"Qoqol Romada ən böyük əsəri olan “Ölü canlar”ı yazanda Puşkinin ölüm xəbərini alır..."
Oxunub: 2778
04 Mar 2020 | 22:54

O, Rusiyanın ən məşhur yazıçılarından biridir. Eyni zamnda şair, dramaturq, tənqidçi və publisistdir. Rusiya ilə yanaşı həm də Ukrayna ədəbiyyatının klassiki hesab edilir. Adı rus dahiləri arasında Aleksandr Puşkindən sonra gəlir.

Həyatı

Ukrayna əsilli rus yazıçı NikolaFy Vasilyeviç Qoqol Yanovski 1809-cu il 20 martda (bəzi mənbələrdə 31 mart və ya 1 aprel) Malorusiyanın Poltava quberniyasında, Soroçi qәsәbәsindә dünyaya göz açıb. Qoqol orta səviyyəli torpaq sahibi olan ailənin övladı idi. Uşaqlığı kənd həyatına bağlı keçib. Kazak mədəniyyətinin təsiriylə böyüyən Qoqolun əsərlərində də bu, öz əksini tapıb.

Qoqolun atası Vasili Afanasyeviç Qoqol Yanovski eyş-işrəti sevən, vaxtının çoxunu kefdə keçirən xırda mülkədar idi. Nikolayın 15 yaşı olanda atası vəfat edib. Anası Mariya İvanovna sadəlövh, vaxtının çoxunu ibadətlə keçirən, səbəbsiz yerə kədərlənən, darıxan qadın idi. Anasının bu xarakteri Qoqola da öz təsirini göstərib. Əhvalı yüksək olarkən qəfildən kefsiz olub təkliyə çəkilə bilirdi. Uşaq yaşlarından Qoqol malorusların çalıb-oynamalarını, nәğmәlәrini, adət-ənənələrini müşahidə edərək sonradan əsərlərində qeyd edib.

Qoqol ilk təhsilini evdə alıb, müəllimi isə mədrəsə tələbəsi olub. Sonra Niyejin liseyində təhsil alan Qoqol liseyi 1828-ci ildə bitirib.

Lliseydə yaxşı oxumasa da ədəbiyyata böyük həvəsi vardı. Liseydə oxuduğu illərdə Rusiyada dərc olunan bütün kitabları oxuyur, məktəb qəzetlərinə hekayələr və şeirlər yazırdı. O illərdə Qoqolun aktyorluq qabiliyyətinin olduğu da üzə çıxmışdı və məktəb tədbirlərində komik rolları ilə böyük uğur qazanmışdı.

Karyerası

Gənclik illərində şeirə, ədəbiyyata marağı daha da artan Qoqol 1828-ci ildə tövsiyə məktubları alaraq Sankt-Peterburqa gedib. Bura ilə bağlı böyük, parlaq ümidləri olan Qoqol məmur olmaq istəyirdi. Ancaq bu böyük şəhərin acı gerçəyi ilə qarşılaşdıqca bütün xəyallarının yox olduğunu başa düşürdü.

Tövsiyə məktubları bir işə yaramamışdı, iş tapa bilmirdi. Bu zaman Qoqol başqa bir üsulu sınamağa cəhd edərək məktəbdə yazdığı uzun bir şeirini kitab şəklində dərc etdirib. Ancaq tənqidçilərin sərt sözlərindən sonra kitablarının hamısını yığaraq yox edib. Orda olduğu müddətdə də aktyorluğunu sınamaq istədi. Amma teatr tamaşalarında canlı oynamaq istədiyi üçün pafoslu səhnə dili və performans axtaran teatr müdirləri tərəfindən bəyənilmədi.

1830-cu ilin yazında bir nazirlikdə kiçik məmur işi tapa bildi. O zamanlar anasına yazdığı məktubda deyirdi: “Şöbə müdirlərinin axmaq yazılarını təmizləməklə məşğul oluram. Halbuki, bu axmaq işə nifrət edirəm”.

Qoqolun sevmədiyi bu iş bir il davam edib, 1831-ci ildə bir zadəgan məktəbində tarix müəllimliyinə başlayıb.

Bütün bu şanssızlıq və uğursuzluqlar içində Qoqol ədəbiyyata olan marağından əl çəkmirdi. Doğulduğu torpaqlarda baş verən hadisələri də izləyir, anasına yazdığı məktublarda həmişə Ukraynadakı hadisələri, cütçülərin vəziyyətini soruşurdu. Sevimli Ukraynası ağlından heç çıxmırdı. Elə bu zamanlarda Ukraynanı canlandıran “Dikanka axşamları” adlı əsərini ərsəyə gətirəcək hekayələr yazmağa başlayıb. Bu hekayələr 1831-1832-ci illərdə iki cilddə nəşr olunub və çox böyük uğur qazanıb. Hekayələrin təbiiliyi, duyğuları hər kəsə təsir edirdi. Puşkin bir məktubunda bu hekayələrlə bağlı belə yazmışdı:

Gallery

“Dikanka axşamları”nı indi oxuyub bitirdim. Hekayələr məni təəccübləndirdi. Çox təbii və içdən bir sevinc var, bəzi hissələri isə çox duyğulu idi. Bu növ əsərlər bizim ədəbiyyatımızda o qədər yenidir ki, üzərimdəki təsiri hələ də keçməyib. Deyilənə görə, kitab çap olunan zaman nəşriyyatdakılar gülməkdən dayana bilmirmiş”.

Lakin Puşkin də, oxucularla tənqidçilər də o hekayələri örtən sevincin gizlətdiyi kədərin fərqinə vara bilmirdilər. Məsələn, kitabda bəlkə də ən şən hekayələrindən biri belə bitir: “Bu qəmli insan ürəyi! Onu heç nə düzəldə bilməz”.

Qoqol hekayələrində o zaman bütün Avropanı bürüyən romantizm cərəyanından xilas ola bilməyib, qeyri-adi hadisələrə, fövqəltəbii güclərə çox yer verib. Amma bunu o zamankı Ukrayna insanlarının dünyagörüşünə bağlayaraq və bəzi xalq məsəlləri ilə qarışdıraraq verib. Bu baxımdan, bu ilk hekayələrin romantizmiylə yanaşı güclü realist fikirlər də var.

Qoqolun əsərlərinə xas olan hüznlə qarışıq sevinc bu hekayələrdə də sona qədər müşahidə edilir. 1833-1835-ci illərdə Qoqol sonradan “Mirqorod əhvalatları” adı altında toplayacağı hekayələrini yazıb. Bu hekayələrdə yazıçı həqiqəti daha qabarıq göstərməyə başlayıb. Ukraynanın kiçik ferma sahiblərini “Keçmiş dövr bəyləri” və kiçik şəhər həyatını "İvan İvanoviç ilə İvan Nikiforoviçin necə döyüşdüklərinin hekayəsi” hekayəsində mövzu kimi seçib.

“Keçmiş dövr bəyləri”ndə keçmiş illərin rahat, sakit, tənbəl həyatını canlandırıb. "İvan İvanoviç ilə İvan Nikiforoviçin necə döyüşdüklərinin hekayəsi”ndə isə kiçik bir şəhərdə həyatın necə boş-boşuna keçdiyini izah edib. Bundan əlavə, “Taras Bulba”da da köhnə Ukraynanın parlaq günləri qeyd edilib.

1834-1835-ci illərdə tarixlə məşğul olmağa başlayan Qoqol Peterburq Universitetinin tarix professoru olmaq üçün çalışıb. Böyük Ukrayna tarixi yazmağa başlayan yazıçı orta əsrlər tarixi ilə bağlı bir sıra məqalələr hazırlayıb. Lakin bu iş üçün elmi qaynaqları zəif idi. Buna görə də 1835-ci ildə universitetdən uzaqlaşaraq özünü ancaq ədəbiyyata həsr edib. Artıq nə məmurluq, nə də professorluq deyil, yalnız ədəbiyyatla məşğul olmaq istəyirdi. Yazıçının sonrakı əsərlərində də romantika özünü büruzə verirdi. O hələ də əsərlərində fövqəltəbii qüvvələrə, metafizik hadisələrə yer verirdi. Amma bunlar daha çox hekayələrini çatdırmaq üçün bir vasitə idi. Əsərlərinin təməlində isə ən kiçik detala qədər enən realizm var idi. Artıq Qoqolun əsəri həyatın aynası idi. Təkcə Ukrayna həyatının deyil, Peterburqun da. Qoqolun hekayələrində, komediyalarında artıq yalnız ferma bəylərini deyil, şəhərli tacirləri, sənətkarları, məmurları da görmək mümkün idi.

Qoqol ən böyük əsərlərini bu vasitə ilə yaradırdı.

Peterburqda yaxından gördüyü pul, mövqe ehtirası, ictimai bərabərsizlik kimi problemlər “Peterburq hekayələri”ndə özünü göstərib. Kitabdakı ilk hekayə “Nevski bulvarı” 1834-cü ildə yazılıb. Topludakı ən gözəl hekayə sayılan “Kaput” 1839-1840-cı illərdə yazılıb. Bu hekayələrlə Qoqol rus ədəbiyyatında yeni bir cığır açıb. Cəmiyyətin aşağı təbəqələrində yaşayan insanlara qarşı dərin sevgi bu cığırın əsas xüsusiyyətidir.

Qoqol o illərdə yenə də teatr işləri ilə məşğul olub.

1842-ci ildə çap olunan “Evlənmə” adlı pyesinə 1833-cü ildə başlayıb.

1834-cü ildə “Müfəttiş”i yazmağa başlayıb və 1836-cı ildə bu əsər teatrda oynanmağa başlayıb. “Müfəttiş”in oyandırdığı reaksiyalar, pyes barədə yazılan sərt tənqidlər Qoqolun onsuz da zəif olan əsəblərini daha da pozub. Bundan sonra yazıçı Rusiyanı tərk edərək İtaliyaya gedib.

Bundan bir neçə ay əvvəl Puşkin Qoqola onun ən böyük əsəri və dünyanın ən məşhur romanlarından sayılan “Ölü canlar”ın mövzusunu vermişdi. “Ölü canlar”ın qəhrəmanı Çiçikov Rusiyanın bir çox şəhərini dolaşır və hiylə ilə zəngin olmağa başlayır. Qoqol bu mövzu ilə bağlı belə yazırdı: “Puşkin “Ölü canlar”ın mövzusunun mənə çox uyğun olduğunu düşündüyünü bildirib. Onun sözlərinə görə, bu, mənə Çiçikov ilə birlikdə bütün Rusiyanı gəzmək və bir çox insanı canlandırmaq fürsətini verəcək”.

Gallery

Qoqol Romada Puşkinin tövsiyəsi ilə ən böyük əsəri olan “Ölü canlar”ı yazanda Puşkinin ölüm xəbərini alıb. Bu xəbər onun üçün “Rusiyadan gələ biləcək ən pis xəbər” idi. O vaxta qədər Puşkini düşünmədən, diqqətə almadan heç bir şey yazmayan Qoqol üçün bu, həqiqətən də çox ağır xəbər idi.

1842-ci ildə Qoqol iki vacib əsəri sayılan “Ölü canlar”ın birinci cildini və “Şinel” povestini bitirərək nəşr etdirib. “Şinel”də sadə insanların yaşadıqları acılar, məruz qaldıqları haqsızlıqlar və yoxsulluq oxucuya dərindən təsir edəcək formada, professionallıqla qələmə alınıb.

Dostoyevski bu əsərlə bağlı deyirdi: “Hamımız Qoqolun “Şinel”indən çıxmışıq”.

Bu əsərlə diqqəti cəlb edən Qoqol həmin dövrün hökuməti tərəfindən rus insanını təhqir etməkdə, onun mənfi yönünü göstərməkdə, xalqına xəyanətdə günahlandırılıb. Yazıçının istədiyi xalqını təhqir etmək yox, onu bu vəziyyətə salan dövrü bütün gerçəkliyi ilə göz önünə çıxarmaq idi. Məruz qaldığı bu münasibət onun ruhi sağlamlığına da ciddi zərər vurub.

Yazıçının “Ölü canlar” romanı böyük uğur qazanıb. Ancaq o, öz əsərindən məmnun deyildi. Birinci cild Rusiyanın pis tərəfini göstərirdi. İkinci və üçüncü cild isə rus cəmiyyətinin müsbət tərəfini ortaya qoyacaq və bu cəmiyyətin daha yaxşı vəziyyətə keçə bilməsi üçün gediləcək yolları göstərəcəkdi. Buna görə də Qoqol əsərinə roman deyil, dastan adını verib.

Onun fikrincə “Odissey” necə köhnə yunan cəmiyyətinin həyatını hər istiqamətdən göstərirsə, “Ölü canlar” da eynilə Rusiyanın həm daxilini, həm də xaricini ortaya qoyacaqdı. Lakin Qoqol “Ölü canlar”ın ikinci cildindən heç cür razı qalmırdı. Buna görə, 1845-ci ildə bu cildin əlyazmasını oda ataraq yandırıb.

1850-ci ildə yazdığı ikinci cildi yenidən məhv edib. Bu gün əlimizdə olan ikinci cild Qoqolun evində ələ keçən bəzi qeydlərdən və parçalardan ibarətdir.

Son illəri və ölümü

Puşkinin ölümündən sonra Qoqolun məşhurluğu daha da artıb. Bu maraq Qoqolda liderlik hissi yaradıb və özündə cəmiyyəti dəyişdirmək, insanlara yol göstərmək istəyi formalaşdırmışdı. Bu dövrdə yazıçının köhnə yaradıcılığını itirdiyini demək olar.

Bu dövrdə Qoqolun dinə qarşı münasibəti daha da yüksəlib, əvvəllər tənqid etdiyi kilsəni artıq tərifləməyə başlayıb. Bu davranış pərəstişkarlarının reaksiyasını çəkib, ancaq o, bu reaksiyalara dini şərhlər verib, Tanrının könlünü almaq üçün ona daha da yaxınlaşmağa qərar verib.

1848-ci ildə müqəddəs torpaqları ziyarət etmək üçün Fələstinə gedib.

Moskvaya geri dönən Qoqol orada Matvey Konstantinovski adlı rahibin təsiri ilə 1852-ci ildə “Ölü canlar” romanının ikinci hissəsinin əlyazmalarını yandıraraq məhv edib.

Bu hərəkətindən 10 gün sonra, 21 fevralda (bəzi mənbələrdə 4 mart) 43 yaşında Moskvada vəfat edib. (kulis.az)

Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."