Sabiq müdafiə naziri Rəhim Qazıyev ötən gün Moderator.az-a geniş müsahibə verib və bir sıra şok açıqlamalarla çıxış edib. O, Surət Hüseynov haqqında danışarkən onun Qarabağ döyüşlərində böyük xidmətlərinin olduğunu orijinal şəkildə ifadə edib:
“Surət Hüseynov Dağlıq Qarabağın düşməndən azad olunması uğrunda İsa Qəmbərin, Pənah Hüseynin, Arif Hacılının və Sülhəddin Əkbərin dördünün birlikdə etdiyindən çox edib. Bunu bütün ölkə mətbuatının iştirakıyla sübut da etməyə hazıram”.
Rəhim Qazıyevin bu iddiasıyla bağlı Qarabağ döyüşlərinin fəal iştirakçısı, sabiq müdafiə naziri Tahir Əliyevin də münasibətini öyrəndik. T.Əliyev Moderator.az-a açıqlamasında Rəhim Qazıyevin bu fikirləriylə tam razı olduğunu bildirərək, həmin “dördlüyə” əlavələrinin olduğunu da söyləyib:
“Doğurdan da Surət Hüseynovun Qarabağ döyüşlərində çox böyük xidmətləri olub. Hələ Rəhim Qazıyev az deyib, Qarabağın düşmən işğalından azad olunmasında Surət Hüseynovun xidmətləri adıçəkilən 4 siyasətçidən artıqdır, mən hətta bu siyahıya Fərəc Quliyevi və digərlərini də əlavə edərdim”.
Orxan