Öldürücü virusun Azərbaycanda yayılma təhlükəsi var - baş infeksionistdən xəbərdarlıq
Oxunub: 1384
24 Jan 2020 | 09:55
Öldürücü virusun Azərbaycanda yayılma təhlükəsi var -  baş infeksionistdən xəbərdarlıq
Profilaktik tədbirlərdən danışan həkim: “Koronovirus ”donuz qripi"ndən də təhlükəlidir, fevral ayında daha geniş əhatədə yayıla bilər..."

Çində koronovirusa yoluxanların və ölənlərin sayında hər gün artım olur. Artıq Çin dövləti ciddi addımlar atmağa məcbur qalıb. Belə ki, ölkə rəhbərliyi yeni koronovirusun episentri olaraq qəbul edilən 11 milyon insanın yaşadığı Uhan şəhərinə giriş-çıxışı bağlayıb.

Ölkə səhiyyə sisteminin rəsmiləri ehtiyat edir ki, şənbə günü Çində Yeni ilin başlaması və bir həftə davam edəcək bayram günləri ilə bağlı bu virusa yoluxanların sayı kəskin şəkildə arta bilər. Çünki Yeni illə əlaqədar yüz milyonlarla çinli xaricdən və ölkə daxilindən öz doğulduğu şəhərlərə geri qayıdacaq.

Uhanın yerli rəhbərliyi bəyan edib ki, cümə axşamı yerli vaxtla saat 10:00-dan etibarən şəhərin bütün ictimai nəqliyyatı və bu şəhərdən həyata keçirilən aviareyslər dayandırılır. Şəhər polisi ölkənin aparıcı şoselərində patrul nəzarəti həyata keçirir. Hələlik şəhər rəhbərliyinin qərarı şəxsi avtomobillərə şamil olunmur. Bundan əlavə, şəhərdəki yanacaqdoldurma məntəqələrində böyük növbələr yaranıb. Rəhbərlik xüsusi ehtiyac olmadan əhalini şəhəri tərk etməməyə çağırır. Hesab olunur ki, virusun yeni ştampı ötən ilin sonunda Çinin Uhan şəhərinin mərkəzi bazarında qanunsuz vəhşi heyvan ticarəti nəticəsində yaranıb. Son məlumatlara görə, Çində koronovirusun yayılması nəticəsində 17 nəfər ölüb, 600-ə yaxın şəxs isə bu xəstəliyə yoluxub.

Картинки
Azərbaycana da çinlilər turist və ya iş üçün gəlirlər. Eləcə də Çindən mal gətirmək üçün xeyli sayda vətəndaşımız bu ölkəyə səfər edirlər. Bakıdan Pekinə birbaşa uçuş da mövcuddur. Məsələn, bu ilin mart ayı üçün Pekinə uçuş var. Birtərəfli qiymət 511 manatdır. Pekindən başqa Urumçiyə uçmaq mümkündür. Çindən Bakıya həftə ərzində 2 reys AZAL və 2 reys “China Southern” aviaşirkəti tərəfindən olmaqla, ümumilikdə 4 reys yerinə yetirilir.

Həkimlər bildirirlər ki, bu ölkələrə səfər edənlər xüsusi diqqətli olmalı, özlərində halsızlıq hiss etməsələr belə, yoxlamadan keçməlidirlər. Ekspertlər hesab edirlər ki, Azərbaycan sərhədində də məsələ ilə bağlı yoxlamalar gücləndirilməlidir. Çünki hazırda bir neçə qonşumuzda həm də “Donuz qripi” yayılıb.

Son məlumatlara görə, Gürcüstanda iki nəfərin bu virusdan öldüyü bildirilir. İranda isə artıq bu virusdan 114 nəfərin ölməsi ilə bağlı rəsmi məlumat yayılıb. Bədnam qonşumuz Ermənistanda da yanvarın 11-dək qrip virusu diaqnozu ilə 668 nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri ölüb.

Dövlət Gömrük Komitəsindən “Yeni Müsavat”a bildirilib ki, Azərbaycanda gömrük-sərhəd buraxılış məntəqələrində insan bədəninin hərarəti yoxlanılır. İnsanlar üçün qlobal təhlükə törədən yoluxucu xəstəliklər, xüsusilə son günlər Çində naməlum etimologiyalı sətəlcəm xəstəliyinin aşkar edilməsi ilə əlaqədar gömrük-sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən müvafiq işlər aparılır.

Öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənəffüs yollarının katarı və s. simtomplarla özünü büruzə verən fiziki şəxslərin müəyyənləşdirilməsi üçün məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizorlar) vasitəsilə termometriya, tibbi sorğu, vizual müayinə və digər diaqnostik üsullarla tibbi-sanitariya yoxlaması gücləndirilmiş rejimdə həyata keçirilir. Yoxlanış zamanı xəstə və xəstəliyə şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid olunması üçün ayrılan və zəruri əşyalarla təmin edilən yerlərdə müayinəsinə lazımi şərait yaradılıb.

“Regionda hansısa virus təhlükəsi varsa, Azərbaycan da istisna deyil. Bu baxımdan, Çində yayılan ”Korona" virusunun Azərbaycanda yayılma təhlükəsi var". Bunu Modern.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

O qeyd edib ki, Çinlə olan iqtisadi əlaqələr fonunda təhlükə riski mövcuddur: “Bizim Çinlə gediş-gəlişimiz çox olur - həm turistik, həm də ticarət məqsədilə. Əgər kimsə Çinə gedib, xəstələrlə təmasda olarsa, yoluxa bilər. Amma xəstələrlə təmas da, hər zaman yoluxmaya səbəb olmur. Bunun üçün sıx təmas lazımdır”.

Həkim virus təhlükəsi səbəbindən Çinlə iqtisadi əlaqələrə müvəqqəti məhdudiyyət qoyulmasının tərəfdarı deyil: “Dünya bir-biri ilə əlaqədədir. Buna görə də sadəcə, şəxsi gigiyena qaydalarına riayət edilməlidir. İnsanların yediyi qidaların texniki işlənməsinə nəzarət olmalıdır. Təmizlik mütləqdir, əllər tez-tez yuyulmalıdır. Çünki bu viruslar dezinfeksiyaedicilərə qarşı çox həssasdır”.

Картинки
Cəlal İsayev

Baş infeksionistin sözlərinə görə, koronovirus iki yolla yoluxur: “Hava-damcı yolu ilə və fekal-oral mexanizmi, yəni ərzaq məhsulları, əl-ayağımızın toxunması ilə yoluxa bilər. Hava-damcı yolu ilə yoluxanda tənəffüs yolları xəsətliklərinə, xüsusilə ağciyər çatışmazlığına səbəb olur ki, bu da ölümlə nəticələnir”.

C.İsayev “virusun əlacı yoxdur” fikirlərinə də münasibət bildirib: “Çində 1300-dən yuxarı adam bu virusla xəstələnib, cəmi 9 nəfər ölüb. Bu virusa yoluxan hamı ölmür. Koronavirusun 37 növü var, onun bir çox növləri çox yüngül xəstəliklər törədir və dünyada kəskin respirator virusların 4-9 faizi onun payına düşür. İndi böyük ajiotaj yaradan virusu ”2019-cu ilin Korona virusu" adlandırıblar. Bu, virusun ağır gedişlə müşahidə edildiyi bildirilir, amma mən belə xəstə görməmişəm. Hazırda ölüm faizinin aşağı olmasına görə onu ciddi ölümcül virus kimi qəbul etmək düzgün deyil. Yadınızdadırsa, “Sars” virusu vardı, həm də “Korona”dan çox təhlükəli idi. “Sars” virusunun qarşısı alındı, çox güman ki, “Korona”nın da qarşısı alınacaq. Sadəcə, o regiona gedən insanlar gigiyenik qaydalara əməl etməli, Çinə giriş-çıxışda diqqətli olmalıdırlar".

Baş infeksionist zaman-zaman bu cür virusların xüsusi hazırlanaraq, yayılması fikirləri ilə razılaşmayıb: “Belə şey ola bilməz. Bu virus mövcuddur. 1965-ci ildə kəşf olunan virusdur. 2012-ci ildə ”Korona" viruslara aid daha bir növ aşkar olundu, o da “Yaxın Şərq respirator sindromu ilə xəstəlik törədən” adlanır. Bu virus çox ağır gedişə malikdir. Hətta ölüm faizi 35 faizədək proqnozlaşdırılmışdı. Amma indiki “Korona” virusla yoluxmada hələlik ölüm faizi aşağıdır, hesab edirəm ki, tez bir zamanda virus da lokollaşdırılacaq".

“Yeni Müsavat”a danışan həkim Hüseyn Mehdiyev bildirdi ki, Azərbaycanda da virusların yayılması ehtimalı yüksəkdir: “Sərhəddə bu cür yoxlamaların aparılması yaxşı haldır. Ancaq bir məsələ də var ki, bu da yüz faiz qaranti demək deyil. Çünki mümkündür ki, insan virusa yoluxur, ancaq əlaməti görünmür. Yalnız bir neçə gün sonra əlamətlər özünü büruzə verir. Bu zaman sərhəddən keçən şəxs, ölkədə xəstəliyi yaya bilər. Çində yayılan yeni bir virusdur və bunun hələ hansı səbəbdən yayılması məlum deyil. Koronovirus ”donuz qripi"ndən də təhlükəlidir. Çünki bu, insandan-insana keçir. Kökünü isə hələ ki tapmaq mümkün olmayıb. Xaricdən gələnlərə diqqəti artırmaq lazımdır. Düşünürəm ki, fevral ayında bu virus daha geniş əhatədə yayılacaq. Ona görə də diqqətli olmaq lazımdır. Bizdə “donuz qripi”nin yayılmadığını deyirlər. Ancaq onu da eşidirik ki, uşaqlar, böyüklər qızdırmadan iki-üç günün içərisində ölürlər. Bunu yoxlayan da olmur ki, ölüm hadisəsi hansı səbəbdən baş verib. Hansı valideyn öz uşağının meyitini verir ki, yarıb ölüm  səbəbini müəyyən etsinlər. Ona görə də bizdə rəsmi məlumatlarda “donuz qripi”nin yayılması ilə bağlı fakt yoxdur. Necə olur ki, hər yerdə yayılır, bizdə olmur. Məntiqlə bizim səhiyyə digərlərindən zəifdir və burada da yayılma ehtimalı yüksəkdir. Avropada, Gürcüstanda, Çində, İranda olur, bizdə olmur. Camaata tövsiyəm budur ki, toplu halda olan insanların arasında mütləq maska taxsınlar. Xüsusilə ictimai nəqliyyatdan maskadan istifadə etmək əsas şərtdir. Bundan başqa, orqanizmin müqavimətini qaldırmaq üçün meyvə şirələrindən istifadə etsinlər. Maska yoxdursa, heç olmasa salfetka ilə ağızı tutmaq lazımdır. Yanında asqıran varsa, oradan kənarlaş. Çünki bilmirsən ki, həmin xəstə hansı virusa yoluxub. Yalnız bu kimi yollarla qorunmaq olar. Başqa cür mümkün deyil".(musavat.com)
Oxşar xəbərlər
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib