Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun nəqliyyat biznesinə olan marağı hər kəsə məlumdur. Bu günlərdə Moderator.az saytını məlumatlandıran özəl mənbə icra başçısının yaxın günlərdə bu sektordakı payını artırmaq üçün ciddi layihələr həyata keçirəcəyini vurğulayıb:
“Sumqayıtdakı bəzi marşrutların E.Əzizova yaxın
şəxslər tərəfindən idarə edildiyi və bu marşrutların sözün həqiqi mənasında
toxunulmazlıq qazandığı heç kimə sirr deyil. Lakin ictimai nəqliyyatdakı payını
artırmağa çalışan icra başçısı yaxın gələcəkdə bu istiqamətdə daha əhəmiyyətli
addımlar atmağı planlaşdırır. Bu baxımdan E.Əzizov Sumqayıt və Sumqayıt ətrafı əraziləri
əhatə edən yeni marşrut xətləri açmaq niyyətindədir. Artıq icra başçısının bu
istiqamətdə Nəqliyyat Nazirliyi ilə danışıqlar apardığı ehtimal olunur. İcra
başçısı hesab edir ki, açılacaq yeni xətlərə “xüsusi qayğı” göstərməklə qismən
də olsa eyni xətt üzrə fəaliyyət göstərən marşrutların mövqeyini zəiflədəcək və
tədricən onu Sumqayıtdakı nəqliyyat sektorunda əsas söz sahibinə çevirəcəkdir”.