Bu günə kimi "Təmiz hava" aylığı çərçivəsində Bakı Şəhər
Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbi Sərvətlər Nazirliyi birgə 12
avtomobil təsərrüfatı müəssisəsində reyd keçirib.Moderator.az-ın məlumatına görə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis
polkovnik-leytenantı Vaqif Əsədov deyib ki, həmin reydlər zamanı 72 sürücüyə
protokol tətbiq olunub. V. Əsədov bildirib ki, həmin sürücülərə idarə etdikləri
avtomobilləri saz vəziyyətə gətirənədək istismar etmələrinə qadağa qoyulub: "Reydlər
zamanı avtomobil təsərrüfatında olan nəqliyyat vasitələri müasir texniki
vasitələrlə görə yoxlanılıb və onların mühərriklərinin ixrac etdiyi dəm qazının
tərkibi öyrənilib. Mühərrikində normadan artıq dəm qazı olan avtomobilin 72
sürücüyə inzibati qaydada protokol yazılaraq, avtomobilin istismarı qadağan
olunub."
V. Əsədov reydlərin bu ayın sonunadək davam edəcəyini, avtomobil təsərrüfatı
müəssisələrində yoxlamaların aparılacağını söyləyib. Onun sözlərinə görə,
yoxlamalar avtomobillərinin sayı 50-dən yuxarı olan müəssisələrdə keçirilir.
Qeyd edək ki, avqustun 1-dən 31-dək nəqliyyat vasitələrindən atılan zərərli
qazlarla atmosferin çirklənməsinin qarşısının alınması və buna nəzarətin
gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol
Polisi İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkədə
"Təmiz hava" aylığı keçirir.