Milli Şuranın tərkibi və orada təmsil olunan tanınmış insanlarla bərabər nisbətən təsadüfi adamların da iştirakı cəmiyyətdə birmənalı qarşılanmadı. Amma bəzi analitiklər iddia edir ki, bu ancaq zahirdə belədir və Milli Şurada təmsilçiliyi olmayan çoxsaylı nüfuzlu şəxs var ki, onlar bəlli səbəblərdən ruhən Milli Şurada olduqlarını gizlətmək zorundadırlar.
“Azadlıq” qəzetinə müsahibə verən politoloq Vəfa Quluzadə də deyəsən, bu cür nüfuzlu şəxslərdən biridir və onun Milli Şuranın seçkilər zamanı güclü fəaliyyətinin olacağını bildirməsi politoloqun bu quruma simpatiya bəslədiyinin bariz nümunəsi ola bilər. Görəsən, ehtimallarımız nə dərəcədə həqiqətə yaxındır, Vəfa Quluzadənin bu tip bəyanatları onun ruhən Milli Şura ilə birgə olduğu anlamına gəlirimi?
Moderator.az-ın sualını cavablandıran Milli Şuranın üzvü Zəfər Quliyev Vəfa Quluzadə ilə həmfikir olduğunu bəyan edərək bu qurumun böyük hədəflərinin olduğunu bildirdi: Vəfa müəllimin fikri ilə razıyam o, görkəmli dövlət xadimidir və biz ona hər zaman hörmətlə yanaşmışıq. Vəfa Quluzadə də hər zaman demokratik düşərgə ilə həmfikir olub”
Xəyal Əzizov