Rəsul Quliyevin qardaşı İlham Əliyevi dəstəklədi
Cəmiyyət
Oxunub: 3121
07 Oct 2013 | 11:01

Rəsul Quliyevin qardaşı İlham Əliyevi dəstəklədi
Eks-spiker Rəsul Quliyevin qardaşı Telman Quliyev "Bakı-xəbər" qəzetində "Mən İlham Əliyevi niyə Azərbaycan xalqının ən uğurlu seçimi sayıram?" başlıqlı yazı dərc etdirərək hazırkı dövlət başçısını dəstəklədiyini ifadə edib. Aşağıda həmin yazını olduğu kimi təqdim edirik.

***
 Azərbaycanda oktyabrın 9-da keçiriləcək prezident seçkisini bu gün dünya böyük maraqla izləməkdədir. Dünyanın ən ünlü siyasətçiləri, analitiklər və beyin mərkəzləri irimiqyaslı təhlillər aparır, bir-birindən olduqca fərqli proqnozlar verirlər. Kütləvi informasiya vasitələri isə seçkiyə hazırlıq və onun keçirilmə şəraiti ilə əlaqədar müxtəlif məlumatlar yaymaqdadır. 
   Bu yöndə aparılan bütün müşahidələr göstərir ki, dünya miqyasında Azərbaycan haqqında fikirlər müsbət istiqamətdə çox dəyişmişdir. Çoxsaylı mülahizə və təhlillər də göstərir ki, bu proseslərin ciddi əsasları vardır. Hər şey ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başladı. Məhz həmin dövrdə Azərbaycanda müstəqil dövlət quruculuğunun konseptual əsasları hazırlandı və qətiyyətlə onların həyata keçilməsinə başlandı. Çox ziddiyyətli proseslərlə xarakterizə olunan keçən əsrin 90-cı illərində ümmumilli liderin rəhbərliyi ilə demokratik dövlət quruculuğu istiqamətində böyük işlər görüldü. 
   Artıq XXI əsrin əvvəllərində, 2000-ci ildə aydın idi ki, Azərbaycan Cənubi Qafqazda ən uğurlu dövlət quruculuğu modelinə malik ölkədir. Heydər Əliyev istər daxili, istərsə də xarici siyasətdəki bütün incə məqamları da nəzərə alaraq, Azərbaycanda güclü demokratik dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına imkan verən optimal kurs yarada bilmişdi. Bu proses 2003-cü ildən başlayaraq özünün yeni mərhələsinə qədəm qoydu. 
   2003-2013-cü illəri əhatə edən dövrdə Azərbaycanda həyata keçirilən siyasət - XXI əsrin ilk onilliyi göstərdi ki, Cənubi Qafqazda dövlət kimi ən böyük şansa Azərbaycan nail olmuşdur. Çünki Azərbaycanda dövlət quruculuğu 1993-cü ildən bu yana yalnız maraqlara uyğun olaraq aparılmışdır. 
   Bu gün ölkədə bir milyondan artıq iş yeri açılıb, yoxsulluğun səviyyəsi minimuma enib. Bu o deməkdir ki, artıq Azərbaycanda orta təbəqə formalaşır. Prezident İlham Əliyev söz vermişdi ki, ölkədə bir dənə də olsun çadır şəhərciyi qalmayacaq. Budur, bütün çadır şəhərcikləri ləğv edilərək, yeni-yeni qəsəbələr salınıb. Prezident İlham Əliyevin yürütdüyü uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan çox sürətlə inkişaf edir. Bölgələrdə açılan yeni müəssisələr hesabına ölkədə ÜDM dəfələrlə artıb. Bütün bu uğurlar məhz Azərbaycan xalqının namizədi, Prezident İlham Əliyevin fəaliyyətinin nəticələridir. 
   Son 10 ildə Azərbaycanın iqtisadiyyatı 3 dəfə artaraq, hazırda müasir infrastruktur və çoxşaxəliliyi ilə səciyyələnir. Dövlət büdcəsi 2003-cü ildə, 1,5 mlrd. dollar həcmində idisə, 2013-cü ildə bu rəqəm 25 mlrd. dollara çatdırıldı. Bu isə təxminən 19 dəfə artım deməkdir. Həmin dövrdə 1 mln-dan artıq yeni iş yerləri açılaraq, işsizlik səviyyəsi 5,1 faizə salındı, bütövlükdə iqtisadiyyatımıza 140 mlrd. dollar həcmində sərmayə qoyuldu və ölkənin strateji valyuta ehtiyatları 46 mlrd. dolları ötdü. Bu isə ÜDM-in 70 faizi təşkil edir, siyasi və iqtisadi sabitliyə zəmin yaradır. İqtisadiyyatın 83 faizi özəl sektor tərəfindən təmin edilir. 
   Dövlət hazırda neft hasilatını sabit saxlamaqla, ölkənin iqtisadi artımını əsasən qeyri-neft sektorunun hesabına həyata keçirir. Hətta dünyadakı maliyyə böhranının başladığı 2009-cu ildə Azərəbaycan iqtisadiyyatında 9 faiz artım olmuşdur. Keçən il Azərbaycanda neft hasilatı müəyyən səbəblərdən aşağı düşsə də, ümumi daxili məhsulun 2,2 faizlik artımı müşahidə olunmuş, qeyri-neft sektoru isə təxminən 10 faiz yüksəlmişdir. Son 8 ildə qeyri-neft sektoru 2 dəfə artmışdır, 10 ildə isə, 2,7 dəfə. Vacib məqamlardan biri də odur ki, digər dövlətlər iqtisadi tənəzzül ilə, böhran vəziyyəti ilə bağlı yüksək məbləğdə borclar götürmək məcburiyyəti qarşısında qaldığı zaman Azərbaycanın dövlət borcu ÜDM-in cəmi 7-8 faizi təşkil edir və bu, dünyada ən aşağı göstəricilərdəndir. 
   Azərbaycan Prezidenti Cənubi Qafqazda ardıcıl siyasət həyata keçirən və bu zaman regionun maraqlarını praqmatik şəkildə nəzərə almağı bacaran yeni dövlət başçısıdır. Buna görədir ki, xarici analitik və ekspertlər təhlükəsizlik sisteminin yaradılmasında həmişə Azərbaycanın fəaliyyətini xüsusi vurğulayır, 2004-2008-ci və 2009-2013-cü illər üçün qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına və 2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramlarını xüsusilə qeyd edirlər. Heç şübhəsiz ki, bu kimi proqramların reallaşdırılması balanslaşdırılmış xarici siyasət kursu olmadan mümkün deyildi. Əsasını ulu öndər Heydər Əliyevin müəyyən etdiyi bu xətti cənab İlham Əliyev uğurla davam etdirmişdir. Xarici siyasətin prioritetləri birmənalı nəzərə alınmış və meydana çıxan geosiyasi yeniliklər diqqətə alınaraq təkmilləşdirilmişdir. Bunun sayəsində Azərbaycan keçən müddətdə dövlət və milli maraqlarını təmin edə bilmişdir. Diplomatik sahədə əldə edilən uğurları işğalçı dövləti küncə sıxışdırmağa imkan yaratmışdır. İndi bütün beynəlxalq təşkilatların sənədlərində Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi təqdim olunur. 2003-2013-cü illərdə bütün istiqamətlərdə diplomatik fəallıq xeyli artmış, Ermənistanın mövqeyi zəiflədilmişdir. Azərbaycan siyasi-diplomatik müstəvidə haqlı olduğunu sübuta yetirmişdir. 
   Aktiv siyasi-diplomatik fəalimyyət nəticəsində Azərbaycan BMT TŞ-nin üzvü seçilmişdir. Prezident İlham Əliyev tariximizdə ilk olaraq Azərbaycanın dövlət başçısı kimi Təhlükəsizlik Şurasının iclasına sədrlik etmişdir. Bundan əlavə, Bakıda siyasətə, mədəniyyətlər və dinlərarası münasibətlərə aid bir neçə nüfuzlu beynəlxalq tədbir keçirilmişdir. 
   Bütün bunların fonunda qarşıdan gələn prezident seçkisində İlham Əliyevin mütləq üstünlüklə qalib gələcəyi haqda xarici tədqiqat mərkəzlərinin proqnozlar verməsi başadüşüləndir. Aparılan seçki təbliğatı kampaniyasından da bunu aydın görmək mümkündür. Cənab İlham Əliyevdən fərqli olaraq, digər namizədlər heç bir real fəaliyyət proqramı ortaya qoya bilmirlər. Müxalifəti təmsil edən namizədlər öz çıxışları ilə sübut edirlər ki, Prezident İlham Əliyev bir siyasətçi kimi bütün müsbət keyfiyyətlərdə onlardan dəfələrlə üstündür. 
   Davamlı inkişafa yönələn makroiqtisadi siyasətin başında, iqtisadi artımla yanaşı, sosial maraqların pariteti durur. Əhalinin sosial müdafiəsinə və təminatına çəkilən xərclər 9 dəfə çoxalmışdır, gəlirləri 6,9 dəfə, əməkhaqları 6,3 dəfə, pensiyalar 8,6 dəfə yüksəlmişdir. Dövlət başçısının dediyi kimi, "Mühüm dövlət proqramlarının və genişmiqyaslı layihələrin həyata keçirilməsi nəticəsində şəhər, kənd və qəsəbələrin siması dəyişmiş və müasirləşmiş, əhalinin rifahı yüksəlmişdir. Regional inkişaf proqramlarını reallaşdırmaqla biz paytaxtla bölgələr arasında inkişaf fərqini aradan qaldırmağa müvəffəq olduq. Azərbaycanda sosial sahədə ciddi irəliləyiş əldə etmişik. Son 10 ildə müasir tələblərə uyğun 2500-dən artıq məktəb, yüzlərlə səhiyyə müəssisəsi, idman kompleksləri və çoxsaylı sosial təyinatlı digər obyektlər tikilmiş və istifadəyə verilmişdir. Ölkədə əməkhaqlarını, sosial müavinətləri mütəmadi olaraq artırırıq və artırmaqda davam edəcəyik. Eyni zamanda, 2012-ci ildə Azərbaycanda sovet dövründən qalmış əmanətlərə görə kompensasiyaların verilməsinə başlanmışdır. Qeyd edilməlidir ki, bütün postsovet məkanında yalnız Azərbaycanda bu vəsaitlər qısa zamanda və ən yüksək əmsalla ödənilir". 
   Xalqımız əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə tezliklə torpaqlarımız erməni işğalçılarından təmizlənəcək. Bu işdə xalqımız dövlət başçısına hər zaman dəstək verib və oktyabrın 9-da bu dəstəyi bir daha nümayiş etdirəcək. Mən inanıram ki, müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyev siyasətinin davam etməsi, ölkəmizin daha da inkişaf etməsi üçün xalqımız növbəti dəfə də Prezident İlham Əliyevə səs verəcək. Bu vacib məsələ bu gün bizim, hər bir Azərbaycan vətəndaşının bilavasitə vətəndaşlıq borcudur". 
   

Oxşar xəbərlər
15:25, Bu gün
“Pozuntularla bağlı MSK-ya məlumat daxil olmayıb” - Rəsmi
15:19, Bu gün
Bakının bu ərazisində kirayə mənzillər 5000 manatdır - Səbəb bu imiş... 
15:11, Bu gün
Türkiyənin Yüksək Seçki Şurasının sədri: Azərbaycanda parlament seçkiləri səliqəli və şəffaf keçirilir
15:04, Bu gün
"Kəpəz"in yeni baş məşqçisi: Ağır yükün altına girdim
14:55, Bu gün
Pomidorla xiyarı birlikdə yeməyin - SƏBƏB
14:49, Bu gün
Yeni ailə quran cütlük bəy və gəlin paltarında səs verdi - FOTO
14:41, Bu gün
3 günlük meyvə pəhrizi orqanizmə necə təsir edir?
14:33, Bu gün
ABŞ-da təyyarə evlərin üzərinə DÜŞDÜ - Ölənlər var
14:29, Bu gün
Dünən yoxa çıxan helikopterin qalıqları tapıldı: sağ qalan yoxdur
14:19, Bu gün
Rus ordusu bu kəndləri ələ keçirdi
14:04, Bu gün
"Donbas kimə və nəyə görə lazımdır?" - Dmitri Medvedev
14:00, Bu gün
Azərbaycanda tarixi seçki: AB və ABŞ istərdi ki… - Markov
13:53, Bu gün
Duz xərçəngin dərmanı ola bilər
13:45, Bu gün
Akif Nağı səs verdi
13:43, Bu gün
Hikmət Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol verib
13:30, Bu gün
Dağınıq ev hansı ruhi xəstəliklərdən xəbər verir?
13:25, Bu gün
İnsanların dəfn mərasimində etdikləri böyük səhv-  BU HALDA ÖLÜMÜ ÖZÜNÜZLƏ GƏTİRƏ BİLƏRSİNİZ 
13:20, Bu gün
İndiyədək Mətbuat Şurasının “qaynar xətt”inə heç bir müraciət daxil olmayıb
13:12, Bu gün
Rusiya FHN: “Mi-8” helikopterinin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb
13:06, Bu gün
Ukraynanın ən yaxşı qorunan xətti yarıldı: indi nə baş verəcək?
12:55, Bu gün
Divardan niyə xalça asırdıq?- Dekorasiya, səsqoruyucu, istilik...
12:49, Bu gün
İran prezidenti: "Söz verirəm ki, xalqa vəd etdiklərimi unutmayacağam"
12:45, Bu gün
Qüdrət Həsənquliyev səs verib
12:33, Bu gün
Avtomobil atəşə tutuldu - 3 nəfər həlak oldu- VİDEO
12:29, Bu gün
Şirniyyat yemə istəyindən necə XİLAS OLAQ?
12:11, Bu gün
Zahid Oruc: “Seçici fəallığının azlığını heç kim antidövlət arqumenti kimi istifadə etməsin” – VİDEO
11:59, Bu gün
"Kəpəz" yeni baş məşqçisini açıqlayıb
11:53, Bu gün
Gündə iki kartof yeməklə ÖMRÜNÜZÜ UZADIN 
11:47, Bu gün
Hər şeyin şəffaf şəkildə aparıldığının şahidi olduq - Beynəlxalq müşahidəçi
11:39, Bu gün
Qadın məhkumların saxlandığı müəssisədə səsvermə keçirilir
11:23, Bu gün
Bakıda parkinqlə bağlı yeni texniki vasitə - Sürücülər cərimələnir (VİDEO)
11:13, Bu gün
İlham Əliyev Özbəkistan Prezidentini təbrik edib
11:09, Bu gün
Ermənistanda Aİ missiyasına xitam verilməlidir: "Paşinyanın yalanları..." - Hikmət Hacıyev
10:53, Bu gün
Sizi qocaldan VƏRDİŞLƏR -qırışlar, çillər, piqment ləkələri...
10:46, Bu gün
Yumurta ilə heç vaxt yeməməyiniz lazım olan- 4 QİDA
10:36, Bu gün
Baş nazir: Seçkilərin ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarında keçirilməsi tarixi hadisədir
10:31, Bu gün
Baş nazir Əli Əsədov seçici hüququndan istifadə edib
10:27, Bu gün
Vəfa Nağıdan növbəti qanunsuz ƏMƏL: Seçki qutusuna müdaxilə etdi, vəkili yaraladı – FOTO / VİDEO
10:25, Bu gün
Kəlbəcərdə avtomobil aşıb, ölən var
10:21, Bu gün
“Google”dan kiberhücumlarla bağlı XƏBƏRDARLIQ: “Milyonlarla insan..."
10:11, Bu gün
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
10:01, Bu gün
Hikmət Hacıyev bu məntəqədə səs verdi - FOTO
09:55, Bu gün
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər
09:49, Bu gün
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pilləyə yüksəlib
09:42, Bu gün
Modern.az 15 yaşında...
09:35, Bu gün
Satılmır, amma ucuzlaşmır da - Mənzil bazarında nə baş verir?
09:29, Bu gün
Şuşada seçicilər səsvermədə fəal iştirak edirlər
09:25, Bu gün
Yeni tikilən binalarda daxili kreditin müddəti niyə azdır? – Açıqlama (Video)
09:20, Bu gün
Zabuxda seçicilər səsvermə hüququndan istifadə edirlər
09:10, Bu gün
Premyer Liqa: "Qarabağ" "Zirə"nin qonağı olacaq
09:02, Bu gün
Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər səsvermə hüququndan istifadə edirlər
08:53, Bu gün
Stalin SSRİ-də korrupsiyanı necə aradan qaldırdı?- FAKTLAR 
08:48, Bu gün
Azərbaycanda ƏN YÜKSƏK ödənişli ixtisaslar
08:41, Bu gün
Məzahir Pənahov: Heç kim seçicilərin hüquqlarına zidd hansısa addım ata bilməz
08:30, Bu gün
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
08:26, Bu gün
Naxçıvanda Milli Məclisə və MR Ali Məclisinə seçkilərdə səsvermə başlayıb
08:23, Bu gün
2500-ə yaxın məntəqədə exit-poll keçirilir
08:18, Bu gün
Məzahir Pənahov: Maksimum 20 gün ərzində...
08:09, Bu gün
Ombudsman səsvermə hüququndan istifadə edib
08:02, Bu gün
Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb
07:52, Bu gün
Sürücülər üçün payız MƏSLƏHƏTLƏRİ- Duman, yağış...
07:46, Bu gün
KİV: İsrail 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 600-dən çox terrorçunu məhv edib
07:36, Bu gün
MSK: Parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir
07:19, Bu gün
Bakının bu ərazilərində yaşayanlara BƏD XƏBƏR - Sentyabrın 3-ü saat 06:00-dan...
07:06, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ: Evlər bu tarixdən kəskin bahalaşacaq - VİDEO
03:16, Bu gün
İsrail hərbçiləri Qəzza zolağında bir neçə girovun cəsədini aşkarlayıb
03:15, Bu gün
Kamçatkada itmiş Mi-8 helikopterinin axtarışlarına 40-dan çox xilasedici cəlb edilib
01:53, Bu gün
“Babam istəmirdi ki, onları bu sənətdə görsün, kim babamın mahnılarını oxuyursa...” - Mirzə Babayevin nəvəsindən AÇIQLAMALAR-ÖZƏL+FOTO
01:12, Bu gün
Ukrayna Rusiyanın BU ƏRAZİLƏRİNİ vurmaq istəyir - Siyahı ABŞ-a təqdim edildi
01:11, Bu gün
Lavrovdan SENSASİON AÇIQLAMA - "İran və İsrail arasında böyük müharibə..."
01:04, Bu gün
“Atam onunla qanuni, anamla isə qeyri-qanuni nikahda yaşayırdı” - Əliağa Vahid Leyla Bədirbəylini həqiqətənmi sevib, ona erotik şeirlər yazıb?-ÖZƏL+FOTO
00:02, Bu gün
Bu gün Azərbaycanda parlament seçkiləri keçiriləcək
31 Aug 2024 | 23:49
Amerikalı reper Fatman Skoop səhnədə huşunu itirərək dünyasını dəyişib
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
31 Aug 2024 | 22:58
Sərhəddə miqrantlara atəş açacağıq - Polşa
31 Aug 2024 | 22:56
"Sea Breeze" yaxınlığında yol ÇÖKDÜ - Xeyli sayda zərər çəkənlər var
31 Aug 2024 | 22:50
Ət dondurulduqdan sonra faydalı xüsusiyyətlərini itirir?
31 Aug 2024 | 22:43
Nikoldan tarixi etiraf: Göyçə, Zəngəzur, Dərələyəz...
31 Aug 2024 | 22:35
Vəfa Nağı seçki məntəqəsində dava saldı: Sədr insult keçirdi
31 Aug 2024 | 22:26
Xoruz davaya səbəb oldu: 3 nəfər bıçaqlandı
31 Aug 2024 | 22:18
Naxçıvanın ən yaşlı seçicisinin kimliyi məlum olub - FOTO
31 Aug 2024 | 22:10
Messencerdə bu funksiya ÇÖKDÜ - "Telegram" rəsmiləri SUSURLAR
31 Aug 2024 | 22:02
Aygün Kazımova “Dalğafest”i bağladı
31 Aug 2024 | 21:54
Duz xərçəngin dərmanı ola bilər
31 Aug 2024 | 21:46
Azərbaycanda müəllim özünü internet xəttinin dirəyindən asdı
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 21:40
İki günlük körpənin xəstəxanada naməlum ölümü
31 Aug 2024 | 21:32
“Seyran” illər sonra! - İlk fotolar
31 Aug 2024 | 21:24
Durovun saxlanılması hücumun bir hissəsidir - Filippot
31 Aug 2024 | 21:16
Çin təkərləri üzərində Ermənistan hərbi avtomobili... - FOTO
31 Aug 2024 | 21:08
Düyüdə olan bakteriya kişinin cinsi orqanını "ZƏHƏRLƏDİ"
31 Aug 2024 | 21:04
Alimlərdən yeni İDDİA- Ayağımızın ölçüsü BUNUN GÖSTƏRİCİSİ İMİŞ 
31 Aug 2024 | 21:00
Şahzadə 3 gün toy etdi
31 Aug 2024 | 20:55
"Baharın on yeddi anı"-almanların REAKSİYASI 
31 Aug 2024 | 20:52
Zelenskinin “sülh planı” ilə bağlı sözlərindən sonra Lavrovdan SƏRT XƏBƏRDARLIQ 
31 Aug 2024 | 20:42
Qlükoza və xolesterin səviyyəsini aşağı salan məhsul
31 Aug 2024 | 20:34
Rusiyaya zərbə endirilməsini dəstəkləyirik, lakin...
31 Aug 2024 | 20:28
Milli, etnik və dini düşmənçiliyin salınmasına hesablanmış anti-Azərbaycan dəstə...- FOTO
31 Aug 2024 | 20:26
Paris-2024: paraüzgüçümüz gümüş medal qazandı
GÜNLÜK
31 Aug 2024 | 15:45
Bir zarafata görə başı bəlalar çəkdi: 46 il yaşadı, əbədi olaraq yaddaşlarda qaldı - FOTO
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 16:21
Paris-2024: Əbülfəz Abuzərli təsəlli görüşlərində mübarizə aparacaq - YENİLƏNİB
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 20:18
700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...
31 Aug 2024 | 16:52
Əhaliyə XƏBƏRDARLIQ: Evlər kəskin bahalaşacaq - VİDEO
31 Aug 2024 | 15:36
Parisdə qızıl medal qazanan İmaməddin Xəlilov: "Qardaşlıq qalib gəldi" - VİDEO
31 Aug 2024 | 21:04
Alimlərdən yeni İDDİA- Ayağımızın ölçüsü BUNUN GÖSTƏRİCİSİ İMİŞ 
31 Aug 2024 | 17:50
Bəhruz Səmədov niyə ermənilərə işlədi? - ARAŞDIRMA + VİDEO
31 Aug 2024 | 16:58
Çörək bu tarixdən BAHALAŞA BİLƏR
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
29 Aug 2024 | 10:02
"Artsax günü” İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək...-FOTO
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
25 Aug 2024 | 15:34
Milli Qəhrəman İbad Hüseynov: “O, bütün parametrlərə görə birincidir”
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
26 Aug 2024 | 10:32
Əməkdar artist İLLƏRİN SİRRİNİ AÇDI: “Rəşid Behbudov buna görə tələbələrinə mane olurdu, qadağalar qoymağa çalışırdı”
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
25 Aug 2024 | 16:53
Murad Dadaşov oğulları ilə görün hara getdi - VİDEO
28 Aug 2024 | 10:48
Azərbaycanda əsgərlik müddəti azaldılır? - Ali təhsillilər 6 ay...
AYLIQ
31 Aug 2024 | 15:45
Bir zarafata görə başı bəlalar çəkdi: 46 il yaşadı, əbədi olaraq yaddaşlarda qaldı - FOTO
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 16:21
Paris-2024: Əbülfəz Abuzərli təsəlli görüşlərində mübarizə aparacaq - YENİLƏNİB
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 20:18
700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...
31 Aug 2024 | 16:52
Əhaliyə XƏBƏRDARLIQ: Evlər kəskin bahalaşacaq - VİDEO
31 Aug 2024 | 15:36
Parisdə qızıl medal qazanan İmaməddin Xəlilov: "Qardaşlıq qalib gəldi" - VİDEO
31 Aug 2024 | 21:04
Alimlərdən yeni İDDİA- Ayağımızın ölçüsü BUNUN GÖSTƏRİCİSİ İMİŞ 
31 Aug 2024 | 17:50
Bəhruz Səmədov niyə ermənilərə işlədi? - ARAŞDIRMA + VİDEO
31 Aug 2024 | 16:58
Çörək bu tarixdən BAHALAŞA BİLƏR