Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Əli bəy Hüseynzadə(TURANİ)
Cəmiyyət
Oxunub: 1338
22 Jan 2020 | 09:45
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:  Əli bəy Hüseynzadə(TURANİ)
2. Yazı

Özünü geriyəpərəstlərlə, diktatura tərəfdarları ilə hür¬riy¬yət aşiqləri, Konstitusiya tərəfdarları arasındakı mübarizədə sonuncuların yanında olduğunu bəyan etməklə yanaşı Əli bəy Hüseynzadə, islam aləmində sonuncuların birincilər üzərində hansı yolla qalib gəlməsi məsələsində fikir ixtilaflarının olmasını da təbii qəbul edirdi. O, yaxşı anlayırdı ki, hər daim Yer kürəsində və onun üzərindəki məxluqatda, bəşəriyyətdə dəyişikliklər iki yolla: 1) inqilab (dəyişiklik birdən birə baş verib, onun üzərində yeni keyfiyyətli bazis və üst qurum yaranır), və 2) təkamüllə  (dəyişiklik təkamül yoluyla tədricilə baş verib yeni bazis və üstqurumları ortaya qoymuşdur) baş vermişdir. Bu baxımdan bəşəriyyət tarixində də iki böyük: 1) protestantlıq kimi dini iniqlab, və 2) Fransada hüquqi-bəşərin elanı ilə siyasi inqilab¬lar baş vermişdir. O, yazırdı: “Aləmi-islam bu iki iniqlabın heç birindən mütəəsir olmuyub, hali-sabiqində davam edib durdu. Vaqiən islam məmləkətlərində ara-sıra yeni-yeni məzhəblər törədi. Lakin bu məzhəblərin törəməsi islam üçün əslən və qətən inqilab sayılamaz. Çünki inqilab dini,  yeni məzhəb çıxarmaqda deyil, bəlkə həqayiqi-əvvəliyyeyi-diniyyeyi əqəliyyətin əlindən xilas edib ümumin, külliyyəti-əhalinin mali etməklə olur. Protestantlıq böylə yapdı”. 

Hüseynzadəyə görə, Osmanlı türkləri inqilab məsələsində ingilislər kimi təkamül yolu tutduğu halda, ancaq “İran” xalqları haqqında eyni fikirləri söyləmək çətindir. O, yazırdı: “İran camaatı bir iki əsrdən bəri təkamül yolunda bir addım belə atmamış olduqlarından bu gün bəşəriyyətin ən geridə qalan bir üzvü bulunurlar. Şimdi ayılıb özlərini hər tərəfdən qayət hail dalğalara, girdablara məruz görüncə sələmi-təkamüli tədricən çıxmaqdan isə iniqlab sıçrayış ilə nicat yolu aramağa məcbur oldular. Zatən, inqilabdan başqa da çarələri yoxdur. Çünki təkamül yolunu tutmaq artıq gecdir. İran mükəmməl bir inqilaba müvəffəq olmazsa, məhv olduğu gündür”. Onun fikrincə, “İran” inqilabı dini, siyasi və ictimai olmalıdır. Belə ki, dini iniqlab İslam birliyini, siyasi iniqlab məşrutiyyəti, ictimai inqilab isə sosial bərabərliyi və təkamül yolunu tutmağı təmin etməlidir. 

Hüseynzadəyə görə, “İran”da baş verən inqilabda isə “ingilislərin barmağı”ndan çox Rusiya inqilabının təsiri və ictimai həddi-buluğa yetişmələri ilə bağlıdır. Ona görə, sonuncu amildə iki vasitə: 1) iranlı tacirlərin daha çox Rusiya ilə ticarət etmələri, və 2) qövmiyyətlə bağlıdır. Belə ki, Rusiya müsəlmanlarının bir qismi ilə yanaşı, “İran”ın şimalı Azərbaycan qitəsi də daxil omaqla bütünlükdə türkdür.  

Beləliklə, Hüseynzadə belə bir qənaətə gəlirdi ki, sağ tərəfdə durub mühafizəkarlıq edənlərə nisbətdə sol tərəfdəkilərə ümid daha çoxdur: “Sola! Çünki bu dəfə uçurum, girdab, girdabi-hail sağ tərəfdədir. Əlhəzər, mühafizəkar bəylərin, köhnə fikirli, ya fikirsiz ağaların, kavpərəst, dünyapərəst sərmayədarların, korpərəst, axirətpərəst, lakin yenə sərmayəpərəst mollaların, keşişlərin, kiçik əqilli, böyük hiyləli, mürvvətsiz, insafsız, vizdansız, münafiq, fitnəçi, provakator “bürokratların”, “divannişnlərin”, ümum əsarət və istibdad qullarının çəkdikləri, sürüklədikləri sağ tərəfdən! Uçurum oradadır!... Fərasət, zəka, ağıl, heş, elm, tədbir, insaf, mürvvət, nicat, səlamət həp sol tərəfdədir!”. O, yazırdı: “Sağ tərəfdə bir uçurum hazırlanmışdır ki, əjdaha kimi ağzını açıb bütün cəmaətləri, bütün qövm millətləri, dinləri ilə, dillərilə, elm və məarifləri ilə, sənətləri vəkəsbü karları ilə bəl və nabüd etməyə amadədir!.. Sol tərəf isə Rusiya üçün, Rusiya imperatorluğu üçün, xeyr, bütün aləmi-bəşəriyyət üçün bir dövri-cəddid, bir səadəti-ümumiyyə dövri-cədidi ehzar eyliyor. Bu səadəti-ümumiyyə, bu dövri-cəddid həqiqi bir dövri-cəddid olacaqdır”. 

Ancaq cəmiyyəti radikal dəyişikliklərə çağıran sol qüvvələri əvvəlcə təqdir edən Hüseynzadə ifrata varmalarından dolayı çox keçmədən tənqid edirdi: “Solumuzda duranlar isə rəqiblərimizi kor-koranə təqlid edərək birdən-birə sıçramaq, özlərini qorxulu girdablara, uçurumlara atmaq istəyirlər! Hər iki tərəfdən əlhəzər! Birincilər (geriyəpərəst mühafizəkarlar-F.Ə.) islam dininin ruhuna vaqif olmayaraq öz zövq və həvəslərinə müvafiq bir halətdə qaldığını xəyal edirlər. İkincilər (ifrat tərəqqiçilər-F.Ə.) isə zənn edirlər ki, islamda mədəniyyətə, tərəqqi və təkamülə xidmət edəcək bir şey yoxdur. Avropa cəhətindən əsən bütün yellər, hətta zəhərli yellər belə şəfabəxşdir. Bunlar bütün bu maddiyunluğun (materializmin), dəhriyunluğun (ateizmin), iştirakiyunluğun (sosializmin) mahiyyətlərinə özləri belə agah olmadan bu təriqəti-fəlsəfiyyələrin nəşrə çalışıyorlar”. Onun fikrincə, bu baxımdan keçmişi ideallaşdıran mühafizəkarlar kimi, islamı tərəqqiyə əngəl olaraq görən tərəqqiçilər də yanılırlar. Belə ki, eyibi islamın zatında deyil, müsəlmanların öz əməllərində axtarmaq lazımdır. 

Ə.Hüseynzadə ifrat mühafizəkarlar və tərəqqiçilərə münasibətdə Ə.Ağaoğlu ilə təxminən eyni mövqe tutmuş, özlərini ayrıca bir müstəqil xəttin tərəfdarı kimi qələmə vermişlər. Sadəcə, yuxarıdakı bölgüdə ziddiyyətli və mübahisə doğuran məqam odur ki, Ağaoğlu və Hüseynzadə ifrat mühafizəkarlar və tərəqqiçilər arasında orta mövqe tutanları ilk vaxtlarda fərqli anlayışlarla (“panislamistlər”, “mötədil tərəqqipərvərlər”) adlandırmışlar. Ağaoğlundan fərqli olaraq Hüseynzadə “panislamizm” sözünü qəbul etməmiş və “mötədil tərəqqipərvərlər” məfhumundan istifadə etmişdir. 

Hüseynzadə “mötədil tərəqqipərvərləri” milli birlik yaratmaqda ittiham edən marksist-leninçilərə, daşnaklara cavab olaraq qeyd edirdi ki, Rusiya müsəlmanlarının və türklərinin guya, “panislamizm” ideyası ətrafında ittifaq edərək Rusiya və Avropa üçün böyük təhlükə olduğu haqqında yazdıqları böhtandan başqa bir şey deyildir. “Panislamizm” kəlməsini ortaya atanlar şərqlilər deyil, qərblilərdir – deyən Hüseynzadəyə görə, islam dünyası o qədər müttəfiqdir ki, “panislamizm” kimi bir əcnəbi kəlməsi icad edib yenidən ittihad və ittifaq etməyə əsla ehtiyacları yoxdur. Onun fikrincə, əslində qərbliləri qorxudan “İttihadi-islam” deyil, islam dünyasının qəflət yuxusundan oyanıb tərəqqiyə və maarifə üz tutmalarıdır. Bəzi Avropa mütəfəkkirləri tərəfindən qəsdli şəkildə ortaya atılan “panislamizm”, “pantürkizm” anlayışlarını qəbul etməyən, Ə.Hüseynzadə bir tərəfdən “panislamizm” və “pantürkizm” devizini əldə bayraq edərək guya, xristian dünyasını (Rusiya və Avropanı) təhlükə gözlədiyini iddia edən xristian millətçilərə (rus, erməni və b.), digər tərəfdən milli-dini ideyaları sinfi mübarizənin əleyhinə olduğunu irəli sürən ifrat tərəqqiçilərə, yəni marksist-leninçilərə qarşı mübarizə aparmışdır. 

Onun fikrincə, ifrat mühafizəkarlar və tərəqqiçilərlə mübarizədə öz təşkilatı və proqramı ilə çıxış etməli olan mötədil qüvvələr, o cümlədən “yeni türklər” köhnə türklərin, ifrat mühafizəkarların üç yanlışını: 1) sünniliyi şiəliyi ayrı-ayrı hesab edib məzhəbçiliklə islamiyyəti parçalamamalı, 2) xilafəti isə islamiyyətdən ayırmağı bacarmalı, 3) türklüyü yalnız osmanlılıqdan, Osmanlı sülaləsindən ibarət görməməli, təkrar etməməlidir. O, yazırdı: “Bizim isə aləmi-islamda, ya aləmi-ətrakdə əhəmiyyət verdiyimiz, rəbti-qəlb etdiyimiz, meylü-məhəbbət bağladığımız şey nə məzhəbdir, nə xilafətdir və nə də filan, ya filan sülaleyi-hökmdaridir. Bunların heç biri deyildir, bunu bur kərə anlamalıdır. Bizim sevdiyimiz, rəbti-qəlbi-məhəbbət etdiyimiz şey nərədə olursa-olsun ancaq dindaşlarımız və həmcinslərimiz olan millət və cəmaətdir. Əfradi-nasdən ibarət millət və cəmaətdir. Qurani-məciddən, əhadisi-nəbəviyyədən ayrılmayan hansı hökuməti-islamiyyə, hansı sülaleyi-hökmdari olursa-olsun, ədalət, hürriyyət və qanuni-əsasi sayəsində müsəlmanlardan və müsəlmanlar miyanında türklərdən ibarət cəmaəti, milləti təriqi-tərrəqi və mədəniyyətə sövq edərsə, bizim də, meylü-məhəbbətimiz o tərəfə olur. Quru xilafət ünvanlarının, sülalə şöhrətlərinin təfriqeyi-məzhəb mübahisələrinin vəqti keçmişdir”. Hüseynzadəyə görə, belə bir mürəkkəb şəraitdə mötədil qüvvələr, o cümlədən “Gənc türklər” yalnız öz təşkilat və proqramı ilə hərəkət etməlidir. O, yazırdı: “Ancaq biz arzu edərdik ki, müsəlmanların özlərinə məxsus bir proqram və firqəsi olsun və o firqədə müsəlmanların və bilxassə türk və tatarların  hər növ müsavat və hürriyyətləri ilə bərabər hüquqi-qövmiyyə, lisaniyyə və diniyyələrini təmin edən sair firqələrə iltihaq etsin. Bizim üçün nicat, hər növ hürriyyət və hüquqi-müsavat tələb edən firqələrlə birləşməkdədir”. 

Hüseynzadə haqlı olaraq hesab edirdi ki, “yeni türklər”, mötədil tərəqqipərvər öz təşkilatlarını və proqramlarını ortaya qoymaq, onu gerçəkləşdirmək yolunda da özləri fədakar olmalı, yeni fədailər yetişdirməlidir. Ona görə, fədailər isə yuxarı sçırayan murdarlıqlardan qorxmamalı, “türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli” prinsiplərindən çıxış etməli, yeri gələndə ingilislər və amerikanlar kimi praqmatistik, yaponlar kimi uzlaşdırıcı olmalıdırlar.

İkincisi, islamçılıqla türkçülüyün vəhdətindən çıxış edib onların bir-birinə qarşı qoyulmasına yol verməmək məsələsinə gəlincə, Hüseynzadə hələ, 1904-cü ilin noyabrında Misirdəki “Türk” qəzetinə göndərdiyi “Məktubi-məxsus” məqaləsində, bəzi istisnaları nəzərə almasaq, əsasən Akçuranın “Üç tərzi-siyasət”dəki ideyalar ilə razılaşmışdır. Belə ki, Hüseynzadə də Akçura kimi “osmanlı milləti” ideyasını rədd edərək, əsas diqqəti müasir ruhlu islamçılıq və türkçülük üzərində cəmləşdirmiş, yeni ideyanın onların bütövlüyü ətrafında yaranmasını vacib saymışdır. Sadəcə, burada Hüseynzadə Akçuranın “üçlü” proqramında islamçılıq və türkçülüyün vəhdəti halından kənara çıxarılaraq, ayrı-ayrlıqda götürülüb fərqli ideyalar kimi siyasiləşdirilməsinə etiraz etmişdir. O, yazırdı: “Süni olaraq ayrıca pantürkizm, panislamizm adları ilə məslək icadına nə lüzum vardır?”. 

Ə.Hüseynzadə ilk dövrlərdə mədəni türkçülük və islamçılıqdan çıxış edərək, hər ikisinin bütövlüyündən çıxış etməyə çalışsa da, ancaq onu da yaxşı anlayırdı ki, türklərin həyatında islam dinindən çox türkçülüyun, turançılığın özünəməxsus yeri və rolu vardır. Bu baxımdan Hüseynzadə siyasi cəhətdən islamı və türklüyü bütöv şəkildə gördüyünü ifadə etsə də, mədəni cəhətdən hər bir türk xalqının islamlıqları qədər türklüklərini də sözün həqiqi mənasında dərk etmələrini vacib saymışdı: “Müsəlmanlar və özəlliklə türklər, hər yerdə olursa olsun, istər Osmanlıda, istər Türküstanda, istər Baykal gölü ətrafında, ya Qaraqorum civarında olsun, bir-birlərini tanıyacaq, sünnilik, şiəlik və daha bilməm nəlik adları ilə məzhəb təəssübünü azaldıb “Qurani-Kərimi” anlatmağa qeyrət edəcək, dinin əsasının Quran olduğunu biləcək olurlarsa, əl verməzmi?”. Onun fikrincə, bir millət üçün hər şeydən əvvəl arzu ediləcək qüvvətdir ki, bir millətin qüvvət qazanması da eyni fikirli adamlar arasında mənəvi dəyərlərin inkişafı, qarşılıqlı sevginin artması ilə bağlıdır.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
Oxşar xəbərlər
20:16, Bu gün
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri yayıldı - VİDEO
20:12, Bu gün
İran vitse-prezidenti hadisə yerinə yollandı
20:08, Bu gün
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
20:01, Bu gün
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19:58, Bu gün
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19:56, Bu gün
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19:53, Bu gün
Yevlaxda ailə münaqişəsi qanla bitdi: Arvadını öldürüb, özünə xəsarət yetirdi
19:26, Bu gün
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19:20, Bu gün
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19:19, Bu gün
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19:10, Bu gün
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
GÜNLÜK
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər