\"Gethagetdə ikən Lavrov risk eləyə bilməz, ikincisi də...\"
Oxunub: 2103
14 Oct 2020 | 09:31
\
İşğalçı Ermənistan Rusiyanın vasitəliyinə zərbə vuraraq Moskvada əldə olunmuş humanitar atəşkəsi faşist davranışları ilə pozdu. Bundan sonra isə işğalçı ölkənin xarici işlər naziri yenicə qayıtdığı Rusiya paytaxtına səfər etdi və həmkarı Sergey Lavrovla bir araya gəldi. Hələlik bu danışıqların alt qatında nələrin olması geniş ictimaiyyətə bəlli deyil. Amma Rusiya XİN başçısı Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla görüşün ardınca diqqətçəkən bir mövqe ifadə etdi. Sitat: “Biz (üçtərəfli məsləhətləşmədən sonra) necə irəliləyəcəyimiz barəsində fikir mübadiləsi apardıq. Bu, o demək deyil ki, bütün məsələlər birdən və tezliklə həllini tapacaq. Başa düşürük ki, müəyyən proses olacaq. Lakin siyasi danışıqlar prosesinin bərpa edilməsinin ləngiməsini düzgün hesab eləmirik”.

 Maraqlıdır, Lavrov bununla nə demək istəyir? Axı Azərbaycan rəhbərliyi danışıqların imitasiya xarakterli olduğunu bəyanlayıb və erməni qoşunlarının konkret qrafik əsasında Qarabağdan çıxarılmasını tələb edib. Belə olan halda Rusiya Bakının israrlı mövqeyini nəzərə alırmı, yoxsa yenə də öz maraqları naminə status-kvonun qalmasında maraqlıdır? Bu məsələlərin şərhi zamanı Prezident Əliyevin Rusiya telekanalına müsahibəsində nümayiş etdirdiyi prinsipial mövqeyi də diqqətə almaq lazımdır. Dövlətimizin başçısı ümummilli maraqlardan bir addım belə geri çəkilməyəcəyini nümayiş etdirməklə yanaşı, Rusiyaya faktiki olaraq Qarabağ məsələsinin həlli üçün yol xəritəsi təqdim edib. Bütün bu məsələlərlə bağlı politoloq Tofiq Abbasov suallarımızı cavablandırdı.

- Tofiq bəy, bu gün hər birimizin diqqəti Qarabağ cəbhəsində tarix yazan ordumuza yönəlib, hamımız xoş xəbərlərin intizarındayıq. Eyni zamanda işğalçı ölkənin xarici işlər nazirinin Rusiya səfəri də diqqətdən kənarda qalmır. Sizcə, Lavrov Mnatsakanyana nə dedi?

- Mən elə başa düşürəm ki, Mnatsakanyanın Moskva səfəri çox uğursuz oldu. Rusiya tərəfi ona açıq şəkildə bildirib ki, artıq onlar gərək qərara gəlsinlər. Neçə illər idi biz gözləyirdik ki, ermənilər hansı qərara gələcəklər, bunların tələbi nədir? Gah deyirdilər 5 rayonu qaytarırıq, gah bunu, gah onu etmirik. Beləcə müxtəlif bəhanələrlə, sadəcə, siyasi prosesi, nizamlama prosesini pozurdular, sındırırdılar, parçalayırdılar ki, status-kvo dəyişilməsin. Bildiyimiz kimi, artıq status-kvo dəyişib. İndi gərək bunlar qərara gəlsinlər. Çünki Azərbaycan sözünü deyib, bu, bir. İkincisi, indiki halda status-kvonun dəyişilməsi həm də ondan xəbər verir ki, güclü bənd artıq Azərbaycandır. İndiyədək bunlar güclü bənd sayıla bilirdilər, ona görə ki, bizim torpaqlarımızı işğalda saxlayırdılar və qaytarmırdılar. Həmçinin şərt qoyan tərəf kimi çıxış edirdilər. İndi isə situasiya kardinal şəkildə dəyişildi, artıq üstünlük, təşəbbüs bizdədir. Biz deyirik ki, biz hazırıq, deyin görək nə deyirsiniz? Mən elə başa düşürəm ki, indi Mnatsakanyana Moskvada deyilib ki, gedin başınıza çarə qılın! Yəni bir söz, ideya, təklif deyin və biz bu prosesi ölü nöqtədən çıxaraq. İndi müharibə meydanında proseslər gedir, ordumuz yavaş-yavaş irəliləyir, biz kəndbəkənd irəli gedirik. Bu, onlar üçün artıq bir mesajdır, xatırlatmadır, həyəcan siqnalıdır. Ona görə gərək onlar sözlərini desinlər. Mən erməni mətbuatında yazılanlardan görürəm ki, Moskvada onların kefinə soğan doğranılıb. Təsadüfi deyil ki, Rusiyada üçüncü, dördüncü dərəcəli ekspertləri tapıb dilləndirirlər, guya Dağlıq Qarabağ bölgəsi BMT tərəfindən mandat altına alına bilər, guya bu ərazi ilə bağlı mandat verilə bilər ki, başqa dövlətlər burada sabitliyi və əmin-amanlığı qorusunlar. Bunlar hamısı cəfəngiyyat münasibətlərdir və reallıqla heç bir rabitəsi olmayan yanaşmalardır. Əminəm ki, biz artıq tilsimi qırdıq və Ermənistan həm hərbi, həm də siyasi-diplomatik baxımdan geriləməkdə davam edir. 

- Ermənistan XİN rəhbəri Minsk Qrupunun həmsədrləri ilə də bir araya gəlib. Necə bilirsiniz, vasitəçilər də Rusiyanın mövqeyini eyni şəkildə ifadə ediblərmi dar çərçivədə?

- Təbii. Biz bunu açıq-aşkar sezirik ki, Rusiya əsas moderator kimi yenə də təşəbbüsü öz əlinə aldı. Əvvəlcə Ceyhun Bayramov Cenevrəyə getdi, daha sonra Moskvaya gəldi, Ermənistan XİN rəhbəri də Rusiya paytaxtına gəldi. İndi Ceyhun Bayramovun təkrar Moskvaya getməməsi, Mnatsakanyanın Rusiyaya getməsi onu göstərir ki, bunlar ona sözlərini deyiblər. Mən Rusiyanın davranışlarında da dəyişiklikləri görürəm. Azərbaycanı çox kobud şəkildə aşağılayanlar, bizi ittiham edənlər yavaş-yavaş tonlarını dəyişdilər və bu, qaçılmaz idi. Biz həm təmkin göstərdik, həm hazırlığımızın yüksək səviyyədə olmasını nümayiş etdirdik. Qoy indi özləri bir qərara gəlsinlər.

- Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın RBK kanalına müsahibəsində “Əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər” demişdi. Sizcə, Prezident bu inamını ifadə edərkən hansı amillərə istinad edir? Moskva buna gedəcəkmi, yoxsa silahlandırdığı işğalçını qorumaqda davam edəcək?

- Burada bir məsələ var. Gəlin biz yaddan çıxartmayaq ki, artıq dillər əzbəri olmuş bir ifadə var: Kremlin bir yox, bir neçə qülləsi var. Bu, həqiqətən də belədir. Biz Putinin Azərbaycana olan dəstəyinin ifadəsini gördük. Dedi ki, Qarabağ bölgəsi Azərbaycanın torpağıdır, orada əməliyyat aparır və KTMT məsələyə qarışa bilməz, bizim buna aidiyyətimız yoxdur. Bu, açıq-aşkar bir siqnal idi ki, ay Ermənistan, get, otur, fikirləş! Bəli, Rusiyanın bir dövlət kimi Ermənistanda marağı var. Amma bu maraq təkcə Kreml tərəfindən idarə olunmur. Burada başqa qüvvələr də var. Məsələn, Zatulin, görürsünüz, Dövlət Dumasında da atmosferi zəhərləyir, Azərbaycana qarşı təbliğat aparır. Həmçinin Yeliseyevdir, elə Salovyov özü, axmağın biri, alçaq... Bunlar hamısı Ermənistana dəstək verməklə, birincisi, muzdlu olduqlarını göstərirlər. Çünki erməni diasporundan, erməni təşkilatlarından dolanırlar. Digər tərəfdən də bu prosesləri pozmağa çalışırlar ki, rəsmi İrəvan geriyə çəkilməsin. Amma bu, olan iş deyil, çünki İrəvanın yolu qalmır. Odur ki, Prezident Əliyevin dediklərində böyük həqiqət var. Rusiya ancaq onlara şapalaq vurmaqla onları normal bir hala gətirəcək və bununla da məsələnin həllini tapacaq. 

- Elə isə ağsaqqal statusunda çıxış edib humanitar atəşkəs anlaşmasının əldə olunmasına nail olan Rusiya nədən onu pis vəziyyətdə qoyan, Gəncə terroru ilə Moskvanın təşəbbüslərinə zərbə vuran Ermənistanı cəzalandırmaq əvəzinə, niyə “humanitar yardım” adı altında işğalçı ölkəyə silah-sursat yollayır?

- Bu, Rusiya dövlətinin göndərdiyi silahlar deyil. Baxın, Polşadan, Skandinaviya ölkələrindən silah gəlir. Silah çox mürəkkəb məsələdir. Yəni burada dövlətlər öz yerində, amma silah bazarında çoxsaylı özəl şirkətlər var ki, onlar qaçaqmalçılıqla silahları burdan-ora, ordan-bura daşıyırlar. İndi əs məqamdır. Həmin o qüvvələr böyük qazanc əldə edirlər. Dövlətlər istəsələr də, onun qarşısını ala bilməzlər. Çünki müxtəlif hiylələrlə, qara bazar sxemləri ilə bunu həyata keçirirlər. Silah-sursat da ona görə gəlir ki, artıq biz Azərbaycan olaraq Dağlıq Qarabağ bölgəsində ermənilərin 80 faizə qədər texniki potensialını məhv etmişik. Ona görə bunlar indi tələm-tələsik o boşluqları doldururlar. Bunlar o boşluqları doldurduqca, vasitəçi şirkətlər də qazanırlar. Məsələ budur. Bu, Rusiya dövlətinin verdiyi silahlar deyil. Rusiya dövləti versəydi, adıçəkilən marşrutlarla, Orta Asiyadan, İrandan bunu edə bilərdilər. Amma indi biz onu görmürük. İndi bu prosesə qatılanlar həmin mafioz qruplar, “qara bazar”ı idarə edən qüvvələrdir.

- Tofiq bəy, dediyiniz kimi, prezident Putin əməliyyatların Azərbaycanın sərhədləri daxilində həyata keçirildiyini demişdi. Lavrovun Ermənistana nə qədər yaxın olduğunu hər kəs bilir. Rusiya XİN rəhbəri bu proseslərdə özfəaliyyətlə məşğul ola, dövlətin rəhbərindən fərqli siyasət yürüdə bilərmi? Hər halda, erməni həmkarı ilə görüşdə çox pozitiv görünürdü...

- Yox. Vaxtilə belə hal var idi. Lavrovun özfəaliyyəti var idi. Hətta biz təkcə Lavrovun yox, Mariya Zaxarovanın da davranışında bunu görürdük, bəyanatlar verərkən dilindən eşidirdik. Amma indi o məqam deyil. O mərhələ bitdi. Birincisi, Lavrov özü gethagetdədir. İstəməz ki, gethagetdə özünə problem yaratsın. Lavrovun günlərinə artıq az qalıb. Özü də çox təkidlə getmək istəyir. Deyir ki, xəstəyəm və onun məsələsi həll olunacaq. Onunla bir yerdə Zaxarova da gedəcək. Məhz bunlar final mərhələsində olduğuna görə artıq Lavrov burada risk eləyə bilməz, bu, bir. İkincisi də bu, Rusiya dövlətinin siyasətidir. Lavrov da o dövlətin nümayəndəsidir, XİN-in başçısıdır. Ona görə də mən bunu istisna edirəm, qətiyyən ola bilməz.

- Deməli, cəbhə boyunca antiterror əməliyyatının, Vətən müharibəsinin davam edəcəyinə, Rusiyanın açıq şəkildə müdaxilə etməyəcəyinə əminsiniz, eləmi?

- Mənim burada əminliyim bir şeyədir ki, Rusiya Azərbaycanı itirmək istəmir. Bizim də Rusiyaya təsir göstərmək üçün vasitələrimiz var. Ermənistan bir belə Rusiyadan yararlanıb, onun himayəsi altında olub, onun havadarlığından sui-istifadə edib. Baxın, Ermənistan Rusiya kanallarının yayımını dayandırdı, rus məktəblərinin hamısının fəaliyyətini qapatdı. Amma Azərbaycan bunu etmir, hansı ki, edə bilər. Azərbaycanın da təsir vasitələri var. Bundan əlavə, Rusiyanın Azərbaycanda böyük maraqları var, biz tranzit ölkəyik. Onlar İrandan ta Hind okeanına qədər marşrutu cızırlar. İndi hazırlaşırlar ki, Şimal-Cənub dəhlizindən istifadə etsinlər. Ona görə də bizim təsir vasitələrimiz var və biz Rusiya üçün daha önəmli, daha vacib tərəfdaşıq, həm qonşu, həm də subyekt olaraq. Ermənistan isə Rusiya üçün artıq apendiks subyektidir. Oradan istədiyini götürüb, istəyir dəmir yolları, istəyir dövlət korporasiyaları, şirkətləri və s. hamısı. Sadəcə, indi Rusiya bu riskə gedə bilməz. Çünki Rusiyanın MDB məkanında problemləri artıb. Görürsünüz, Belarus  o vəziyyətdə, Qırğızıstan belə, Ukrayna elə, Gürcüstanla münasibətlər yoxdur, ayın 31-də Gürcüstanda seçkilər olacaq. İndi də Rusiya Azərbaycanla bağlı riskə gedə bilməz. Çünki Azərbaycan həqiqətən də Rusiya üçün çox vacib, lazım olan məmləkətdir. Bizsə gizlətmirik ki, bizim də onlardan gözləntilərimiz var. Çünki qonşuluq siyasəti ikitərəfli siyasəti genişləndirmək, ondan mənfəət almaq ideyasını nəzərdə tutur. Yaxşı şeydən kim inciyər? Belə bir deyim var: xeyirdən xeyir güdməzlər.  Bu baxımdan mən əminəm ki, Rusiya, nəhayət, sağlam başla bu məsələyə yanaşdı. Gördü ki, Azərbaycan Ermənistanı hədələmir, əksinə, xəbərdar edirdi. O xəbərdarlıqdan onlar özləri üçün nəticə çıxartmadılar, ona görə də başlarına bu oyun gəldi.  

- Azərbaycan əleyhinə var gücü ilə təbliğat aparan rusiyalı aparıcı Solovyov “Bakı Lavrovla razılığa gəlməsə, Şoyqu ilə razılığa gəlmək məcburiyyətində qalacaq” deyərək təhdid etmişdi. Amma Türkiyənin müdafiə naziri Hulusi Akar Şoyqunun 2016-cı ildəki kimi, Bakıya zəng etməsinə imkan vermədi və özü rus həmkarına zəng edib Azərbaycanın yanında olduğunu açıq mətnlə bəyanladı. Bu arada Rusiya Müdafiə Nazirliyi atəşkəs prosesində iştirak etdiyini bəyan edib. Sizcə, bundan sonra Şoyqu yenidən hərəkətə keçə bilərmi?

- Xeyr. Daha bu həna o hənadan deyil. Çünki Azərbaycanın mövqeləri kifayət qədər güclüdür. Biz vaxtilə həqiqətlərimizi deyirdik, eşitmirdilər. Ancaq gücümüzü göstərəndən sonra həqiqətimizi də eşitməyə başlayıblar. Bütün tərəflər - istəyir Makron olsun, istəyir Moskvanın rəhbərliyi olsun. Türkiyənin bizim üçün ən böyük xidməti bundan ibarətdir ki, mənən bizim yanımızdadır, ordumuz yaxşı hazırlanıb, vəssalam..!

“Yeni Müsavat”
Oxşar xəbərlər
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
GÜNLÜK
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
AYLIQ
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun