Arzu Kazımov: "Mən Elşad Abdullayevlə halallıqla ayrılmışdım" ”“ Arzu Kazımov
Müsahibə
Oxunub: 3572
28 Jun 2013 | 11:18
Arzu Kazımov:
Fəaliyyəti qadağan olunan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayevin şikayəti əsasında həbs edilən iş adamı Arzu Kazımov “Bizim Yol” qəzetinin suallarını cavablandırıb. Moderator.az həmin müsahibəni təqdim edir:   

- Arzu müəllim, artıq xeyli zamandır ki, həbsdəsiniz. İstintaq və məhkəmə prosesini necə dəyərləndirirsiniz? 

- Mən açıq şəkildə deyim ki, istintaq prosesindən razı qalmadıq. Çünki, vəkilim tərəfindən barəmdə həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilən vəsatətlər rədd edildi. Mən heç yerə qaçası deyildim. Elşad bu iddialarla çıxış edəndə də ona öz cavabımı media vasitəsi ilə verirdim. İstintaq orqanının da suallarına cavab vermişəm və verməyə hazır idim. Bir sözlə həbsim qanunsuz olduğu üçün aparılan istintaq prosesində də hüquqlarım pozuldu. Məhkəmə prosesinə gəlincə, hələlik bu barədə danışmaq tezdir. Çünki, cəmi iki proses olub. Bunlardan biri hazırlıq iclasıdır. Digəri isə mənim ifadəm olub. Hələ qarşıda şahidlərin dindirilməsi məsələləri var. Həmçinin, məhkəmə araşdırmaları olacaq. Bir neçə prosesdən sonra məhkəmə ilə bağlı fikir söyləmək olar. Ancaq mən bir şeyi demək istəyirəm. Elşad Abdullayevi Azərbaycanda hər kəs dələduz, şantajçı bir adam kimi tanıyır. Bu şəxs ortalığa çıxandan bəri ölkədə elə bir adam qalmadı ki, ona böhtan atmasın. Mən də Elşad Abdullayevin böhtanlarının qurbanıyam. Bir neçə aydır ki, həbs edilmişəm. Amma həbsdə olduğum zaman ərzində onun mənə irəli sürdüyü ittihamların heç biri təsdiqini tapmayıb. Elşadın böhtanı ilə məni həbs ediblər. Mən onun böhtançı olduğunu istintaqa ifadələrimlə isbatlamışam. Bu gün də məhkəmə prosesi keçirilir. Məhkəmə də bunu sübut edirəm. İnanıram ki, gec tez-tez haqq ədalət öz yerini tapacaq.  

- Ən ciddi sual onun sizə pul verməsi barədədir. Elşad Abdullayevdən pul almısınızmı və almısınızsa, burada hansı məqsəd olub? 

- Tikinti fəaliyyəti ilə məşğul olan hər kəs bilir ki, Elşadla mənim münasibətim olub və bu münasibət ancaq sırf biznes fəaliyyəti ilə bağlı olub. Biz birlikdə biznes fəaliyyəti ilə məşğul olmuşuq. Mən yaxşı xatırlayıram, bir gün gəlib dedi ki, “Avropa bankında olan türk mənə kömək etdi, mən isə ona bu puldan 10% verdim, ona görə də o mənə uşaq bağçası və məktəb tikintisi üçün pul ayırıb”. Universitetində işləyən Şulan Şirəliyevi göndərib Küveytə, oradan pul gətirib məscid tikməyə. Və o məndən xahiş etdi ki, bu obyektləri birlikdə tikək. O mənə dedi ki, məscidi institutun həyətində, baxça və məktəbi Yasamaldakı yerimizdə tikəcəyik. Sual olunur: Əgər sən bunları mənə deməmisənsə, mən bunları haradan bilirdim? Digər tərəfdən, sən mənə yalvarıb-yaxarırdın ki, “qardaşım nəyimiz varsa, götürüb qaçıb, bu işlərdə kömək elə, bir az pul qazanım”. Elşad mənə pul verib. Amma bunu qardaşının tapılması üçün verməyib. Mən ondan pul alarkən bunu rəsmiləşdirdik. Bir dəfə mənə dedi ki, “ABU-nun lisenziyası ilə bağlı nazirlikdə bir nəfərə bahalı ev alıb hədiyyə etməliyəm”. Bildirdi ki, 500 minlik mənzil olsun. Elşad mənə pul gətirdi. Amma mən dedim ki, gəl bunu rəsmiləşdirək. Həyatdır, birdən yolda gedəndə məni maşın vurar, başıma bir iş gələr. Niyə məndə pulun batmalıdır? Mənim təkidimlə Elşadın qohumu ilə aramda müqavilə bağlandı.  

- Bildirmişdiniz ki, Elşad Abdullayev sizinlə söhbətində qardaşı Mahir Abdullayevin qaçdığını deyib. Bu fikirlərinizi bir az da genişləndirə bilərsinizmi? Sizin münasibətlərinizin yaxın olduğunu nəzərə alsaq, o zaman Mahir Abdullayevin niyə qaçdığını ondan soruşmadınız? 

- Əlbəttə, soruşurdum. Münasibətlərimiz çox yaxın olanda mən ondan soruşdum ki, qardaşın niyə qaçıb? Cavab verdi ki, o, stadionda böyük siyasi səhvə yol verib. O vaxta qədər mən sənin qardaşın haqqında heç nə bilmirdim və onu heç tanımırdım. Həmişə mənə deyirdi ki, “Mahir adlı qardaşım yoxdur, bütün var-dövlətimizi yığıb aradan çıxıb”. Elşad mənə verdiyi bütün pulları rəsmiləşdirmişəm. İddia edir ki, bu pulu guya qardaşının tapılması üçün mənə verib. Mən yenə də ortaya sübut qoyuram. Elşadın «ERA» ATSC adlı firması ilə mənə məxsus «İnşaat 2002» arasında müqavilə var. Müqavilənin sürətləri istintaq materiallarında var. Həmin müqavilədə Elşad Abdullayev yazıb ki, “«ERA» ATSC - «İnşaat 2002» şirkətinin Bakı şəhəri Nərimanov rayonunda inşa etdiyi, ümumi dəyəri 1 milyon ABŞ dolları olan 50 ədəd mənzilin alınması üçün «İnşaat 2002» şirkətinin rəhbəri Kazımov Arzu Firudin oğluna, şirkət üzvlərinin şəxsi vəsaiti olan, bir milyon ABŞ dolları məbləğində pul verdim”. Mən isə yazmışam ki, «İnşaat 2002» şirkətinin rəhbəri, Kazımov Arzu Firudun oğlu, müqavilənin ikinci bəndində göstərilən məqsəd üçün, «Era ATSC»nin rəhbəri Abdullaev Elşad İslam oğlundan bir milyon ABŞ dolları pul aldım. Müqavilədə o da qeyd olunub ki, əgər bir il yarım müddətində həmin mənzillər “ERA” ATSC-yə verilməzsə, ödənilmiş bir milyon pul və əlavə 30 faiz geri qaytarılmalıdır. Aramızdakı müqavilənin bitməsinə 5-6 ay qalmış Elşadın qardaşları mənim yanıma gəldilər ki, o, sənə pul verib. Elşad bunu bilib, zəng edib, yalvardı ki, deyim ki, Mahirə görə almışam. Mən təbii ki, razılaşmadım. Dərhal müqaviləni çıxarıb, onlara göstərdim. Onlar susub bir- birinə baxdılar və 2-3 saatdan sonra gələcəklərini xahiş etdilər. 2 saatdan sonra Elşadla birlikdə gəldilər və xahiş etdilər ki, 10 gün gözləyə bilmirlər, pulu və ya onun müqabilində mənzil , torpaq sahəsi götürə bilərlər. Mən onlara mənzil və torpaq sahəsi təklif etdim. Onlar sabah yerlərə baxıb, cavab verəcəklərini dedilər. Səhərisi gün onlar gəldilər və torpaq sahəsini götürmək istədiklərini bildirdilər. Biz onlarla birlikdə notariusa getdik və özünün tərtib etdiyi notarial qaydada bütün məsələləri hüquq çərçivəsində həll etdik və özü də bildi ki, biz ona 2.000 000 dollar dəyərində yer verdik. Mən orada hamının yanında ondan soruşdum ki, mənim sənə heç bir borcum qalmadı ki? Özü, qayınatası, qardaşları da dedilər ki, “yox”. Biz notariusdan yüksək əhval-ruhiyyədə dağılışdıq. Biz onunla halallıqla ayrıldıq. Mən bir məsələni də vurğulayım ki, Elşad Abdullayev məndən xahiş edirdi ki, qardaşları və qohumları bu pulları mənə 30 %-lə verməsini bilməsinlər. Yadımdadır, bir dəfə mənə dedi ki, “Mahirin qayınatası var, bir həftəyə öləcək, gedək onun yanına, ona bir az ürək- dirək verək”. Razılaşdım və getdik. İçəri girən kimi kişi mənim üstümə çığırdı ki, Mahirin pulunu almısan, onu niyə gətirmirsən?. Mən yerimdə donub qalmışdım, Elşad da mənə göz eyləyirdi ki, cavab verməyim. Bir müddət susandan sonra kişi mənim üstümə bir də çığırdı ki, “mən bilirəm sən kimsən, nəçisən, gör, sənə nələr edəcəm”. Bunlardan sonra mən ona cavab verdim ki, mən hüquq mühafizə orqanlarında işləmirəm, qoy onlar sənin kürəkənini tapsınlar. Və ona dedim ki, Elşad bu pulu 30 %-lə mənə iş görmək üçün verib, istəyirsiz müqaviləni gətirib göstərim. Bundan sonra Elşad artistcəsinə ortaya girdi və bizi sakitləşdirdi. İndi başa düşürəm ki, niyə o məndən susmağı xahiş edirdi, yəqin lentə alırdı və bu epizodlar kişinin yadında qalar.  

- Elşad Abdullayevlə DİN-in sabiq müavini Zahid Dünyamalıyevin arasında vasitəçi olmağınız barədə iddiaya necə yanaşırsınız? 

- Mənim daxili işlər nazirinin sabiq müavini, dünyasını dəyişmiş Zahid Dünyamalıyevlə yaxın münasibətim olub. Mahirin işi ilə bağlı dəfələrlə ondan və digər vəzifəli şəxslərdən xahiş etmişəm. Ancaq bu xahişlər üçün Elşaddan pul almamışam. Elşad deyir ki, guya mən onu qardaşı Mahirlə danışdırmışam və Mahir ona işgəncə verildiyini deyəndən sonra mənə pul verib ki, qardaşını qurtarım. Hansı videoda mən demişəm ki, Elşad mənə pul verib qardaşı üçün? Bizim pul söhbətlərimiz yalnız biznes sahəsində olub. Elşad Abdullayev oturub xaricdə ağzına gələni yazır, buna görə mən neçə vaxtdır içəridəyəm. Qoy bir özü gəlsin burada desin ki, nə baş verib. Mən bircə şeyi bilirəm ki, haqq-ədalət öz yerini tapacaq. Elşad Abdullayevin böhtan atmadığı adam qalmayıb. Maraqlıdır ki, heç kəs də ona cavab vermir. Bir gün ondan hesab soracaqlar.

Oxşar xəbərlər
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 19:08
"Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir"
18 May 2024 | 19:07
Zəngilan məscidinin əsaslı təmirdən sonrakı görüntüləri - VİDEO
18 May 2024 | 18:30
Müdafiə Nazirliyinin idarə rəisi İŞDƏN ÇIXARILDI
18 May 2024 | 18:02
Qarabağ Universiteti ilə bağlı sualların cavablandırılması üçün bu nömrəyə ZƏNG EDİN
18 May 2024 | 17:57
Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olundu - FOTO
18 May 2024 | 17:53
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım etdi - FOTO
18 May 2024 | 17:49
Ağasəlim Mircavadov "Sumqayıt"ın Premyer Liqada ikincilik şansını daha yüksək qiymətləndirib
18 May 2024 | 17:43
"Ağ Evin keçirdiyi unikal əməliyyat nəticəsində amerikalı həkimlər Qəzzanı tərk edib" - CNN + FOTO
18 May 2024 | 17:37
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
18 May 2024 | 17:31
Alim Qasımovu dünyaya təqdim edən tarzən: O, ölümündən əvvəl tarına nə deyib? - FOTO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:19
Fidan Qasımova və Nahidə Orucova nənə oldu-FOTO
18 May 2024 | 17:17
Qadın sürücüləri tənqid etdi: "Harda gəldi saxlayıb gedirlər"
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:09
Boksçularımız beynəlxalq turniri 5 medalla başa vurublar - FOTO
18 May 2024 | 17:04
Moskvada Azərbaycan məhsullarının dequstasiyası keçirilib - FOTO
18 May 2024 | 17:01
“Ermənilərin məşhur bəstəkarı özü etiraf etmişdi ki, musiqi yazmağı Üzeyir Hacıbəylidən öyrənib”-FOTO+ÖZƏL
18 May 2024 | 16:59
Maşanlı kəndində 590 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:58
"Kiyevin müttəfiqləri Ukraynanı sülh danışıqlarına meyilləndirir" - "Europe 1" radiostansiyası
18 May 2024 | 16:56
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May 2024 | 16:54
2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:52
"Azəriqaz"-ın baş direktoru bir qrup Birlik əməkdaşını mükafatlandırdı - FOTO
18 May 2024 | 16:50
Yüz manatlıqlarla bağlı əhaliyə XƏBƏRDARLIQ: "DİQQƏTLİ OLUN!"
18 May 2024 | 16:48
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18 May 2024 | 16:45
Prezident və xanımı Zəngilan məscidinin açılışında - YENİLƏNİB
18 May 2024 | 16:42
2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək
18 May 2024 | 16:39
Peter Siyarto: Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyəti bərpa olunmalıdır
18 May 2024 | 16:35
“Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verildi - YENİLƏNİB
18 May 2024 | 16:32
Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 16:22
Hacıqabulda 14 yaşlı oğlan bıçaqlanıb
18 May 2024 | 16:19
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:12
İlham Əliyev Cəbrayılın Böyük Mərcanlı kəndinin təməlini qoydu - FOTO
18 May 2024 | 16:11
Azərbaycanlı şair vəfat edib
18 May 2024 | 16:08
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoydu
18 May 2024 | 16:03
"Zəmanətli sanitar zonaya Polşa da düşəcək" - Medvedev
18 May 2024 | 15:58
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb, Sabirabada dolu düşüb - FAKTİKİ HAVA
18 May 2024 | 15:51
"IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib"
18 May 2024 | 15:49
“Söz azadlığından, demokratiyadan  danışıb sosial şəbəkələrin fəaliyyətini dayandırmaq əxlaqsızlıqdır”
18 May 2024 | 15:45
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May 2024 | 15:44
UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək
18 May 2024 | 15:43
“Real Madrid”in 60 milyon avroya transfer etdiyi futbolçu mövsüm sonunda klubsuz qala bilər
18 May 2024 | 15:36
Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO
18 May 2024 | 15:33
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu
18 May 2024 | 15:30
“NKVD” – komsomol qarşıdurması: Beriya bu mübarizədən də qalib çıxıb  
18 May 2024 | 15:25
ABŞ-nin nüfuzlu universitetlərinə qəbul qazanan məktəblinin daha bir uğuru
18 May 2024 | 15:20
Nohur gölündə suyun səviyyəsi aşağı endirilir - VİDEO
18 May 2024 | 15:18
Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı
18 May 2024 | 15:16
Azərbaycanın üçqat dünya çempionu: Özümdən bu nəticəni gözləyirdim
18 May 2024 | 15:15
Qafqazda qurulan oyun
18 May 2024 | 15:10
Fransa-Azərbaycan gərginliyinin əsl səbəbi: Məsələ Ermənistan deyilmiş
18 May 2024 | 15:03
Bakıda 50 minə yaxın lV sinif şagirdi imtahan verdi
18 May 2024 | 14:58
Bakıda “kokain” və “ekstazi” satan şəxs tutuldu - VİDEO
18 May 2024 | 14:52
Hərbi Hava Qüvvələrinə yeni təyin olunan komandan KİMDİR? - DOSYE
GÜNLÜK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
15 May 2024 | 22:56
Fitsoya sui-qəsdlə bağlı maraqlı FAKT - 2003-cü ildən sonra ilk dəfə... - VİDEO
17 May 2024 | 10:44
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
AYLIQ
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 07:40
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
18 May 2024 | 09:00
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
18 May 2024 | 07:20
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
18 May 2024 | 08:00
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
18 May 2024 | 07:08
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
18 May 2024 | 08:39
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
18 May 2024 | 09:19
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
18 May 2024 | 06:42
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
18 May 2024 | 10:53
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."