yoxdur. Bu həm də yeni tarixi mərhələnin liderinə Ulu Öndərimizin vəsiyyətidir. Prezident oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz?” sualına belə cavab vermişdi:“Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə Onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-

cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir”.

Ulu Öndərin xilaskarlıq missiyasında Qarabağın azadlığına qovuşmasından sonra Azərbaycanın bütövləşməsi, Türk dünyasının quru yol əlaqəsinin bərpa edilməsi üçün Naxçıvanın blokadadan çıxarılması da vardır. Ölkə rəhbəri Ümummilli Liderimizin bu vəsiyyətinin də yerinə yetirilməsi üçün fəal iş aparıb. Dövlət başçısı Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində jurnalistin Laçın dəhlizi ilə bağlı sualını cavablandırarkən bu məsələyə də toxunaraq deyib: “Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır”.

Bu, xilaskarlıq missiyasının növbəti mərhələsidir. Naxçıvanın blokadadan çıxarılmasına çox az qalıb. Noyabrın 10-da imzalanan bəyanatda bu məsələ də öz əksini tapıb. Dövlət başçısı Azərbaycan xalqına müraciətində bu müjdəli xəbəri də öz xalqı ilə bölüşüb: “Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Həm bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, burada göstərilir ki, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradıla bilər və yaradılmalıdır. Biz bunu əlbəttə ki, çox dəstəkləmişik. Deyə bilərəm ki, mənim təkidimlə bu bənd bu bəyanata salındı. Çünki birbaşa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bu bəndin əlaqəsi yoxdur. Ancaq mənim təkidli tələblərim şadam ki, qəbul olundu. Beləliklə, Naxçıvan Muxtar Respublikasını Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı”.

Prezident İlham Əliyev yeni tarix yazır. O, Ulu Öndər Heydər Əliyevin yolunu davam etdirir, Onun vəsiyyətlərini yerinə yetirir. O, Heydər Əliyev kimi, Azərbaycan xalqının inamını özünə qaytarır, xalqı bir yumruq kimi birləşdirməyə nail olur. O, bu gün müstəqil siyasət yürüdən, dünyada heç bir qüvvənin təsir edə bilmədiyi Azərbaycanı daha qüdrətli dövlətə çevirir. O, yeni dünya düzəninin formalaşdırılmasında fəal iştirak etməyə iddialıdır. O, bu niyyətini reallaşdıraraq kiçik ölkə olan Azərbaycanı dünyanın böyük siyasi mərkəzinə çevirmək istəyir. Yaxın gələcəkdə Azərbaycan dünyada müəyyən siyasi qərarların qəbul edilməsində həlledici rol oynayacaqdır. Qarabağ qələbəsi bizi daha böyük qələbələrə aparacaqdır. Heç şübhə yoxdur ki, Heydər Əliyev yolu ilə gedən qüdrətli Azərbaycan dövləti Qarabağ kimi digər itirilmiş ərazilərimizi də xilas edərək xalqımıza qaytaracaqdır. Prezident İlham Əliyevin daha qüdrətli Azərbaycanın qurulması yolundakı fədakar xidmətləri öz nəticəsini verəcək, Azərbaycanın Azərbaycana qaytarılması missiyası uğurla başa çatdırılacaqdır.

Tural Səfərov,
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müşaviri
Oxşar xəbərlər
14:02, Bu gün
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
13:58, Bu gün
Prezidentlər Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar
13:54, Bu gün
Samirə Mustafayeva AzTV-dən ayrıldı
13:50, Bu gün
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
13:48, Bu gün
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib
13:45, Bu gün
Prezidentlər Şuşada gülləbaran edilmiş heykəllərə baxıblar
13:41, Bu gün
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
13:38, Bu gün
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
13:35, Bu gün
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
13:30, Bu gün
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
13:27, Bu gün
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
13:25, Bu gün
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
13:23, Bu gün
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
13:20, Bu gün
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:15, Bu gün
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
13:09, Bu gün
ADA Universitetində “İqlim-Su Zirvəsi” adlı beynəlxalq konfrans keçirilib - FOTO
13:06, Bu gün
Faciəvi şəkildə ölən Tofiq tələbə imiş
13:03, Bu gün
"Bayden Qəzzada müharibəni yalnız uzadır və HƏMAS-ı ümidləndirir" - Donald Tramp
12:58, Bu gün
Şimşək çaxacaq, dolu düşəcək, qar yağacaq - SABAHIN HAVASI
12:54, Bu gün
Taksilərdə minimal gediş haqqı 4.50 olacaq? - İyunun 1-dən...
12:51, Bu gün
Razi Əliyeva işində son şahidlər dindirildi
12:47, Bu gün
Bəzi bölgələrinə qar yağıb - FAKTİKİ HAVA 
12:43, Bu gün
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
12:39, Bu gün
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
12:35, Bu gün
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
12:30, Bu gün
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
12:25, Bu gün
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
12:20, Bu gün
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
12:16, Bu gün
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
12:12, Bu gün
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
12:08, Bu gün
Azərbaycanda şirkət BÖYÜK MƏBLƏĞDƏ cərimələndi
12:04, Bu gün
“Real Madrid”in qələbəsi “Qarabağ”ın xeyrinə ola bilər
12:02, Bu gün
Azərbaycanda polis qəzada vəfat etdi - FOTO
11:58, Bu gün
ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir - FOTO
11:54, Bu gün
Əli Əsədov Efiopiya baş nazirinin müavini ilə görüşdü
11:51, Bu gün
Şəkər xəstələrinin dərman təminatı niyə GECİKDİRİLİR? - Rəsmi AÇIQLAMA
11:48, Bu gün
“Prius”lar üçün son bir ay
11:44, Bu gün
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış oldular
11:42, Bu gün
Azərbaycanda OLAY: pornoqrafik materialları yayan 5 nəfər...
11:40, Bu gün
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
11:38, Bu gün
“Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
11:33, Bu gün
Sabah “Yüksəliş” müsabiqəsinin qabiliyyət imtahanı keçiriləcək
11:29, Bu gün
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? - RƏSMİ AÇIQLAMA
11:25, Bu gün
Aleksandr Lukaşenko Füzuliyə getdi
11:22, Bu gün
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
11:19, Bu gün
Hibrid avtomobillərə ödənişli yolda hərəkət etməyə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA/VİDEO
11:15, Bu gün
Siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığının inkişaf etdirilməsi məsələləri müzakirə olunub
11:13, Bu gün
“Evi süpürməyə süpürgəm olmasa...” – VİDEO
11:11, Bu gün
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR - Bu tarixədək... - VİDEO
11:05, Bu gün
Əbdül Xalidə xanım fanatı tərəfindən “Porsche” bağışlandı - VİDEO
10:59, Bu gün
Bu şəxslərə birdəfəlik müavinət verilib
10:51, Bu gün
Xərçəngdən qoruyur, həzmi rahatladır, arıqladır... – ALÇANIN BİLMƏDİYİNİZ FAYDALARI
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
10:39, Bu gün
Tavuşun bu hissəsində nə qədər ərazi Azərbaycana verilir? - Ermənilər açıqladı
10:37, Bu gün
Qərbi Azərbaycana qayıdış Daşkənddə müzakirə olunacaq – Türk Dünyası Sammiti başlayır
10:33, Bu gün
Tofiq Yaqublunun cinayət işi üzrə istintaq yekunlaşdı
10:28, Bu gün
Uşaqlarını diləndirən 345 valideyn cəzalandırıldı
10:23, Bu gün
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlandı - SİYAHI
10:18, Bu gün
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikib?- ŞOK SƏBƏB
10:13, Bu gün
İrandakı səfirliyimizdə DƏYİŞİKLİK
10:10, Bu gün
Kəlbəcərin gözoxşayan təbiəti – Yeni video
10:04, Bu gün
Dünya üçün BÖYÜK TƏHLÜKƏ yaxınlaşır - XƏBƏRDARLIQ EDİLDİ
10:00, Bu gün
Qərb Universitetində “M.Ə.Rəsulzadə-140” tədbiri - Nəsiman Yaqublu ilə görüş - FOTO
09:59, Bu gün
Avro və lirə ucuzlaşdı - Məzənnə
09:51, Bu gün
Rusiyadan Ukraynaya şok İTTİHAM- Xarkovda korrupsiya qalmaqalı
09:46, Bu gün
Abşeronda avtobus QƏZASI- xəsarət alan var 
09:41, Bu gün
İranı sel vurub-Yollar iflic, parklar bağlı
09:35, Bu gün
Azərbaycanlı aktrisanın fotoları “Times Square” meydanında: "Bu da Məlahət Türkiyəyə gedib nə iş gördü deyənlərə gəlsin..." 
09:29, Bu gün
Stomatoloq idi: Hazırda 10 dəqiqəyə 1000 dollar qazanır - FOTO
09:22, Bu gün
Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - Qapıda gözləməli oldu
09:10, Bu gün
Bakıda bu binalar söküləcək, yerində isə... - FOTO
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
08:56, Bu gün
Albaniya Azərbaycanda səfirlik açacaq - Belinda Balluku
08:44, Bu gün
12 il gizlədilən HƏQİQƏT: yadplanetlilər siyasətçiyə nə ediblər? - ETİRAF ETDİ
08:36, Bu gün
Zelenski Tehranı düşmən hesab edir -Mudabber
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
08:17, Bu gün
Si Cinpin Putinə deyib ki, Çin “Ukrayna böhranı” ilə bağlı sülh konfransını dəstəkləyir...
08:13, Bu gün
Hikmət Hacıyev ABŞ-də dövlət rəsmiləri ilə COP29-u və regional məsələləri müzakirə edib - YENİLƏNİB
08:00, Bu gün
Səhərlər mütləq bunları yeyin- İNANILMAZ FAYDALARI
07:44, Bu gün
Zaqatalada 6 otaqlı ev yanıb KÜL OLDU
07:35, Bu gün
Qriqoryan bu kəndin 25 hektar torpağının Ermənistan ərazisində qaldığını təsdiqlədi...
07:35, Bu gün
Dünyanın ən çox maaş alan idmançıları – SİYAHI
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
06:33, Bu gün
Zelenski Xarkova getdi və şəhəri işğaldan qorumağın yolunu açıqladı... -FOTO
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16 May 2024 | 23:01
Sahibə Qafarova Simonyanla təkbətək söhbətləşdi
16 May 2024 | 22:58
“Qarabağ”dan bazar dəyəri bir milyon avro olan qapıçısına YENİ TƏKLİF
16 May 2024 | 22:38
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
16 May 2024 | 22:33
"Kiyev Lavrovun fikirlərini məsxərəyə qoyub və burada gizlin məna tapıb..."
16 May 2024 | 22:33
Fransa XXI əsrin Yeni Kaledoniyası ilə XIX əsrin Əlcəzairi kimi davranır
16 May 2024 | 22:22
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
16 May 2024 | 22:21
“Hizbullah” İsrailə rekord sayda raket atdı
16 May 2024 | 22:19
İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB + FOTO
16 May 2024 | 21:48
"Xarici nüfuzun şəffaflığı haqqında" qanun Avropa İttifaqının əsas norma və dəyərlərinə ziddir..."
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
GÜNLÜK
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 14:46
Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:37
“Parkda” tamaşasının premyerası olub - FOTOLAR
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
10 May 2024 | 19:12
Saleh Məmmədovun rəis təyin etdiyi şəxsə “stop” qoyulur – 5 milyonluq borcu var...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
AYLIQ
16 May 2024 | 16:27
Vətəndaşlara XƏBƏRDARLIQ - Bunu etsəniz, kartınızdakı pullar OĞURLANACAQ!
16 May 2024 | 14:31
Aynur Sabitova: “Vəzifəmdən öz arzumla ayrılmışam”
16 May 2024 | 15:15
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
16 May 2024 | 15:01
"Putin Ukraynada müharibəni davam edə biləcəyini düşünür, amma kökündən yanılır" - ISW
16 May 2024 | 14:40
İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış etdi - YENİLƏNİB
16 May 2024 | 14:49
"Tramp bu yaxınlarda çox maraqlı bir siyasi gediş etdi, lakin...”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
16 May 2024 | 14:46
Azərbaycan-Belarus sənədləri imzalandı - YENİLƏNİB + FOTO
16 May 2024 | 14:37
“Parkda” tamaşasının premyerası olub - FOTOLAR
16 May 2024 | 14:56
Restoran sahibini öldürən qıza hökm oxundu - FOTO