"İndi heç kimin gözünə canan-zad görünmür, ancaq maska görünür, o da qəhətə çıxıb..."
Oxunub: 1926
26 Feb 2020 | 12:48
Yunus Oğuz

Felyeton

Koronovirus gəzə-gəzə bizə doğru gəlir.

Bah, gör üstümüzə kim yox ha, nə gəlir?

Virus!

Xox! Qorxduq...

Qorxuruq, yoxsa qorxmuruq? Ehtiyatı əldən veririk, ya vermirik? A kişi, nə qorxmaq, nə ehtiyat? Biz heç Allahımızdan qorxmuruq,  yerdə olan kimdən (yox, deyəsən yerdə olan kimdən qorxuruq) qorxmuruq, onda qalmışdı ki, virusdan qorxaq. Sadəcə olaraq   tez küyə düşənik. Küyə düşəndə də əl-ayağımız dolaşır, özümüzü tez itiririk. Şükürlər olsun ki, bu axsaqlıq bizdən çox sürətlə ötüb keçir.

Biz virusdan niyə qorxaq ki? Bax, beş qəpiklik maskanın qiymətini (Allahdan qorxmurlar da) qaldırıb qoydular minbər başına. Apteklərə də girirsən, gözünü o saat  bu elan deşir: "Maska yoxdur". İndi heç kimin  gözünə canan-zad görünmür, ancaq maska görünür, o da qəhətə çıxıb. Apteklərdə maska yoxdur, şəhərə çıxırsan bir nəfər maskalı görəsən, ya görməyəsən... Bəs deyirdiz qorxuruq? Yox, aşna, biz qorxub - eləyən deyilik. Biz qorxmayıb eləyənlərdənik, nöşün ki, qorxan gözə çöp, buruna isə virus düşər.

Sadəcə olaraq, bizdə maskalara məhəbbət yaranıb. Buna da səbəb, bunun da günahı o milli televiziyalarımızdadı. O gün xalqın ürəyindən tikan çıxardan süjetdə qara maskalı oğlan məmuru nə təhər qapazdayıb, heç  peysərindən  də  yapışmadı "əngirboy" eyləyib göndərdisə  "qoduqluğa", ta ondan sonra ərə getməyən qızlar ağ atlı- zad yox,  qara maskalı xilaskarı gözləyirlər.  Az qalır ona "Zorro" desinlər. Burada siz "qoduqluq" deyəndə başqa bir şey düşünməyin, ha. Elə bilərsiz ki, qara maskalı aparıb onun cah-cəlallı eşşək fermasına ki, bəs heyvanları saysın. Yox canım, "qoduqluq" deyəndə, yəni içəri- "dörd barmaq"lıq arxasına atıb.

Gördüz, bir anın içində qara maskalıya necə məhəbbət yarandı? Yoxsa, siz də deyirsiz ki, xalq virusdan qorxur, beş-beş, on-on maska alır. İndi hamı oturub televizor qarşısında gözləri ilə ekrandan qara maskalı axtarır. Elə ki, ekranda qara maskalı göründü, istər ağ olsun, istər qara, hamı bir nəfər kimi ona dəstək olmaq üçün maskalarını geyinəcək və bir ağızdan deyəcək ki: "Qadan alım, xilasımız, nicatımız səndədir. Bəs bu neçə illərdir, hardaydın? Gəl qadan alım, gəl başına dönüm".

Görürsüz xalq öz qəhrəmanını necə sevirsə, maskalar qəhətə çıxır. Mən hələ "Torqovı"da ərəblərin üstünə qaçan "maska"ların necə qəhətə çıxdığından yazmıram. Onları da şanlı polisimizin qara maskalı oğlanı qəhətə çıxardıb. Əsl virus "Torqovı"dakı "maska"lar idi. Üz qaraldan, göz qapadan, könül bulandıran virus "maska"lar.

Bir dəfə felyetonumun birində yazmışdım ki, Azərbaycan xalqı çox istedadlı xalqdır. Çörək pulunu daşdan, palçıqdan, nə bilim aydan, ulduzdan çıxara bilər. Şəraitini yaradın, durun qıraqda baxın. Görün nə xarüqələr yaradır bizim istedadlı, kreativ, hər şeyə pul prizmasından yaradıcı baxan xalqımız.

Di baxın, maskaların qiymətinə. Maya dəyəri üç qəpiyə başa gələn tənzifin böyrünə də sapdan qulağa keçirilən ip 50 qəpiyə. Özü də bu möhtəkir, dəllal "musla"larımız əvvəlcə piar, təşviş yaradır, sosial şəbəkəni işə qoşub hay-küy salırlar, sonra isə qiymətləri kəllə-çarxa qaldırırlar. Bizdə də məsələ belədü də "bir kərə qalxan qiymət, bir daha enməz".

Sən hələ spirtin qiymətinə bax, e, necə qaldırdılar. Qardaş, spirt içən "bomj"ların, əyyaşların bazarını nöş öldürürsən? Aptekdə əlli qramı otuz-qırx qəpiyə olanda bunlar gəlirdilər aptekə (çünki 24 saat işləyirdi) bir şüşə alıb çəkirdilər  başlarına, heç su ilə də qarışdırmırdılar , di get. Bütün günü kefli gəzirdilər. İndi bunun qiymətini eləmisiniz iki manata. Ay qardaş, onun iki manatı olsa idi, gedib "çubuş" alıb vurardı bədənə. Niyə bunlara zülm edirsiniz, yazıq deyillər? Məzlumların ahından (onlardan üsyan edən olmaz,  işi-peşəsi araq axtarıb içməkdir) qorxmursunuz?

Yox, qorxmazlar, çünki bu möhtəkirlər, dəllallar elə bir virusa yoluxublar ki, koronovirus onun yanında qələt eyləyir. "Qaz vurub, qazan doldurmaq" virusu əbədidir. Koronovirus gələr gedər, amma bu virus elə mərəzdir ki, axırda da xalqını özünü möhtəkir, dəllal virusuna yoluxdurar. Bir gün gözünü açıb görərsən ki, cümlə əhali buna yoluxub.

Hələ mən saxtakarlıq virusunu demirəm. Bu sovetlərdən qalma saxtakarlıq virusu canımıza necə hopubsa, o de onu MSK-da Məzahir müəllim də çıxarda bilmir. Seçki gör neçə vaxtdır bitib, amma Məzahir müəllim bunu məntəqələrin canından qopartmaqda acizdir. Niyə? Çünki, bu virus canımıza-qanımıza hopub. Elə bil anadan olanda bu virusla doğuluruq. Saxtakar da doğuldun, ta heç zad. Gözünə döndüyüm həkim də uşaq dünyaya gələnə qədər onun dədəsinə, atasına (pul qopartmaq üçün, şirinlik və nəmər öz yerində) anasına yox, a, atasına o qədər yalan, saxta məlumat verir ki, ananın qarnındakı cocuq məcbur olub saxtakar virusuna yoluxur. Bəs, nə bilmişdiniz? Ana südü əvəzinə saxta-saxta genetik modifikasiya olunmuş yeməklər verəndə uşaq necə böyüyəcək? Saxtakar, yalançı viruslar canına yapışacaq, təbii ki. Yaşayır da. Anadan olandan ta ölənə qədər bu virus sənin Allahındır, dədən və anadır. Axırda da sonuncu rüşvətini qəbir yerinə verib gedirsən inkir-minkirin hüzuruna.

Hələ bir sağalmaz virus da var, ondan heç qurtula bilmirik. Bu virus  yapışıb peysərimizdən elə sıxır ki, bu sağalmayan mərəzdən başqa kor da olsa gözümüz bir şey görmür. Hə düz tapmısınız. Bu virusun adı rüşvət və korrupsiyadır. Sən canın, bundan qurtulanı heç gördünmü? Özü də bu, elə şirin virusdur ki, adama necə yapışırsa qopmur, heç sən də  şirin virusdan ayrılmaq istəmirsən, axı çox şirindir, özü də necə şirin, e...

Bu mərəzlə elə yol gedirsən ki, heç ananla, qardaşınla belə getmirsən. Get, ha get, bir də görürsən ki, bu şirin virus qaldırıb qoyub səni dağın başına. İstəyirsən aşağı düşəsən, qoymurlar, axı sən şirin virussan. O zirvədən ancaq itələyib dombalaq vəziyyətdə dərəbaşı aşağı düşə bilərsən. Dərənin də dibində yaltaqlıq virusları səni gözləyir. Hələ mən bir yazıda bizdə nə qədər virus var,  açıb göstərə bilmirəm, çünki hamısı cilid-cilid kitablara sığmaz.

Bax, tamah virusu var. Nəfs, həsəd, qarayaxma, mənəmlik, özündənrazı, baştutan, şamtutan, üzəduran... oho...o... Gör nə qədərdi... e... Dedim axı.

Gördünüz nə qədər milli viruslarımız var. Koronovirus, qıyıqgözlülərin yaratdığı mərəz bizimkinin yanında heç nədir.

Biz milli virusa çoxdan yoluxmuşuq. İslanmışın yağışdan nə qorxusu? Onsuz da biz öz viruslarımıza sadiq qalmalıyıq. Qaranquş gəldi gedərdi, sənə sərçə qalacaq, çünki həmişə yanındadır, yeməyini də özü tapır. Hə di bəsdi.

Bu sətirlərin də müəllifi, yəni mən yazmaq virusuna yoluxduğumdan, çarəsizlikdən yazdım. Yazmaq virusu məcbur edir, neyləyim?
Oxşar xəbərlər
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."