Azərbaycan Türk fəlsəfəsinin problemləri və həll yolları...
Oxunub: 1803
11 Dec 2019 | 11:37
Azərbaycan Türk fəlsəfəsinin problemləri və həll yolları...
I Yazı

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

XX əsr Quzey Azərbaycan Türk fəlsəfi və ictimai-siyasi fikir tarixini yazmağın asan olduğu qədər çətin tərəfləri də kifayət qədərdir. Çünki Quzey Azərbaycan xalqı bir əsr ərzində siyasi müstəqillik və siyasi ideologiyalar (islamçılıq, türkçülük, azərbaycançılıq, sosial-demokratizm, marksizm-leninizm, liberalizm və b.) baxımından çox ziddiyyətli dövrünü yaşamış, əlifbasından tutmuş dilinin adına qədər ümummilli məsələlərdə çox ciddi dəyişikliklərlə üzbəüz qalmışdır. Minillər boyu əsasən azad, hürr yaşamış Azərbaycan türklərinin bir qisminin (Quzey Azərbaycanın) çar Rusiyasının işğalına məruz qalıb  “müstəmləkə xalq” siyasətinin qurbanına çevrilməsi, onun fəlsəfəsinə, tarixinə, mədəniyyətinə böyük zərbə olmuşdur. İmperiya ideoloqları (Çar Rusiyası, Sovet Rusiyası) Quzey Azərbaycan türklərini, bütövlükdə Qafqaz türklərini daim işğal altında tutmaq üçün onların yalnız torpaqlarını deyil, milli-mənəvi ruhunu da assimilyasiya etmə prosesinə başlamışdır. Bununla da, ən azı son iki əsrdə imperiya ideoloqları Qafqaz türkləri arasında “parçala və höklm sür!” siyasətinə uyğun olaraq Rusiya təfəkkürlü, rusdilli “azad xalqlar” formalaşdır¬mağa çalımışlar və çalışırlar da. 
Son iki əsrdə imperiya ideoloqlarının Rusiya təfəkkürlü, rusdilli görmək istədiyi “azad xalq¬lar”dan biri də Quzey Azərbaycan türkləri olmuşdur. Çünki Quzey Azərbaycan türkləri Qafqaz türkləri arasında xüsusi çəkiyə sahib olub, utancverici Türkmənçay müqaviləsini (1828, 10 fevral) qətiyyən qəbul etməmiş, daima milli azadlıq davası aparmış və özünü Türk dünyasından, o cümlədən Güney Azərbaycan türkləri ilə Türkiyə türklərindən heç bir zaman ayırmamışdır. Məhz Quzey Azərbaycan türklərinin bu təbii hiss və haqqlarını yaxşı bildikləri üçün də, imperiya ideoloqları Qafqazda türklərə və türklüyə qarşı amansız bir savaş açmış, onları qeyri-türklər və qeyri-türklüklə əvəz etməyə çalışmışdır. Şübhəsiz, onlar üçün bu yolda da, ilk növbədə türklüyü vəhşilik, barbarlıq kimi qələmə vermək, islam dininin xurafat və mövhumatdan uzağa getməməsinə çalışmaq, bununla paralel olaraq qeyri-türkləri (xristian ermənilər, gürcülər və b.) onlara qarşı qoymaq və bununla da Azərbaycan türklərinin milli şüurunda assimilyasiya prosesi aparmaq idi. Deməli, Rusiya ideoloqları Avropada olduğu kimi, türklük və islamlığı Qafqazda, o cümlədən Quzey Azərbaycanda (yeri gəlmişkən, burada coğrafi anlamda nəzərdə tutduğumuz Quzey Azərbaycan indiki Azərbaycan Respublikası ilə tamamilə eyniləş-dirilməməlidir. Əslində burada nəzrədə tutulan Quzey Azərbaycan Dərbənddən Naxçıvana, İrəvana, Lənkərandan Tiflisə qədərki bir coğrafiyanı əhatə edir) təhrif olunmuş şəkildə təqdim etməklə, Rusiya təfəkkürlü, rusdilli “azad, mədəni xalq” yaratmaq niyyəti güdmüşdür. 
Bu proses çar Rusiyası dövründə başlamış və Sovet Rusiyası dövründə isə “uğurla” davam etdirilmişdir. Belə ki, Azərbaycan türklərini əvvəlcə “tatar” adlandırıb onun dilinin, ədəbiyyatının, tarixinin “yaranma”sının “qayğısı”na qalan rus ideoloqlar Çarlıq dövründə “Rus-tatar məktəb¬ləri”ndə xeyli dərəcədə rusdilli kütlənin formalaşmasına nail ola bilmişdir. Artıq 19-cu əsrin ikinci yarısından başlayaraq “Rus-tatar məktəb¬ləri”nin, Çarlıq universitetlərinin məzunları¬nın böyük bir qismi özünü və təmsil olunduğu cəmiyyətin gələcəyini “Böyük Rusiya”dan kənarda görə bilmirdi. “Böyük Rusiya” mədəniyyətinin, dövlətçiliyinin, tarixinin, fəlsəfəsinin rusdilli, rus təfəkkürlü ziyalıları üçün milli və dini ortaqlığa baxmayaraq, artıq Qacar Türk dövləti, ya da Osmanlı Türk dövləti ilə eyniyyət fərqə, özü də əsaslı fərqə çevrildiyi halda, Rusiyaya münasibətdəki ziddiyyətlər (xüsusilə də din ayrılığı) isə aradan qalxaraq “doğmalıq” hissləri artırdı. Məhz bu “doğmalıq” hisslərinin nəticəsi olmalı idi ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində az da olsa, Azərbaycan türkləri və onun ziyalıları (M.Əzizbəyov, S.M.Əfən¬di¬yev, N.Nərimanov, Ə.Qarayev və b.) arasında nə olursa olsun “Böyük Rusiya”dan ayrılmamaq ideyası var idi.
Doğrudur, çar Rusiyası dövründə bu proses imperiyanı bürüyən inqilablarla, onun dağlması ilə (1917) yarımçıq qaldı və Qafqaz türk¬ləri, o cümlədən Quzey Azərbaycan türkləri Qacarlarla Osmanlı¬lara olan təbii hisslərini əsasən saxlaya bilmişdilər. Hər halda 19-cu əsrin sonu, XX əsrin əvvəllərində Quzey Azərbaycan türklərinin, onun ziyalılarının çoxunun (Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə, H.Cavid, M.Hadi və b.) əsas fəaliyyət dairəsi və dünyagörüşü Bakı, Gəncədən sonra ya Tehran və Təbriz, ya da İstanbulla bağlı olmuşdur. Cəmi iki ilə yaxın ömür sürən Azərbaycan Cümhuriyyəti də milli dünyagörüşün məhsulu idi. Bu o qədər təbii idi ki, Rəsulzadənin təbrincə desək, Qacarlardan sonra yenidən “istiqlal”ın dadını görmüş Quzey Azərbaycan türklərinin geri addım atmaq yolu yox idi. Əslində Sovet Rusiyasının 71 illik müstəmləkəçilik dövründə aparılan milli az¬ad¬lıq hərəkatında, o iki illik müstəqilliyin ayrıca dəyəri və yeri var idi. 
Ancaq onu da unutmaq olmaz ki, Sovet Rusiyası¬nın 71 illik müstəmləkəçiliyi çar Rusiyasının müstəmləkə-çiliyindən daha ağırlı və sərt oldu. Doğrudur, Sovet-Rus ideoloqları Quzey Azərbaycan türkləri ilə bağlı çar Rusiyasının yarımçıq qoymağa məcbur olduğu rusdilli, rus təfəkkürlü “azad xalq” siyasətini bir qədər gec, yəni 27 aprel faciəsindən dərhal sonra deyil, əsasən 1930-cu illərin ortalarından etibarən başladı. Buna səbəb də aşağıda daha geniş şəkildə qeyd etdiyimiz kimi, marksist-leniniçi Stalin prinsiplərinin tam formalaşmaması və nisbi müstəqilliyin fəlsəfə sahəsində də hökm sürməsi idi. Əslində bu “nisbi müstəqillik” daha çox marksizm-leninizmin təbliğində “sağ və sol opportinistlər”in olması, sovet proletariatının mahiyyətinin tam dəqiqiləşməməsi, milli mədəniyyətlə sosialist mədəniyyət arasındakı ziddiyyətlərin hələ də qalması idi. Ona görə də, represiyayaqədərki dövrdə (1920-1936) “nisbi müstəqil¬lik”dən istifadə edən fəlsəfəçilər də fəlsəfənin əsas problemlərinə, eyni zamanda sosial fəlsəfəyə (cəmiyyət, millət, şəxsiyyət, etnos və s.) aid məsələlərdə istər-istəməz fərqli mülahizələrlə çıxış edirdilər. Represiyayaqədərki dövrdə  kosmopolitizmə yuvarlanma da, “köhnə” və “yeni” nəsil arasında gedən mübarizə də məhz “nisbi müstəqillik” dövrünün məhsulları idi. Bizcə, Sovet Rusiyasında, o cümlədən Quzey Azərbaycanda az-çox fəlsəfi mülahizə¬lərin 1920-1936-cı illər arasında ortaya çıxmasının kökünü də məhz “nisbi müstəqillik”lə izah etmək olar. Ancaq repressiyanın dərinləş¬məsi və Stalin prinsiplərinin gerçəkləşməsi ilə bütün imperiyada, o cümlədən Sovet Azərbay¬canında da fəlsəfi ehkamlar qətiləşdi.
İlk dövrlərdə Quzey Azərbaycanda türklüyü tamamilə inkar edə bilməyən Sovet-Rus ideoloqlarının çox keçmədən Çarlıqdan da sərt formada türksüzləşdirmə siyasətinə baş¬la¬masının milli faciədən başqa bir adı ola bilməzdi. Özü də, onlar bu zaman artıq “tatar” deyil “azərbaycanlı”, “Azərbaycan milləti”, “Azərbaycan dili” anla¬yış¬ları altında assimilyasiya siyasətini həyata keçirməyə başlamışdı¬lar. Sovet-Rus ideoloqlarının türksüzləşdirmə siyasətinin əsasında minillər boyu türklük fəlsəfəsinin daşıyıcısı olan, üstəlik əsas nüvədən zorla ayrı yaşamağa məcbur edilən Quzey Azərbaycan türklərinin milli varlığının üstündən xətt çəkilib yeni, rusdilli, rus təfəkkürlü “xalq” yaratmaq idi. Guya, çar Rusiyasının işğalından sonra, xüsusilə də 19-cu əsrin ikinci yarısında formalaşan “Azərbaycanlı” adlı “xalq” türk dilində danışsa da türk deyilmiş, sadəcə türkdilli imiş, üstəlik bu “türkdilli xalq” yarı Qafqazdillidən, yarı İrandillidən ibarət olub türk¬lər¬in-səlcuqların Azərbaycana gəlməsi ilə zorla türkləşiblərmiş! Sovet-Rus ideoloqları iddia edirdilər ki, Cümhuriyyətə qədər və Cümhuriy¬yət dövründə türklükdən və islamlıqdan yazanlar da, ya siyasi cəhət¬dən zəif olanlar, ya da Türkiyənin cacusları, agentləri rolunda çıxış edənlər imişlər. 
Ancaq bütün bunlarla yanaşı “rusdilli, rus təfəkkürlü xalq”ın tar¬ixi¬nin, ədəbiyyatının, fəlsəfəsinin yazılması da lazım idi ki, o zaman mümkün olduğu qədər onu türklükdən uzaq tutan Sovet-Rus ideoloqları ağılasığmaz, reallığa qətiyyən uyğun gəlməyən mülahizə¬ləri, uydur¬ma¬¬ları həmin məsələlərə aid kitablarda gerçəklik kimi qələmə verir¬dilər. Məsələn, Sovetlər Birliyi dövründə yazılmış 3 cildlik “Azərbaycan tarixi”ndə Babək, Şah İsmayıl, Füzuli, Nəsimi “azər¬bay¬canlı”, dilləri “azərbaycan dili” kimi təqdim olunur, eyni zamanda Şah Abbas, Nadir şah, Ağa Məhəmməd Şah iranlı adlandırılır və düşmən elan edilir, Cümhuriyyətin qurucu və digər liderlərinə hər cürə böhtan atırdılar.
Ən əsas məqsəd o idi ki, Quzey Azərbaycan xalqında, onun ictimai-fəlsəfi fikrində türklük şüurunu tamamilə sıradan çıxarıb, onun yerinə Sovet Rusiyası imperiyasının maraqlarına cavab verən rusdilli, rus təfəkkürlü “Azərbaycan milləti” formalaşdırmaq idi. Sovet-Rus ideo¬loq¬ları Cümhriyyət liderlərinin, xüsusilə də onun qurucusu M.Ə.Rəsul¬zadə¬nin Türk Cümhuriyyətinə verdiyi “Azərbaycan” adını tamamilə fərqli bir qəlibə salıb bir tərəfdən türklükdən, Türk dünyasın¬dan ayrırır, digər tərəfdən isə onu Rusiyaya daha yaxınlaşdırb daimi bir aslılıq, müstəmləkəçilik halına gətirməyə çalışırdılar. Bunun üçün də yalnız türk təfəkkürlü insanları repressiya etməklə, ya da ölkədən qaçırmağa nail olmaqla kifayətlənmir, eyni zamanda rusdilli orta məktəblərin (ali məktəblərdə də eynilə), ya da bölmələrin sayını sürətlə çoxaldırdılar. Sovet-Rus ideoloqları elə bir şərait yaradırdılar ki, Quzey Azərbaycan xalqının, onun qabaqcıl insanlarının dünyagörüşü ancaq Rusiyayla, Rus mədəniyyəti ilə bağlı olsun və öz varlıqlarına görə ruslara, Moskvaya daima borclu hiss etsinlər.
Oxşar xəbərlər
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."