"Türkiyə olmasaydı, Qarabağ məsələsi çoxdan öz həllini tapmışdı"
Oxunub: 21667
10 Aug 2020 | 10:00
Azərbaycanın Dağlıq Qarabağı, həmçinin digər işğal olunmuş əraziləri düşməndən azad etmək üçün, ictimaiyyətdə hələ çoxdan yaranmış və indi yenidən gündəmə gələn - Türkiyə ilə konfederasiya yaratmaq və ya ən azı iki ölkə arasında hərbi müqavilə bağlamaq kimi rəylər heç də əsassız deyil. 

Əlbəttə, Ermənistan bu işğalın arxasında tək özü deyil, həm də Rusiyanın öz maraqları çərçivəsində dayandığını yaxşı bildiyindən, 30 ilə yaxındır ki, nə sülh danışıqlarında konstruktiv mövqe tutur, nə də müharibədən çəkinir. Rəsmi İrəvan yaxşı anlayır ki, mövcud durum Rusiyanı qane edir və əgər Azərbaycan müharibəyə başlasa, Moskva bu bölgədə, əsasən Türkiyə və müəyyən qədər də İran amilinə görə öz maraqlarına göz yuması deyil. Bu üzdən də indiyədək onun-bunun "yanında" yer alan ermənilər tarixboyu heç nə yoğurmadan "hazırca kökə" tapdıqları üçün, bu dəfə də Dağlıq Qarabağa sahib olacaqlarına tam ümidlidirlər.  

Əslində, Rusiya işğalçı ölkəni dolayı yolla, bəzi məqamlarda isə açıq şəkildə  dəstəklədiyini heç vaxt gizlətməyib. Bunu Putinin beynindən keçənləri dilə gətirəni və ya rəsmi Moskvanın güya, qeyri rəsmi "söz çatdıranı" Vladimir Jirinovski də bu günlərdə müsahibələrinin birində bir daha sübut etdi. O, Dağlıq Qağabağla bağlı Kremlin niyyətini bu dəfə tam təfsilatı ilə ortaya qoyaraq, Minski qrupunda yer alan Fransa və ABŞ-ın bu işdə heç bir şey əldə edə bilməyəcəklərini, bu məsələni yalnız Rusiya prezidentinin həll edə biləcəyini açıq bəyan etdi. "Biz bu bölgədə farslarla, türklərlə vuruşmuşuq və həmişə erməniləri müdafiə etmişik", - deyən, Jirinovskinin fikrincə, əgər Moskva Qarabağı Ermənistana birləşdirmək üçün qərar versə, onda Azərbaycan da Türkiyə ilə hərbi saziş imzalayacaq və belə olan halda Türkiyə ordusu gəlib Dağıstan sərhədlərində yerləşəcək. Jirinovski: "Dağıstanlılar, avarlar, kalmıklar, qaraçaylar hamısı türkdilli xalqlardır. Onda biz nə əldə edəcəyik? Onu əldə edəcəyik ki, Türkiyə şimala doğru hərəkət edəcək. Problem də məhz bundadır. Ona görə də, əgər Türkiyə olmasaydı, indiyə bu məsələ çoxdan öz həllini tapmışdı. Odur ki, Türkiyəyə imkan vermək olmaz Azərbaycanı öz tərəfinə çəksin. İndi onların arasında hansısa sazişlər, əlaqələr var, amma Azərbaycan hələ ki dayanıqlıq nümayiş etdirərək, müstəqil qərarlar qəbul edir. Əgər biz Ermənistana Qarabağla birləşməyə kömək etsək, onda Azərbaycan Türkiyə ilə birləşmək yolunu seçəcək. Onda nə etməli? Türkiyə isə NATO ölkəsidir", - deyə, Moskvanın "nə yardan doyduğunu, nə də əldən qoyduğunu" açıq nümayiş etdirir.

Göründüyü kimi Jirinovski "Türkiyə olmasaydı, indiyə bu məsələ çoxdan öz həllini tapmışdı", deməklə, Rusiyanın Dağlıq Qarabağı Ermənistana birləşdirəcəyini həyasızcasına etiraf etmiş olur. Ona görə də Azərbaycan ictimaiyyətinin Türkiyə ilə konfederasiya yaratmaq və ya ən azı iki ölkə arasında hərbi müqavilə bağlamaq istəyi tamamilə əsaslıdır və labüddür. Əks təqdirdə Azərbaycan işğalda olan torpaqlarını heç vaxt azad edə bilməyəcək.  

Bu üzdən də indi yaranmış vəziyyət Azərbaycan diplomatiyasından onu tələb edir ki, gərək rəsmi Bakı Rusiyanın qarşısına ən azı iki şərt qoysun: ya Rusiya beynəlxalq qanunlar çərçivəsində Ermənistana təzyiq edib və ya "qandırıb" işğalçı qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağa məcbur etməli, ya da Azərbaycanla Ermənistanın təkbətək müharibə etməsinə mane olmamalıdır. Rəsmi Bakı Rusiyaya başa salmalıdır ki, əgər Moskva bu şərtlərlə razı olmasa, onda xalqın istəyi və tələbinə əsasən Azərbaycanın Türkiyə ilə konfederasiya yaratması və ya hərbi müqavilə bağlaması qaçılmaz olacaq. Bu isə Jirinovskinin "qırımına" görə Rusiyaya heç də sərf edən məsələ deyil. Odur ki, Moskva düşünməlidir, ya Rusiya öz təhlükəsizliyi xatirinə Dağlıq Qarabağı ermənilərə peşkəş etmək sevdasından əl çəkməli, ya da Türkiyə, burada, NATO ordusunun Cənubi Qafqazda Dağıstanla sərhəddə yer alması ilə barışmalıdır. Artıq seçim Rusiyanındır. Çünki, Rusiya 30 ildir Ermənistanı bu haqsız "oyunda" dəstəkləməklə Azərbaycanı müstəqil dövlət olaraq, çox aşağılayıb və onun hələ sonrakı dövrlərdə təhlükəsizliyinin, həmçinin mövcudluğunun necə olmasını sual altına qoyub.

Doğrudur, bu şərtlər ilk baxışda şovinist ruhlu Rusiyanı qıcıqlandıraraq, narahat edə biləcəyini düşünmək olar. Ancaq hərhalda Rusiya bu şərtlərə Paşinyanın "zibil qutusuna atılmış şərtləri" kimi baxmayacaq. Çünki, Moskva unutmamalıdır ki, Ermənistan işğalçı dövlət olduğu halda öz təhlükəsizliyini, burada daha çox qonşu ölkələrə torpaq iddialarını reallaşdırmaq üçün KTMT ilə ürəyi soyumayıb, Rusiya ilə əlavə ikitərəfli "Rusiya-Ermənistan birgə qoşun qruplaşması" haqqında müqavilə bağlayıb. Yeri gəlmişkən, bu yerdə sual yaranır: əgər Rusiya ilə Ermənistan arasında KTMT çərçivəsində müqavilə vardırsa, o zaman əlavə olaraq, iki ölkənin birgə qoşun qruplaşmasına nə ehtiyac var idi? Digər bir sual: Rusiyanın Cənubi Hərbi Dairəsinə bağlı olan Ermənistandakı vahid birləşmə niyə Rusiya ərazisində deyil, Ermənistanda yerləşir? Bu azmış kimi, üstəlik  Rusiya üçün "əziz xələf" olan Ermənistana qarşı sui-qəsd edildiyi təqdirdə Gümridə yerləşən Rusiya hərbi bazası da müdafiə işinə cəlb edilə bilir.

Odur ki, Azərbaycanın Türkiyə ilə konfederasiya yaratmaq və ya hərbi müqavilə bağlamaq işinə Rusiyanın hansısa formada narazılıq etməyə heç bir hüquqi və mənəvi haqqı yoxdur.  

O ki qaldı vaxtilə müvəqqəti olaraq ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri vəzifəsini icra etmiş səfir Riçard Hoqlandın "Amerikanın səsi"nə verdiyi müsahibəsində Dağlıq Qarabağın BMT protektoratına verilməsi barədə dediklərinə, bu, ilk növbədə Dağlıq Qarabağ işğalının dondurulmasına, sonrakı illərdə isə onun müstəqil dövlət kimi tanınmasına və ya Ermənistana birləşdirilməsinə hesablanmış məkrli plandır. 

Rusiya XİN-nin sözçüsü Mariya Zaxarovanın "Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün əlindən gələni edir", deməsinə gəlincə isə, hələ indiyədək Rusiyanın danışdığı nağıllardan sonra Azərbaycanın Qarabağına nəinki 3 şirin alma, heç bir dənə turş və ya çürük alma da düşməyib. 

Rusiyada heç də hamı Zaxarova, Jirinovski, hətta Putin kimi düşünmür. Ona görə də, bu yerdə "Nasionalnaya oborona" jurnalının baş redaktoru, Rusiya müdafiə nazirliyinin nəzdində ictimai şuranın üzvü İqor Korotçenkonun fikirlərindən çıxış edərək, Ermənistanı ilk növbədə siyasi və diplomatik üsullarla məcbur etmək lazımdır ki, Qarabağla bağlı danışıqlarda konstruktiv mövqe tutsun. Artıq 30 ildir hamının eşitdiyi və bezdiyi demaqogiyaya son qoysun.

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Oxşar xəbərlər
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil - YENİLƏNİB
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO