\"Deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayanlar sırasındayam\"
Oxunub: 1450
19 Sep 2020 | 16:05
\
Moderator.az Milli Məclisin deputatı Jalə Əhmədovanın Teleqraf.com-a müsahibəsini təqdim edir.

- Jalə xanım, parlamentin yeni üzvləri kimi sizin də fəaliyyətiniz pandemiya dövrünə təsadüf etdi. Belə şəraitdə işləmək hansı çətinliklər yaratdı, özünüzü virusdan necə qoruyursunuz?

- Pandemiyadan qorunmağın yeganə yolu sosial izolyasiyadır. Bu şəraitdə özümüzü, ailə üzvlərimizi bacardığmız qədər təcrid etməklə virusdan qorunmağa çalışdıq. İzolyasiya da təbii ki, ancaq evdə qalmaq idi. Gigiyenik qaydaların hər birinə birmənalı ciddi əməl etmişik. Amma millət vəkili olduğuma görə tam izolyasiya mümkün deyildi. Milli Məclisin sessiyalarında iştirak etmək üçün işə çıxırdım. Amma yenə də karantin qaydalarına ciddi əməl edirdim.

- Parlamentdə sosial məsafənin gözlənilməsi fonunda yeni deputatların yerlə bağlı problemləri oldu. Siz belə bir halla qarşılaşdınızmı?

- Belə bir hal mənim başıma gəlmədi. Ara məsafəsini saxlamaqla bağlı şərtlər olmasaydı, deputat həmkarım Ülviyyə xanımla yan-yana əyləşəcəkdik. Harada oturmağımla bağlı heç bir problem olmadı. Əslində oturacağım yerlə bağlı iddialı insan deyiləm. Mənim üçün Milli Məclisin yuxarı və aşağı hissəsinin heç bir fərqi yoxdur. Məclisdə harada, kiminlə oturdum az fərq edən amildir. Orada hamısı hörmət bəslədiyim insanlardır.

- Deputat seçilənə qədər sizi cəmiyyət tanımırdı. Özünüzü necə təqdim edərdiz?

- Millət vəkili seçilənə qədər müəyyən dövlət strukturlarında iş təcrübəm olub. Bakı Apellyasiya Məhkəməsində, Energetika Nazirliyində, özəl banklarda çalışmışam. Sonuncu iş yerim Xüsusi Dövlət Mühafizə xidməti olub. Orada zabit hüquqşunas kimi çalışmışam. Eyni zamanda Vinq Çun döyüş sənəti federasiyasının həm təsisçisi, həm də birinci-vitse prezidentiyəm. Adi bir vətəndaş kimi işimdə olduğum üçün çox da tanınmamışam. Bu da normal bir şeydir. Amma federasiyadakı faəliyyətimdən sonra az-çox tanınmağa başlamışam. O da idman fəaliyyətimizə, nailiyyətlərimizə görə olub. Bu istiqamətdə yavaş-yavaş tanınmağa başlayırdıq. Ailəliyəm, həyat yoldaşım və iki əkiz oğlum var. Oğlumun biri hazırda hərbi xidmətdədir.

- İlk ali təhsilə Azərbaycan Beynəlxalq Univeristetinden başlamısınız. Bilirsiniz, adətən tesdən kənarda qalanlar bu universiteti seçirdi. Sizin seçiminiz niyə ABU oldu?

- Universitetə daxil olana qədər ali təhsilin ciddiyətinə o qədər də önəm vermirdim. Mənim üçün ailə və övladlarımın tərbiyəsi əsas idi. Ona görə də, ABU-nu seçdim. Bilirsiniz, o vaxt ora qəbul olunmaq çox rahat idi.

- Bəs niyə ikinci dəfə Bakı Dövlət Universitetində yenidən hüquq təhsili alası oldunuz? Magistr təhsili də ala bilərdiniz.

- Biz oxuduğumuz dövrdə Bakı Dövlət Universitetində təhsil aldığımız qrup magistratura sayılırdı. Bunu siz də araşdırsanız məlum olacaq. O vaxt BDU-da belə bir qayda var idi. Diplomlarımızda da bakalavr deyil, magistratura dərəcəsi yazılıb. Biz o qrupu bitirdikdən sonra həmin ixtisas ləgv edilmişdi. Səhv etmirəmsə, indi yenidən həmin fakültə bərpa edilir.

- İctimai-siyasi proseslərdə yeni millət vəkilləri az görünür. Siz niyə aktiv deyilsiniz?

- Deputatlığımın başlanğıcı pandemiya dövrünə düşdüyü üçün istədiyim ideyaları gerçəkləşdirə bilmədim. Ümid edirəm ki, pandemiyadan sonra fəaliyyətimizi daha yaxşı formada qurmağı bacararıq.

- Seçicilərlə keçirdiyiniz görüşlərə az rast gəlinir. Sizə səs verən insanlarla təmasları necə qurursunuz?

- Feysbuk səhifəmi izləsəniz görəcəksiniz ki, mən orada gördüyüm işlər barədə heç bir məlumat vermirəm. Doğrudur, buna görə məni çox adam qınayır. Deyirlər ki, siz gördüyünüz işləri yazmırsınız, göstərmirsiniz. Sabah deyəcəklər ki, fəaliyyətsiz deputatdır, filandır. Ancaq inanın səmimiyyətimə ki, əslində elə deyil. Sadəcə olaraq mənim tərbiyəm, əqidəm, dünyaya baxışım başqa cürdür. Mən nəyisə göstərmək, Feysbukda paylaşmaq xatirinə etmirəm. Demirəm ki, baxın ay camaat, Jalə Əhmədova iş görür, camaat üçün nəsə edir filan. Bunu özümə bir növ sığışdırmıram. Başa düşürəm, Feysbuk səhifələri izlənilir və aktivliyi də bəzən onunla ölçürlər. Amma mən bir az başqa siyasətə üstünlük verirəm. Buna Salyan əhalisi, məni seçib bu yerə gətirib çıxaran insanlar qiymət versin.

- Fəaliyyətinizi hansı istiqamətdədir?

- Hər bir deputatın rayon üzrə köməkçiləri var. Köməkçim Salyandan olan ağsaqqal və nüfuzlu bir insandır. Mən də köməkçim vasitəsilə Salyandan olan müraciətlərə reaksiya verirəm. Eyni zamanda sosial şəbəkələr vasitəsilə, telefonla oradakı insanların əksəriyyəti ilə əlaqədəyəm. Bu vasitələrlə seçicilərim asanlıqla müraciət edə bilir.

- Azərbaycan elə bir regionda yerləşir ki, burada hər zaman daha fəal və çevik siyasi kurs yürütmək tələb olunur. Geosiyasi durumu necə şərh edərdiniz?

- Doğrudur, deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayanlar sırasındayam. Dövlətin siyasəti ilə məşğul olacaq Prezident var. Onun siyasi xətti var və biz də onu dəstəkləyirik. Sırf işim məni seçən əhali ilə işləməkdir. İşim camaatımın dərdi, problemi, hansısa bir məsələyə dəstək olmaqdan ibarətdir. Özümü bu istiqamətə yönəltmişəm, çalışıram işimi, fəaliyyətimi əhali ilə qurum.

- Millət vəkili aktiv siyasətçi olmalı deyilmi?

- Bəli, elə də olmalıdır. Mən hələ özümü, o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm. Çünki bu yolda hələ təzəyəm. Biz hələ indi-indi addımlamağa başlayırıq. Ümid edirəm, yəqin ki, bu 5 il ərzində mən də siyasi mövqeyimi tam peşəkar səviyyədə ortaya qoya biləcəyəm.

- Vinq Çun döyüş sənəti ilə məşğul olmusunuz. Cəmiyyətdə elə də populyar döyüş növü deyil. Necə oldu ki, bu idman növünü seçdiniz?

- Bu idman növü ilə uzun müddət məşğul olmuşam. İdmanla məşğul olmaq həvəsi yarananda araşdırdım ki, Azərbaycanda hansı idman döyüş növü var. Qadın olduğum üçün təbii mənə elə bir döyüş növü lazım idi ki, minimal xəsarətlər alım. Axtarıb araşdırandan sonra məhz bu idman növünü özümə daha məqbul bildim.

- Bəs qadın olaraq bu cür döyüş növü ilə məşğul olmağınıza nə səbəb oldu?

- İp Manın filmlərinə baxıb oradan özümdə belə bir həvəs yarandığını gördüm. Çünki bu döyüş növü çox xoşuma gəlirdi. Eyni zamanda atam indi təqaüdçü olsa da, respublikanın tanınmış idmançılarındandır. Zamanında qara kəmər sahibi və digər titulara sahib olub. Gözümü açandan görmüşük ki, atamız idmanla məşğuldur. Düşünürəm ki, mənə də həvəs məhz qandan gəlir. Uzun müddət araşdırma apardıqdan sonra ölkəmizdə Vinq Çun idmanı ilə bağlı federasiyanın olmadığını öyrəndim. Amma Akif Sayadov adında bu idman növü üzrə usta adamla tanış oldum. Beləliklə də bu idman növü ilə məşğul olmağa başladım. Uzun müddət həmin müəllimdən dərs almışam. Amma yenə də maraqlanırdım ki, niyə bu idman növünün ölkəmizdə federasiyası yoxdur? O da bu işlə heç vaxt maraqlanmadığını bildirdi. Bu idman növü ilə daha geniş məşğul olandan və araşdırdıqdan sonra Ədliyyə Nazirliyə müraciət edərək Vinq Çun Federasiyasını yaratmağa nail olduq. Onu da qeyd edim ki, bu idman növü qadınlar üçün mükəmməl bir idman növüdür. Çünki bu idmanda aqresiyya və güc tətbiq edilmir.

- Deputat həmkarlarınızı da bu idman növünə cəlb etmək istərdinizmi?

- Sözün düzü, hələ ki bu barədə heç kəs müraciət etməyib. İndi də elə bir şəraitdir ki, kimsə idmanla məşğul olmağa həvəsli olsun. İdman klubları da hazırda qapalıdır. Marağında olanları cəlb etməyi düşünürəm. Qadınlarımıza da öz bildiklərimdən öyrətməyə çalışacam.

- Yəqin ailə qurana qədər bu idman növü ilə məşğul olmusunuz?

- Xeyr, əksinə... Bu idman növü ilə 4 ildir məşğulam. Amma 24 ildir ailəliyəm.

- Sizin, sosial şəbəkələrdə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatla bağlı açıqlamanızı qınayanlarla yanaşı dəstək verənlər də oldu. Mövqeyinizi necə əsaslandırırsınız?

- Bunu elə yozurlar ki, guya biz iqtidara yaltaqlıq edirik. Elə fikirlər də səslənir ki, bu fikir müxalifətə qarşı irəli sürülüb. Allah şahiddir ki, əsl reallıq elə deyil. Nə iqtidarı, nə müxalifəti təmsil edirəm. Tam müstəqiləm, özümü hər bir kəsin millət vəkili hesab edirəm. Salyanda da hər kəs təsdiqləyir ki, seçicilərim arasında müxalifət təmsilçiləri də var və onlarla da görüş keçirirəm. Hətta onlayn bağlantı formatında da onların problemlərini dinləyirəm və hörmətlə yanaşıram. Hər kəsin özünə görə mövqeyi var. Sosial şəbəkələrlə bağlı tənqid etdiyim məqam yalnız ondan ibarətdir ki, bu cür olmaz, bura Azərbaycandır, Amerika deyil. İfrat dərəcədə, qadın, ana bacı, uşaq bilmirlər, hər kəsə açıq şəkildə söyüş söyürlər. Tənqidə görə heç kəs heç nə demir. İqtidar varsa, müxalifət də olmalıdır. Amma müxalifət də sağlam müxalifət olmalıdır. Yəni bu, normal bir haldır. Kiminsə haqqını, hüququnu tələb etməsinə etirazımız yoxdur. Amma təhqir, söyüş olmaz. Üzdə olan adamların yazılarına şərh yazırlar. Bu yazıları da ailə üzvləri, yaxınları, övladları oxuyur və bu da əlavə bir psixoloji durum yaradır. Problem də ondan ibarətdir ki, buna cavab vermək olmur. Bilinmir ki, söyən, təhqir edən insan kimdir. Bu günə qədər ünvanıma təhqiramiz ifadə olmayıb. Amma yalan informasiyalar yayılıb. Bir jurnalist 4 il öncə federasiyaya görə Stiven Siqellə çəkilmiş şəkilimi yaymışdı. Yazmışdılar ki, Jalə Əhmədova pandemiyanı bəhanə edir, lakin gedib Stiven Siqellə görüşür. Burada da məntiqsizlik özünü göstərdi. Çünki ölkə sərhədləri pandemiyaya görə bağlıdır. Amma mən ölkədən çıxıb gedib Siqellə şəkil çəkdirdiyimə görə ittiham edilirəm. Söz azadlığının olması mütləqdir. Lakin sözü deyəndə də onun cavabdehliyini daşımaq da şərtdir. Söz elə-belə deyilə bilməz. Biz Azərbaycan mentaliteti ilə böyümüş insanlarıq. Bizim böyüdüyümüz dövrdə bir söz üstündə nəsillər bir-biri ilə düşmən olub. Kişi ağzından çıxan sözə görə cavabdehlik daşıyır. Atam da hər zaman bizə təlqin edirdi ki, “aslanın erkəyi, dişisi olmaz”. Mən də indiki halda da sözə o cür yanaşıram. Ona görə də, bu gün feyk profildən kimisə söymək heç də düzgün deyil. Söyüş söymək acizlikdir. İqtidarın hansısa bir addımı, deputatın hansısa bir hərəkəti kiminsə xoşuna gəlməyə bilər. Demirik ki, bu gün problemlər yoxdur. Camaatla işləyən adamlarıq, biz hər şeyi görürük.

- Seçildiyiniz dairədə Yeni Azərbaycan Partiyasının namizədi də mandat uğrunda mübarizə aparırdı. Amma asanlıqla qalib gəldiniz. O dairənin seçiciləri ilə əvvəldən əlaqəniz vardı?

- Mən salyanlı deyiləm, əslən bakılıyam. Kökümüz də Bakının Nardaran kəndinə gedib çıxır. Anamın nənəsi salyanlı olub. Ona görə də orada ana tərəfimin qohumları çoxdur. Amma o dairədən qalib gəlməyimin səbəbi bu da deyil. Uzun müddət Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olmuşam. Bizim əməkdaşlarımızın da əksəriyyəti Salyan rayonuna bağlı olub. Onların orada ailələri, qohumları var. Bu adamlar mənim barəmdə öz ailələrinə daha düzgün məlumatlar vermişdi. Çünki onlar məni daha yaxşı tanıyırdılar. Təşviqat kampaniyasında da Salyan camaatı ilə çox yaxşı ünsiyyət qurmağı bacardıq. Məni tanımırsınız, amma bir müddət sonra siz də görərsiniz ki, çox səmimi insanam. Məhz bu səmimiyyətimə görə də Salyan əhalisi sevə-sevə mənə səs verib. Seçki günü qar yağmasına baxmayaraq insanlar məntəqələrə gələrək bizə dəstək oldu. İnanın ki, özlüyümdə fikirləşdim ki, bu qarda, çovğunda kim gəlib bizə səs verəcək. Açığı seçki günü Salyana qarın yağmasına bir az məyus olmuşdum. Amma gün ərzin insanlar axın-axın bizə dəstək üçün gəldi. Xoş olan məqamlardan da biri o oldu ki, qadınlar daha çox aktiv oldular. Mənim simamda öz sözlərini deyəcək bir ünvan tapmışdılar. Bilirsiniz, bizim mentalitetdə, özü də rayon yerində hansı qadın gedib kişi deputata dərdini deyəcək ki... Bu məqamlar var. Onlar məni ana, bacı kimi qəbul etdilər. Onlar mənə çox dəstək oldular. Biz müsəlman, azərbaycanlı olduğumuzu unutmamalıyıq. Bizim xalq olaraq əxlaqımız digər millətlərdən seçilib. Mübarizə də aparanda kişi kimi aparmaq lazımdır. Qadına böhtan atmaqla və digər çirkin işlərlə olmaz. Müxalifəti də iqtidarı da bizimdir. Biz öz içimizdə olan məsələləri bütün dünyaya car çəkməklə heç nə qazanmayacağıq. Bizim güclü dövlətimiz var və bu gün dövlətin başında duran cənab Prezidentə dəstək olmaq lazımdır.
Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."