Rəhim Qazıyev: “Yalnız bir dəfə Əbülfəz bəydə ürəyimi riqqətlə dolduran qətiyyət gördüm...”
Siyasət
Oxunub: 6149
27 Jun 2013 | 19:32
Rəhim Qazıyev: “Yalnız bir dəfə Əbülfəz bəydə ürəyimi riqqətlə dolduran qətiyyət gördüm...”

“Surət Hüseynov Qarabağın işğaldan azad olunması uğrunda İsa Qəmbərin, Pənah Hüseynin, Arif Hacılının, Sülhəddin Əkbərin dördünün birlikdə etdiyindən artıq xidmətlər göstərib”

Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 75 illiyi münasibətilə onunla bağlı xatirələrini mətbuatla bölüşən keçmiş təhsil naziri Firudin Cəlilov belə bir açıqlamada bulunmuşdu ki, Bəy ölümündən iki ay öncə onunla söhbətində bu cür acı tale yaşamasında güvəndiyi komandasının və kadrlarının etimadı doğrultmamasının, onların səriştəsizliyinin həlledici rolu olduğundan gileylənibmiş. Moderator.az AXC hakimiyyəti dövründə yüksək dövlət postları tutmuş və əslində Elçibəy komandasının əsas üzvlərindən ibarət olan Pənah Hüseyni, İsgəndər Həmidovu, Sülhəddin Əkbəri və Rəhim Qazıyevi arayaraq mərhum prezidentin təəssüfünə səbəb olan komanda üzvlərinin kimliyini araşdırmaq istəyəndə adları çəkilən ekslərdən fərqli olaraq keçmiş müdafiə naziri ümumiyyətlə telefonla açıqlama verməkdən imtina etdiyini söyləmişdi. Onu redaksiyaya dəvət etdik. Silahlı Qüvvələrimizin yaranmasının 95 illik yubileyindən bir gün öncəyə təsadüf edən bu  görüşdə Rəhim Qazıyevlə digər mövzular ətrafında da söhbət etmək fürsətini qaçırmadıq.

-Rəhim bəy, doğrudanmı AXC iqtidarının süqut etməsində Elçibəyin güvəndiyi komandasının səriştəsizliyi həlledici rol oynadı?

-Əvvəla, bizi naşılıqda ittiham edənlərdən soruşmaq lazımdır ki, bu 20 ildə ölkəni idarə edən adamların hamısı ağlına, savadına, cəsarətinə, səriştəsinə görəmi həmin postlarda qocalıblar? Əslində ilk növbədə bundan başlamaq lazımdır. Digər tərəfdən, mən Əbülfəz bəy hakimiyyətə gəlməmişdən iki ay öncə müdafiə naziri təyin olunmuşdum. Əlbəttə, həmin dövrdəki təcrübəsizliyimizi danmaq olmaz. Amma bu heç də o demək deyil ki, təcrübəsiziliyimiz daha qabarıq nəzərə çarpırdı və bunun ağır fəsadları oldu. Bəli təcrübəmiz az idi, vəzifəsinə uyğun gəlməyən kadrlar da çox idi, ancaq biz yenicə müstəqillik əldə etmiş və ağır müharibə şəraitində olan, xəzinəsində indi bir yeraltı keçidin inşasına sərf olunan qədər pulu olmayan bu gənc dövləti indikilərdən yaxşı qoruduq,  Cəmisi 11 ay hakimiyyətdə olan bu komandanı düz 20 ildir ki, olmazın yalanlarıyla ittiham edirlər. Dağılmış SSRİ-dən qan-qadayla qopmuş, 4 il müharibə şəraitində olan bu hakimiyyəti nə qədər tənqid-təhqir etmək olar?

-AXC iqtidarının iflasında bu komandanın səriştəsizliyinin nə dərəcədə rolu oldu?

-Mən çox təəssüf edirəm ki, Elçibəy həyatda yoxdur. Kaş o sağ olaydı və həmin dövrün hakimiyyət komandasıyla başda Əbülfəz bəy olmaqla üz-üzə oturub aydınlaşdıraydıq ki, hakimiyyəti kim təhvil verib? Dövlət böyük mənada bir ailədir. Ailənin başında bacarıqlı, qətiyyətli, uzaqgörən bir ailə başçısı olanda həmin ailədəki kəm-kəsir işlər də yavaş-yavaş düzəlir. Ona görə həmin şəxsə ailə başçısı deyirlər ki, o vəziyyətdən, böhrandan çıxış yolunu hamıdan qabaq və yaxşı görə bilir, daha geniş diapazonda nəticə çıxarmaq bacarığı var, ailədə də yerində oturmayan adama yerini göstərir. Bu, bir böyük ailə olan dövlətin başında dayanan şəxsin əsas borcu idi.

-Bu dolayısıyla onun etirafıdır ki, təkcə komandası deyil, dövləti sizin təbirinizcə ailə kimi təsəvvür etsək, Elçibəyin özü də yerində olan ailə başçısı olmayıb.

-Bu gün Elçibəyin şəklini başının üstündə gəzdirən 10-15 adam var, onların bir çoxu hələ nəinki bəyin sağlığında, hətta hərəkatın ilk günlərindən onun ünvanına təhqiramiz sözlər deyirdilər, yaxşı olar ki, onlarla mətbuatın iştirakıyla bir dəyirmi masa ətrafında oturaydıq, kimin kim olduğunu siz gənclər və gələcək nəsillər biləydi. Biz bu gün varıq, sabah yox, amma millətdən gizlin qalan çox şeylər var ki, nə zamansa onun ağır nəticələri xalqımız hiss edəcək. Mən müdafiə naziri olduğum müddətdə Əbülfəz bəydə bir dəfə ürəyimi çox böyük riqqətlə dolduran qətiyyət gördüm. Prezident kimi fəaliyyətə başlamasının hardasa 10-11-ci günü idi. İyun ayının sonları idi və artıq uğurlu Ağdərə əməliyyatı keçirmişdik, rus ordusu Azərbaycandan çıxmağa başlamışdı. Axşamdan xeyli keçmiş, təxminən 22-23 radələrində prezidentin qəbuluna gəldim, İsa Qəmbər də orda idi. İçəri girib Ali Baş Komandana salam verdim. Heç vaxt Əbülfəz bəyi belə qayğılı və dilxor görməmişdim.  Həmişə görüşəndə qucaqlaşardıq, məndən hərtərfli hal-əhval tutardı. Ancaq bu dəfə fərqliydi. Dedi otur. Oturdum. Bildirdi ki, bizdə çox dəqiq məlumat var, uzağı bir həftəyə qədər “Sadval” təşkilatı Qusardakı motoatıcı polku zəbt edəcək. Mən rus ordusunun çıxmasıyla bağlı 15 may 1992-ci ildə Daşkənddə MDB-nin sammitində sənədə imza atmışam. Əlimdə gətirdiyim qrafiki açıb Əbülfəz bəyə göstərdim ki, bu qrafikə uyğun hərbi hissələr çıxarılacaq. Qrafikə əsasən həmin motoatıcı polk 1993-cü ilin mart-aprel aylarında, yəni bir neçə ay sonra çıxmalıydı.. Ancaq bəy qətiyyətlə əmr etdi ki, mənə bu qrafik lazım deyil, sənə 48 saat vaxt verirəm, həmin motoatıcı polk dərhal rusların əlindən alınmalıdır. Mən sənə səlahiyyət verirəm, hansı yolla istəyirsən oranı təhvil götürməlisən. Mən həm sevincimdən qəhərləndim, həm də açığı, içimdə bir həyəcan yarandı ki, Allah, mən bunu 48 saatda bacaracammı?  Mən qarşımda qətiyyətli bir Ali Baş Komandan görməyimdən qürur hissi keçirdim, inanın ki, elə bu qətiyyət də mənə onqat güc verdi. Bu, Əbülfəz bəydə bir Ali Baş Komandan kimi ilk və son dəfə gördüyüm qətiyyət oldu. Allahın köməkliyiylə mən bu məsələni 48 yox, 36 saata həll etdim. Mən nazirliyin maliyyə idarəsindən 20 milyon rus pulu götürdüm, həmin dövrdə bu pul təxminən 200-300 min dollar edirdi. Mən qayıdıb Əbülfəz bəyə məruzə etdim. Bəy məni qucaqlayıb öpdü və dedi ki, bilirsən sən Azərbaycan üçün nələr elədin? Qarabağdan da dəhşətli Şimaldakı ikinci qaynar nöqtənin baş qaldırmasının qarşısını aldın. Elə əməliyyat keçirmişdim ki, səhər tezdən ayılıb motoatıcı polkun həyətində 3-4 dənə BTR-in müqəvvasından başqa heç nə olmadığını görmüşdülər. Gecəylə bütün silah- sursat nə vardısa böyük bir məharətlə elə çıxarıldı ki, ayılanda görmüşdülər ki, iş işdən keçib. Həmin dövrdə “Sadval”ın başında general Qəhrəmanov dururdu. Qəhrəmanov Şimali Qafqaz hərbi dairəsinin komandan müavini idi. Yəni bu məsələ gerçəkdən Azərbaycanın müstəqilliyi üçün real təhlükə idi. İndi siz təsəvvür edin, həmin 20 milyon rublu mənə qarşı açılan cinayət işində mənimsəmə kimi verdilər. Ancaq bu günə qədər İsa Qəmbər heç bir yerdə bu barədə bir kəlmə də danışmayıb. Heç olmasa müsahibələrində də demədi ki, bu 20 milyon rubl nəyə və necə xərcləndi.

-Bu günlərdə Pənah Hüseynin bir qəribə açıqlaması yayıldı ki, 93-cü ilin iyununda Heydər Əliyevin Bakıya dəvət olunmasını ilk dəfə o təklif edib.

-Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsinin bir nömrəli təşəbbüskarı elə Əbülfəz bəyin özü olub. Həmin dövrdə mən çox sadəlöhv olmuşam. Baxmayaraq ki, 88-ci ildə mən hərəkata qoşulanda 45 yaşım vardı. İndi çoxları deyir ki, Rəhim iddialıydı. Rəhim nə qədər iddialı olsaydı, o dövrdə riyazıyatçı alim idim, normal da ağlım vardı, başqaları kimi partiya yaradardım. Mən necə iddialıydım ki, partiya-zad yaratmadım, necə deyərlər, qapı açıq ola-ola pəncərədən girib hərbi çevriliş etmək istəyirdim? Əbülfəz bəy Yasamalda Şərifzadə küçəsində 8-ci mərtəbədə yaşayırdı, 88-ci ilin dekabrında Nemət Pənahlıyla onun evinə gedəndə içəri girən kimi məəttəl qaldım. Otağa girəndə Əbülfəz bəyin başının üstündə sağ tərəfdə Atatürkün və Heydər Əliyevin portretləri qoşa asılmışdı. Nemətlə onun münasibətlərinin gərgin vaxtlarıydı, mən də bütün varlığımla çalışıram ki, Allah xatirinə, bu arada umu-küsünü unudun, millətin oyanışına zərbə vurmayın. Bəydən soruşdum ki, bəs bu nə şəkillərdir, bunu necə anlayaq? Qayıtdı ki, a bəy, bu da millətimizin öndə olan oğludur. Susmağa məcbur oldum, düşündüm ki, əşşi, mən bura bunları barışdırmağa gətirmişəm, söz güləşdirməyin yeri deyil. Amma Pənah da düz deyir. Bu günə kimi Heydər Əliyevin barmağının göstərişiylə həbs olunub sonradan azad olunan hansı təqsirləndirilən şəxs Heydər Əliyevin kabinetindəki 4 saatlıq danışıqdan sonra cəmiyyət içinə çıxıbmı? Onun sadəcə cəsarəti olmalıdır ki, kimi kim olduğunu etiraf etsin. Arif Hacılın və Pənah Hüseynin danışdıqlarından belə çıxır ki, Əbülfəz bəyin həyatında etdiyi ən böyük fədakarlıq hakimiyyəti Heydər Əliyevə ötürməsi olub.

-Bu günlərdə eks-prezident Ayaz Mütəllibov Moderator.az-a maraqlı müsahibəsində “Rusiyanın adamı olmaq bu qədərmi qorxuludur” sualına tutarlı cavab vermişdi. Təxminən Siz də zaman-zaman oxşar ittihamlarla üzləşmisiniz.

-Əvvəla, mən Allahdan başqa kimsəyə qul olan adam deyiləm və heç vaxt da olmamışam. Mən Rusiyanın adamıydımsa müdafiə naziri olduğum dövrdə niyə rus ordusunun Azərbaycandan çıxarılması üçün hətta mümkün olmayanları etdim? Təsəvvür edin, MDB dövlətləri içərisində hətta ermənilərlə hərbi münaqişədə ola-ola ilk dəfə Azərbaycanda sivil qaydada buna nail olundu. Axı onu bilməyən tapılmaz ki, Rusiya hər vəchlə Azərbaycanda qalmağa çalışırdı.

-Hikmət Hacızadənin bir həftə öncə bir açıqlaması vardı ki, sovet dövründə Azərbaycanda 200 min KQB agenti olub, indi onların 50 mini dünyadan köçsə də 150 min agent hələ də var. Bu statistikanın nə dərəcədə əsası var?

-Onu elə zamanında Rusiyada səfir işləmiş Hikmət Hacızadənin özündən soruşmaq lazımdır. İllərdi Azərbaycanda xüsusi bir xəyanətkar təbliğat forması seçilib ki, biz bir millət olaraq heç kimlə, xüsusən də nəhəng dövlətlərlə bərabər səviyyədə dayana bilmərik, kimnsə əlaltısı olmalıyıq. Rusiya ilə bərabər səviyyəli ikitərəfli münasibətlərimizə gəldikdə isə bu dövlətə arxa çevirməklə ölkəmizdəki əsaslı problemlərin heç birini həll edə bilməyəcəyimiz qənaətindəyəm. Bu, mənim dünənki, bu günki və sabahkı fikirimdir. “Qurani-Kərim” də də yazılıb ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Bu boyda nəhəng qonşuyla əlaqələrdən imtina etmək doğru deyil. Mən demirəm ki, onlara əvvəlki kimi “böyük qardaş” deyilsin.

-Azərbaycanda “böyük qardaş” deyilən həmin rus ayısı kobudcasına öz qanlı pəncəsiylə 200 ildir bizi şapalaqlamaqda davam edir axı.

-20 ildir dönüb olmuşuq amerikapərəst. Gəlin görək bu 20 ildə daha çox əzilmişik, yoxsa 200 ildə? Mən riyaziyyatçıyam və reallığa söykənərək danışıram. Bu gün azyaşlı Azərbaycan qızları bütün dünyaya fahişə kimi yayılıb. Guya dünyadakı demokratiyanın bayraqdarı olan Amerika işğal olunmuş Azərbaycan torpaqlarıyla bağlı 4 BMT qətnaməsinə əhəmiyyət verir? Son 20 ildə Azərbaycandakı saxta seçkilərə demokratiya aşiqinin verdiyi qiyməti niyə unudursunuz axı? Hər dəfə dedilər ki, irəliyə doğru daha bir addım atılıb, xırda-para nöqsanlar olub, ümid edirik ki, gələn dəfə bunlar aradan qaldırılacaq, vəssalam, şüttamam. Bu gün dünyada ədalətdən əsər-əlamət qalmayıb. Hətta qardaş Türkiyə hökuməti də heç vaxt bizi sonadək dəstəkləməyib. Vaxtilə 92-ci ilin dekabrında biz Xankəndinin 8-12 kilometrliyində dayananda Amerikanın göstərişiylə Süleyman Dəmirəl Əbülfəz bəyin iradəsini zorlayaraq, yəni onu yola gətirərək Ermənistana taxıl da verdi, enerji də. Deməyim odur ki, heç kim sinəsini qabağa verib bizim ümimmilli problemlərimizin həllinə cəhd etməyəcək, çünki hamısına suçlu, gözüqıpıq, istənilən an təzyiqlə lazım olanı alacaqları Azərbaycan sərf edir. 

-Bəs Milli Şura necə, sinəsini qabağa verib ümummilli problemlərimizi həll edə biləcəkmi?

-Milli Şura haqqında fikirlərimi indi açıqlamaq istəmirəm. Amma Allahdan istəyirəm ki, təki həll edə bilsin. Bilirsiniz, müxtəlif adlar altında təşkilatlar yaratmaqla prinsipial məsələnin həllinə nail olmaq olmaz.

-Sizə bu quruma üzvlüklə bağlı dəvət oldumu?

-Bir dəfə dəvət edildim, ancaq imtina etdim.

-Silahlı Qüvvələrimizin yaranmasının 95 illiyini qeyd edirik. Sizcə atəşkəsdən yetərincə istifadə edə bilmişikmi?

-Bu barədə birmənalı fikir bildirə bilmərəm. Çünki ordu daxilindəki durumdan məlumatım sizdən azdır ki, çox deyil.

-Bir vətəndaş olaraq təəssüratınız necədir?

-Hər halda 20 il az vaxt deyil, bu dövr ərzində ordunun güclənməsi üçün çox işlər görmək olardı. Ancaq zahirdən mənə bəllidir ki, əsgər ölümlərində artım var, rüşvət faktları xeylidir, hətta məndə dəqiq məlumat var ki, əsgərləri incidərək onlara kontur aldıran xeyli zabit korpusu var. Allahdan istərdim ki,ordumuzda hər şey yaxşı olsun, doğrudan da ordumuz bölgənin ən güclü ordusu olsun.

-Bir riyaziyatçı və keçmiş müdafiə naziri olaraq Qarabağın nə zaman işğaldan azad olunacağını proqnozlaşdırırsınız?

-Azərbaycan konkret olaraq rəsmən bəyan etməlidir ki, bu münaqişə sülh yoluyla həll edilməyəcək. Neçə ki, biz bir millət olaraq işğal olunmuş torpaqların azad olunması üçün canımızdan keçməyə hazır deyilik, heç nə alınan deyil. Bu gün hamı deyir ki, yaxşı ki, qan tökülmür. Kimsə qanın tökülməsini istəmir. Amma bu torpaqları qan bahasına işğal edən erməni onu sülh yoluyla geri verərmi? Buna inanmaq və milləti də inandırmaq absurd olduğu qədər də eybəcər romantikadır.

-Sizdən müsahibə götürüb Surət Hüseynovu soruşmamaq doğru olmaz. 92- ci ilin 9 fevralında AXC İcraiyyə Komitəsinin onu vətən xaini elan etməsi Qarabağın təkrar itirlməsində nə dərəcədə rol oynadı?

-Təsəvvür edin, Fərəc Quliyev fevralın 8-də Naxçıvandan gələrək həmin vəzifəyə təyinat alır. Ona qədər Tofiq Seyidov AXC İcraiyyə Komitəsinə başçılıq edirdi. Sual olunur, heç 24 saat keçməmiş Fərəc Quliyev ordudadı bu qədər problemi hardan araşdırıb belə bir ultimativ sənəd ortaya çıxardı? O müdafiə nazirliyində olan məxfi sənədin əsasında bəyanat verib. Bundan böyük xəyanaət olardımı?

-Hansı məxfi sənəddən söhbət gedir?

-O sənədi yalnız Ali baş Komandan götürə bilərdi. Orda Ağdamdakı Fərrux əməliyyatının uğursuz keçməsi səbəblərindən söhbət gedirdi. Ancaq Fərəc Quliyev bunu hansı yollasa əldə etmişdi. Onun ordunu yerindən oynadan bu addımı doğrudan da bütün əsəblərimi pozdu və fevralın 13-də sonuncu, üçüncü dəfə istefa ərizəmi yazıb müdafiə naziri postundan birdəflik imtina etdim, dedim ki, insan da bu qədər namərd olarmı? Əlbəttə, özümü ideallaşdırmaq fikrində deyiləm, amma tutaq ki, mənim, ya Surətin filan əməliyyatda səhvi var idisə, Təhlükəsizlik Şurasında oturub danışılmalı idi, əgər güllələnməliydimsə, cəzamı da Ali Baş Komandan verməli idi. Ancaq hansısa ictimai-siyasi bir qurumun başına dünən gələn bir adam müharibə şəraitində olan bir orduya qarşı ağır ittiham səsləndirirdi, bunu anlamaq lazımdır sadəcə. Amma axı, Allah adamın üstünə od tökər, olmayan orduyla Dağlıq Qarabağın 52 faizini azad edərək Xankəndinin burnunun dibinə gəlmişdik. İndi bizi səriştəsizlikdə ittiham edənlərdən soruşun, məndən sonra neçə general nazir oldu, onlar bircə sot torpaq almamaları bir yana, bizim aldığımız torpaqları əllərində saxlaya bildilərmi? Niyə buna cavab vermirlər? Digər tərəfdən, bu günə qədər hörmətli bəylər niyə cavab vermək istəmirlər ki, bu Surət Hüseynov cəbhəçi deyildi, hərəkatçı deyildi, birdən-birə onu kim gətirib Əbülfəz bəyə təqdim elədi və o bir günün içində iki vəzifə aldı-həm baş nazirin müavini, həm də prezidentin Qarabağ məsələsi üzrə səlahiyyətli nümayəndəsi oldu. Bu günə qədər deyirlər ki, Rəhim Qazıyev ona polkovnik rütbəsi verdi. Arxivlər ki, durur, çıxartsınlar mənim əmrimi göstərsinlər ki, mən Surət Hüseynova nəinki polkovnik, hətta leytenant rütbəsi vermişəm.

-Bəs, ona polkovnik rütbəsini kim verib?

-Ay kişi, nə polkovnik? Ona heç kim polkovnik rütbəsi-filan verməyib. Gəlsinlər İsa Qəmbəri də, Pənah hüseyni də, Arif Hacılısı da desinlər görək Surət Hüseynovu niyə gətirib Elçibəyə təqdim etdilər? Məqsədləri, niyyətləri nə idi? Ancaq mən dünən də demişəm, bu gün də, sabah da deyəcəm, Surət Hüseynov Dağlıq Qarabağın düşməndən azad olunması uğrunda İsa Qəmbərin, Pənah Hüseynin, Arif Hacılının və Sülhəddin Əkbərin dördünün birlikdə etdiyindən çox edib. Bunu bütün ölkə mətbuatının iştirakıyla sübut da etməyə hazıram.


Oxşar xəbərlər
06:44, Bu gün
Həsən Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
27 Sep 2024 | 22:17
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sep 2024 | 22:17
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
27 Sep 2024 | 22:14
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:59
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 21:34
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
27 Sep 2024 | 21:27
Bu çörək zavodu məhkəməyə verildi
27 Sep 2024 | 21:18
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
27 Sep 2024 | 21:10
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 20:41
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
27 Sep 2024 | 20:32
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
27 Sep 2024 | 20:25
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
27 Sep 2024 | 20:17
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
27 Sep 2024 | 20:07
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
27 Sep 2024 | 19:59
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
27 Sep 2024 | 19:49
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
27 Sep 2024 | 19:41
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
27 Sep 2024 | 19:36
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
27 Sep 2024 | 19:33
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
27 Sep 2024 | 19:32
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
27 Sep 2024 | 19:24
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
27 Sep 2024 | 19:14
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 19:02
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sep 2024 | 18:57
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
27 Sep 2024 | 18:49
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
27 Sep 2024 | 18:40
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
27 Sep 2024 | 18:35
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
27 Sep 2024 | 18:32
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
27 Sep 2024 | 18:25
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
27 Sep 2024 | 18:16
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
27 Sep 2024 | 18:13
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
27 Sep 2024 | 18:10
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 18:08
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
27 Sep 2024 | 18:04
BDU kollektivi Zəfər parkında - FOTO
27 Sep 2024 | 17:59
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
27 Sep 2024 | 17:58
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
27 Sep 2024 | 17:53
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
27 Sep 2024 | 17:48
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
27 Sep 2024 | 17:44
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
27 Sep 2024 | 17:40
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 17:32
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
27 Sep 2024 | 17:30
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
27 Sep 2024 | 17:28
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
27 Sep 2024 | 17:21
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
27 Sep 2024 | 17:17
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 17:05
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
27 Sep 2024 | 16:58
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
27 Sep 2024 | 16:52
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
27 Sep 2024 | 16:46
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 16:40
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 16:27
2025-ci ildə bu 4 bürc evlənəcək
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:16
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
27 Sep 2024 | 16:10
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
27 Sep 2024 | 16:05
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
27 Sep 2024 | 16:00
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
27 Sep 2024 | 15:55
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
27 Sep 2024 | 15:50
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
27 Sep 2024 | 15:44
"Neftçi" klubunda yeni təyinat - FOTO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 15:27
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
27 Sep 2024 | 15:21
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
27 Sep 2024 | 15:15
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
27 Sep 2024 | 15:06
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
27 Sep 2024 | 15:00
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
27 Sep 2024 | 14:55
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
27 Sep 2024 | 14:54
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
27 Sep 2024 | 14:50
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
27 Sep 2024 | 14:44
"Gəldi, amma dostlarının çiynində"
27 Sep 2024 | 14:38
Kadırov hücum etdi və məğlub oldu
27 Sep 2024 | 14:32
Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTO
27 Sep 2024 | 14:26
Bərdədə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR
27 Sep 2024 | 14:20
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
27 Sep 2024 | 14:14
Millimiz Ermənistanı məğlub etdi
27 Sep 2024 | 14:08
Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR
27 Sep 2024 | 14:02
DİM gələn ilin buraxılış imtahanlarının proqramını AÇIQLADI
27 Sep 2024 | 13:57
Britaniya səfirindən Anım Günü ilə bağlı paylaşım - FOTO
GÜNLÜK
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 07:34
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 08:59
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 08:31
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 09:23
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 07:34
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 08:59
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 08:31
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 09:23
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO