“Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilməlidir” -Vahid Əhmədov
Oxunub: 2301
21 Oct 2020 | 14:18
“Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilməlidir”
 -Vahid Əhmədov
Moderator.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına geniş müsahibə verib. 

Onunla söhbəti təqdim edirik:


- Vahid müəllim, 27 sentyabrdan başlayaraq, Azərbaycan Ordusu erməni silahlı birləşmələrinin təcavüzünü dəf etmək üçün əks-hücum əməliyyatlarına başlayıb. Uzun müddət siyasətin içərisində olan və torpaqlarımızın işğalı zamanı yüksək vəzifə tutan şəxs kimi hadisələrin şahidisiniz. Bu gün Azərbaycan Ordusu həmin dövrün Ordusu ilə müqayisədə tamamilə fərqlənir. Həmin vaxt ermənilər bizim silah-sursatımızı müsadirə edirdisə, indi tam əksi baş verir. O dövrdən bu yana nələr dəyişdi?

- 1993-cü ildə Cəbrayıldan, Füzulidən sonuncu çıxan mən olmuşam. Həmin vaxt Baş nazirin birinci müavini idim. Gecə saat 1-də Heydər Əliyevin köməkçisi Gülşad Zərbəliyev mənə zəng vurdu ki, bəs Heydər Əliyevlə danış. Heydər Əliyev soruşdu ki, haradasan, dedim evə təzə gəlmişəm. Dedi təcili gəl qəbula. Gəldim ki, qəbulda 15 nəfərə yaxın adam gözləyir - Abbas Abbasov, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov, Baş prokuror Murad Babayev, Astan Şahverdiyev, Arif Rəhimzadə və başqaları. Mənə dedilər ki, Heydər Əliyev səni gözləyir, keç içəri. Keçdim…

Heydər Əliyev mənə dedi ki, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanda vəziyyət ağırdır, istəyirəm ki, oradakı vəziyyəti öyrənəsən. Lalə Şövkət də onda dövlət katibi idi. Mərhum Prezident dedi ki, götür, bu dəstəni get bölgəyə, məlumatla qayıt.
Gəldik Beyləqana, qərargah qurdum. Abbas Abbasov bir qrupla getdi Zəngilan-Qubadlıya, mən isə Füzuli-Cəbrayıl zonasına yollandım. Biz mərhum general Zaur Rzayevlə getdik Füzuliyə. Posta çatanda bizə dedilər ki, Füzuliyə girmək olmaz, ermənilər oranı tutub. Bir də gördüm Nəcməddin Sadıqov gəldi. Cəbrayıl-Füzuli zonasına o baxırdı, mənə məruzə etdi. Amma mən özüm getməmişdən bəzi məlumatları toplamışdım. Məni buraxmaq istəmirdilər, nəsə çox mübahisədən sonra dedim ki, Heydər Əliyevə məruzə etmək üçün mütləq Füzuliyə də, Cəbrayıla da girməliyəm. Füzuliyə çathatda yolboyu hərbçilər geri qayıdırdı, onlara kimsə demişdi ki, ermənilər yüksəklikləri tutub. Təxribat olduğu aydın idi. Girdik Füzuliyə, jurnalist Asif Quliyev də bizimlə idi. Gəldik icra başçısının otağına, bir stəkan su içdim, dedilər heç kim yoxdur Füzulidə. Dedim durun gedək Cəbrayıla. Cəbrayıla girəndə də yenə hərbçilər məni buraxmırdılar, eyni mübahisələr burda da yaşandı. Nəsə burada da İcra Hakimiyyətinin binasında bir stəkan su içib geri qayıtdım. Olanları məruzə etdim ki, erməni olmasa da, əhali rayonları tərk edib.

Müqayisəyə qalanda, mən deməzdim ki, o vaxt bizim əsgərimiz silahını meydanda atıb gedib. Birinci Qarabağ müharibəsində bizim döyüşkən oğullarımız çox olub, kifayət qədər qəhrəmanlarımız var. Fərq bundadır ki, o vaxt orduda nizam-intizam indiki səviyyədə deyildi. İndi Azərbaycanın kifayət qədər güclü, qüdrətli ordusu var və bu qüdrəti torpaqlarımızı işğaldan azad etməklə açıq-aşkar sübut edir.
 

- Bəs o dövrdən indiyə geosiyasiyasi proseslərdə dəyişən nə oldu?

- Birincisi, indi Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Artıq 30 ildir Azərbaycanda inkişaf gedir. Ölkəmiz iqtisadi və siyasi cəhətdən inkişaf etmiş bir dövlətə çevirilib. Bu cür davam etdikcə, bir neçə on ildən sonra Azərbaycan inkişaf etmiş ölkələri də ötüb keçəcək. Hazırda ölkəmizin çox böyük imkanları var. İmkanı olmayan dövlət heç vaxt müharibə apara bilməz. Bu, mümkün olan şey deyil. Əgər 1992-1993-cü illərdə Azərbaycanın indiki imkanı olsaydı, onda da bilirsiniz ki, vətənpərvərlik çox yüksək idi, insanlar könüllü cəbhəyə yollanırdı, döyüşmək istəyirdilər. “OMON” dəstəsi, polislər, ayrı-ayrı partiyalara məxsus qruplar var idi ki, könüllü döyüşə gedirdilər. Amma faktiki olaraq, ordu adında şey yox idi, təzə-təzə formalaşırdı. Ona görə də vuruşmaq çox çətin idi. Amma ermənilərin havadarları var idi, onların arxasında Rusiya kimi dövlət dayanmışdı. Xocalı soyqırımını törədənlər kim idi? 366-cı motaatıcı alay - hansı ki, kifayət qədər silah-sursatları var idi. Necə ki, indi Ermənistana kömək edirlər, o vaxt da belə idi. Bu dəqiqə düşmən iqtisadi cəhətdən sıfırdadır, heç nəyi yoxdur. 6 milyard dollara yaxın borcu var və heç kim də onlara yeni borc vermir. Ümumdaxili məhsul 13-14 milyard dollardır. Amma elə dövlətlər var ki, Ermənistanı havayı silahla təmin edir.
Bizim dövlət başçısı Rusiya telekanalına müsahibəsində də qeyd etdi ki, Ermənistana güzəştli qaz, elektrik enerjisi verirlər, sərhədlərini qoruyurlar, o cümlədən silah-sursatla təmin edirlər. Deməli havadarlar yenə öz işlərindədirlər.

- Maraqlıdır, indiki situasiyanı yetişdirən səbəb nə oldu?


- Bu, ordu quruculuğu ilə əlaqədar düzgün siyasət yürütdüyümüzü göstərir. Prezident İlham Əliyev ordunun güclənməsi üçün böyük vəsaitlər ayırıb, istənilən müasir silahların ölkəmizə alınıb gətirilməsi təmin olunur, hərbi sənaye kompleksi işləməyə başlayıb.

Ən əsası Azərbaycan düşünüb addım atdı. Niyə bunu bir il əvvəl etmədi, niyə bir il sonraya saxlamadı? 30 ildir bu gün üçün hazırlıq gedirdi, heç nə düşünülən qədər asan deyil. Bayaq qeyd etdiyimiz kimi, 27 sentyabrda atəşkəs pozuldu. Atəşkəslə bağlı 1994-cü ildə Bişkekdə protokol imzalanmışdı. Daha sonra Milli Məclisdə təsdiq olundu. Mən özüm bütün bu proseslərin iştirakçısı olmuşam. Amma atəşkəs 26 ildə yüz dəfə yox, min dəfələrlə pozulub. Bircə dəfə işğalçıya “Gözün üstə qaşın var” deyən olub?! Heç kim deməyib. Son aylarda Tovuza hücum edildi. Burada da məqsəd neft-qaz kəmərlərini vurmaq, o cümlədən Bakı-Tibilisi-Qars dəmir yolunu sıradan çıxarmaq idi. Buna da nail ola bilmədilər. Çünki Azərbaycan Ordusu bu həmlələrin qarşısını aldı. 27 sentyabrdan 10 gün əvvəl cənab Prezident faktiki olaraq, Ermənistanın müharibə hazırlığı ilə bağlı xarici dövlət rəhbərlərinə BMT tribunasından müraciət etdi. Bildirdi ki, Ermənistan Azərbaycana qarşı ciddi müharibəyə hazırlaşır. O xahiş etdi ki, məsələ nəzərə alınsın. Amma heç kimdən səs çıxmadı. 27 sentyabr səhər tezdən ermənilər hücuma keçdilər. Azərbaycan bu hücuma illərdir dözürdü, artıq dözmək olmazdı. Kifayət qədər silah-sursatı, ordu təminatı olan, vətəndaşı torpaqlarının azad olunmasını istəyən bir ölkə niyə susmalı və dözməliydi?! Xalq artıq usanmışdı, balacadan böyüyə kimi hamı torpaqarımızın işğaldan azad olunmasını istəyirdi, bunun üçündür ki, Prezidentin bir çağırışına on minlərlə gənc könüllü olaraq, orduya yazıldı. Hamı bir nəfər kimi Ali Baş Komandanı müdafiə edir, təki torpaqlar işğalçılardan təmizlənsin.

- Türkiyənin indiki məqamda bizə mənəvi dəstəyini necə qiymətləndirirsiniz?

- Düzdür, çoxları indiki müharibəni “Vətən müharibəsi” adlandırır. Amma mən bunu “Anti-terror əməliyyatı” sayıram. Çünki faktiki olaraq, Qarabağda ermənilər ya yoxdur, ya da çox azdır. Orada Suriya, Livan, Yunanıstan və başqa ölkələrdən gətirilmiş muzdlular da vuruşur. Ona görə də Azərbaycan anti-terror əməliyyatı keçirərək, torpaqlarımızı işğaldan azad edir. Azərbaycanda Ordunun möhkəmlənməsində Türkiyə təcrübəsinin çox böyük rolu var. Bu müddətdə ordunun formalaşmasında həm İsrail, həm Türkiyə Azərbaycana öz mənəvi dəstəklərini veriblər, təcrübələrini bölüşüblər. Bu gün orduda döyüşən generallarımızın əksəriyyəti Türkiyədə təhsil alanlardır. Dostluq, qardaşlıq nümunələrinin təzahürüdür ki, döyüşlərin səhəri günü Türkiyə prezidenti, Xarici İşlər naziri, Milli Müdafiə naziri Azərbaycanı müdafiə edən çıxışlar etdilər. Bu, bizim üçün böyük mənəvi dəstəkdir. Doğrudur, əvvəllər bu səviyyədə deyildi. Amma Türkiyə hər zaman haqqın yanında olan dövlətdir. Onlar Azərbaycanın haqq işində də yanındadırlar. Açıq-aşkar da bəyan etdilər ki, hərtərəfli bizə dəstək etməyə hazırdırlar. Türkiyə bütün dünyada haqqın bərqərar olmasını istəyir.


- Azərbaycan Ordusunun inamlı qələbəsində Prezident İlham Əliyevin dünyanın nüfuzlu media qurumlarına müsahibələri, xalqımızın haqq səsini dünyaya çatdırmasını necə dəyərləndirirsiniz?


- Əlbəttə, Cənab Prezidentin xüsusilə öz fikrini xarici dildə ifadə etməsi, öz şərtlərini irəli sürməsi, Azərbaycanın haqlı mövqeyini göstərmək bacarığı bu qələbədə çox böyük rol oynadı. Bu müsahibələrdə dünya ictimaiyyətinə başa saldı ki, biz müharibə istəmirik, müharibəni istəyən Ermənistandır. Prezident bu müsahibələrində Ermənistanın “dənizdən dənizə” xülyalarına tutarlı cavablar verdi. Fikir verirsinizsə, Cənab Prezident çıxışlarında çox sərt danışır. Müqayisə belə yersizdir, amma bir də dünya Nikol Paşinyanın öz çıxışlarına baxsın. İlham Əliyev artıq yetişmiş diplomat, dünyada tanınmış, qəbul edilmiş bir siyasətçidir. Dünya siyasətçiləri İlham Əliyevlə hesablaşmağa məcburdular. Xüsusilə ölkə rəhbərinin “biz bir metr torpağımızı belə, ermənilərə verməyəcəyik” deməsi, əhalidə çox böyük ruh yüksəkliyi yaratdı. Prezident hər dəfə yeni torpaqların işğaldan azad edildiyini açıqlayanda, insanlar bunu coşğu ilə qarşılayırlar. Mən sentyabrın 27-dən bu yana rayonlarda olmuşam. İnsanlar cəbhəyə getməyə çox həvəslidir. Hamısının dilində bir kəlmə var: “Son damla qanımıza qədər vuruşub torpaqlarımızı azad edəcəyik”. İnsanların əhval-ruhiyyəsi çox şeyi həll edir.

Fikir verdinizsə, Paşinyan iki dəfə xəbərdarlıq etdi ki, Mingəçevir və Sanqaçal terminalını vuracaq. Bu adam anlamır ki, Sanqaçal təkcə Azərbaycana aid deyil. Bu terminal Avropa dövlətlərinə neft-qaz ixracı ilə məşğuldur. Terminal vurulsaydı, çox ciddi problemlər yaranardı və Paşinyan bunun altından çıxa bilməzdi.

- Bəs dünya ölkələrinin bu münaqişəyə münasibətini qaneedici hesab etmək olarmı?


- Cənab Prezidentin yaxşı bir sözü oldu ki, bu müharibənin bir müsbət cəhəti dostla düşmənimizi bizə tanıtmasıdır. Düzdür, tanıyırdıq, amma faktiki olaraq, budəfəki müharibədə bizi müdafiə edən 5-6 dövlət var. Türkiyə, Pakistan, Əfqanıstan, Macarıstan və başqaları. Amma əsas Avropa dövlətləri, söz sahibi olan ATƏT-in Minsk qrupunun üzvləri Rusiya, Fransa, Amerika birmənalı olaraq bizi müdafiə etmədilər. Hətta bəziləri Ermənistana gizli yolla silah-sursat da göndərirlər. Fransa Prezidenti Emmanuel Makron çox çalışdı ki, atəşkəs olsun. Çünki anlayır ki, ermənilər Azərbaycan qarşısında duruş gətirə bilmir. Bunun üçün Rusiya Prezidenti Putinlə danışıqlar apardı, Amerika Prezidenti Donald Trampla əlaqə yaratdı. Amma bölgədə söz sahibi olan yeni dövlətlər peyda olub. Düzən əvvəlki düzən deyil. Əvvəl bölgəni idarə edən Rusiya dövləti idi. Amma son vaxtlar Türkiyə dövlətinin Suriyada, Liviyada, Aralıq dənizində Yunanıstanda apardığı əməliyyatlar göstərdi ki, Türkiyə bölgədə söz sahibinə çevilir. Türkiyə qoşunu NATO qoşunudur. NATO qoşunu Azərbaycanda təlimlər keçirdi. Bunların hamısı razılaşdırılmış məsələlərdir. Həm də nəzərə almaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğan təcrübəli siyasətçidir, onunla hesablaşırlar. Tramp zarafatyana Baydenə demişdi ki, sən Ərdoğanla danışa biləcəksən? Necə danışacaqsan onunla?
Ərdoğanın çox cəsarətli çıxışları var. Müsəlman dövlətlərinin arasında çox böyük hörməti var. Mənə elə gəlir ki, Qafqazda düzən dəyişib.

Cənab Prezident də bir neçə dəfə qeyd etdi ki, Türkiyəsiz bu məsələni həll etmək mümkün deyil. Çünki Azərbaycan təklənirdi. İndi Türkiyə söz sahibidir. Masanın başında Türkiyə oturmalıdır, sonda elə də olacaq. Türkiyə qüdrətli dövlətdir və Azərbaycanın yanında olduğu üçün bu Qarabağ savaşında öz müsbət təsirini göstərir. Bu, mənəvi dəstək olsa da, çox böyük effekt verir. Həm də Türkiyə Prezidenti ilə Azərbaycan Prezidenti çox yaxın dostdurlar, onlar müəyyən məsələlərdə məsləhətləşirlər, ortaq məxrəcə gəlib sonra hərəkət edirlər.

- Vahid müəllim, bir az keçmişə qayıdaq, SSRİ dönəmində siyasət iqtisadiyyatı idarə edirdi, yoxsa əksinə?


- SSRİ dövründə iqtisadiyyat o qədər də güclü deyildi. Hər şeyi siyasət həll edirdi. Bütün məsələlər Siyasi büroda həll edilirdi.

Bir haşiyə çıxım: Deməli 1991-ci ildir. Ali Sovetdə SSRİ-nin saxlanması ilə əlaqədar çox qızğın müzakirələr gedirdi. Rəhmətlik Prezident Heydər Əliyev Ali Sovetin deputatı idi. Mən də həmin vaxt deputat idim. Müəyyən problemlər vardı, SSRİ-nin saxlanılması ilə bağlı kommunist tərəfdarlar çox idi, əksəriyyəti də istəyirdi ki, referendum keçirilsin və SSRİ saxlanılsın. Mən də heç vaxt kiminsə ağzına baxıb fikir söyləmirdim, açıq fikirli idim, sözümü heç kimdən çəkinmədən söyləyirdim. Amma büro üzvü olaraq, çox narahat idim. Həmin vaxt Nizami rayon partiya komitəsinin büro üzvü, həm də zavod direktoru idim. Bizi çox sıxırdılar. Tənəffüsə çıxanda, rəhmətlik Heydər Əliyev əlini çiynimə qoyub dedi ki, nəsə birtəhərsən, narahatsan. Dedim, çox narahatam, SSRİ-i dağılmayıb, səs verməliyik, Siyasi büro var… Dedi, heç nədən qorxma, səs ver. Dedim necə məgər? Dedi, SSRİ də, Siyasi büro da yoxdur. Bundan sonra Siyasi büro Vaşinqtondadır. Elə də oldu. Faktiki olaraq bütün məsələlər Vaşinqtonda həll edilməyə başladı. Mərhum Prezidentin çox uzaqgörən siyasəti vardı. Həmişə deyirdi ki, beş il qabağı görməsə, heç vaxt heç bir sənədə imza atmaz: “Beş il qabağı görməliyəm ki, dövlətin taleyilə bağlı düzgün qərar verə bilim”. SSRİ-nin çökməsinin səbəbi o idi ki, demokratiya yox idi, Siyasi büroda fikir ayrılıqları meydana gəlmişdi. Heydər Əliyev kimi dahi bir adamı kənarlaşdırmışdılar. SSRİ-ni Qorboçov dağıtdı. Bu səbəbdən də ona Nobel mükafatı laureyatı adını verdilər.


- Ermənistanda uzun illər hərbi kriminal rejim hakimiyyətdə olub. Koçaryan, Sarksyandan sonra Paşinyan hakimiyyətə gələndə ermənilər ona çox böyük ümidlərlə baxırdılar. Amma Paşinyan öz yarıtmaz siyasətilə Ermənistanı öz sələflərinin dövründəkindən də ağır vəziyyətə saldı. Sizcə bu ermənilərin faciəsi deyilmi ki, hər dəfə rəhbərliyə gələn insanlar Ermənistanı uçuruma aparır…

- Paşinyanı siyasətə ermənilər gətirib demək olmaz. Cənab Prezidentin də dediyi kimi, Paşinyan Sorosun yetirməsidir. Bir vaxtlar Azərbaycanda da belə hərəkat baş qaldırmaq istəyirdi. Onda çox doğru olaraq, müəyyən institutların fəaliyyətinə icazə verilmədi. İkincisi, Paşinyanın hakimiyyətə gəlməsində rusların o qədər də əməyi olmayıb. Ruslar Paşinyanı istəməyiblər. Paşinyan ruslarla yaxınlaşmaq istəsə də, bu istəyinə nail ola bilmədi. Bir sözlə, Paşinyanın ikili siyasəti baş tutmadı. Digər tərəfdən Paşinyan siyasi cəhətdən çox savadsızdır, hazırlıqsızdır. Siyasət asan iş deyil, sən öz daxili siyasətinlə yanaşı, qonşu dövlətlərin siyasətini, iqtisadiyyatını bilməlisən. Paşinyan kor-koranə siyasət yürüdür. Ümumiyyətlə, tarix göstərir ki, inqilablarla vəzifəyə gələnlərin hakimiyyəti uzun sürməyib.

Həmçinin, Paşinyan hakimiyyətə gələndə Qarabağla bağlı ona edilən təklifləri nəzərə almadı. Hətta əlavə ərazilər işğal edəcəyini bəyan etdi. O qarşısında İlham Əliyev kimi bir siyasətçinin mövcud olduğunu dərk etmirdi.

Ümumiyyətlə, bu 30 ildə Ermənistanda hakimiyyətə gələnlərdən yalnız Levon Ter-Petrosyan müəyyən qədər Qarabağ  məsələsini həll etməyə meylli idi. Ondan sonra hakimiyyətə gələnlərin hamısı Qarabağın üstündə hakimiyyətə gəldilər. Onlar üçün Qarabağ əsas kart idi. Ona görə də Paşinyan da daxil olmaqla, onun xələflərini siyasətçi saymıram.

- Demək olarmı ki, bu müharibə Paşinyanın sonunu gətirdi?


- Bilirsiniz, Rusiya Paşinyanı Sorosdan dolayı sevmir. Ümid edir və inanıram ki, bizim haqq savaşımız, müharibə çox çəkməyəcək. Amma Paşinyan bu gedişlə çox qalmayacaq. Hakimiyyətə Qərbin adamı gələcək, Rusiyanın adamı gələcək, bax bu, sonrakı məsələdir. Tarixən siyasətə naşı adamların gəlişini görmüşük, heç vaxt müsbət imic qazanmayıblar.

 
- Vahid müəllim, belə demək olarmı ki, Paşinyan kimi naşı siyasətçi bizə sərf elədi?


- Biz artıq savaşa hazır idik. Paşinyan olmur, Koçaryan, Sarkısyan da olsaydı, Azərbaycan Ordusu bu əzmi göstərməyə qadir idi. Türkiyə, İsrail təcrübəsilə təkmilləşən ordumuzun qarşısında Paşinyan kimi aciz siyasətçilər duruş gətirə bilməz. İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçiləndən sonra hər çıxışında deyib ki, Qarabağ ermənilərdən alınacaq, bu torpaqlar bizimdir! Bilirsiniz, həm də dünyada gedən proseslər Azərbaycan üçün çox əlverişlidir. Rusiyada vəziyyət çox gərgindir, əyalətlərdə oyanmalar var. Dağıstanda, Çeçenistanda, İnquşetiyada, Tatarıstanda vəziyyət çox pisdir, Amerikadakıların başları prezident seçkilərinə qarışıb.


- Hadisələrin gedişi göstərir ki, əslində hələ təxminən bir il əvvəl ölkə başçısının start verdiyi kadr islahatları məhz indiki nəticələrin əldə edilməsinə hesablanmışdı…

- Bəli, cənab Prezident öz çıxışında da dedi. Vəzifədən kənarlaşdırılan, həbs edilənlərin böyük əksəriyyəti digər dövlətlərə xidmət edənlər idi. Müharibə aparmaq zarafat deyil. Dövlət başçısı arxayın olmalı idi ki, onun arxası möhkəmdir, vəzifələrə təyin etdiyi kadrlar Azərbaycan dövləti üçün çalışır. Ona görə də müharibədən əvvəl kadr islahatları apardı. Müharibədən sonra da islahatlar davam etdiriləcək.


- Müharibə həm də kompleks tədbirlərin vəhdətidir. Bu müddətdə iqtisadi, siyasi, diaspor, parlament fəaliyyətimizi necə qiymətləndirirsiz?

- Bütün sahələr barədə fikir bildirmək çətindir. Amma parlamentlə bağlı onu deyə bilərəm ki, sədr Sahibə Qafarova qısa müddət ərzində ciddi işlər görüb, Azərbaycandakı bütün səfirlərlə görüşüb. Digər dövlətlərin məclis sədrlərilə əlaqələr qurur, Azərbaycanın haqq səsini dünyaya eşitdirmək üçün daim işləyir. Parlament bu dövrdə öz işinin öhdəsindən gəldi. Digər sahələrə gəldikdə, düşünürəm ki, Prezidentin yuxarı səviyyədən başlayaraq, apardığı son kadr islahatları müsbət nəticələrini verir.

Müharibə dövründə Baş Prokurorluğun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Hadisələrə çevik reaksiya, erməni terroruna qarşı yerində açılan cinayət işləri, bunu beynəlxalq müstəviyə çıxara bilmələri təqdirəlayiqdir.

Bundan başqa, Prezidentin köməkçisi Hikmət Hacıyevin fəaliyyəti, Prezident Adminstrasiyasının şöbə müdiri Ədalət Vəliyevin siyasi partiyalarla və digər işləri, İqtisadiyyat Naziri Mikayıl Cabbarovun ölkə Prezidentinin apardığı işlərə adekvat çevik və səmərəli işləri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun dünya azərbaycanlıları ilə birgə bütün dünyaya səs salması, Ombudsman Səbinə Əliyevanın fəaliyyəti mütləq vurğulanmalıdır. Milli düşüncəli kadrlar milli məsələlərdə təbii ki, belə də olmalıdırlar.

- İşğaldan azad edilmiş torpaqlarımız iqtisadi mənada Azərbaycanın gələcəyi üçün nə vəd edir?

- Çox şey. Təkcə Suqovuşanın azad edilməsi dönüş nöqtəsidir. Artıq Suqovşandan bir neçə rayona su verilir. Bu, kənd təsərrüfatının inkişafı üçün müstəsna əhəmiyyətə malikdir. Kür-Araz çayları ilə bağlı problemlər həll edildikdən sonra su qıtlığı ilə bağlı məsələlər öz həllini tapacaq. Cənab Prezidentin də bildirdiyi kimi, işğaldan azad olunmuş ərazilərimizdə çox böyük layihələr həyata keçiriləcək. Müharibə başa çatdıqdan sonra xarici investorların Azərbaycana marağı artacaq. Mən həmin rayonları vaxtilə qarış-qarış gəzmişəm, hamısı cənnətməkandır. Onların hamısı turizm zonalarıdır, yeraltı sərvətləri var. İnkişaf çox böyük olacaq.


- Müharibə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yekunlaşandan sonra hər şey normallaşacaq deyə bilərikmi, çünki erməni xislətinin uzun illər boyu dəyişmədiyinin şahidiyik. Ümumiyyətlə, birgə yaşayış məsələsinin həllini necə görürsünüz?


- Müharibəni qurtarmaq o demək deyil ki, ermənilər sakitləşəcək. Orada hər cür problem yarana bilər. Məsələn, deyirlər ki, bəzi ermənilər bizimkilərlə birgə yaşaya bilər. Mən şəxsən bunun tərəfdarı deyiləm. Çünki ermnilərin son vaxtlar törətdiyi hadisələr, onlarla insanın ölümü, yaralanması, qəbuledilməzdir. Ermənilər azərbaycanlılara qarşı çox qəddar olub, insanlığa sığışmayan vəhşikliklər ediblər. Ona görə bütün bunları unudub, onlarla birgə yaşamağın tərəfdarı deyiləm. Hətta o dərəcədə ki, yeni erməni doğulanda qulağına “türk bizim düşmənimizdir” deyirlər.

Erməni öz xislətindən əl çəkən deyil. Yox, əgər Azərbaycana qayıtmağı çox istəsələr, onda 1905-ci ildən bu yana Ermənistandan qovulan azərbaycanlılara da geri qayıtmağa şərait yaratsınlar.

Cənab Prezident öz çıxışında dedi ki, sonuncu erməniyə qədər hamısını torpaqlarımızdan çıxaracağıq. Biz bu problemi gələcək nəsillərə saxlamamlıyıq. Əgər biz iki min erməniyə torpaqlarımızda yaşamağa icazə versək, on ildən sonra yeni problemlər yaradacaqlar. Mən ermənilərə inanmıram. Atəşkəs dövründə ermənilərin çıxarmadığı oyunlar qalmayıb. Yəqin ki, dövlət başçısı özü hər şeyi, hamıdan daha yaxşı bilir. Mənim subyektiv fikrimə qalanda, əgər biz istəyiriksə ki, gələcək nəsillərə problem miras qoymayaq, bir nəfər də olsun erməni Azərbaycan torpağına ayaq basmamalıdır.

Həmçinin, müharibə başa çatandan sonra bizim ən böyük məsələmiz sərhədlərin qorunması ilə bağlı olacaq. Bunun üçün biz ciddi hazırlıq görməliyik. Azərbaycanda Türkiyənin hərbi bazası yerləşdirilməlidir. Türkiyə NATO-ya üzv dövlətdir. Ümid edirəm ki, müəyyən müddətdən sonra biz də bu quruma üzv ola biləcəyik. Azərbaycan bölgəyə faktiki sabitlik gətirəcək, həm də söz sahibinə çeviriləcək.


- Azərbaycan öz torpaqlarını işğaldan azad edir. Eyni problem Gürcüstanda da, Ukraynada da var, oxşar problem Moldoviyada da yaşanır. Qarabağ probleminin həlli bu bölgələr üçün nə vəd edir?


- Yox, onlardakı problemlə Qarbağı eyniləşdirmək olmaz. Orada işğal olunmuş ərazilərdə rus ordusu yerləşdirilib. Cənab Prezidentə təklif ediləndə ki, sülhməramlılar gəlsin, o razılaşmadı. Azərbaycanın kifayət qədər böyük ordusu var. Fikir verdinizsə, Xudafərində bayrağı sərhəd qoşunları sancdı. Məhz buna görə ölkə rəhbəri onları, general Elçin Quliyevi təbrik etdi. Əməliyyat üçün onların kifayət qədər təminatı var. Məndə olan məlumata görə, artıq işğaldan azad edilmiş yerlərdə postlar qurulmağa başlayıb. Digər tərəfdən, Ermənistan çirkin oyunlarını davam etdirməyə çalışsa, cavabı artıqlaması ilə veriləcək. Təxmini hesablamalarımıza görə, sentyabrın 27-dən bu yana ermənilərin 2 milyard dollarlıq silah-sursatı məhv edilib. İki milyon əhalisi olan Ermənistan üçün bu, böyük rəqəmdir. Ermənistanın bu zərbədən nə vaxtsa özünə gələcəyinin özü sual altındadır.


- Ermənistanın döyüş meydanındakı məlubiyyəti Paşinyan hakimiyyətini devirəcəkmi, proqnozlarınız varmı bununla bağlı?

- Çox böyük ehtimalla bəli. Artıq Ermənistanda çox böyük klan mübarizəsi başlayıb. Ümumiyyətlə, Ermənistanın bir dövlət kimi var olmasının özü sual altında olacaq.

- Ermənilərin “Azərbaycan ön xəttə milli azlıqları göndərir” iddialarına münasibətiniz maraqlıdır. Xüsusilə təmsil etdiyiniz rayonda kifayət qədər başqa millət nümayəndələri yaşayır.


- Sentyabrın 27-dən rayonlardayam. Xüsusilə Şimal zonasında 30-a yaxın millətin nümayəndəsi-tatlar, mexseti türkləri, ləzgilər, yəhudilər və başqaları var. İnanın onların hamısı bir nəfər kimi torpaqlarımızın azad edilməsini istəyir. Etnik ayırmalar yoxdur. Ən çox etniklərin yaşadığı Şimal və Cənub zonasıdır ki, onların da hamısı bir yumruq kimi birləşib torpaqların azad olunması üçün müharibə istəyirlər. Əhali müharibəni ürəkdən istəyir. Kimisə zorla müharibəyə aparmırlar. İstisna deyil ki, kimlərsə uşaqlarını xaricə qaçırdıb. Amma ümumilikdə xalq ordunun, Ali Baş Komandanın yanındadır. İnsanların tələbi budur ki, məsələ tam həll olunsun. Azərbaycanın buna imkanı var, dövlət başçısının siyasi iradəsi var, bütün dünyaya öz fikrini bildirdi, iki dəfə humanist addım ataraq, humanitar atəşkəsə razılıq verdi. Amma ermənilər yenə də öz çirkin əməllərindən əl çəkmədi. Ermənilər insanlıqdan çox uzaqdırlar, xüsusilə də siyasi və hərbi hakimiyyətdəkilər. Məğlubiyyətə uğradıqca, erməni ortaya çox iddialar atacaq.


- Bir az da iqtisadi məsələlər barədə danışaq. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü kimi düşmən tapdağından azad edilmiş torpaqlarımızda normal həyat üçün  infrastrukturun qurulması ilə bağlı hansı təkliflər, planlar var?


- Mən əminəm ki, artıq Cənab Prezident həmin torpaqarla bağlı layihələrin hazırlanması göstərişini verib. Ümumiyyətlə, o rayonlarda nələrin olacağını indidən görürəm. Axı onlar bizim torpaqlarımız olub. Hamısı imkanları çox böyük olan rayonlardır. Zəngilan-Qubadlı dağ rayonlarıdır. Amma Füzuli, Cəbrayıl, Şuşa, Ağdam kənd təsərrüfatı rayonları olub. Kəlbəcərin təbii resursları, yeraltı, yerüstü sərvətləri, qızılı böyük iqtisadi potensialdır.

Bir vaxt vardı Ağdam Azərbaycanın zəngin rayonu idi. Sakinləri çox zəngin yaşayırdı. Ağdam yenə həmin Ağdam olacaq. Doğrudur, əzəli torpaqlarımızda bütün infrasturktur dağıdılıb, ama biz onları yenidən quracağıq. Bunun üçün kifayət qədər valyuta ehtiyatlarımız var. Digər tərəfdən, xarici investorlar üçün maraqlı yatırım olacaq.


- İşğaldan azad edilmiş torpaqlarımız Azərbaycanın neftdən asılılığını aradan qaldıra biləcəkmi?


- Biz neft ixrac edən ölkəyik. Neft-qaz bizim təbii sərvətimizdir. O bölgələr ki, işğaldan edilir, onlar əsasən turizm və kənd təsərrüfatının inkişafı üçün daha perspektivlidir.

Oxşar xəbərlər
21:49, Bu gün
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
21:44, Bu gün
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
21:37, Bu gün
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
21:25, Bu gün
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
21:21, Bu gün
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
21:15, Bu gün
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
21:09, Bu gün
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
20:56, Bu gün
Qəbizliyi aradan qaldıran qidalar
20:50, Bu gün
32 ildən sonra Laçında ikinci toy - FOTO
20:41, Bu gün
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
20:40, Bu gün
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
20:33, Bu gün
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
20:27, Bu gün
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
20:23, Bu gün
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
19:56, Bu gün
Putinlə Tokayev arasında kritik zəng
19:50, Bu gün
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
19:49, Bu gün
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
19:30, Bu gün
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
19:29, Bu gün
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
19:16, Bu gün
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
19:12, Bu gün
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
19:08, Bu gün
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
19:07, Bu gün
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18:30, Bu gün
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18:02, Bu gün
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
17:57, Bu gün
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
17:53, Bu gün
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
17:49, Bu gün
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
17:43, Bu gün
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
17:37, Bu gün
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
17:31, Bu gün
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
17:25, Bu gün
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
17:19, Bu gün
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
17:17, Bu gün
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
17:15, Bu gün
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
17:09, Bu gün
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
17:04, Bu gün
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
17:01, Bu gün
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
16:59, Bu gün
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
16:58, Bu gün
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
16:56, Bu gün
Qarabağ Universitetinin bukleti hazırlanıb
16:54, Bu gün
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
16:52, Bu gün
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
16:50, Bu gün
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
16:48, Bu gün
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
16:45, Bu gün
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
16:42, Bu gün
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
16:39, Bu gün
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
16:35, Bu gün
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
16:32, Bu gün
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
16:29, Bu gün
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
16:25, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
16:22, Bu gün
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
16:19, Bu gün
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
16:16, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
16:12, Bu gün
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
16:11, Bu gün
Azərbaycanlı şair vəfat edib
16:08, Bu gün
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
16:03, Bu gün
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
15:58, Bu gün
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
15:51, Bu gün
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
15:49, Bu gün
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
15:45, Bu gün
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
15:44, Bu gün
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
15:43, Bu gün
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
15:36, Bu gün
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
15:33, Bu gün
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
15:30, Bu gün
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
15:25, Bu gün
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
15:20, Bu gün
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
15:18, Bu gün
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
15:16, Bu gün
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
15:15, Bu gün
Qafqazda qurulan oyun
15:10, Bu gün
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
15:03, Bu gün
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
14:58, Bu gün
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
14:52, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
14:47, Bu gün
BDU-da respublika elmi konfransı keçirilib - FOTO
14:39, Bu gün
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib - FOTO
14:33, Bu gün
Dilarə Zamanova intihara cəhdin səbəbini açıqladı: "Məni daha çox üzən şeylər var..."
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
GÜNLÜK
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim