"Azərbaycan xalqı növbəti parlament seçkilərinə də böyük inamla gedəcək"
Oxunub: 1130
10 Dec 2019 | 18:54
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları" adlı məqalə yazıb.

Həmin məqaləni təqdim edir:

"Bütün demokratik sistemlərdə seçki dövlət və ictimai təşkilatlarda vacib vəzifələrin tutulması üçün keçirilən demokratik üsuldur və dünya təcrübəsində qanunda nəzərdə tutulan reqlamentə uyğun olaraq, əsasən, gizli keçirilir. Müasir demokratiyanın bərqərar olmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsinin təmin edilməsi seçkilər nəticəsində meydana çıxır. Seçkilər hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti sosial-hüquqi ədalətsizliklərdən və avtoritarizmin təzahürlərindən qoruyur.

Ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş demokratik və mütərəqqi seçki hüququ Azərbaycan Respublikasında seçkili dövlət orqanlarının təşkili qaydalarını nizamlayan hüquq normalarının sistemidir. Seçki hüququ ölkənin Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı III fəslində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Ölkəmizdə seçki hüququ sahəsində yaranan münasibətlər beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilən Seçki Məcəlləsi ilə tənzimlənir.

Vətəndaşların seçmək və seçilmək hüququ Azərbaycan Respublikasında dövlət işlərinin və ictimai işlərin idarə olunmasında onların iştirakı haqqında Konstitusiya ilə verilmiş hüquqlarıın ən mühüm hüquqi təminatıdır. Respublikanın 18 yaşına çatmış vətəndaşları seçki qanunları ilə müəyyən edilmiş qaydada ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçib-seçilirlər.

Mənşəyinə, siyasi baxışlarına, sosial və əmlak vəziyyətinə, irqi və milli mənsubiyyətinə, cinsinə, təhsilinə, dilinə, dinə münasibətinə, məşğuliyyət növünə və xarakterinə görə Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarının birbaşa, dolayısı ilə və ya başqa şəkildə məhdudlaşdırılması qadağandır.

Azərbaycan Respublikasında ilk konstitusiyanın qəbul olunduğu 1995-ci ildən bugünədək beş prezident (1998, 2003, 2008, 2013 və 2018), beş parlament (1995, 2000, 2005, 2010 və 2015), dörd bələdiyyə (1999, 2004, 2009 və 2014) seçkiləri keçirilmişdir. Sevindirici hal ondan ibarətdi ki, ölkəmizdə keçirilən hər bir seçki demokratiya yolunda irəliyə atılmış mühüm bir addım kimi qiymətləndirilmişdir. Bu dövr ərzində seçkilərin həm qanunverici, həm maddi-texniki bazası yüksək səviyyəyə qaldırılmış və bütün bu göstəricilər beynəlxalq ekspertlər tərəfindən müstəqil dəyərləndirilərək xüsusilə qeyd olunmuşdur.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bütün yuxarıda sadaladığımız seçkilərdə parlaq qələbələr qazanmış, seçki təcrübəsini artırmış və cəmiyyətdəki avanqard siyasi güc mərkəzi olduğunu dəfələrlə təsdiq etmişdir.

Lakin sirr deyil ki, seçkidən-seçkiyə Azərbaycanı ardıcıl uğurlara aparan siyasi kursun davamı və çoxşaxəli xarakteri ölkəmizə təzyiq göstərmək niyyətində olan daxili və xarici dairələri daim narahat etməkdədir. Ölkəmizə qarşı yersiz və əsassız ittihamların bir çoxunu onlar hər seçki dövründə buradakı əlaltıları vasitəsilə məqsədyönlü şəkildə dilə gətirməkdədirlər. Hər zaman olduğu kimi 9 fevral 2020-ci ildə Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər ərəfəsində də bu dairələrin sözçülüyünü keçmişi qaranlıq, Azərbaycan siyasətindəki ən odioz fiqur-AXCP sədri Əli Kərimli boynuna götürüb. Ölkədə keçirilmiş seçkilərin legitimliyini daim şübhə altına alan bu şəxs indidən, hələ keçirilməmiş Parlament seçkilərini qeyri-demokratik olacağı istiqamətində haray-həşir salmaqdadır. Onun “arqumentlərini” nəzərdən keçirək.

Əvvəla o qeyd edir ki, seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşmadığı üçün onların fəaliyyəti qeyri-şəffafdır.Onun korşalmış və pas tutmuş yaddaşının təzələmək üçün qısa bir tarixi ekskursiya edək. Belə ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosunun iştirakı ilə hələ 2000-ci ildə seçki komissiyaların tərkibi paritet əsaslarla formalaşmışdı.Lakin seçkilərin vaxtı elan olunmasına baxmayaraq müxalifət partiyaları nə MSK, nə DSK, nə də MnSK tərkiblərinə öz namizədlərini irəli sürmədilər.Parlament isə tətildə olmasına baxmayaraq fövqəladə toplandı və seçki komissiyalarının indiki tərkibdə yenidən qurulmasına qərar verdi.Lakin hətta indiki komissiyaların təşkilində belə Avropa Şurası,Venetsiya komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları bürosu ekspertlərinin rəyləri alındı.Yeri gəlmişkən , həmin bu Əli Kərimli məhz bu tərkibdəki komissiyaların fəaliyyəti dövründə, yəni 2000-ci ildə öz partiya yoldaşları ilə birgə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçildi.Amma nədənsə o zaman komissiyaların tərkibi məsələsi onu qətiyyən narahat etmirdi.

Radikal müxalifətin tənqid hədəflərindən biri də seçki məcəlləsinin namizədlərin qeydə alınması ilə bağlı tələblərin guya sərtləşməsi ilə bağlıdır.Halbuki vaxtilə hər namizəd üçün 2000 imza toplamaq şərti mövcud idisə, hazırda qanun tələbi cəmi 450 imzaya endirilib. (Bax: Seçki Məcəlləsi maddə 147.1) Habelə əgər seçki məcəlləsinin əvvəlki müddəalarına diqqət yetirsək , görərik ki, bir seçici yalnız bir namizəd lehinə imza verə bilərdisə, hazırda bu baxımdan heç bir məhdudiyyət yoxdur (Bax:Seçki Məcəlləsi maddə 147.2)

Siyasi opponentlərimizin üzərində durduğu digər bir məqam siyasi partiyalara seçki öncəsi bərabər rəqabət şəraitinin guya yaradılmaması ilə bağlıdır. Halbuki 60-dan artıq dairədə namizədi qeydə alınan siyasi partiyalar, siyasi partiyaların blokları hər bir seçki komissiyasının tərkibinə bir məşvərətçi səs hüquqlu üzv təyin edə bilərlər. Birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd müvafiq dairə seçki komissiyasına və seçki dairəsi ərazisində yerləşən hər bir məntəqə seçki komissiyasına bir məşvərətçi səs hüquqlu üzv təyin bilər. (Bax:Seçki Məcəlləsi maddə 148.6) Seçki komissiyasının məşvərətçi səs hüquqlu üzvü olduqca geniş səlahiyyətlərə sahibdir. Belə ki, o seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini vermək, seçki büllütünlərini saymaq, seçki bülletenlərini və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini ləğv etmək, səsvermənin yekunları və nəticələri haqqında protokolları tərtib etmək, seçki komissiyasının səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edərkən səs vermək,müvafiq seçki komissiyasının qərarını imzalamaq hüquqları istisna olmaqla, seçki komissiyasının həlledici səs hüquqlu üzvü ilə eyni hüquqlara malikdir. (Bax:Seçki Məcəlləsi maddə 22.9)

Eyni zamanda birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədin 10-a qədər vəkil edilmiş şəxs təyin etmək hüququ vardır (Bax:Seçki Məcəlləsi maddə 152.1). Nəzərə almaq lazımdır ki, bu şəxslər həm də dairə və məntəqələrdə müşahidəçilik missiyasını da yerinə yetirə bilərlər. Müşahidəçilərin isə qanunvericiliyə görə olduqca mühüm səlahiyyətləri vardır: seçki günü istediyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq, seçici siyahıları ilə tanış olmaq, səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək, seçki qutusundan çıxmış seçki bülletenlərinin sayılmasını müşahidə etmək, müşahidənin nəticələrinə dair rəyin seçki komissiyasının protokuna əlavə olunmasını tələb etmək və s. (Bax:Seçki Məcəlləsi maddə 40-44).

Seçki Məcəlləsi seçkiqabağı təşviqatın aparılması üçün bütün namizəd siyasi partiya və siyasi partiya blokları üçün bərabər şərtlər təsbit etmişdir. Belə ki, bütün tərəflər üçün müvafiq icra hakimiyyəti orqanı seçki dairəsi ərazisində birbaşa təbliğat-təşviqatın həyata keçirilməsi üçün açıq və qapalı məkanlar ayırır. Eyni zamanda birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkiqabağı təşviqatı üçün həftədə üç saatdan az olmayaraq pulsuz efir vaxtı ayrılır (Bax:Seçki Məcəlləsi maddə 80). Habelə, dövlət qəzetlərində təşviqat xarakterli pulsuz elanlar verilə bilər (Bax:Seçki Məcəlləsi maddə 77.2).

Göründüyü kimi, Azərbaycan Respublikasında mövcud qanunverici baza ən demokratik, azad şəffaf və plüralist əsaslarla istənilən səviyyədə (prezident, parlament, bələdiyyə) seçkilər keçirməyə imkan verir. Sadəcə, vətəndaş və ya siyasi partiya olaraq, öz hüquqlarını bilmək və bundan maksimum yararlanmaq lazımdır. Zənnimcə, ölkənin radikal müxalifətini seçkilərdə iştirakdan çəkindirən ən vacib amil şübhəsiz ki, qanunverici baza deyil. Əsl çəkindirici amil ənənəvi müxalifətin getdikcə marginallaşması, bunun da məntiqi nəticəsi olaraq, ilk növbədə eloktratın getdikcə zəifləməsi və nəhayət xalqa deməyə sözünün olmamasıdır.

Yekunda əminliyimi ifadə etmək istərdim ki, Azərbaycan xalqı növbəti parlament seçkilərinə də böyük inamla gedəcək və bu mühüm siyasi kampaniya demokratiya tariximizdə növbəti parlaq səhifə açacaqdır. Ən böyük legitimlik isə xalqın iradəsidir".
Oxşar xəbərlər
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 08:30
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
18 May 2024 | 08:20
10 dərdə dərman – Armud şirəsi
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 11:05
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
18 May 2024 | 08:30
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
18 May 2024 | 08:20
10 dərdə dərman – Armud şirəsi