“Cəmil Həsənlinin xeyrinə namizədliyimi
geri götürməyə zərurət yoxdur”.
Moderator.az xəbər verir ki ,Bu sözləri “Gündəlik Teleqraf”a açıqlamasında
prezidentliyə namizəd Ərəstun Oruclu deyib. Ə. Oruclunun sözlərinə görə,
prezidentliyə namizədin hansısa partiya mənsubiyyətinin olmasının elə bir
əhəmiyyəti yoxdur: “Prezident seçkisində daha çox namizədin rolu, platforması,
mövqeyi vacibdir. Ona görə də bunu heç də dramatikləşdirmək tərəfdarı deyiləm.
Əsas təbliğat yeri televiziyalardır. Televiziyalarda hansı namizədin özünü necə
təqdim edəcəyindən çox şey asılıdır”.
Ə. Oruclu seçkiyə “Azərbaycan-2013”
Hərəkatı ilə qoşulduğunu söyləyib: “Hərəkata xeyli gənclər toplaşıb. Təkcə
hərəkat üzvləri deyil, təəssübkeşlərimiz, tərəfdarlarımız da var, onların
siyasi simpatiyaları bizim tərəfimizdədir. Maliyyə məsələsində qanqaraçılıqdır.
İnformasiya resurslarına gəlincə, qısametrajlı roliklərdən istifadə edəcəyik.
Hər rolikdə bir problem qabardıb onun həlli yolları ilə bağlı təkliflərimizi
irəli sürəcəyik. Komandamızda xeyli tanınmış bloggerlər var. Onların da
resurslarına böyük ümidlər bəsləyirik”.
Namizəd Milli Şura ilə bağlı fikir
bildirməkdən imtina edib: “Zamanı gələndə fikirlərimi söyləyəcəyəm”.
Bununla belə politoloq Cəmil Həsənlini
uğurlu namizəd sayır: “Amma onu özümə rəqib görmürəm”.