"Bu lüğət hər kəsin masaüstü kitabları sırasında yerini almağı haqq edir"
Cəmiyyət
Oxunub: 1561
04 Aug 2020 | 20:51
Bu ilin iyun ayında ölkəmizdə çox vacib bir kitab gün üzü görüb. Söhbət “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən gedir. Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin daha yaxşı təşkili istiqamətində mühüm addım sayılan nəşr Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən araya-ərsəyə gətirilib. Bu iş gərgin zəhmət tələb edən, məsuliyyətli, şərəfli bir işdir və mən lüğətin hazırlanmasında, nəşrində əməyi keçən hər kəsə könül dolusu təşəkkürümü yetirirəm. 
Hər bir dilin söz ehtiyatının (lüğət tərkibinin) zənginliyi və saflığı ilə yanaşı, orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmanı özündə ehtiva edən uyğun vəsaitlərin (başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin) mövcudluğu, onun inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlardandır. 
Mənə görə, bu lüğət bizlərin işgüzar Azərbaycan dilindən istifadə edən hər kəsin masaüstü kitabları sırasında yerini almağı haqq edir. Doğrudur, bununçün nəşrin tirajı önəm ərz edir; lakin “e-kitabxana”lara, Tərcümə Mərkəzinin özünün elektron orqanına pdf formatında yüklənməsi ilə (yaxud sifarişlərin qəbulu, satışının təşkili və s. üsul və vasitələrlə) bu məsələni (kütləviliyin təmini problemini) çözmək olar.

Redaksiya heyətinə AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, professorlar – Vilayət Quliyev, Qulu Məhərrəmli, Rüstəm Kamal, Cahangir Məmmədli, Cəlil Nağıyev, dosent İsmayıl Məmmədov kimi görkəmli filoloq-alimlərin daxil olduğu lüğətin tərtibçisi və “ön söz” müəllifi Dövlət Tərcümə Mərkəzinin rəhbəri, Xalq yazıçısı Afaq Məsuddur.  

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin öncəki orfoqrafiya lüğətlərindən başlıca fərqi nədədir?                                          
1) Yazılış qaydası öncəki lüğətlərdə qüsurlu yaxud iki (bəzən üç) variantda verilmiş minlərlə (!) söz və termin vahid düzgün yazılış qaydasında verilib;
2) Minlərlə (ümumilikdə 54 minə yaxın!) söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən təmizlənib;
3) Öncəki orfoqrafiya lüğətlərində yer almamış 8000-dən (!) çox saf Azərbaycan sözünü, eləcə də, elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri əhatə edib.
Lüğət, əlbəttə, elmi prinsiplər əsasında hazırlanıb – hər nə qədər daha öncələr də, eyni adlı, eyni məzmunlu nəşrlər olsa da, bu nəşr, dövrün (dilin özünün), inkişaf və tərəqqinin, deyərdim, hu-manitar təfəkkürün (elmin) çağırışlarına diqqət edilərək, hazırlanıb. Bu yerdə, ədalət adına deməliyəm ki, dilimizin inkişafında (elə bu lüğətin hazırlanmasında əmək sərf edən alimlərin özünün yetişməsində) danılmaz rolu olmuş dilçilərimizin zəhmətini unutmuruq; bütün qüsurları ilə yanaşı, indiyədək istifadədə olmuş lüğətlər də, hazırkı mükəmməl nəşrin meydana çıxmasında rol oynayıb.Necə deyərlər, yanlışı-doğrusu ilə (imtina edilmiş metodologiya, imtina edilmiş sözlər daxil) hər araşdırma (kitab), özündən sonrakı araşdırma (kitab) üçün faydalıdır. Biz bu sözləri deyərkən, elə məhz klassik dilçilərimizin ruhunu şad etmək üçün də, gələcək nəsilləri bugünkü yanlışlıqlardan xilas etmək üçün də, yeni lüğətin hazırlanması təşəbbüsündən tutmuş, işin hazır olmasınadək görülmüş işlərin yüksək qiymətə layiq olduğunu ifadə etməliyik. Nə gizlədim, kim(lər)in məsuliyyətsizliyindən yaxud naşılığından irəli gəlib, deyə bilməsəm də, öncəki ilə yeni lüğəti müqayisə etdikdə açıq ara fərqi görməmək mümkün deyil. – Öncəki lüğət müəyyənlik, vahid norma yaratmaq imkanından yoxsulkən, qeyri-müəyyənliklərə, variantlılıqlara da rəvac vermiş olub. Deyək ki, məsələn, folklorda variantlılıq məqbul sayılsa da, həm şifahi, həm də yazılı abidələrimizin dilinin bugünkü səviyyəsi özündə məhz müəyyənlik, normativlik, elmi prinsiplərin tələblərinə cavab imkanları daşımalıdır. Daha doğrusu, dil o imkanları daşıyır, dilimiz istənilən fikir dərinliyini, istənilən məna üfüqünü ifadə etməyə qadirdir; yetər ki dilin özü haqqında yazılmış kitablar, lüğətlər də dilin özü səviyyəsində mükəmməl olsun. Bax, bu mənada, yeni orfoqrafiya lüğətimizi elmimiz, mədəniyyətimiz üçün mühüm hadisə hesab etməkdə haqlıyıq.
Vurğuladığımız kimi, lüğətin hasırlanması zamanı elmi yanaşmalar, prinsiplər əsas götürülüb. Lüğət, özündə çağdaş və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimini ehtiva edərək tərtib olunub. Tərtib zamanı Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları” əsas alınıb.
Professor Vəli Xuluflunun 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş “İmla lüğəti” ilə başlayan peşəkar orfoqrafiya lüğətçiliyi tariximiz, dilimizin söz ehtiyatı və düzgün yazılış qaydalarının müəyyən edilməsi ilə bağlı enişli-yoxuşlu yol keçib. Proses milli irsimizə, mədəniyyətimizə, dilimizə, lüğətimizə (o cümlədən milli mövqeli ailimlərimizə) Stalin repressiyası dönəmində, sonrakı hakim ideologiya illərində və müstəqilliyin ilk təbəddülatlı illərindəki gərginliklərlə müşaiyət olunub. Professor Xuluflu özü repressiya qurbanı olub.
Dilimizin saflığının qorunması və inkişafına hər zaman böyük önəm vermiş Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil Azərbaycanın dövlət dili siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Uyğun sahənin yüksək tənzimləyici orqanı olan Dövlət Dil Komissiyasına cənab Prezidentin özünün başçılıq etməsi, eləcə də, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi işinə məsul qurumun – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması, dövlət başçısının dilin qorunması, inkişafı ilə bağlı tarixi çıxış və çağırışları, uğurun və inkişafın rəhnidir. Və “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin qüsurlardan arındırılmasının da, Dövlət Tərcümə Mərkəzi tərəfindən həyata keçirilməsi məntiqlidir.
Əlbəttə, mən bir millət vəkili  olaraq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda müvafiq dəyişiklik və əlavələrin edilməsinə dair məsələlərin gündəmdə olduğunu da deməliyəm. Dil, dövlət dil siyasəti, demək olar, hər kəsi əhatə edən, hər kəsin istifadə etdiyi, istinad etdiyi, faydalandığı strateji sahədir. Ölkə həyatının hərtərəfli islahatlarla təmin edildiyi, irəli aparıldığı günümüzdə, dilə münasibətin, dil siyasətinin də köklü şəkildə yenidən qurulması, öyrədilməsi, öyrənilməsi, dövlət dilimizin ölkə hüdudlarından qıraqda da təbliğ edilməsi vacibdir. Təsadüfi deyil ki bu məsələlərə tərtibçinin “ön söz”ündə də vurğu edilir. 
Yəqin o da təsadüfi deyil ki bugünlərdə fəal ictimaiyyətçilərin, ziyalıların dövlət dilinin paytaxt küçələrində, ictimai iaşə obyektlərində (özəlliklə, turistlərin gur olduğu mərkəzi yerlərdə) dövlət dilindən istifadənin ən adi qaydalarının kobud şəkildə pozulması ilə bağlı ölkə başçısına müraciəti yayıldı. Müraciətin surəti Milli Məclisin Mədəniyyət komitəsinə də ünvanlanmışdı; fürsətdən istifadə edib, ziyalıların haqlı mövqeyini qəbul etdiyimi, narahatçılıqlarını bölüşdüyümü bildirmək istərdim.
Bir daha, belə bir məsuliyyətli və şərəfli iş üçün əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni uğurlar diləyirəm!

Qənirə Paşayeva
Oxşar xəbərlər
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 13:43
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
18 May 2024 | 14:15
Filippində zəlzələ oldu
18 May 2024 | 14:13
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
18 May 2024 | 14:12
Qara dənizdə gəmi batıb
18 May 2024 | 13:37
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 13:43
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
18 May 2024 | 14:15
Filippində zəlzələ oldu
18 May 2024 | 14:13
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
18 May 2024 | 14:12
Qara dənizdə gəmi batıb
18 May 2024 | 13:37
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq