Bağırovun xidməti niyə İmam Mustafayevin adı ilə bağlanmalıdır?
Oxunub: 2075
28 May 2020 | 14:30
Bağırovun xidməti niyə İmam Mustafayevin adı ilə bağlanmalıdır?
Bu araşdırma M.C. Bağırovun həyat və fəaliyyətini tədqiq edən Adıgözəl Məmmədovun “M.C. Bağırov. Siyasi portret” kitabında tirajlanıb.

Sovet Azərbaycanında Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması İmam Mustafayevin adı ilə bağlayırlar. Bu günə qədər bizə təbliğ olunurdu ki, guya Azərbaycan dilinin dövlət dili statusunun qazanılmasının müəllifi məhz İmam Mustafayevdir.

Həqiqət isə necədir?

Halbuki, 1937-ci il 14 mart tarixində qüvvəyə minmiş və Mir Cəfər Bağırovun rəhbərliyi altında hazırlanmış Azərbaycan SSR konstitutsiyasında Azərbaycan dilinin dövlət dili olması 151-ci maddədə göstərilir. Bu konstitutsiyada Azərbaycan dilinin respublika ərazisində bütün dövlət müəssisələrində və yazışmalarında tətbiq olunmasi təsbit olunur.

İndi sual olunur: “Niyə görə M.C.Bağırovun xidmətini İmam Mustafayevin ayağına yazırlar?”.

1958-ci ildən başlayaraq Anastas Mikoyanda İmam Mustafayevə qarşı artıq müəyyən neqativ fikir yaranmışdı. Kreml İmam Mustafayevin rəhbərliyinin ilk dönəmində M.C.Bağırova qarşı onun apardığı "Səlib " yürüşünə yüksək qiymət verirdi. Xüsusən də onun M.C.Bağırova qarşı üzəduranlar dəstəsinin təşkilində ki, fəaliyyəti Xruşşov-Mikoyan cütlüyü tərəfindən çox bəyənilmişdi. Bunu biz bariz şəkildə 1954-cü il fevral ayının 12-də Bakıda keçirilən Kommunist partiyasının qurultayının protokollarında daha aydın görürük(//olke.az/news/detail/adigozel-memmedov-mcbagirovun-xalqimizin-taleyinde-rolu-evezsizdir-ve-bunu-unutmaq-nankorluqdur-109796/). Bəs nəyə görə 1958-ci ildə Xruşşov-Mikoyan cütlüyünun İmam Mustafayevə münasibəti kəskin dəyişmişdi?

Burada mərhum yazıçımız Mirzə İbrahimov faktoru var idı . Azərbaycan SSR Ali Sovetinin sədri kimi məhz o, 1937-ci il Azərbaycan SSR konstitutsiyasının 151-ci maddəsinə əsaslanaraq dövlət yazışmalarında və tədbirlərində Azərbaycan dilinin tətbiqinin vacibliyini göstərmişdi. Bax, M.C.Bağırovu güllələsələr də Xruşşov-Mikoyan cütlüyünü hiddətləndirəndə o idi ki, niyə ondan qalma pozitiv milli baxışlarının daşıyıcıları hələ də Azərbaycan siyasi rəhbərliyində təmsil olunmuşdular. Bunu İmam Mustafayevə bağışlaya bilmirdilər.Nikita Xruşşov İmam Mustafayevə tənə edərək bildirirdi ki, “biz sizi ona görə Azərbaycana rəhbəri qoyduq ki, M.C.Bağırovun fikir və baxışlarına bağlı olan hər kəsi Azərbaycan siyasi rəhbərliyindən uzaqlaşdırın və təmizləyin.

Bu, o dövr ki, Kremlin siyasi emisarları üçün həyəcan siqnalı idi.

Ona görə də İmam Mustafayev vəzifədən azad olunur və M.İbrahimov Azərbaycan SSR-i Ali Sovetinin sədri vəzifəsindən uzaqlaşdırılır, Sadıq Rəhimov isə Azərbaycan SSR-i Nazirlər Sovetinin sədri vəzifəsindən çıxarılır. Həqiqətən də M.İbrahimov olduqca milli adam idi. Biz bunu sovet erməni ədəbi elitasına qarşı M.C.Bağırovla M.İbrahimovun birgə mübarizələrində görürük.

Aşağıdakı sənəd dediklərimizin təsdiqi üçün böyük tarixi əhəmiyyət daşıyır.

Şaginyanın “Sovet Zaqafqaziyası” kitabı ilə bağlı yazışma

1946-cı ildə Ermənistan Dövlət Nəşriyyatı Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabını nəşr edib. Ermənis­tanda və Mos­k­va­da ermənilər və ermənipərəstlər tərəfindən rəğbətlə qarşılanan bu kitabın Azərbaycanda da oxucuları az olmamışdır. Bəziləri “əsərdə tarixi hadisələr və faktlar kobud şəkildə təhrif olunur” desələr də, etiraz səslərini qaldırmayıblar. Yalnız Mircəfər Bağırov susa bilməyib və Ma­riet­ta Şaginyanın daşnak baxışlarını alt-üst edib.

M.C.Bağırovun Kremlə, ÜİK(b)P MK-nın katibi A.A.Jdanova göndərdiyi rəs­mi məktubunu bütünlüklə oxucuların diqqətinə veririk.

ÜK(b)P MK-nın katibi yoldaş A.A.Jdanova

1946-cı ildə Yerevanda Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabı nəşr edilib. Məlumat verməyi zəruri sayırıq ki, bu kitabda çoxlu sayda kobud siyasi səhvlərə yol verilib, tarixi həqiqətlər təhrif edilib. Mahiyyət etibarı ilə kitab Sovet Zaqafqaziyası xalqlarına şər-böhtanla doludur.

Bunun təsdiqi kimi bir neçə xarakterik seçməni diqqətinizə çatdırırıq:

1927-ci ildə qələmə aldığı “Sevan gölü” oçerkində müəllif Sovet Zaqafqaziyası xalqlarını tarixi baxımdan yorulmuş, qocalıb əldən düşmüş, məhvə məhkum olunmuş kimi təsvir edir:

“Zaqafqaziyalılar – qədim, yorğun, ömrünü başa vurmuş, min illərdən sonra sümükləri nazilmiş və ətrafları zəifləmiş bir xalqdır. Bu həqiqət qədim, narahat keçmişindən yorulmuş xalq olan ermənilər üçün də keçərlidir. Günəşin istisindən və tarixi qocalıq ucbatından buradakı tənbəllik malyariya xəstəliyi kimi yoluxucu və güclüdür. Heç kim könüllü şəkildə bədən tərbiyəsi ilə məşğul olmur. Amma mütləq balaca ordu, təlimlər, manevrlər, düşərgə həyatı, marş-paradlar, yaxınlıqda isə təbilin sədaları altında pioner yürüşü – bütün bunlar ermənilərdən ötrü bir növ xəstə bellərinə bağladıqları qalın kəmər rolunu oynayır”. (s.128)

İnqilabdan neçə illər keçsə də, Şaginyan Zaqafqaziyanın hər tərəfində yalnız xarabalıqlar, geridə qalmış, vəhşi həyat görür. Misal üçün, Şaginyanın fikrincə, “1926-cı ildə Dağlıq Qarabağ yiyəsiz, dağıdılmış kasıb bir ölkəni xatırladır. Burada qazanc çox aşağıdır, kənd təsərrüfatı heç bir gəlir gətirmir, acından ölməkdən qorxan kəndlilər isə şəhərlərə qaçırlar”.

Dağlıq Qarabağın keçmişini, erməni təhkimliləri – məliklər dövrünü isə M.Şaginyan xüsusi şövqlə və məhəbbətlə təsvir edir. Erməni məliklərini-mülkədarlarını bu torpağın ağıllı, alicənab sahibləri kimi tərifləyib göylərə qaldıran və ideallaşdıran Şaginyan yazır:

“…Bu məliklər xəyalpərəst və qürurlu gürcü knyazlarına bənzəmirlər. Doğma Qarabağına qayıdan yüksək çinli yaşlı erməni əynindəki Nikolay şinelini çıxarıb, xırmana baş çəkir, taxıldöyəni işlədir, gecələr də hamı kimi Qarabağın köhnə “qara damında” yatır (pəncərəsiz, yalnız baca yeri olan qara koma). (s.226) Yəni, generalın təmiz yatağında...”

Dağlıq Qarabağı “erməni ölkəsi” (s.224), “Ermənistanın zadəgan parçası” (s. 225) elan edən Şaginyan hansı səbəbdənsə erməni-azərbaycanlı davasını yada salmağı lazım bilir. Müəllif o davanı dağıntıların qalıqları, guya Şuşanın erməni məhəlləsində “hansısa xəndəkdə” (s.254) öz gözlərilə gördüyü “qara qana bulaşmış qadın saçları” (s.254) ilə bəzəyir.

Qarabağda azərbaycanlılarla ermənilərin münasibətlərini təsvir eləyən Şaginyan onları qarşı-qarşıya qoyur, tarixi həqiqətləri təhrif edir, “ermənilərin ölkənin kasıb iqtisadiyyatını qanları bahasına dirçəltdiyini”, azərbaycanlıları da “sürətli mədəni inkişafa” (s.252) cəlb etdiklərini sübuta yetirməyə çalışır.

Azərbaycanlıların ünvanına belə təhqiramiz ifadələrlə kifayətlənməyən müəllif daha sonra onların Dağlıq Qarabağın iqtisadiyyatında mənfi rol oynadıqlarını iddia edir. Şaginyan Dağlıq Qarabağda maldarlığın zəifləməsinin səbəbini “köçəri-müsəlmanların” iranlılarla tamahkar ticarət sövdələşmələrinə getməyində görür. Guya onlar İrandan “xəstəliyə yoluxmuş heyvanları” gətirərək, bununla da Dağlıq Qarabağda sağalmaz taun xəstəliyini yayıblar.

Azərbaycan xalqına gerilik və kobudluq xüsusiyyətlərini “yapışdıran” Şaginyan onun mədəni tarixinə aid faktları da təhrif edir. Şaginyanın iddiasına görə, XVI əsrin dahi Azərbaycan şairi Füzuli öz əsərlərini yalnız ərəb dilində yazmışdır (s.292). Hamıya məlumdur ki, Füzuli Azərbaycan ədəbi dilinin inkişafındakı xidmətləri ilə məşhurdur və özünün yalnız bir neçə elmi əsərini ərəb dilində qələmə almışdır.

Şaginyanın qənaətinə görə, Azərbaycan aşıqları və xanəndələri azərbaycanlı sənətkarların deyil, fars şairlərin qəzəllərini oxuyurdular (s.253). Azərbaycanlı aşıq və xanəndələrin yaradıcılığının Azərbaycan poeziyası ilə sıx bağlı olduğu, onların heç vaxt fars dilində mahnı və qəzəl ifa etmədikləri danılmaz həqiqətdir.

Müəllifin çadra ilə bağlı düşüncələri isə Azərbaycan qadını üçün olduqca ürəkbulandırıcı və təhqiramizdir.

“Çadra ehtiras yaradan atributdur. Onun formasız qara rəngi, örtüyə bürünmüş bədənin qırçınlar altında zəif tərpənişi – əsrlər boyu beyinlərə yeridilmiş son dərəcə mürəkkəb kompleksdir. Bədənin çadra altındakı hərəkətində heyvanın atavist davranışının müəyyən əlamətləri sezilir. Yəni, zəif cinsi təpikləmək və tapdalamaq tələbatı, heyvani sahiblik hissi – mənimkidir, deməli, gizli, qapalı, bürünmüş olmalıdır. Bu isə heyvana xasdır və Zaqafqaziya xalqları arasında geniş yayılmış homoseksualizmin psixoloji yöndən əsaslandırılmasıdır” (s.257).

Daha sonra:

“Əgər adam evin ən böyük sərvətidirsə, deməli, müsəlman daha çox uşağa sahib olmalıdır. Arvadların sayı məhz uşaq doğuşlarını artırmaqla bağlıdır. Eyni prinsipə çoban sürünün sayını artırmaq üçün əməl edir!” (s.257)

Bunlarla yanaşı, Şaginyanın Avropanın və Amerikanın qarşısında yaltaqlığını və qulluq göstərməyini xüsusi qeyd etmək lazımdır. Dağlıq Qarabağın təbii sərvətlərindən danışarkən, onları Amerikanın təbii sərvətlərilə müqayisə edən müəllif yazır:

“Pulsuz elektrik enerjisi, istifadəsız qalmış insan enerjisi, meşələrin çoxluğu və ölkənin bənzərsiz kurort göstəriciləri. Bütün bunlar bir-birinə uyuşub və yanaşı durublar. Bunları görən amerikalı qibtə hissi ilə belə deyərdi: “sadalananlardan bəziləri bizdə də var. Varlı Qərb ştatlarında, şiş qayalı dağlarda: ecazkar təbiət, hava, meşə, havayı enerji. Amma orda ən başlıcası yoxdur, o olmadan isə ölkəni canlandırmaq, onu gerilikdən və vəhşilikdən çıxarmaq çox çətindir”.

Ən başlıca nədir? Pul? Axı amerikalıların pulu kifayət qədərdir. Yox, о, başqa cavabı verərdi və həmin cavab bizim üçün gözlənilməz olardı: “artıq bir nəfər yoxdur ki, işin başına keçsin”. Məhz həmin “artıq” adamlar, işləməyi arzulayanlar Qarabağda kifayət qədərdir” (s. 228-229)

Özünün Dağlıq Qarabağa səyahəti zamanı hər şeyin yaxşı və xoşagələn olduğunu yazan müəllif beynində Avropada gördükləri hər şeylə assosiasiya yaradır. “Avropanın yumşaq yağışı. Belə yağışlar Avropanın orta zolağında, Bavariya İsveçrəsində, Tirolda, Avstriyada olduğu kimi, Dağlıq Qarabağda da tez-tez qəmli, ildırımsız yağır və tez də kəsilir”.(s.255). “Torpağın mədəniyyəti öz əksini nəfəsin təmizliyində tapır. Bu hal az qala saflaşdırılmış havası olan Avropada xüsusilə nəzərə çarpır” (s.227).

Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabından bunlara bənzər çoxlu misallar gətirmək mümkündür. Sadəcə “Erməninəşr”in əksəriyyəti 20-25 il bundan əvvəl yazılmış bu oçerkləri 1946-cı ildə təzədən çap eləməsinin səbəbi aydın deyil. Görünür, bu işi ifşa olunmuş xalq düşmənlərinin – azərbaycanlı, erməni və gürcü millətçilərinin güclü təsiri altında yerinə yetiriblər. Bu isə mahiyyət etibarı ilə anqlosaksların, eləcə də Vətənimizin digər düşmənlərinin sovet xalqlarının əleyhinə apardıqları murdar şər-böhtan və təxribatçı əməllərindən heç nə ilə fərqlənmir.

Bu kitabın satışdan yığışdırılmasını zəruri hesab edirik.

Əlavə: Marietta Şaginyanın “Sovet Zaqafqaziyası” kitabı.

Azərbaycan K(b)P) MK-nın katibi M.C.Bağırov

21 iyul 1947-ci il

№ 139

Bakı ş.

Azərbaycan K(b)P) MK-nın katibi yoldaş M.C.Bağırova

Bu gün poçt vasitəsilə Marietta Şaginyandan məktub almışam.

Həmin məktubu Sizə göndərərək, göstərişinizi gözləyirəm.

Mirzə İbrahimov

“ 5 “ iyun 1947-ci il.

SURƏTİ

Yoldaş İbrahimov! Ermənistanda mən öz kitabımı bir daha diqqətlə oxudum və gördüm ki, Siz tamamilə haqlısınız. Kitabda təkcə Azərbaycan üçün deyil, həm də Ermənistan üçün xoşagəlməz, təhqiramiz, əsəbi yerlər vardır. Bu məsələ ilə bağlı Ermənistan K(b)P MK-nın birinci katibinin yanında olmuşam. Onunla nə edəcəyimizi müzakirə elədik. Mən kitabın satışdan yığışdırılmasını xahiş elədim, amma bu, yeni kitabım üçün çox ağır nəticələrə gətirib çıxara bilər. Çünki bu halda Moskva onun çapını dayandırardı. Biz kitabı sökmək və 5 yerini təzədən çap etmək qərarına gəldik. Dağlıq Qarabağla bağlı birinci səhifəni originalda olduğu kimi saxlamaq, “Qara kisə” məqaləsindən iki səhifəni bərpa eləmək. Bundan başqa, mən Ermənistan qəzetinə məqalə yazaraq, onun sonunda kitabıma toxunmuş, orada bir neçə qəbulolunmaz və yanlış yerləri aradan qaldırmadığıma görə böyük səhvə yol verdiyimi etiraf eləmişəm. Əgər yoldaş Bağırov arzu edərsə, oxşar məqaləni “Бакинский рабочий” qəzeti üçün də yazaram. Əvvəlcə belə bir səhvin baş verdiyini izah edərəm, sonra isə kitaba gözə üzr istəyərəm.

Ermənistanın Ədəbiyat və naşriyyat üzrə baş idarəsi yanlış yerləri düzəldilənə qədər kitabın satışını dayandırmaq barədə əmr verib. Biz yalnız xoşagəlməz hissələri düzəltdik, amma Şuşa ilə bağlı yerləri saxlamalı olduq. Çünki o zaman bütün kitabın sökülüb təzədən yığılması lazım gələrdi. Amma girişdə qeyd etmişəm ki, kitabda Azərbaycan və Gürcüstan təsadüfən və yersiz təqdim olunub.

Kitabı yenidən oxuyarkən özüm də dəhşətə gəldim. Bəlkə də onun çap olunmaması üçün həyatımın qalan hissəsini qurban verərdim. Bu məsələdə redaktor da olmazın əziyyətlər çəkib. Sizin Aqbalyana xəbərdarlıq etdiyinizi demişdim, amma təəssüflər olsun ki, heç bir tədbir görmədilər.

Salam göndərirəm: М. Şaginyan.

26.V-1947.

Bu dəfə M.Bağırov M.Şaginyan haqqında L. Beri­yaya ya­zır.

Fond № 1, siyahı № 168, iş № 2, səh. 40

“SSRİ Nazirlər Sovetinə, L.P.Beriya yoldaşa”

M.Şaginyanın 1946-cı ildə Ermənistan Dövlət Nəşiriyyatı tərə­fin­dən buraxılmış “Sovet Zaqafqaziyası” kitabının bir nüsxəsini tanışlıq üçün sizə göndərirəm.

Bununla birlikdə həmçinin həmin məsələ ilə əlaqədar Jdanov yoldaşa göndərdiyim məktubumun surətini, eləcə də Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini M. İbrahimovun ünvanına M.Şaginyanın və mənim adıma qoşma məktubun surətlərini Sizə gön­dərirəm”.

Azərbaycan K(b)P MK-nın katibi M. Bağırov

1 noyabr 1947-ci il, N 217”.

Daşnaklara münasibətdə həmişə M.Bağırovun mövqeyini mü­dafiə edən Lavrenti Pavloviç Beriya öldürüldükdən sonra, M.Şa­gin­yan barəsində məktublar M.Bağırova qarşı çevrildi. 1956-cı ilin yazında SSRİ-nin Baş prokuroru Bakıda M.C.Bağı­rovun məh­kə­mə iclasında M.Şaginyanın müdafiəçisi rolunda idi.

Rudenko: - Müttəhim Bağırov, 1947-ci il Nizami təntənələrində Şa­ginyan Mariettanı qəbul etməyib, hələ üstəlik, onu təhqir et­miş­di­niz. Nə üçün?

Bağırov: - O, mənimlə görüşmək istəyirdi, lakin əsərlərində Qara­bağa, Naxçıvan torpağına göz dikdiyi üçün, onun qəbulla bağlı xahişini rədd etdim.
Oxşar xəbərlər
20:39, Bu gün
HƏMAS-ın daha bir komandiri öldürüldü
20:24, Bu gün
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
GÜNLÜK
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub