Bu günlərdə İTV-dən ayrılan tanınmış telejurnalist Anar Yusifoğlunun bundan sonra fəaliyyətini harada davam etdirəcəyi maraq doğurur.
Bununla
bağlı AzNews.az maraqlı məlumatlar əldə edib. Mənbənin
sözlərinə görə, A. Yusifoğlu xüsusilə seçkilər ərəfəsində uzun müddət bu sahədə
təcrübəsi olan peşəkar kadr kimi “itirilməyəcək”.
Qeyd
edək ki, ötən seçkilərdə müxalifət liderlərinə replikaları (Ó˜.Kərimliyə
"aramızdan vaxtından tez getdi", İsa Qəmbərə "cənab Qəmbər,
sizin cəmi 1 saniyəniz var", habelə Fuad Qəhrəmanlını hökuməti sərt tənqid
etdiyinə görə studiyadan çıxartması) onun iqtidar düşərgəsinə yaxınlığını bir
daha göstərib.
Belə
olan təqdirdə A. Yusifoğlunun İTV-dən uzaqlaşması telejurnalistin “vurulması”
anlamına gəlmir. Buna görə də, İTV-dən istefasından sonra ona başqa
telekanallarda daha yüksək veriləcəyi gözlənilən idi. Ancaq əldə etdiyimiz məlumata
gözə, A.Yusifoğlunun fəaliyyətini bundan sonra hansısa kanalda davam etdirəcəyi
barədə məlumatlar həqiqəti əks etdirmir.
Onun
dövlət qurumlarından birində yüksək vəzifəyə gətiriləcəyi vurğulanır.
Hazırda
Yardımlıda istirahətdə olan telejurnalistin ayın sonuna qədər vəzifə ilə
mükafatlandırılacağı gözlənilir.
Bir məsələni
də vurğulayaq ki, A.Yusifoğlunun vəzifəsindən uzaqlaşması prosesi müəyyən dairələrdə
narazılıq yaradıb. Buna səbəb İTV rəhbərliyinin tələskənliyi və mətbuata düzgün
məlumat verilməməsi olub.
Qeyd
edək ki, A.Yusifoğlunun İTV-dən ayrılması barədə məlumat yayıldıqdan sonra
telekanalın baş direktoru Cəmil Quliyev departament direktorunun özünün istefa ərizəsi
yazdığı və ərizənin hələ də onun masasının üstündə olduğuna dair açıqlama
verib.
Ancaq
sonradan məlum olub ki, A.Yusifoğlunun ərizəsi direktorun masası üzərinə gedənə
qədər artıq A.Yusifoğlunun yerinə yeni təyinat aparılıb. Hətta bu barədə
İTV-nin Yayım Şurasının qərar qəbul etdiyi də bildirilir. Bu isə Cəmil
Quliyevin söylədiklərində səmimi olmadığı qərarına gəlməyə əsas verir. Cəmil
Quliyev yaxın ətrafına, tanınmış və peşəkarlığına rəğbəti olan Yusifoğlunu
qoruya bilmədiyini və "belə məsləhət oldu" deyib.