Xarici İşlər Nazirliyi nota göndərməlidir - Kino adamları od püskürdü
Oxunub: 1674
03 Jul 2020 | 16:12
Xarici İşlər Nazirliyi nota göndərməlidir  - Kino adamları od püskürdü
Bildiyimiz kimi erməni rejissor Nora Martirosyanın Dağlıq Qarabağ haqqında çəkdiyi film Kann Kinofestivalının əsas proqramına düşüb. 

Moderator.az xəbər verir ki, Kulis.az işğal olunmuş Azərbaycan torpaqlarında işğalçı ölkə tərəfindən qazanılan bu uğur haqqında azərbaycanlı kino adamlarının fikirlərini öyrənib. Sorğuda iştirak edən şəxslər "Bu vaxta qədər Azərbaycan kino müstəvisində bu uğura niyə imza atmayıb və analoji hadisəyə qarşı hansı tədbirlər görülməlidir?" suallarına cavab verib.

Rasim Balayev - Aktyor

İki dənə meymunluq edən var” - Rasim Balayev

Qarabağla bağlı yaxşı film çəkmək üçün gərək birinci Qarabağı alaq, işğaldan azad edək. Onlar orda yaşayırlar, rahat gedib gəlirlər, ona görə də orda gedib filmlər çəkirlər. Həm də ki, Fransada erməni lobbisi çox güclüdür. Onlar həmişə ermənilər üçün geniş imkanlar yaradıblar. Bu hələ keçmiş dövrlərdən belə idi. İmkanlı ermənilər gedib Ermənistanda yaşamırlar, amma onlar üçün lazım olan vəsaiti buraxırlar, dəstək göstərirlər. Buna görə də belə filmlər çəkə bilirlər. Son illər Qarabağ haqqında çəkilən filmlərdən o qədər də razı deyiləm. Düzdür, mən Qarabağ müharibəsini görməmişəm. İkinci dünya müharibəsindən də sonra doğulmuşam. Amma o müharibə haqqında çox gözəl filmlər çəkilib. Elə ruslar da, bizimkilər də. Yaxşı kişilərin çəkdikləri yaxşı filmlər olub. Bizim, yenə də deyirəm, Qarabağdan yaxşı film çəkməyimiz üçün birinci Qarabağı almağımız lazımdır.

Eldar Quliyev - Rejissor

Bizdə elə rejissorlar var, onları kinoya yaxın buraxmaq olmaz ...

Mən o filmi görməmişəm. Ona görə də heç nə deyə bilmirəm. Bizdə də Qarabağ haqqında o qədər film çəkilib ki. Çox çəkilib. Hansısa film festivala gedirsə, bu o demək deyil ki, həmin film yaxşı filmdi. Filmlərimizin festivallara getməsi üçün keyfiyyətli olması lazımdır.

Asif Rüstəmov – Ssenarist, rejissor

Asif Rüstəmov: '"Azərbaycanfilm"dəki monopoliya konkret bir adamın ...

Bilirsiniz, belə problemlər daim gündəmdə olmalıdır, qonşuların uğurlarından asılı olmayaraq. Təəssüf ki, belə deyil. Bəlkə on il əvvəl dostlarla kino idarəçiliyi sahəsindəki problemləri müzakirə edirdik. Başa düşdük ki, heç nəyi dəyişə bilmirik. Gücümüz çatmır. Zarafatla dedim ki, gərək Qarabağdan bəhs edən bir erməni filmi Kanna düşsün ki, bizdə kinoya ciddi münasibət yaransın. Yəni bu yanaşma artıq qeyri-sağlam davranış modelinə çevrilib və istehza doğurur. Nədənsə biz öz problemlərimizi ermənilər hansısa bir uğur qazananda xatırlayırıq. Yaxşı, bəs bu film olmasa, nə olacaqdı? Və yaxud, hansısa film o konkursa düşsəydi, nə dəyişəcəkdi? Azərbaycan kinosunun problemləri yoxa çıxacaqdı? Yox, təbii ki. Böyük problemlərdir və bu bizim kino sənətimizi uçuruma aparır. Və bir film bu sənayedəki dərin problemləri aradan qaldıra bilməz. Ən əvvəl biz sağa, sola boylanmadan yaşamağı öyrənməliyik. Dövlətimizi, mədəniyyətimizi kiminsə acığına yox, sevdiyimizdən inkişaf etdirməliyik.

Sağlam olmayan idarəçiliyin, naşılıq, laqeydlik, şəxsi maraqların vəzifə borcundan üstün olması bizim kinodakı problemlərimizdir. Kiçik adamların xırda maraqları bəzən böyük işlərin qarşısını çox asanlıqla alır. Xüsusən də komandada “əvəzolunmaz” kadrlar peyda olduqda. Kino peşəkarları bu barədə on ildən çoxdur həyəcan təbili çalır. Təəssüf ki, heç bir reaksiya olmadı. Bütün bunlar isə indi gecikmiş söhbətlərdir. İndi nə etməliyik, sualına gəldikdə isə ciddi yol xəritəsinə ehtiyac var. Kino sənayesinin bütün sahəsi nəzərə alınaraq, peşəkarlar tərəfindən bütün kino qurumları və şirkətlərlə məsləhətləşmələr əsasında yol xəritəsi yaradılmalıdır. Hansısa beynəlxalq quruma üzv olmaqla və ya hansısa filmin düşməsilə bu problemlər aradan qalxmayacaq. Həddindən çox vaxt itirmişik.

Cavid Təvəkkül - Rejissor

Cavid Təvəkkül: “Bu layihə 20 ilimi aldı”

Sözügedən filmə baxmamışam, bilmirəm hansı kriteriyalara görə filmi Kann Film Festivalına qəbul ediblər. Biz bunu niyə bacarmamışıq sualı çətin və fərdlər üzərində dayanan sualdı. Mən düşünürəm ki, bu heç bir madiyyata söykənməyəcək bir məsələdir. Yəni film çəksəydik, çəkərdik. Az büdcəylə də filmlər çəkmək olar. Şəxsən mənim elə bir imkanım olmayıb ki, elə filmlər çəkim və onunla haralarısa gəzim. Konsepsiyalar yaratmaq, qanunlar hazırlamaq, planlar qurmaq məncə lazımsız şeydir. Fərdi düşüncə azadlığı olmalıdır, kinematoqrafiyaya fərqli münasibət olmalıdır. İşləməli və orataya nə isə qoymalıyıq. Təbii ki, tək də heç nə olmur. Mütləq kömək lazımdır. Köməyi də əlbəttə ki, azərbaycanlılar etməlidir.

Elçin Musaoglu - Rejissor

Gallery

Əslində hər dəfə hər hansı bir film ətrafında və yaxud da, hansısa sinema söhbətləri başlayanda çox qəribədir ki, Üzeyir bəyin “Biz nə tövr iş görürük?” felyetonu yadıma düşür. Üzeyir Hacıbəyov bizim kim olduğumuzu çox yaxşı bilirdi və bu feleyton bizi bütünlüklə ifadə edir, kim olduğumuzu göstərir. Məsələ burasındadır ki, hamı iş görəndə biz yatırıq. Sonra birdən ayılıb nə isə etmək istəyəndə aləmi vururuq bir-birinə.

Mənim üçün əvvəllər kino ilə bağlı verilən və yerinə yetirilməyən hansısa qərarların olması maraqlı deyil. Bu məsələrlər ötüb keçib. Məncə bir iş ki, olmalıydı, olmayıbsa, onu müzakirə etməyin mənası yoxdur. Bir də ki, axı bizdə heç kəs heç nəyə görə cavab vermir.

Mən sinemanı necə inkişaf etdirməyin yollarını dəqiq bilirəm. Onu da dəqiq bilirəm ki, sinema ilə sinema adamları məşğul olmalıdır. Hansısa çinovnik və ya təsadüfi adamlar yox.

Yalnız Qarabağ haqqında film çəkmək lazımdır fikri də yanlışdır. Ümumiyyətlə, normal filmlər çəkmək lazımdır. Təməl mövzulara çəkilən filmlər bütün dünya üçün maraqlıdır. Bir də biz filmlərdə kimliyimizdən danışmalıyıq. Yaxşı və pis tərəflərimizdən də çəkinmədən danışmalıyıq. Və sizi inandırım ki, sənət baxımından dəyərli film, həqiqətə xidmət edən sənət nümunələri A kateqoriya film festivallara düşəcəklər. Çünki dünya bizim kim olduğumuzu bizdən eşitmək istəyir.

O ki qaldı son günlər Azərbaycanda reklam olunan erməni filminə... O filmin bədii cəhətdən dəyərli film olmasına şübhə edirəm. Çünki kökündə çirkli siyasət dayanır. Erməni diasporasının gördüyü növbəti təxribat işidir və əllərinə fürsət düşdükcə bütün sahələrdə olduğu kimi bu dəfə də bu yalan işi sinemada ediblər. Təəccüblənmək yox, real iş görmək lazımdır. Bu artıq siyasi müstəviyə keçən məsələ olduğundan, düşünürəm ki, bizim Xarici İşlər Nazirliyi festivala nota göndərməlidir. Göstərməlidir ki, film Azərbaycanın işğal altında olan torpağında çəkilib və Qarabağ erməni torpağı kimi təqdim edilib. Qarabağ haqqında ATƏT-in qətnamələrini təqdim etmək lazımdır və s.

Nəticədə həmin filmi anında o festivaldan yığışdıracaqlar. Çünki böyük festivalların nizamnaməsində siyasi məsələlərə qarışmamaq haqqında müddəalar var.Bunu ermənilərin gələcəkdə edə biləcəkləri növbəti təxribatların qarşısını almaq üçün etməliyik.

Aygün Aslanlı - Kinoşünas

Aygün — İfritələrin gündəliyi ;)

Saxta vətənpərvərlikdən, yalançı ideologiya təbliğindən əl çəkib insanlardan danışan, fərdlərin yaşadıqlarını, əziyyətlərini göstərən filmlər çəkilməlidi. Saxta hisslər, üstəgəl bizdəki kimi məmur sistemi ilə uğur qazanmaq mümkün deyil.

İlqar Nəcəf - Rejissor

İlqar Nəcəf — Vikipediya

Qeyd etmək lazımdır ki, bu ilki Kann film festivalında rejissor Teymur Hacıyevin filmi də iştirak edəcək. Ermənilərin Qarabağdan bəhs edən film çəkməkləri mənim üçün təəssüf doğuracaq hadisə oldu. Məsələ burasındadır ki, nə qədər ki, Azərbaycan kinosu bu işlə məşğul olan insanların şəxsi zövqlərinə və dırnaqarası duyğularına hesablanacaq, kino sahəsində beynəlxalq səviyyədə mütəmadi uğur qazanmaq da mümkün olmayacaq. Təbii ki, bu işi uğurla öz çiyinlərində aparan fərdlər bu məsələdə istisnadır və onları alqışlayıram.

Əli İsa Cabbarov – kinoprodüser, Azərbaycan Kinomatoqraflar İttifaqınn katibi

Əli İsa Cabbarov: “Müxalifət ziyalılarla dialoq qura bilmir” – Azlogos

İki il əvvəl Ermənistan “Eurimages”a üzv olandan sonra belə bir filmin çəkiləcəyi barədə mətbuatda xəbərdarlıq etmişdim. Prezidentin “Kinonun 2008-2018-ci illər inkişafı Dövlət Proqramı” həyata keçirilsəydi, bizim də kinomuz Qarabağ müstəvisində təkcə “Nabat” filmi ilə yox, başqa filmlərlə də təmsil olunardı. Təcili yerinə yetirilməmiş Dövlət Proqramını yerinə yetirmək, o cümlədən də “Eurimages”a üzv olmaq lazımdır. Eləcə də özəl studiyalara diqqət ayırmaq, ssenari seçimində şəffaflıq və bərabərhüquqlu rəqabətliliyi gözləmək lazımdır.

Elxan Cəfərov - Rejissor

Elxan Cəfərov: “Rus rejissor dedi ki, bizi fakt qarşısında ...

Kann Festivalı Azərbaycan kinosunun inkişafında ilk mərhələ, əsas, öndə olan məqsəd deyil. İlk növbədə Azərbaycan kinosu öz daxili bazarını təmin etməlidi, öz daxili mədəniyyəti ilə kino mədəniyyətini inkişaf etdirməlidi. Özümüzün daxilində öz tamaşaçımızla Azərbaycan kinosunun bilavasitə təması yaranandan sonra biz hansısa filmi xaricə çıxara bilərik. Azərbaycan kinosunun bu günkü vəziyyəti sovet dövründəki inkişafı ilə müqayisədə çox aşağı səviyyədədir.

Azərbaycan kino studiyasının hal-hazırda maddi texniki bazası yoxdur. Azərbaycan kinosunun peşəkar gəncləri təhsillərini artırmaq üçün heç bir ölkəyə göndərilmir. Yəni kino bu gün elə bir səviyyədə deyil ki, biz hələ hara, nə isə də göndərək. Niyə baracmadıq sualı üçün fundamentimiz yoxdur. Azərbaycan kinosunun öz tamaşaçısı ilə əlaqəsini bütövləşdirməli, müntəzəm etməliyik. Öz tamaşaçımıza xeyir verə biləcək qədər inkişaf etməliyik. Kinomuzu həm ideoloji, həm də mənəvi tərəfdən təbliği ilə məşğul olmalıyıq. Bu gün biz Azərbaycan kinosu deyəndə Azərbaycanfilmin çəkdiyi bir-iki film və əsasən kommersiya filmləri düşünülür. 150-200 minlik komediya filmləri ilə, Azərbaycan kinosunun hazırkı vəziyyəti ilə biz hansı Kann festivalından danışa bilərik? Bütün bu məsələlər kompleks şəklində həll olunmalıdır. Biz oturub gözləyək, Azərbaycanda bir dahi rejissor əmələ gələcək, operator olacaq, qrup yığılacaq. Bu mümkün olan şey deyil. Kino individual sənət növü yox, qrup, kollektiv şəklində olan istehsal növüdür. Ona görə də bu günləri heç bir film gedib Kannda nə isə edə bilməz.

Buna görə də Azərbaycan kinosunu texniki bazası haqqında düşünmək, gənclərin təhsil alması barədə fikirləşmək lazımdır. Prezidentə təqdim olunan kino konsepsiyasında mən sadaladığım məsələlər də kifayət qədər öz yerini alıb. Bu gün həmin konsepsiya artq hazırlanmalı idi. Azərbaycan kinosu niyə Kann festivalına getmədi sualı çox bəsit və sadəlöhv sualdır.
Ermənilər çox tədbirli və bic millətdir. Bizim onlardan fərqimiz bundadır ki, onlar öz aralarında birlik halndadırlar. Birlik olmaq məsələsində biz bir qədər ermənilərə uduzuruq. Onlar öz absurdlarını, “böyük Ermənistan” fikri ilə, ümumilli xəsəlitkləri ilə belə yumruq şəklində birləşə bilirlər. Mədəniyyətdə bir olmaq lazımdır. Mədəniyyəti əyləncə kimi qəbul etmək omaz. Kinomuz əvvəlcə evin içində bəyənilmədi ki, sonra evdən kənara çıxara bilək.

Gümrah Ömər - Rejissor

İnsanları məcburi şəkildə teatra aparmaq savabdır"

İnşallah biz də, çəkərik. Hara tələsirik? Mədəniyyət siyasəti qaydasına düşəndə olacaq. Hələ bizim heç nazirimiz də yoxdur. Sonra işi peşəkarlara tapşıranda, hamısı yavaş-yavaş nəticə verəcək.

Fehruz Şamıyev - Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru

Fehruz Şamıyev: “Gənc nəsil tamaşaçıları yenidən kinoteatrlara ...

Ermənistan Fransa Belçika istehsalı olan filmin Kann festivalının debüt filmlər proqramına düşməsini normal saymaq olar. Birincisi, bu film müştərək layihədir və filmin beynəlxalq festivallara çıxmasında hər üç ölkədən olan istehsalçılar birbaşa iştirak edir.

İkinci bir tərəfdən Azərbaycan film istehsalçılarının müştərək layihələrə, o cümlədən Evroimaj və Avropanın başqa fondları ilə iş birliyinə getməməmsi bizim dünyanın aparıcı festivallarına çıxmamıza mane olur. Mən Evroimajla bağlı bir neçə məqamı vurğulamaq istəyirəm. Evroimajın üstünlüyü təkcə vəsait ayırmasında deyil, məsələn Nora Martirasiyanın filminə bu fond, bildiyim qədərilə, 100 min avro vəsait ayırıb. Halbuki, Azərbaycanda bir neçə il əvvəl bir tammetrajlı bədii filmin büdcəsi 200 min avrodan çox idi, yəni 400 min manatdan artıq. Filmin beynəlxalq uğuru ya tanınmış rejissor və ya prodüserdən, ya da müştərək istehsaldan çox asılıdır. Azərbaycan film istehsalçıları ilk növbədə Avropanın digər ölkələri ilə müştərək layihələrə can atmalıdır. Təkcə Evroimajla bu məsələ bitmir. İtaliya, İngiltərə, Macarıstan və başqa dövlətlərlə Azərbaycan hökumətinin qarşılıqlı layihələrin həyata keçirilməsi ilə bağlı razılaşmalar var. Bu razılaşmalardan da istifadə edib müştərək fimlərin istehsalına başlamaq olar.
Məsələn, İtaliya və Azərbyacan hökumətlərinin razılaşmasından sonra hər il İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının keçirilməsi nəzərdə tutulub. İlk Festival Bakıda keçirildi. İkinci festival İtaliyada keçirilməli idi, amma pandemiya səbəbəbindən bu məsələ qaldı. Düşünürəm ki, dövlət səviyyəsində müştərək layihələrin istehsalına diqqət artırılmalıdır. Bu da bizim filmlərin Avropa festivallarına çıxmasını sürətləndirəcək.

Amil Amal - Rejissor

news-inner

Film haqqında rus mətbuatından öyrəndiklərimə əsasən, filmin əsas qəhrəmanı olan auditor Xankəndindəki aeroporta lahiyə cızmaq və həmin hava limanının qiymətini hesablamaq üçün ora gəlir. Gəldikdən sonra orda yaşayan erməni bir uşaqla rastlaşır və hadisələr bu kontekstdə cərəyan edir. Kiçik bir şərh olsa da, görünür ki, ideoloji və sırf Ermənistanın maraqlarına xidmət edən bir filmdir. Bu yerdə bir sual çıxır: bizim də dövlət hesabına çəkilən bütün filmlərimizin, demək olar, çoxu ideoloji filmlərdir. Təbii belə də olmalıdır. Hər bir dövlət üçün bu şərtdir. Bəs necə olur ki, milyonlar ayrılan filmlərimiz həmin festivallara gedib çıxa bilmir?
Birincisi, gəlin baxaq həmin filmi istehsal edən ölkələrə: Belçika, Fransa və Ermənistan. Bu müştərək ölkələri Ermənistana qazandıran "Euroimages" kimi böyük bir təşkilatdır. O təşkilat ki, Avropa şurasının Avropa kino dəstək fondudur. 1989-cu ildə yaradılıb. 47 üzv ölkənin içərisində Ermənistan olduğu halda Azərbaycan hələ də həmin təşkilata üzv olmayıb. Halbuki cənab prezidetin kinonun inkişafı ilə bağlı sərəncamında həmin təşkilata üzvlüklə bağlı bənd nəzərdə tutulmuşdu. Ancaq təəssüf ki, kinodakı bəzi məmurların şəxsi maraqlarına görə Azərbaycan həmin təşkilata üzv olmadı. Həmin məmurlar bunu həmin təşkilatın Azərbaycanın maraqları ilə üst-üstə düşmədiklərini dolayısı ilə bəhanə etsələr də, Kanna düşən erməni filmi bizim kino məmurlarının əsl niyyətlərini ortaya çıxardı. Göstərdi ki, ideoloji bir film belə nüfuzlu bir festivala ayaq aça bilər. Həmin bizim kino məmurları üçün, ümumiyyətlə, ideologiya həmişə öz vəzifələrindəki saxtakarlıqları, rüşvətxorluğu ört-basdır etmək üçün bir sistem olub. Eynilə Qarabağ məsələsi də onlar üçün ancaq pul qazanmaq vasitəsi olub. O vasitə ki, həmin festivallara gedib çıxa bilməyən filmlərimizin bədii keyfiyyətinə dolayısı ilə təsir edib.
Bundan əlavə, kino bu gün həm də diaspora işidir. Artıq kino diasporaları belə fəaliyyət göstərir. O diasporalar ki, öz filmlərini, öz milli ideologiyalarını yayırlar, təbliğ edirlər. Təəssüf ki, bu sahədə də biz Ermənistandan geri qalırıq. Necə ki, Qırğızıstanda festivalda olanda bunun şəxsən şahidi olmuşam. Erməni qadın iştitakçı "Qarabağ" filminə görə festivalın idarə heyətinə və münsiflərə öz etirazını bildirdi. Heç bir nəticə olmadığı təqdirdə sabahısı günü bütün erməni diasporasını ora tökmüşdü. Ancaq mən tək idim. Bir sözlə, kino bir nəfərin işi deyil. Kino işi - bütün komandanın bir yerə vurduğu işdir. Sadəcə həmin zərbə yerini bir adam tapır. Bu yolda həmin o yaradıcı adama qarşı çıxan qəmbərquluların - ssenari senzurasının, produserlərin məmurların - havayı qazanc kimi baxdığı kino başqa bir dönəmə baş vurmalı və tamam başqa bir sistemlə bizi bu uçurumdan xilas etməlidir.

Oxşar xəbərlər
22:32, Bu gün
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
22:27, Bu gün
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
21:57, Bu gün
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
21:56, Bu gün
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
21:47, Bu gün
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
21:34, Bu gün
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
21:21, Bu gün
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
21:13, Bu gün
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
20:54, Bu gün
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
20:50, Bu gün
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
20:48, Bu gün
Göyçayda qəza: Xəsarət alanlar var
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
GÜNLÜK
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb