"Ermənistan hakimiyyəti son təxribatı zamanı üzləşdiyi çoxsaylı itkini gizlətməkdə acizdir"
Oxunub: 1259
16 Jul 2020 | 16:30

“Bu gün işğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq iqtidarında deyil. Ölkəmizin dayanıqli inkişafı bütün sahələrdə, o cümlədən ordu quruculuğunda mühüm addımların atılmasını şərtləndirir. Dövlətimizin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Azərbaycanın ənənəvi olaraq Beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etməsi də dövlətimizin ordu quruculuğunda qazandığı uğurlara, eyni zamanda, dünyanın silah istehsalı sahəsində öndə gedən ölkələri və transmilli şirkətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələrə əsaslanır.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan Ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı ölkənin silahlı qüvvələrinin törətdikləri təxribat nəticəsində baş verən döyüşlərdə bir daha öz gücünü, qüdrətini nümayiş etdirdi: “Ermənilərin növbəti hərbi təxribatının qarşısı qətiyyətlə alındı. Çox təəssüf ki, Azərbaycan Ordusu bu döyüşlərdə şəhid verdi. Azərbaycan tərəfi hərbi əməliyyatların gedişi zamanı operativ surətdə itkilərlə bağlı dəqiq rəsmi məlumatlar açıqlasa da, erməni tərəfi xislətinə uyğun olaraq əvvəlcə israrla heç bir itki vermədiyini iddia edirdi. Artıq, necə deyərlər, “cidanı çuvalda gizlətmək” mümkün deyil. Azərbaycan tərəfinin düşmənin xaincəsinə hücumunun ilk anlarından Ermənistan ordusunun ciddi itkilər verməsi barədə reallığa əsaslanan rəsmi məlumatları işğalçı dövlət tərəfindən etiraf olunmaqdadır. Düşmən ölkənin sosial mediasında Tovuz istiqamətində hücumu zamanı Ermənistan silahlı qüvvələrinin 100-dən artıq əsgər və zabit itkisi ilə üzləşdiyi, xeyli sayda hərbi texnikasının məhv edildiyi barədə məlumatlar yayılıb və bu informasiyalar erməni cəmiyyətində böyük ajiotaj və təlaş yaradıb.”

“Göründüyü kimi, Azərbaycan Ordusunun yenilməz gücü və qüdrəti qarşısında erməni ordusunun zəifliyi daha qabarıq şəkildə özünü büruzə verir” söyləyən V.Rəhimzadə qeyd edib ki, iqtisadi böhran içərisində çabalayan Ermənistanın son təxribatına Azərbaycan Ordusunun verdiyi adekvat cavabdan sonra işğalçı ölkənin siyasi və hərbi rəhbərliyinin hər hansı bir sahədə, o cümlədən ordu quruculuğunda inkişafdan danışması təəccüb doğurar. Hazırda, yəni, qlobal problem olaraq həlli qlobal səviyyədə birlik, həmrəylik tələb edən COVID-19-un agır nəticələrini yaşayan işğalçı

Ermənistanın istər daxildəki problemlər, istərsə də Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanması məqsədilə törətdiyi son təxribat işğalçı dövlətin ordusunda da yaşanan duruma aydınlıq gətirdi. Bu baxımdan ki, Ermənistan ordusunda generallar, zabitlər əsgərlərin arxasında gizlənərək oz canlarıni qoruyur, onları döyüşlərə cəlb edərək həlak olmalarına səbəb olurlar. Amma yağı düşməndən fərqli olaraq Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək üçün öz canını hər an qurban verməyə hazır olduğunu nümayiş etdirir. Ermənistan silahlı qüvvələrinin son təxribat əməllərinin qarşısı qətiyyətlə alınarkən əsgərlərlə birlikdə ön xətdə döyüşərək həlak olan ordumuzun general-mayoru Polad Həşimovun və digər yüksək çinli şəhid zabitlərimizin qəhrəmanlıq nümunəsi bunu bir daha sübut etdi.”

Baş redaktor Ermənistan hakimiyyətinin döyüşlərdə həlak olanların sayını azaltmaq cəhdini düşmənin acizliyi, cılızlığı kimi dəyərləndirərək bildirib ki, bu yolla ordu barədə güclü imic yaratmaq mümkün deyil: “Siyasi savadsızlıq və korafəhmlik belə bir yanaşmaya əsas versə də, reallıq budur ki, hərbi təxribatdan, döyüşdən söhbət gedirsə, itki qaçılmaz olacaq. Bugünədək siyasətini, təbliğatını yalan üzərində quran, özünə saxta tarix yazıb illərdir işğalçılıq siyasəti ucbatından iqtisadi çətinliklər məngənəsində boğulan bir dövlətin rəhbərliyi itkiləri də inkar yolunu tutursa, artıq bunun geniş şərhə ehtiyacı yoxdur. Çünki bu günlər istər xarici KİV-lərdə, istərsə də Ermənistan mətbuatında döyüşlərdə xeyli sayda erməni hərbçilərinin həlak olduğu faktlar əsasında açıqlanır. Bildirilir ki, Ermənistan silahlı qüvvələri istər hərbi texnika, istərsə də canlı qüvvə baxımından ciddi itkilər verərək geri oturmağa məcbur edilib. Görünür, Ermənistan hakimiyyəti azadlığını və müstəqilliyini boğmaga cəhd etdiyi öz mətbuatında yer alan bu məlumatlardan xəbəsizdir.”

Vüqar Rəhimzadə bildirib ki, döyüş meydanında məğlub olan Ermənistan ənənəsinə uyğun olaraq yalan təbliğata əl atıb: “Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, guya Azərbaycan əsgərləri “UAZ” markalı maşınla sərhədi keçməyə cəhd göstərdikdən sonra ermənilər xəbərdarlıq atəşi açaraq həmin əsgərləri maşını tərk etməyə məcbur ediblər. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü bir saatdan sonra Azərbaycan qoşunlarının ikinci dəfə cəbhəni keçməyə cəhd göstərdiklərini, bu zaman artilleriya atəşindən istifadə etdiklərini iddia edir. Bu, ermənilərin növbəti riyakarlığıdır. Onlar nə qədər hiyləgər, mənəviyyatsız olduqlarını bir daha dünya ictimaiyyətinə nümayiş etdirdilər.

«Ermənistan tərəfinin yaydığı yalan məlumatlar o miqyasa çatıb ki, nəinki Azərbaycanın, hətta xarici mətbuatın belə nəzərindən yayınmır» söyləyən baş redaktor vurğulayıb ki,

Almaniyanın “Bild” nəşrinin jurnalisti, siyasi analitik Yulian Röpke öz “Twitter” səhifəsində Ermənistan Müdafiə Nazirliyinin yaydığı videonu şərh edərək yazıb ki, görüntülərdəki əslində PUA yox, iki mühərrikli ensiz mülki təyyarədir. Almaniyalı jurnalist bir tərəfdən havadan müdafiə sistemlərinin mülki təyyarəyə tuşlanmasına, digər tərəfdən isə Ermənistanın Müdafiə Nazirliyinin rəsmi “YouTube” səhifəsində bu cür yalan videoların yerləşdirilməsinə təəccübləndiyini bildirib.

V.Rəhimzadə qeyd edib ki, törətdikləri təxribatı Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərən Ermənistanın hakimiyyət orqanları bununla yenə də dünyanın diqqətini özlərinin işğalçılıq, faşizm siyasətlərindən yayındırmağa çalışır, belə rəy yaratmaq istəyirlər ki, guya Azərbaycan sülh danışıqlarında maraqlı olmadığı üçün hərbi təxribatlara əl atır. Nəzərə alsaq ki, döyüşlər Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə olunmaqla aparılıb, Ermənistanın məqsədi bəlli olur: Dağlıq Qarabağ probleminin həllinin qarşısını almaq, yeni bir münaqişə mənbəyi yaratmaq. Bu reallıqlar bir sıra beynəlxalq təşkilatların, dövlətlərin təxribatla bağlı yaydıqları bəyanatlarda da öz əksini tapıb.”

Baş redaktor vurğulayıb ki, diqqəti çəkən əsas məqamlardan biri də odur ki, bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Baş katibi ermənilərin hərbi təxribatına münasibət bildirsə də, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri yenə də ənənələrinə uyğun olaraq seyrçi mövqedə dayanmağa üstünlük verirlər. Düşünürük ki, BMT səviyyəsində pislənilən bu təxribat ATƏT-in Minsk qrupunun həmsədrlərinə missiyası ilə bağlı xatırlatmalar etməklə yanaşı, onu işğalçını öz adı ilə çağırmağa vadar edəcəkdir
Oxşar xəbərlər
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü