"Parlament nə uşaq bağçası, nə də ibtidai sinif deyil ki, kimsə gəlib orada öyrənsin..."
Cəmiyyət
Oxunub: 3101
23 Dec 2019 | 21:47
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev "Reytinq" qəzetinə müsahibə verib. Millət vəkili ölkədəki ictimai-siyasi proseslərə münasibətini bildirib.

Moderator.az həmin müsahibəni oxucularına təqdim edir.

– Qüdrət bəy,  son həbslər cəmiyyət üçün gözlənilməz oldu. Bu hadisəni necə dəyərləndirirsiniz?

– İcra hakimiyyəti başçısının vəzifədən kənarlaşdırılmadan həbs olunması Azərbaycanda ilk dəfədir baş verir. Bu baxımdan, mənim üçün də, gözlənilməz oldu. Amma digər tərəfdən də hesab edirəm ki, bu həbslər dövlət və ictimai maraqlar baxımından doğru addımdır. Ona görə ki, digərləri məsuliyyət hiss edəcək.

Mən hüquqşünas olduğum üçün deyirəm ki, cəzanın həm ümumi, həm də xüsusi xəbərdarlıq məqsədi var. Ümumi xəbərdarlıq məqsədi odur ki, biri cinayət törədəndə onu cəzalandırmaqla dövlət digərlərini cinayət törətməkdən çəkindirir. Məsələn, iki yaxın dostdan biri ehtiyatsızlıqdan digərini öldürür, amma dövlət onu həbs edib cəzalandırır. Onsuz da onun çəkdiyi mənəvi əzab bəlkə də həbsxanada çəza çəkməsindən daha ağırdır. Amma buna baxmayaraq, cəzalandırılır. Niyə? Çünki başqalarının daha ehtiyatlı və daha məsuliyyətli olması üçün. Bu baxımdan, hesab edirəm ki, həbslər normaldır.

Video görüntülər yayılıb. Hesab edirəm ki, Dövlət Təhlükəsizliyi Xidməti bu əməliyyatı çox peşəkarcasına həyata keçirib. Bununla da əlavə manipulyasiya üçün əl yeri qoyulmayıb.

Etiraf edək ki, əməliyyat yüksək səviyyədə həyata keçirilib. Faktlar da ortadadır. Səs yazıları, şahid ifadələri də var. Düşünürəm ki, artıq çoxları bundan nəticə çıxarıblar.

Prezident bir çox gənclərin ictimai işlərə cəlb olunmasına, onların minimum tələbatlarını ödəyə bilmələri üçün, daha yaxşı iş tapana qədər müəyyən vəsait ayırır. Həmin pulu mənimsəmək vicdansızlıqdır. Həmin şəxslər aldıqları maaşın azlığından, uşaqlarını dolandıra bilmədiklərindən bu cinayətə getməyə məcbur olublar? Videodan da görünür ki, bunlar həm də ayrı-ayrı sahibkarlardan pul alırlar. Sahibkardan qanunsuz yolla pul alırsan, üstəlik, bu azmış kimi, kasıb adamlar üçün ayrılan pul üçün də kart açdırıb mənimsəyirsənsə, düşünürəm ki, bu, xəyanətdir, ictimai narazılığa şərait yaratmaqdır.

Bu həbslər eyni zamanda cəmiyyətimizdə doğrudan da dəyişikliklər baş verdiyini göstərir və həmin dəyişikliklərin bir elementidir.

– Siz deputat və partiya rəhbəri kimi siyasi proseslərdən daha çox xəbərdarsınız. Proses davam edəcəkmi, belə icra hakimiyyəti başçıları yenə varmı?

– Mən hüquqşünasam, əlimdə konkret faktlarım olmasa, “hə” deyə bilmərəm. Amma mətbuatda oxumuşam ki, başqa icra başçıları da belə işlər görüblər. Düşünmürəm ki, istintaq orqanları iki faktla kifayətlənəcəklər. Hesab edirəm ki, mətbuatda gedən məlumatlara əsaslanaraq araşdırma aparılmalıdır, əgər faktlar təsdiqlənərsə, həmin şəxslər də cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Həmin şəxslər məcbur edilməlidirlər ki, kasıb insanlar üçün ayrılan vəsaitlər geri qaytarılsın və təyinatı üzrə çatdırılsın.

– Qüdrət bəy, bu gün ölkəmizdə bələdiyyə seçkiləri keçirilir. Hamıya məlumdur ki, icra hakimiyyətləri bələdiyyələri tamamilə nəzarətdə saxlayır. Yerli özünüidarəetmə orqanlarının sərbəst fəaliyyəti bu səbəbdən məhduddur. Sizcə, yeni seçkilərdən sonra bələdiyyələrin fəaliyyəti necə qurulmalıdır, hansı dəyişikliklər edilməlidir?

– Çox vacib bir məsələyə toxunursunuz. Ümid edirəm ki, növbəti mərhələdə islahatlar bu sahəni də əhatə edəcək. Biz bu məsələni dəfələrlə qaldırmışıq. Mən hətta mətbuata müsahibələrimdən birində də demişəm ki, biz üzvlərimizi bələdiyyə seçkilərində iştiraka kütləvi şəkildə qatılmağa inandıra bilmirik. Onlar deyirlər ki, seçki kampaniyasında vətəndaşa hansı vədi verək, nə səlahiyyətimiz var, seçiciyə hansı problemini həll edəcəyimizi söyləyək?

Bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir. Mən, əvvəllər də çıxışlarımda demişəm, bizim bütün seçki platformalarımızda da öz əksini tapıb ki, bələdiyyələrə yerli özünüidarəetmə orqanları yox, yerli hakimiyyət orqanları statusu verilməlidir. Bələdiyyələrin səlahiyyətləri kifayət qədər genişləndirilməlidir. Yəni icra hakimiyyətlərinin səlahiyyətləri məhdudlaşdırılmalı, səlahiyyətlərinin əksəriyyəti – tikintiyə icazə verilməsindən tutmuş, məktəblər, bağçalar, sərnişin daşınması və digər məsələlər bələdiyylərə verilməlidir. Bələdiyyələr həm pul qazanmalıdırlar, həm də öz ərazilərinin abadlığı ilə məşğul olmalıdırlar. Fikrimcə, zaman keçdikcə icra hakimiyyətlərindəki həmin səlahiyyətlər alınmalıdır. İcra hakimiyyətləri isə Türkiyədəki valilər kimi, prezidentin yerdəki təmsilçisi olmalıdır. Onun fəaliyyəti əsasən Konstitusiyaya nəzarət funksiyasını həyata keçirməklə yekunlaşmalıdır.

Bələdiyyələr, eyni zamanda seçkili və kollegial orqan olduqlarından, onların səlahiyyətlərinin artırılması regionların inkişafına da müsbət təsirini göstərər.

İndi icra başçısı prezidentin sərəncamı ilə təyin olunur və onun qarşısında məsuliyyət daşıyır. Yəni onun xalqdan hər hansı formada asılılığı yoxdur. Bələdiyyə sədrləri isə yerli sakinlərdən səs aldığı üçün ora düşürlər. Ona görə də xalq qarşısında daha çox məsuliyyətli olurlar. Bu baxımdan, islahatlar növbəti mərhələdə bələdiyyələri də əhatə etməlidir.

– Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası parlament seçkilərində neçə namizədlə iştirak edəcək?

– 32 namizədimiz olacaq. Əvvəlki seçkilərdə partiyadan namizədliyini irəli sürənlərin sayı 60-dan çox olurdu. 60-dan çox namizədimizin qeydə alınması ehtimalının az olduğunu nəzərə aldıq, üstəlik, resursları daha çox dairədə bölməyi də məqbul saymırıq. Bilirsiniz, bunun üçün böyük maliyyə resursu tələb olunur. Rayonlara səlahiyyətli nümayəndələrin gedib-gəlişi üçün bütün xərclər seçki fondundan ayrılmalıdır. Üstəlik, kifayət qədər çox lazımsız sənədlər tələb olunur. Adi bir misal deyim: tutaq ki, sənədlərin hamısını vermişik, məsələn, Nizamnamə iri həcmli bir sənəddir, partiyanın digər sənədləri də var. Bunların MSK-ya təqdim olunması üçün notarial qaydada təsdiq olunmasına 700 manat pul vermişik. Əlavə olaraq tələb olunur ki, hər bir dairə üzrə də MSK-ya təqdim etdiyimiz sənədləri təqdim edək. Görün, bu, nə qədər pul deməkdir? Təbliğat və təşviqat işlərinə, ezamiyyə xərclərinə də çox böyük vəsait tələb olunur. Ona görə də qərara aldıq ki, kimin daha çox dairədən namizəd irəli sürməsi kimi mənasız rəqabətə qoşulmayaq, köhnə sterotipləri də dağıtmaq lazımdır. Az dairədə namizəd irəli sürürsən və çalışırsan ki, onlara daha çox dəstək verəsən, daha effektli seçki kampaniyası aparmalarına şərait yaradasan.

Onsuz da bilirik ki, parlamentdə böyük tərkibdə təmsil olunmaq imkanlarımız məhduddur. Bunun əsas səbəblərindən biri də resursların qeyri-bərabərliyidir. Bəlkə də sizin sualınızla birbaşa bağlılığı yoxdur, amma əlaqəlidir. Məsələn, seçkilər elan olunanda da söyləmişdim ki, Yeni Azərbaycan Partiyasının resursları ilə digər partiyaların resursları çox fərqlidir. Yəni YAP bütün seçki dairələrində gücünü qoysa, onda gərək parlamentə başqa partiyadan heç kəs seçilməsin. Maliyyə, insan, inzibati və digər resurslar qeyri-bərabərdir, mətbuat və informasiya dəstəyi ilə bağlı da yerlə göy qədər fərq var. Ona görə hətta təşəbbüslə çıxış etmişdim: məsələn, bizdə mojaritar seçki sistemi olduğuna görə, heç bir siyasi partiya 3/2-dən çox dairədə namizəd irəli sürməsin. Əgər YAP istəyirsə ki, doğrudan da onun ciddi opponentləri olsun, yəni rəqabətsiz mühitdə fəaliyyət göstərməsin, o zaman bunu etməlidir.

Mən demişdim ki, hər partiya 85 dairədə namizəd irəli sürə bilər. Biz seçkiləri partiyalılıq prinsipi əsasında keçirməklə bitərəflərin namizədliklərini özləri tərəfindən irəli sürməsini məhdudlaşdıra bilərik. Artıq gecdir, bitərəflər namizədliklərini irəli sürüblər. Amma gələcək üçün söyləyirəm, ümumiyyətlə, bitərəflərin namizədliklərini irəli sürməsi qadağan olunmalıdır. Onları yalnız partiyalar irəli sürə bilərlər, sayı isə məhdud olmalıdır. Məsələn, hər partiya 85 namizəd irəli sürəcəksə, onun yalnız 10-15-i bitərəf ola bilər. Bu da ona gətirib çıxaracaq ki, gələcəkdə komissiyaların formalaşdırılmasında yalnız partiyalar iştirak edəcək. Parlamendə ən azı 40 yerdə digər partiyalar təmsil olunacaq. Bu da parlamentdə fraksiyaların yaranmasına imkan verəcək. Bəzən deyirlər ki, bu fraksiyalar nəyə lazımdır? Fraksiya ona görə lazımdır ki, istənilən məsələni parlamentin plenar iclasının müzakirəsinə çıxarmaq imkanı olacaq. Alternativ məruzələrlə çıxış etmək imkanı yaranacaq.

Büdcənin müzakirəsi olur, hökumətdən neçə nəfər çıxış edir? Baş nazir, yaxud onun əvəzindən kimsə, Mərkəzi Bankın rəhbəri, iqtisadiyyat naziri, Hesablama Palatasının sədri, iqtisadi siyasət komitəsinin sədri çıxış edir və hərəsinə də 20-25, bəzən 30 dəqiqə vaxt ayrılır. Ən azı 5 nəfər çıxış edir və hərəsinə 25 dəqiqə vaxt gedir. Növbə bizə çatanda isə sədr deyir ki, çıxış etmək istəyənlər çoxdur, ona görə də 5 dəqiqə ayrılır. Təsəvvür edin, 5 cildlik sənədə 5 dəqiqə ərzində necə münasibət bildirməli, necə təhlil etməlisən? Sizcə, bu mümkündürmü? Ancaq fraksiya olacağı təqdirdə, vəziyyət köklü şəkildə dəyişəcək.

Bundan başqa, parlamentin idarə olunmasında – sədr müavinləri, komitə sədrləri, müavinləri səviyyəsində siyasi partiyalar iştirak edəcəklər. Nəticədə normal bir parlament formalaşdıra biləcəyik. Təkliflərim bundan ibarətdir, amma, ümumiyyətlə, bizim partiyanın bu seçkilərdə əsas platformasında – dekabrın 21-də ATƏT-in nümayəndələri ilə görüşdə “sizin platformanızda fərqli nə var”, – sualına cavabımda da dedim, – ən böyük fərq odur ki, biz seçkilərdən dərhal sonra yeni Konstitusiyanın qəbul olunması təşəbbüsü ilə çıxış edirik. Hesab edirik ki, ölkədə 4-cü Respublika qurulmalıdır. İndiyə qədər 3 Respublika olub – 1918-20-ci ildə parlament respublikası, sonra Sovet Sosialist Respublikası, indi prezidentli respublikayıq və 4-cüsü də yenidən parlamentli respublika olmalıdır. Biz əslində 1918-20-ci ildəki cümhuriyyətin varisiyik, səhvimiz Azərbaycan 1991-ci ildə öz müstəqilliyini yenidən əldə edəndən sonra parlamentli respublika qurmamağımız olub.

Bundan əlavə, ölkədə proporsional seçki sistemi bərpa olunmalı, parlamentli respublika modelinə keçilməlidir.

Biz ölkənin gələcəyini bu cür görürük. Ölkədə doğrudan da güclü məhkəmə hakimiyyəti formalaşdırılmalıdır. Ümumiyyətlə, ümid edirəm ki, cəmiyyətin inkişaf səviyyəsi artdıqca, bu islahatlara gedəcəyik. Mən bunun alternativini görmürəm.

– Ölkədə aparılan kadr dəyişikliyi parlamentin tərkibində də özünü göstərəcəkmi? Siz yeni parlamentin tərkibini necə görürsünüz?

– İndidən söyləmək çətindir. Amma hər halda parlament rəhbərliyində müəyyən dəyişiklik baş verəcək. Yenə deyirəm, hətta bu baş verməsə belə, parlament idarəetməsi dəyişməlidir. Bizim daxili Nizamnamədə yazılıb ki, Azərbaycanda parlament idarəetməsi çoxpartiyalılıq əsasında həyata keçirilir. Mən dəfələrlə parlamentdə bu sualı vermişəm: “Nizamnamənin əsas müddəası özünü nədə ehtiva edir? Çoxpartiyalılıq əsasında fəaliyyətimizin elementini mənə göstərin. Yəni digər partiya təmsilçisinə də ölkənin ən əsas maliyyə sənədinin – büdcənin müzakirəsi zamanı 5 dəqiqə, tutaq ki, bir bitərəfə də 5 dəqiqə vaxt verirsiniz”.

Hər halda, çox ümidliyəm ki, müəyyən dəyişikliklər ola bilər. Amma parlamentin tərkibində böyük dəyişiklik olacağını gözləmirəm.

İndi hərdən deyirlər, gənclər irəli çəkilməlidir. İrəli çəkmək üçün hazırlıqlı gənc olmalıdır də. Gənclər özlərini ictimai-siyasi həyatda göstərməlidir. Açıq söyləyirəm, gənc hansısa iqtisadi, beynəlxalq məsələyə münasibət bildirməli, mətbuatda çıxışlar etməlidir. Yəni bir siyasətçinin edəcəyi hansısa işləri görməlidir ki, onu parlamentə də seçəsən. Parlament nə uşaq bağçası, nə də ibtidai sinif deyil ki, kimsə gəlib orada öyrənsin. Orada yalnız təcrübəni artıra bilərsən. Parlamentə gələn adam hazırlıqlı olmalıdır. O gənclər hardadır? Bəzi gəncləri keçən seçkilərdə seçmişdilər, Yeni Azərbaycan Partiyası namizədliklərini irəli sürmüşdü, dəstək vermişdi. Onlardan neçəsi son 4 il yarımda hansı səviyyədə özünü göstərdi? Ona görə bəzən “gəncləşdirilməlidir” deyəndə, bu barədə də düşünmək lazımdır. Məsələn, gedib hansısa xarici ölkədə təhsil almaq, ingilis, rus dilini bilmək, yazıb-oxumağı bacarmaq hələ o demək deyil ki, həmin şəxs mütləq deputat seçilməlidir. Deputat olmaq üçün dil bilmək bəlkə də axırıncı şərtdir.

Deputat seçilmək üçün məntiqi təfəkkürün olmalıdır. Hadisələrə arqumentləşdirilmiş formada münasibət bildirməyi bacarmalısan, müzakirə olunan məsələlərlə bağlı biliyin olmalıdır, dünya praktikasını öyrənməlisən, öz üzərində işləməlisən, zəhmət çəkməlisən. İndi hamı ucdantutma deyir ki, deputat olmaq istəyirəm.

Mən öz fəaliyyətimə istinad edib deyirəm: hərdən həyat yoldaşım otağıma gəlib deyir ki, bəlkə də universitetdə bu qədər oxumamısan.

Mən hər iclasa hazırlaşıram. Millət vəkili seçiləndən sonra ciddi şəkildə ingilis dilini öyrənmişəm. Ona görə ki, bu, beynəlxalq təcrübəni öyrənmək üçün lazım idi. Hər bir şeyə hazırlaşmaq lazımdır. Dünyada hər hansı problemin necə çözüldüyünü, bizdə hansı formada təqdim olunduğunu bilməlisən.

Bizdə parlamentin tərkibinin yenilənməsi üçün iki baza var: biri qeyri-hökumət sektorudur, ikincisi Azərbaycan mətbuatıdır. Mətbuatda siyasi cəhətdən çox hazırlıqlı jurnalistlərimiz var. Siyasi jurnalistika elə siyasət deməkdir.

QHT sektorunda isə hüquq və iqtisadi müstəvidə artıq özünü tanıtmış, təsdiqləmiş insanlar var.

Parlamentdə müsbət dəyişiklik o halda özünü göstərəcək ki, sadaladığım sahələrdən adamlar cəlb olunsun. Hakim partiyanın imkanları daha geniş olduğu üçün mətbuatdan və QHT sektorundan yeni namizədlər irəli sürüb parlamenti gücləndirə bilər.

– Neçə illərdir parlamentdə təmsil olunursunuz. Həmkarlarınızın hamısının nəyə qadir olduğunu bilirsiniz. Daha effektli fəaliyyət üçün parlamentin tərkibinin neçə faizinin yenilənməsinə ehtiyac var? Sizcə, bu zaman yaş amili də nəzərə alınmalıdırmı?

– Allah rəhmət eləsin, Əbülfəz Elçibəyin gözəl bir sözü vardı. Onu bir dəfə mənə Əli Kərimliyə münasibətdə söyləmişdi. Dedi ki, insan anadangəlmə istedad sahibi ola bilər, insan zəhmətkeş olub, çox oxuyub çox bilik toplaya bilər, amma bir keyfiyyət var ki, o insana yaşın üstündə gəlir, o da müdriklikdir.

Yəni hər bir dövlət orqanında müdrik və yaşlı insanlara ehtiyac var. Ona görə də, kimin nə deməsindən asılı olmayaraq, parlamentdə də ağsaqqallara, yaşlılara ehtiyac duyulur. Amma ümumən parlamentin hərəkətverici qüvvəsi iqtisadi, hüquqi və siyasi biliklərə yiyələnmiş, beynəlxalq siyasətdən baş çıxaran və bu sahədə təcrübəsi olan insanlardan formalaşdırılmalıdır. Yalnız o halda güclü parlament formalaşdıra bilərik.

Sizin sualınıza cavab olaraq düşünürəm ki, mənim nəzərdə tutduğum parlamenti formalaşdırmaq üçün əksəriyyət dəyişməlidir. Onu da söyləyim ki, hal- hazırda bu, qeyri-realdır.

– Tərkibin dəyişməsində xarici təsir amili də mümkündürmü?

– Əlbəttə, bu, mümkündür. Məncə, növbədənkənar seçkilərin keçirilməsində məqsədlərdən biri də bu amilin təsirini azaltmaq olub.

– Növbədənkənar parlament seçkilərindən sonra növbədənkənar prezident seçkilərinin keçirilməsi də gündəmə gələ bilərmi?

– Bilirsiniz, məşhur bir deyim var, deyirlər ki, siyasətdə “heç vaxt” fikrini işlətməyin. Mən növbədənkənar parlament seçkiləri ilə kiminsə ehtimal etdiyi, yeni növbədənkənar Prezident seçkiləri keçiriləcəyi, arasında ciddi bir əlaqənin olduğunu görmürəm. Bizim Konstitusiyaya görə əgər Azərbaycan Respublikasının Prezidenti istefa verərsə, yaxud öz vəzifələrini icra edə bilməzsə, o zaman səlahiyyətlər Birinci vitse-prezidentə keçəcək. Yəni, hakimiyyətdə varislik məsələsi artıq iki il bundan öncə, 2017-ci ilin fevralında həll olunub. Bilirsiniz ki, ondan əvvəl, hörmətli Mehriban xanım həm də Yeni Azərbaycan Partiyasında sədrin birinci müavin seçilmişdi. Yəni həm hakim partiyada, həm də hakimiyyətdə varislik məsələsi həll olunub, bununla da ölkədə və iqtidarda sabitlik əhəmiyyətli dərəcədə təmin edilib. Bu məsələnin müzakirəsini belə ciddi qəbul etmirəm. Növbəti Prezident seçkiləri, inşallah, 2025-ci ildə keçiriləcək.

– İslahatlardan danışdınız, Azərbaycanda əhalinin ən çox narazı olduğu sahələrdən biri də məhkəmə sistemidir. Prezident bu il aprel ayının 3-də “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” ilə bağlı fərman imzalasa da, islahatlar istənilən səviyyədə getmir. Bu ləngimənin səbəbi nə ilə bağlı ola bilər?

– Məhkəmə-hüquq sistemində islahatlarla bağlı müəyyən addımlar atılır. Məsələn, hakimlərin sayının 200 nəfər artırılması çox əhəmiyyətli addım idi. Parlamentdəki çıxışımda demişdim ki, elə hakim var, bir gündə 17 işə baxır. Bu halda, sadəcə, fiziki baxımdan işə səmərəli və keyfiyyətli baxılmasından söhbət gedə bilməz. “Mediasiya haqqında” Qanunun qəbulu, hakimlərin sayının 200 nəfər artırılması, onların əmək haqlarının əhəmiyyətli dərəcədə qaldırılması, mülki işlər üzrə müstəqil ekspertizaların yaradılması müsbət addımlardır.

Amma köklü məsələlərin həlli hələ də qalır. Bunlardan biri odur ki, hakimlər ya 70 yaşa qədər, ya da ömürlük təyin olunmalıdırlar. İntizam məsuliyyətinə cəlb etməklə hakimin vəzifədən kənarlaşdırılmasını biabırçılıq hesab edirəm. Bu halda hakimin müstəqilliyindən söhbət gedə bilməz.

İkincisi, hakimlərin özünüidarə orqanı – Məhkəmə Hüquq Şurasının üzvləri kimlərdir? Deputatlar, vəkil, prokuror, ədliyyə naziri – bu, gülməlidir.

Digər tərəfdən, Konstitusiyamızın 7-ci maddəsinə görə, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Hakimin fəaliyyətinə qiymət verən, onu vəzifədə irəli çəkən, cəzalandıran qurumun başında hakimiyyətin başqa bir qanadının nümayəndəsi dayanır. Bilirsiniz, təqribən nəyə oxşayır? Məsələn, bir nazir gəlib Milli Məclisin spikeri olur. Ona görə dəfələrlə demişəm ki, Məhkəmə-Hüquq Şurasının tərkibi yalnız hakimlərdən ibarət olmalıdır. Əlbəttə, iclasa baş prokuror, ədliyyə naziri da dəvət oluna bilərlər. Məsələn, biz NATO Parlament Assambleyasında assosiativ üzv kimi iştirak edirik, bütün məsələlərlə bağlı çıxış etmək, münasibət bildirmək hüququmuz var, ancaq səs vermək hüququmuz yoxdur. Məhkəmə-Hüquq Şurasında da belə olmalıdır, ədliyyə naziri, baş prokuror da söz deməlidir, amma o qurum tam müstəqil olmalıdır.

Bizim məhkəmə sistemində ən biabırçı məqamlardan biri məhkəmə prosesinin uzadılmasıdır. Dəfələrlə məsələ qaldırmışam ki, niyə yuxarı instansiya məhkəməsi məsələyə mahiyyəti üzrə baxmır, bəzən işi aşağı instansiyaya qaytarır?

Komitə iclasında Ali Məhkəmənin üzvünə sual verirəm, “Niyə Ali Məhkəmə işi təzədən Apellyasiya Məhkəməsinə qaytarır?” Bir proses illərlə məhkəmələrdə fırlanır. Deyir ki, biz kassasiya qaydasında işə baxanda mahiyyəti üzrə baxmırıq, qanunlara nə dərəcədə doğru əməl olunması məsələsini araşdırırıq. Deyirəm, axı 1995-ci ildə qəbul etdiyimiz Konstitusiya ilə məhkəmə aktlarının qanunauyğunluğunu yoxlamaq səlahiyyəti müstəsna olaraq Konstitusiya Məhkəməsinə verilib. Ali Məhkəmə bu səlahiyyəti necə götürə bilər? Deməli, qanunlar Konstitusiyaya uyğunlaşdırılmalıdır. Prosessual Məcəllədə yazılmalıdır ki, Ali Məhkəmə işlərə kassasiya qaydasında mahiyyəti üzrə baxır. Vəssəlam, bununla da bu məsələ qurtarır. Yəni, aşağı məhkəmə insatansiyası düz baxmayıbsa, qanunu pozubsa, o biri məhkəmə instansiyası işə düzgün baxmalı və bununla da iş qurtarmalıdır. Üçüncü kassasiya instansiyasında məsələ bitməlidir. Ondan sonra vətəndaş istəsə ya Konstitusiya Məhkəməsinə, ya da Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər. Amma bizdə necədir?

Vəkillərdən biri mənə deyir ki, istənilən işi 3 il 4 ay uzada bilərəm. Hansısa sahibkarın biznesi mübahisəli məsələdən asılıdırsa, deməli, bu müddətdə iflasa uğrayacaq.

Elementar məsələdir, nə qədər deyirəm, yenə də əməl etmirlər. Üstəlik, əsaslandırıram ki, bunu Konstitusiya tələb edir. Cavab da tapa bilmirlər. Amma yenə dəyişmirlər.

Digər tərəfdən, məsələn, Konstitusiyada yazılıb ki, Ali Məhkəmə işlərə kassasiya qaydasında baxmalıdır. Məcəllədə isə Konstitusiyaya zidd olaraq yazılıb ki, Ali Məhkəmə həm də işlərə əlavə kassasiya qaydasında baxır. Soruşuram: “Axı Konstitusiyada belə şey yoxdur, siz Ali Məhkəmənin səlahiyyətini necə genişləndirirsiniz, növbəti bir məhkəmə instansiyası yaradırsınız?”

Əlavə kassasiya insatansiyası o deməkdir ki, təqdimat, protest və şikayət əsasında işə Ali Məhkəmə Plenumunda baxılır. Bu Konstitusiyaya ziddir və süründürməçiliyə yol açır.

Prosessual qaydada işlərə baxanda 3 hakim qərar qəbul edir. 3 hakimin baxıb qərar qəbul etdiyi işi Ali Məhkəmənin sədri kiminsə şikayəti əsasında bir hakimə verir ki, qərarın düzgün verilib-verilməməsini yoxlasın. Deməli, 3 hakimin qəbul etdiyi qərara başqa bir hakim – o da Ali Məhkəmənin hakimlərindən biridir – baxıb deyir ki, məsələn, səhv qərar verilib. Təzədən həmin məsələni Plenuma çıxarırlar və orada 3 hakimin qərarı bir hakimin təqdimatı əsasında ləğv olunur. Bu, əslində sui-istifadə hallarına imkan verir.

Məhkəmə-hüquq sistemində görüləsi o qədər işlər var ki… Vəkillik institutunun da səlahiyyətləri genişləndirilməlidir.

İstintaq orqanları ilə bağlı dəfələrlə məsələ qaldırmışam. Azərbaycanda, səhv etmirəmsə, 8 dövlət orqanında istintaq idarəsi var. Hüquq pozuntusunu qeydə alan orqan cinayət işinin istintaqını aparmamalıdır. Dövlət əleyhinə olan cinayətlər istisna olmaqla. Niyə? Çünki çalışacaqlar ki, cinayət işi qaldırılıbsa, proses məhkəmə instansiyasına qədər gedib çıxsın. Ona görə də Baş Prokurorluq yanında Dövlət İstintaq Komitəsinin yaradılması barədə müzakirələrə başlamaq lazımdır.
Oxşar xəbərlər
18:19, Bu gün
"Vaqner"ə yazılan qatil cəbhədən geri dönərək məşuqəsi və onun qızını qətlə yetirib
18:18, Bu gün
“Tramp məni işdən qovub” - Emin Ağalarov
18:09, Bu gün
Məntəqə sədri: Əsgəranda seçicilər tam şəffaf şəraitdə səs veriblər
17:59, Bu gün
Hoteldən özünüzlə apara biləcəyiniz 6 ƏŞYA
17:51, Bu gün
Uğurlu insanların ortaq cəhətləri nələrdir?
17:43, Bu gün
Dünyanın ən ağ qumlu çimərliklərini harda tapmaq olar? - TOP-20
17:35, Bu gün
Seçkilər şəffaf keçirilir - ŞƏT-in müşahidə missiyasının rəhbəri
17:29, Bu gün
ABŞ klubunun oyunçusu güllələnib
17:18, Bu gün
MEDİA: “Azadlıq Radiosu” parlament seçkiləri ilə bağlı ictimai rəyi manipulyasiya edir
17:09, Bu gün
Qarabağdakı antiterror əməliyyatından real döyüş kadrları ilk dəfə yayımlandı - VİDEO
16:55, Bu gün
Bakıda ŞOK: 17 yaşlı itkin düşdü, telefonundan bu mesaj gəldi – FOTO
16:48, Bu gün
Bu qidalar beyin hüceyrələrini qoruyur
16:39, Bu gün
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr AÇIQLANDI
16:29, Bu gün
Rusiya artıq Kurska hücuma cavab verir - Peskov
16:20, Bu gün
“Şuşa kart” istifadəyə verildi
16:10, Bu gün
Qərbin Azərbaycandakı təxribat şəbəkəsinin seçki prosesini pozmaq cəhdi
16:07, Bu gün
“MeydanTV”-nin 29 saylı seçki məntəqəsi ilə bağlı yaydığı saxta məlumat
16:00, Bu gün
Toyda dava: Tovuzlu toyu yarımçıq qoyub getdi - Video
15:50, Bu gün
Növbədənkənar parlament seçkisi: Saat 15:00-a olan seçici fəallığı açıqlandı 
15:42, Bu gün
Kərə yağı bitki yağı ilə əvəz edilməlidir?
15:38, Bu gün
BDU-nun baş müəllimi vəfat etdi
15:31, Bu gün
Şirin çaydan imtina etsəniz nə baş verər? -  Cəmi iki günə fərqi hiss edəcəksiniz
15:25, Bu gün
“Pozuntularla bağlı MSK-ya məlumat daxil olmayıb” - Rəsmi
15:19, Bu gün
Bakının bu ərazisində kirayə mənzillər 5000 manatdır - Səbəb bu imiş... 
15:11, Bu gün
Türkiyənin Yüksək Seçki Şurasının sədri: Azərbaycanda parlament seçkiləri səliqəli və şəffaf keçirilir
15:04, Bu gün
"Kəpəz"in yeni baş məşqçisi: Ağır yükün altına girdim
14:55, Bu gün
Pomidorla xiyarı birlikdə yeməyin - SƏBƏB
14:49, Bu gün
Yeni ailə quran cütlük bəy və gəlin paltarında səs verdi - FOTO
14:41, Bu gün
3 günlük meyvə pəhrizi orqanizmə necə təsir edir?
14:33, Bu gün
ABŞ-da təyyarə evlərin üzərinə DÜŞDÜ - Ölənlər var
14:29, Bu gün
Dünən yoxa çıxan helikopterin qalıqları tapıldı: sağ qalan yoxdur
14:19, Bu gün
Rus ordusu bu kəndləri ələ keçirdi
14:04, Bu gün
"Donbas kimə və nəyə görə lazımdır?" - Dmitri Medvedev
14:00, Bu gün
Azərbaycanda tarixi seçki: AB və ABŞ istərdi ki… - Markov
13:53, Bu gün
Duz xərçəngin dərmanı ola bilər
13:45, Bu gün
Akif Nağı səs verdi
13:43, Bu gün
Hikmət Hacıyev: Nikol Paşinyan Minsk qrupunun ləğvi ilə bağlı təhriflərə yol verib
13:30, Bu gün
Dağınıq ev hansı ruhi xəstəliklərdən xəbər verir?
13:25, Bu gün
İnsanların dəfn mərasimində etdikləri böyük səhv-  BU HALDA ÖLÜMÜ ÖZÜNÜZLƏ GƏTİRƏ BİLƏRSİNİZ 
13:20, Bu gün
İndiyədək Mətbuat Şurasının “qaynar xətt”inə heç bir müraciət daxil olmayıb
13:12, Bu gün
Rusiya FHN: “Mi-8” helikopterinin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb
13:06, Bu gün
Ukraynanın ən yaxşı qorunan xətti yarıldı: indi nə baş verəcək?
12:55, Bu gün
Divardan niyə xalça asırdıq?- Dekorasiya, səsqoruyucu, istilik...
12:49, Bu gün
İran prezidenti: "Söz verirəm ki, xalqa vəd etdiklərimi unutmayacağam"
12:45, Bu gün
Qüdrət Həsənquliyev səs verib
12:33, Bu gün
Avtomobil atəşə tutuldu - 3 nəfər həlak oldu- VİDEO
12:29, Bu gün
Şirniyyat yemə istəyindən necə XİLAS OLAQ?
12:11, Bu gün
Zahid Oruc: “Seçici fəallığının azlığını heç kim antidövlət arqumenti kimi istifadə etməsin” – VİDEO
11:59, Bu gün
"Kəpəz" yeni baş məşqçisini açıqlayıb
11:53, Bu gün
Gündə iki kartof yeməklə ÖMRÜNÜZÜ UZADIN 
11:47, Bu gün
Hər şeyin şəffaf şəkildə aparıldığının şahidi olduq - Beynəlxalq müşahidəçi
11:39, Bu gün
Qadın məhkumların saxlandığı müəssisədə səsvermə keçirilir
11:23, Bu gün
Bakıda parkinqlə bağlı yeni texniki vasitə - Sürücülər cərimələnir (VİDEO)
11:13, Bu gün
İlham Əliyev Özbəkistan Prezidentini təbrik edib
11:09, Bu gün
Ermənistanda Aİ missiyasına xitam verilməlidir: "Paşinyanın yalanları..." - Hikmət Hacıyev
10:53, Bu gün
Sizi qocaldan VƏRDİŞLƏR -qırışlar, çillər, piqment ləkələri...
10:46, Bu gün
Yumurta ilə heç vaxt yeməməyiniz lazım olan- 4 QİDA
10:36, Bu gün
Baş nazir: Seçkilərin ilk dəfə olaraq bütün Azərbaycan torpaqlarında keçirilməsi tarixi hadisədir
10:31, Bu gün
Baş nazir Əli Əsədov seçici hüququndan istifadə edib
10:27, Bu gün
Vəfa Nağıdan növbəti qanunsuz ƏMƏL: Seçki qutusuna müdaxilə etdi, vəkili yaraladı – FOTO / VİDEO
10:25, Bu gün
Kəlbəcərdə avtomobil aşıb, ölən var
10:21, Bu gün
“Google”dan kiberhücumlarla bağlı XƏBƏRDARLIQ: “Milyonlarla insan..."
10:11, Bu gün
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
10:01, Bu gün
Hikmət Hacıyev bu məntəqədə səs verdi - FOTO
09:55, Bu gün
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs veriblər
09:49, Bu gün
Paris-2024: Azərbaycan medal sıralamasında 24-cü pilləyə yüksəlib
09:42, Bu gün
Modern.az 15 yaşında...
09:35, Bu gün
Satılmır, amma ucuzlaşmır da - Mənzil bazarında nə baş verir?
09:29, Bu gün
Şuşada seçicilər səsvermədə fəal iştirak edirlər
09:25, Bu gün
Yeni tikilən binalarda daxili kreditin müddəti niyə azdır? – Açıqlama (Video)
09:20, Bu gün
Zabuxda seçicilər səsvermə hüququndan istifadə edirlər
09:10, Bu gün
Premyer Liqa: "Qarabağ" "Zirə"nin qonağı olacaq
09:02, Bu gün
Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər səsvermə hüququndan istifadə edirlər
08:53, Bu gün
Stalin SSRİ-də korrupsiyanı necə aradan qaldırdı?- FAKTLAR 
08:48, Bu gün
Azərbaycanda ƏN YÜKSƏK ödənişli ixtisaslar
08:41, Bu gün
Məzahir Pənahov: Heç kim seçicilərin hüquqlarına zidd hansısa addım ata bilməz
08:30, Bu gün
Rusların hesab etdiyimiz soy adları YƏHUDİLƏRİN İMİŞ -"Ov" -"Yev"
08:26, Bu gün
Naxçıvanda Milli Məclisə və MR Ali Məclisinə seçkilərdə səsvermə başlayıb
08:23, Bu gün
2500-ə yaxın məntəqədə exit-poll keçirilir
08:18, Bu gün
Məzahir Pənahov: Maksimum 20 gün ərzində...
08:09, Bu gün
Ombudsman səsvermə hüququndan istifadə edib
08:02, Bu gün
Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar səsvermə başlayıb
07:52, Bu gün
Sürücülər üçün payız MƏSLƏHƏTLƏRİ- Duman, yağış...
07:46, Bu gün
KİV: İsrail 2023-cü ilin oktyabrından bəri İordan çayının qərb sahilində 600-dən çox terrorçunu məhv edib
07:36, Bu gün
MSK: Parlament seçkilərinin başlaması ilə əlaqədar seçki məntəqələri hazır vəziyyətə gətirilir
07:19, Bu gün
Bakının bu ərazilərində yaşayanlara BƏD XƏBƏR - Sentyabrın 3-ü saat 06:00-dan...
07:06, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ: Evlər bu tarixdən kəskin bahalaşacaq - VİDEO
03:16, Bu gün
İsrail hərbçiləri Qəzza zolağında bir neçə girovun cəsədini aşkarlayıb
03:15, Bu gün
Kamçatkada itmiş Mi-8 helikopterinin axtarışlarına 40-dan çox xilasedici cəlb edilib
01:53, Bu gün
“Babam istəmirdi ki, onları bu sənətdə görsün, kim babamın mahnılarını oxuyursa...” - Mirzə Babayevin nəvəsindən AÇIQLAMALAR-ÖZƏL+FOTO
01:12, Bu gün
Ukrayna Rusiyanın BU ƏRAZİLƏRİNİ vurmaq istəyir - Siyahı ABŞ-a təqdim edildi
01:11, Bu gün
Lavrovdan SENSASİON AÇIQLAMA - "İran və İsrail arasında böyük müharibə..."
01:04, Bu gün
“Atam onunla qanuni, anamla isə qeyri-qanuni nikahda yaşayırdı” - Əliağa Vahid Leyla Bədirbəylini həqiqətənmi sevib, ona erotik şeirlər yazıb?-ÖZƏL+FOTO
00:02, Bu gün
Bu gün Azərbaycanda parlament seçkiləri keçiriləcək
31 Aug 2024 | 23:49
Amerikalı reper Fatman Skoop səhnədə huşunu itirərək dünyasını dəyişib
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
31 Aug 2024 | 22:58
Sərhəddə miqrantlara atəş açacağıq - Polşa
31 Aug 2024 | 22:56
"Sea Breeze" yaxınlığında yol ÇÖKDÜ - Xeyli sayda zərər çəkənlər var
31 Aug 2024 | 22:50
Ət dondurulduqdan sonra faydalı xüsusiyyətlərini itirir?
GÜNLÜK
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 20:18
700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...
31 Aug 2024 | 21:04
Alimlərdən yeni İDDİA- Ayağımızın ölçüsü BUNUN GÖSTƏRİCİSİ İMİŞ 
31 Aug 2024 | 20:52
Zelenskinin “sülh planı” ilə bağlı sözlərindən sonra Lavrovdan SƏRT XƏBƏRDARLIQ 
10:11, Bu gün
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
31 Aug 2024 | 18:36
“Bu halda Tramp Putini cəzalandıracaq...”
31 Aug 2024 | 20:55
"Baharın on yeddi anı"-almanların REAKSİYASI 
31 Aug 2024 | 22:35
Vəfa Nağı seçki məntəqəsində dava saldı: Sədr insult keçirdi
HƏFTƏLİK
30 Aug 2024 | 13:36
İran Zəngəzur dəhlizinin açılmasına razılıq verdi: Əsas şərt belədir - Detallar açıqlandı
29 Aug 2024 | 10:02
"Artsax günü” İsa bulağında restoran tikdirmiş Rubenin obyektində qeyd ediləcək...-FOTO
30 Aug 2024 | 07:26
Şahramanyan Azərbaycandan gətirilmiş 356 avtomobil haqda hökumətə məlumat versə də…
29 Aug 2024 | 16:45
“Kupça” problemi həll olunur – Bu ilin sonunda…
29 Aug 2024 | 16:35
Həyət evində yaşayanların DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz
26 Aug 2024 | 10:32
Əməkdar artist İLLƏRİN SİRRİNİ AÇDI: “Rəşid Behbudov buna görə tələbələrinə mane olurdu, qadağalar qoymağa çalışırdı”
31 Aug 2024 | 07:09
Fransızlar dilə gəldi: “Xalqına umac ova bilmir, bəşəriyyətə əriştə kəsir...”
28 Aug 2024 | 10:48
Azərbaycanda əsgərlik müddəti azaldılır? - Ali təhsillilər 6 ay...
27 Aug 2024 | 12:32
"Faydalarını biləndən sonra hər kəs dinləndirilmiş ət yeyəcək" - Qida mütəxəssisindən maraqlı TÖVSİYƏ
27 Aug 2024 | 22:42
Kemal Sunalın vəfat etdiyi təyyarə indi... - VİDEO
AYLIQ
31 Aug 2024 | 21:40
İran prezidenti bu axşam ilk dəfə xalqa müraciət edəcək
31 Aug 2024 | 23:15
Yol hərəkəti qaydalarının pozulması ilə bağlı cinayət və inzibati xəta işləri üzrə nələri bilməliyik?
31 Aug 2024 | 20:18
700 bal toplayan, yoxsa olimpiya çempionu? - Elə cavab verdi ki...
31 Aug 2024 | 21:04
Alimlərdən yeni İDDİA- Ayağımızın ölçüsü BUNUN GÖSTƏRİCİSİ İMİŞ 
31 Aug 2024 | 20:52
Zelenskinin “sülh planı” ilə bağlı sözlərindən sonra Lavrovdan SƏRT XƏBƏRDARLIQ 
10:11, Bu gün
“Manatlıq”lar yığışdırıldı, yeni problemlər yarandı (VİDEO)
31 Aug 2024 | 23:05
Sentyabrda şanslı olacaq BÜRCLƏR: Ay tutulması və...
31 Aug 2024 | 18:36
“Bu halda Tramp Putini cəzalandıracaq...”
31 Aug 2024 | 20:55
"Baharın on yeddi anı"-almanların REAKSİYASI 
31 Aug 2024 | 22:35
Vəfa Nağı seçki məntəqəsində dava saldı: Sədr insult keçirdi