Lukaşenkonun iki yolu var: Getmək və ya ölkəni qan içində boğmaq...
Oxunub: 11389
12 Aug 2020 | 13:16
Lukaşenkonun iki yolu var:  Getmək və ya ölkəni qan içində boğmaq...
Belarusda ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə qarşı etirazlar davam edir. Bu ərəfədə Aleksandr Lukaşenkonun qələbəsi elan edildi, lakin müxalifət nəticələrin saxtalaşdırıldığını düşünür. Etirazçıların dediyinə görə, səsvermənin nəticələrinə görə, hazırda Litvada olan Svetlana Tixanovskaya ölkəyə rəhbərlik etməli idi. Znak.com Moskva gimnaziyasının tarix müəllimi Tamara Eydelman ilə Aleksandr Lukaşenkonun dünya diktatorları siyahısına necə daxil olması və bundan sonra onu nə gözlədiyi barədə söhbət edib.

 Moderator.az həmin müsahibəni təqdim edir.

- Belarusdakı prezident seçkiləri, bu seçkilərdən sonrakı gecə şübhəsiz tarixə düşəcək. Sizcə, Aleksandr Lukaşenko dünya diktatorları siyahısına daxil olmaq üçün öz postunda kifayət qədər iş görüb?

- Diktator siyahısına düşmək üçün o gecə lazım deyildi, bu gecədən sonra Aleksandr Lukaşenko diktatorlar yox, cinayətkarlar siyahısına daxil ediləcəkdir. Diktatorların siyahısına o, Konstitusiyanı, qanunları dəyişdirməyə, müxalifəti əzməyə başlayanda, "sıfırlama əməliyatı" edəndə düşmüşdü. Odur ki, o, lap çoxdan diktatordur. Nə bu gün, nə də dünən olmayıb. Ona görə də, sorğu rəylərində əhalinin 80%  onun əleyhinədir.

- Siz Tixanovskayanın qərargahı tərəfindən keçirilən sorğunu nəzərdə tutursunuz?  

- Əlbəttə.

- Belarusun bir sıra şəhərlərində, o cümlədən respublikanın paytaxtında seçkilərdən sonra gecə etirazçılarla təhlükəsizlik qüvvələri arasında şiddətli qarşıdurmalar oldu. Yayılan fotoşəkillərə görə, bir çoxunun ağır yaralandığı, hətta birinin öldüyü bildirilir. Lakin Aleksander Lukaşenko "seçkilər bayram kimi keçirildi" dedi. Respublika başçısının bu davranışını necə izah edə bilərsiniz?

- Birincisi, bu davranışda inanılmaz sinizm və kin-kidurət olduğu tamamilə aydındır. Sənin ölkəndə belə işlər  baş verəndə gərək  inanılmaz dərəcədə kinli olasan ki, öz xalqının üzünə tüpürüb bu sözləri deyəsən. Məsələ başqadır- Lukaşenkonun geri çəkilməyə heç bir yeri yoxdur. Onun iki yolu var: getmək və ya ölkəni qan içində boğmaq.“Sarsılmaz azadlıq əməliyyatı”proqramının mütəxəssisləri XX əsrin 50-ci illərindən bəri hökmranlıq edən diktatorlarla bağlı çox sayda statistikanı təhlil ediblər və müəyyənləşdiriblər ki, yalnız 12% diktator seçkilər nəticəsində vəzifələrini tərk edib. Lukaşenko isə bu 12% -ə dəqiq daxil deyil. Daha tez hərbiçilər tərk edir - məsələn, Auqusto Pinoçet: tərk etdi. Bəs, Aleksandr Qriqoriyeviç hara getməlidir? Öz sovxozuna? Hə edə bilər? O, ya Haaqa  məhkəməsinə getməlidir, ya da hakimiyyətdən yapışacaq. Əlbəttə, ona elə bircə mənim məsləhətim çatmırdı, amma ümumiyyətlə, danışqlar aparıb özünə zəmanət alardı. Amma, buna onun  beyni yetmir.

- Sizcə Lukaşenko kimlə razılaşmalıydı? 

- Müxalifətlə. Razılaşardı ki, gedir, əvəzində toxunulmazlıq zəmanəti alardı. Və oturub özü üçün memuarlar yazardı. 

- Diktatorluq mövqeyindən, Lukaşenko seçkilərdən sonrakı gecə özünü düzgün apardımı? 

- Tarixin təcrübəsi göstərir ki, danışıqlara razılıq verən diktatorlar hakimiyyətdən, bəzən isə həyatlarından məhrum olurlar. Digər tərəfdən, danışıqlara getməyən Rumıniya lideri Nikolae Cauşeskunun nümunəsi var, danışıqlara getmədi,nəticədə  gözlənildiyi kimi qaçmağa məcbur oldu və sonda edam edildi.
Mənə görə, diktator olmaq lazım deyildi. Mühakimə etmək mənim üçün çətin olsa da, diktator baxışından, yeganə fürsət indiki vəziyyətdən birtəhər çıxmaq idi – danışıqlara getmək, güzəştlər etmək, getməyin şərtlərini razılaşdırmaq, hansısa şuranın sədri qalmaq olardı. Üstəlik, Belarusda hələ də Lukaşenkoya hörmət edən insanlar var. O, indi “vo-bank” gedir, ona görə ki, bütün diktatorlar kimi qorxur. Hansı variantlar var? Ya ölkədən qaçmaq, ya da hər şeyi qanla sulamaq. Razılığa gəlmək çox ehtimal ki, gecdir, çünki qan artıq tökülüb. Bu seçkilərdən əvvəl edilməli idi. Dünən isə heç olmasa özünü biabır etməməli və 80% ona səs verildiyini söyləmək lazım deyildi. Çox adam ağlabatan şəkildə yazır: heç olmasa 55% səs topladığını desəydi, bəlkə də buna inanardılar. Lukaşenko isə qəsdən xalqın sifətinə tüpürür. Yeri gəlmişkən, o həmişə belə olub - " belə, tüpürüm sizə!”, "İndi sizə göstərərəm!". Amma, Krımdan sonra (2014-cü il hadisələri, yarımadanın Rusiyanın tərkibinə daxil olması -red.) görünürdü ki, Lukaşenko beynəlxalq imicini düşünməyə və daha mülayim davranmağa başladı. Ancaq indi hakimiyyətə dişləri ilə yapışıb. Bu cür seçimlər yaxşı heç nə vəd etmir. Çox görmüşük. Qoy,  Qəddafini xatırlasın.

- Minskdəki etirazlar ilə keçən yay Moskvadakı etirazları müqayisə etmək əlbəttə düzgün deyil, amma Lukaşenko və Putinin etirazlara olan reaksiyası, mənim fikrimcə, oxşardır. Həm Lukaşenko, həm də Putin mitinqləri şərh edərkən yaralanan təhlükəsizlik işçiləri haqqında təəssüf hissi ilə danışır, lakin ciddi xəsarət alan etirazçılara heç bir rəğbət hissi keçirmirlər. Hakimiyyət televiziyaları da xəbərlərdə yalnız zərərçəkən polislər haqqında məlumat verirlər. Sizcə niyə hər iki prezident insanları nəzərə almadan yalnız güc strukturlarını bu qədər fikirləşir?
 
- Bu ki, onların dayağıdır! Diktatorlar kiməsə güvənməlidirlər. Bir tərəfdən belə görüntü yaranır - "xalq məni sevir", Lukashenko bir batkadır, xalqın prezidentidir. Latın Amerikalı politoloq Guillermo O'Donnell deyir ki, bütün diktatorlar xalqa müraciət etməyi sevir, çünki bu onlara mandat verir.  Yəni nə partiya, nə parlament, yalnız xalq, xalq sevir və bu ona bəsdir. Ancaq sonra bu da yerindən silkələnməyə başlayır. Və nə qalır? Güc və xüsusi xidmətlər. Əlbəttə ki, diktator onların maaşlarını artırır, mənzillər verir, bizim çevik polis alayı kimi. Deyirlər ki, Belarusda zabitlərə maaşları zərflərdə verirlər. Mən tamamilə buna inanıram. Amma, düşünmürəm ki, bu elə də sadə olsun: gedirəm və  insanları döyürəm. Amma prezident təriflədi - əhsən dedi. Və elə bilməyin ki, Lukaşenko, Putin onlara sonadək arxalanırlar. Onlar özlərindən başqa heç kimə arxalanmır. Bu diktator xarakteri deyil.

- Bəzi inqilabların nümunələri göstərir ki, bir anda təhlükəsizlik qüvvələri diktatorun əmrlərinə tabe olmur və xalqın tərəfinə keçir. Bu nə zaman baş verir və niyə Belarusda təhlükəsizlik qüvvələri indi hakimiyyətin tərəfindədir?

- Seçkilərdən sonra gecə gördük ki, bəzi şəhərlərdə çevik polislər geri çəkildi. Baxın, qoşunlar əmri yerinə yetirirlər, əmrə tabe olmamaq üçün çox böyük bir stimul lazımdır. İki stimul ola bilər. Birincisi, təhlükəsizlik işçiləri dərk edirlər ki, heç nə edə bilməyəcəklər (buna görə də hakimiyyət onları pulla satın alır). İkincisi - 1917-ci ildə Petroqradda olduğu kimi. O zaman nə qədər insanlar küçələrə çıxdı! Əsgərlər insanların niyə küçəyə çıxdıqlarını anladılar. Və onda bütün Petroqrad qarnizonu üsyançılara dəstək verdi. Hamısı. Çarın bu barədə nə düşünməsindən asılı olmayaraq, o artıq müqavimət göstərə bilmədi. İnsanlar nə qədər çox çıxsa, bir o qədər şans yaranır, polis və ordu xalqın tərəfinə keçir. 

-Lukaşenko da tələsik elan etdi ki, guya heç bir çevik polis dəbilqəni atmayıb. Bu doğrudur?

- Hə, hə, əlbəttə!

- Sizcə, Lukaşenkonın növbəti hərəkətləri nə olacaq? Sərt islahatlar və repressiyalar gözləməliyikmi?

- Əgər danışıqlara getməyibsə, deməli, o, yalnız qan, cinayət işləri, həbslər, nümayişlərin dağıdılması ilə məşğul olacaq.

- Fikrinizcə, postsovet məkanında "ərəb baharı" nın öz versiyası mümkündürmü?

- “Ərəb baharı", hər halda bizdən çox fərqlidir, çünki orada müsəlman hərəkatı mühüm rol oynayıb. Yəni, hər şey azadlıq mübarizəsi kimi başlandı, hamı sevindi və birdən Misirdə "müsəlman qardaşlar" ın qalib gəldiyi məlum oldu, sonra Suriyada, Liviyada ortaya çıxdı. Və məlum oldu ki, liberal qüvvələr çox zəif imiş. Qorxuram ki, "ərəb baharı" bu vəziyyətdə diktatorların devrilməsi ilə bağlı deyil, müxtəlif qüvvələrin və mütləq demokratik olmayan qüvvələrin necə hakimiyyətə gəlmələri ilə əlaqədardır. Və bu asanlıqla bizdə də ola bilər. Yeri gəlmişkən, Ukrayna göstərdi ki, diktatorun devrilməsi mümkündür, baxmayaraq ki, orada hər şey hamar deyil. Belə ki, hər şey mümkündür.

- Tarixi təcrübəyə əsaslanaraq deyə bilərikmi ki, bir neçə onilliklər ərzində bir nəfər tərəfindən idarə olunan bir ölkədə hökumətin devrilməsi üçün bütöv şərtlər yığını lazımdır? Belə şərtlərin adını çəkə bilərsinizmi?
 
- Kifayət qədər geniş ictimai fəallığa ehtiyac duyulur, yəni insan hüquqları müdafiəçilərinin kiçik bir qrupu və ya başqaları ilə mümkün deyil. Həqiqətən böyük ictimai hərəkat lazımdır. Bu birincisi. İkincisi, müqavimət uzanırsa , çox gec olur, yerində fırlanmağa başlayır. Buna görə, ilk aylarda, bəlkə də bir ildə, əhəmiyyətli bir şeyin baş verməsi vacibdir. Təbii ki, hərbiçilərin kiçik bir dəstəsinin  həyata keçirə biləcəyi çevrilişlər barədə danışmırıq. Real dəyişikliklərdən danışırıqsa, burada əhalinin həqiqi fəaliyyəti olmalıdır ki, təhlükəsizlik qüvvələri etirazçıların tərəfinə keçə bilsin.

-Lukaşenko yeni hakimiyyətə gələndə dedi ki, əsas məqsədi "dövləti və insanları uçurumdan kənarlaşdırmaqdır ". Niyə on illər boyu hakimiyyətdə olan liderlər ən çox belə mücərrəd formulalara əl atırlar ki, ölkə daxilindəki ən kiçik böhran zamanı istifadə edə bilsinlər?

- Hər bir diktatorun özünü xalqa xilaskar kimi göstərməsi ona çox lazımdır. Nədən? Hər şeydən, hətta yəhudi-mason sui-qəsdindən, Mərkəzi Kəşfiyyat idarəsindən, kommunistlərdən, dindarlardan! Özündən əvvəlki hakimiyyəti söyməkdən. Əsas qorxutmaqdır! İnsan qorxduğu zaman, o artıq fikir bildirmir: “Nədənsə bu liderin proqramı deyil. Ümumiyyətlə, onun proqramı haradadır?".  Adam xilaskarın ardınca gedir.

- Bu həm də izah edə bilər ki, on illər boyu hakimiyyəti əllərində saxlayan liderlər etimad mövzusunda referendum keçirməyi, Konstitusiyanı dəyişməyi niyə bu qədər sevirlər və niyə xalqın sevgisinə həmişə müraciət etmək bu qədər vacibdir?

- Əlbəttə! Həm də demokratik prosedurun möhkəm çərçivəsi ilə bağlı olmayan referendum və ya Konstitusiyaya dəyişiklik qabağındakı yolda hər şeyi  süpürən xalq sevgisinin bir təzahürüdür. Bu, bütün diktatorların istifadə etdiyi irrasional müraciətdir.

- Bir çox məşhur diktatorlar hakimiyyət çevrilişindən sonra edam edilib. Lukaşenko da bu cəhdlərini sadəcə öldürülmək qorxusu ilə izah edə bilərmi? Yoxsa başqa səbəblər var və bu səbəblərin adını çəkə bilərsinizmi?

- Bu vəziyyətdə Lukaşenko üçün  öldürülməkdən çox, devrilməsi qorxuncdur. Onun üçün  bu alçaqlıq, hakimiyyət itkisidir.Bəs, əgər mühakimə olunarsa? Əlbətdə qorxur. Qorxudan da hər şeyi edir. 

Müsahibəyə söz ardı: 

Lev Tosttoy sağ olsaydı yəqin yazardı: ”Bütün “ xoşbəxt” diktatorlar bir-birinə bənzəyir, onların idarə etdiyi xalqlar isə hərəsi bir cür bədbəxdir”. 

Tərcümə və sözardı İlham İsmayıla məxsudur
Oxşar xəbərlər
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 13:07
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
18 May 2024 | 13:04
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
18 May 2024 | 13:26
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
18 May 2024 | 13:43
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 13:10
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
18 May 2024 | 13:07
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
18 May 2024 | 13:04
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
18 May 2024 | 13:26
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
18 May 2024 | 13:43
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin