"Putin, türk diplomatın mesajını eşit!..-  Uduzmazsan!.."
Oxunub: 5942
14 Nov 2019 | 12:31
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Moderator.az saytına ötən həftəki açıqlamasında Rusiya rəhbərliyinə anlaşıqlı bir mesaj verdi: Gəlin Suriyadakı kimi Qarabağda da birlikdə ədalətli sülh əldə edək. Hulusi bəy həmin çağırışını saytımızın 7 illiyi münasibətilə tərtiblədiyimiz süfrə başında bizimlə çörək kəsərkən də səsləndirdi. Dəyərli dost diplomatımıza “Sağ olun! Kılıçınız(qılıncınız) kəskin olsun”-deyirik...

Zaman-zaman eyni mesajı açıq-gizli şəkildə son illər dost kimi qucaqlaşıb görüşdüyünüz Türkiyə lideri R.T. Ərdoğan da sizə anladıb...

İndi əsas məsələ Rusiya baş diplomatı Lavrovun Ermənistana, Qarabağ separatçılarına son dəstək-mesajından sonra Türkiyədən gələn çağırışın ünvanına çatması və hədəfə vurmasıdır.  Kreml, Rusiya lideri Vladimir Putin bu müraciəti sözün əsl mənasında anlasa da, inanmırıq ki, buna canla-başla “hə” desin... Təəssüf ki, Moskva nə qədər Paşinyanı bəyənməsə belə, tarixi kölə “qardaş”ı, tülkü xislətli erməniləri əldən buraxmaq istəmir. Odur ki, Hulusi bəyin mesajına qüvvət verib Rusiya prezidenti Putinə bir neçə xatırlatma etmək yerinə düşər.

Yoldaş Putin, əvvəla, əgər doğrudan da, lap Qərbin diktatura kimi təqdim etdiyi bir sistemdə Rusiya xalqının gerçək sabitlik, rifah halında yaşamağını arzulayırsınızsa, buna çalışırsınızsa( hərçənd bir sıra rus ziyalı və keçmiş hərbçləri, ordu və “KQB” generalları sizin siyasətinizi bəyənmir, sizi ABŞ-la, Qərblə, super güclərlə birgə Rusiyanı tamamilə çökdürməyə, parçalamağa xidmət etdiyinizi iddia edirlər), onda, lütfən, 4-5 dəqiqəlik vaxtınızı ayırıb xatırlatmalarımıza diqqət edin...

Birincisi, “Rusiya xalqı” dedikdə yalnız rus xalqı nəzərdə tutulmur. Ölkənizin ərazisinin böyük bir hissəsi müsəlman, türk mənşəli xalqların respublika, diyar və vilayətləri tutur. Son məlumatlara görə, Rusiya əhalisinin təxm. 20-25 faizini böyük əksəriyyyəti türk mənşəli olan müsəlmanlar təşkil edir. Yəni ölkədə bəzi məlumatlara görə, 30 milyona yaxın müsəlman, türk yaşayır, onların sayı da getdikcə artır. Əksinə, 1991-ci ildən bəri sırf rus milləti arasındakı artım sürətlə azalır. Və açığını deyək ki, son 20-30 ildə Rusiya əhalisi arasındakı az-çox artımın böyük hissəsi də məhz müsəlman, türk kişilərinin hesabına baş verir. Ağlı başında olan rus qadınları əyyaşlığa qurşanmış rus kişisindənsə, Azərbaycan, Anadolu türkü, çeçen, tatar, avar, türkmən, qazax və s. kişilərlə ailə qururlar. Və bu minvalla gənc nəsil sürətlə türkləşir, müsəlmanlaşır. Doğrudur, siz bu amilləri qiymətləndirir və çıxışlarınızda Rusiyadakı müsəlman, türk xalqlarının varlığına böyük dəyər verir, dini, milli azadlıqlar sayəsində mütərəqqi sərəncam və göstərişlər imzalayırsınız. Müsəlmanlara dini azadlıqlar verilməsi məsələsində hətta bir sıra müsəlman adlanan ölkələri, o cümlədən Azərbaycanı da ötmüsüz. Məsələn, hicab məsələsində. Rusiyanın bir sıra regionlarında məktəblərdə qız şagird və müəllimələrin hicab bağlamasına icazə verilir... Amma bütün bunlar qurmaq istədiyiniz gerçək Avrasiya Evi, Birliyindən ötrü hələ yetərli deyil. Türk, müsəlman xalqlarının rəğbətini qazanmaq üçün daha tutarlı, strateji addımlar atmaq lazımdır ki, bu da məhz Azərbaycan, Türkiyə siyasətində Çar Rusiyası dövründən bəri, eləcə də Sovetlər dönəmində yol verilmiş səhvləri aradan qaldırmaqdan ibarətdir... Onu da nəzərinizə çatdıraq ki, sırf rus adlanan xalqın özü də tarixən türk, müsəlman xalqlarıyla qaynayıb-qarışıb. Sizin Puşkin, Dostoyevski kimi dahi yazarlarınız, Kutuzov, Suvorov kimi sərkədələrinizin də türk-müsəlman mənşəli olması barədə faktlar var... Burada rus, slavyan xalqların azı 3 əsr boyunca türk mənşəli müsəlman Qızıl Ordu kimi dövlətlərin himayəsi altında yaşadığını da nəzərə almaq gərəkdir... Hətta bəzi araşdırmaçılar türklərin və rusların kökünün Nuh peyğəmbərin iki ayrı oğluna bağlı olduğunu iddia edirlər. Və bu baxımdan da, eləcə də tarixi qonşuluq, əlaqələr baxımından Rusiya dövlətlərinin də zaman-zaman Türkiyə, Azərbaycan və digər türk, müsəlman xalqlarına qarşı işğalçılıq siyasətini kənara qoysaq, ortada bir gerçək var. Nə ruslar, nə də türklər dəniz-pirat(quldur) sivilizasiyasına mənsub, emosiyasız, hissiyyatsız, yalnız maddi maraqlarını düşünən ingilis, fransız, holland və s. kimi Qəb xalqlarına qarşı yaxınlıq göstərə bilmir. Arada olan bütün müharibələrə, işğallara, istismara rəğmən bu gün də rus qadınları digərlərindən, hətta kölə “qardaş” ermənilərdən daha çox türk, Azərbaycan kişilərinə, türk Azərbaycan kişiləri isə ingilis, fransız, holland qadınlarından dəfələrlə çox rus, slavyan qadınlarına meyl göstərirlər... 

Zatən, zaman-zaman Rusiyanı Osmanlı və Azərbaycan dövlətləri üzərinə hücumlara təhrik edən də məhz dəniz-pirat psixologiyalı qərblilər olub...

Lev Qumilyovu da oxumamış deyilsiniz, yəqin...

Odur ki,  meşə-çöl-dağ sivilizasiyasına mənsib qədim xalqlarımızın gələcəyi, dəniz-pirat xislətli Qərb ölkələrinnin mövcud ekspansiyasından qurtulmaq, gerçək birliyimizi qurmaq üçün keçmiş səhvlərin aradan qaldırılmasına həddindən artıq ehtiyac var.  Özünüz son günlərdə  SSRİ dönəmində yol verilmiş səhvlərin düzəldilməsinin zəruriliyindən danışdınız. Həmin səhvlər arasında türk-müsəlman xalqlarına, o cümlədən Azərbaycana qarşı  edilmiş ağır günahlar da çox önəm daşıyır. Moskva ermənilərə Azərbaycan torpaqları hesabına dövlət qurması azmış kimi, hələ Azərbaycanın daxilində də onlara gələcək üçün böyük bir mina olan Dağlıq Qarabağ muxtariyyətini yaratdı. 1948-1952-ci illərdə “Ermənistan” adlandırılan Qərbi Azərbaycandan yüz minlərlə Azərbaycan türkü deportasiya olundu... Sonda çanaq elə SSRİ-nin öz başında da partladı: Dağlıq Qarabağdakı erməni minası ABŞ, Avropa kəşfiyyatlarının və “KQB”-nin, “QRU”-nun ələ alınmış hissəsinin dəstəyi ilə işə salındı.  Və SSRİ digər etnik münaqişələrlə yanaşı,  daha çox məhz Qarabağ münaqişəsinin sayəsində çökdü və parçalandı.  Nəticədə 14 müttəfiq respublikadan ibarət nəhəng bir ərazi Kremlin hüquqi-siyasi nəzarətindən çıxdı. Dövlət qurduğunuz, muxtariyyət verdiyiniz ermənilərin fəal maşalığı sayəsində... Yəni ermənilər Rusiya imperiyasına birbaşa xəyanət etdi... 

Bundan sonrakı Qarabağ savaşlarında Moskva ara-sıra planlaşdırılmış hərbi-siyasi oyunlar, yaxud ayrı-ayrı generalların, komandirlərin Azərbaycan tərəfindən müvəqqəti ələ alınması sayəsində Bakıya dəstək versə də, sonda birmənalı şəkildə işğalçı,separatçı, terrorçu  ermənilərin tərəfini tutdu. Nəticədə Azərbaycan Respublikasının hüquqi ərazisinin 20 faizi Ermənistanın işğalı altına verildi.  Və son  25 ildə Moskva guya Qarabağ məsələsini həll etməyə, faktiki isə bu problem vasitəsilə həm Azərbaycan, həm də Ermənistanı nəzarətdə saxlamağa çalışır. Halbuki, Qarabağ münaqişəsinin başladılması, hərbi əməliyyatların aparılması, eləcə də hakimiyyətlərin devrilməsi, qurulması mexanizmləri,  hər iki tərəfdən münaqişə və müharibənin qızışdırılmasına xidmət edən kəşfiyyat, təxribat agentura  şəbəkələri və s. keçmiş “KQB”, “QRU” və deməli, hazırkı Rusiya kəşfiyyat və xüsusi xidmət orqanlarının əlindədir. Balayanın,  Kaputikyanın, Ter-Petrosyanın, Köçəryanın, Sərkisyanın, Qukasyanın, Saakyanın və hazırkı Paşinyanın, eləcə də Azərbaycanda 30 ildir xalqın başına corab hörənlərin əslində kim olduğunu Ermənistandan da, Azərbaycandan da yaxşı siz bilirsiniz.  Odur ki, cənab Putin, istəsəniz, Qarabağ “problemi”nin ədalətli həllini, yəni Azərbaycanın işğal altındakı torpaqlarından Ermənistan ordusunun çıxarılmasını 3 gündə icra etdirərsiniz. Amma bunu etmirsiniz. Deməli, ya etmək istəmirsiniz, yəni ABŞ, Avropa liderləri kimi siz də Türk, İslam dünyasına, Türkiyə və Azərbaycana qarşı çoxüzlü siyasət yürüdürsünüz və əslində məqsədiniz torpaqlarımızı Ermənistanın, dolayısıyla öz nəzarətinizdə saxlamaqdır.  Yox, Qarabağ məsələsini ədalətlə həll edə blmirsinizsə, deməli, böyüklüyünüzə, nüvə silahınıza, nəhəng orduya, tükənməz yeraltı-yerüstü sərvətlərə malik olmağınıza rəğmən Rusiya da  müstəqil    deyil. Yəni siz də bir prezident olaraq super güclərin, transmilli dələduz oliqarxiyanın əlində bir fiqur, oyuncaqsınız. Və bu mənada Paşinyandan fərqiniz o qədər də çox deyil... Belədirsə, siz Rusiya xalqının, ayrıca da rusların da taleyini düşünmürsünüz.  O halda son onilliklərdə rus ziyalılarının da şikayətləndiyi korrupsiya, özbaşınalıq halları da bunu təsdiqləyir...

Bir sözlə, onu da qəti bilin ki, siz Türkiyə və Azərbaycanla səmimi, bərabərtərəfli müttəfiqlik, dostluq etmək niyyətindəsinizsə,  Suriya ilə yanaşı, Qarabağ problemni də ədalətli həll etməlisiniz. Hulusi Kılıç bəyin dediyi kimi, Suriyada Türkiyə ilə bir olduğunuz kimi, Qarabağda da bir olmalısınız (Unutmayın ki, Rusiya ərazisində milyonlarla türk, müsəlman yaşayır. Sabah onlar bir az öz təşəbbüsləri, bir az da Qərbin, ABŞ-ın təsiri sayəsində ayağa qalxa bilər. Biz türklərin, müsəlmanların nüvə silahı olmasa da, Allahın iradəsinə söykənən namus-qeyrətimiz var. Və o, gec-tez bir daha partlayacaq)...  Əks halda gerçək Avrasiya Evi qura bilməyəcəksiniz. Əksinə, 30 il öncə SSRİ-ni çökdürən Qarabağ minası bu dəfə də Rusiyanı çökdürüb parçalayacaq və Qərb, ABŞ- dəniz-pirat sivilizasiyası qarşısında Rusiyanı tam çökdürəcəksiniz. Və o halda nəinki Anadolu, Azərbaycan türkləri, müsəlmanlar zəhmətkeş sadə rusiyalılar, ruslar da Mixail Qorbaçova lənət oxuduqları kimi, sizi də tarix boyu lənətləyəcək...

Sultan Laçın



  

Oxşar xəbərlər
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
09:50, Bu gün
10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO
09:48, Bu gün
Azərbaycan Basketbol Liqası: Final seriyasının ikinci oyunu keçiriləcək
09:43, Bu gün
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
09:37, Bu gün
Ziyafətdən sonra necə TEZ AYILMAQ OLAR? - Sadə və təsirli üsullar
09:34, Bu gün
Qəzzada ölən İsrail hərbçilərinin sayı 630-a çatıb
09:32, Bu gün
Qaradağda ağır qəza: İki nəfər yaralanıb
09:05, Bu gün
Gəncəçayda batan yeniyetmənin meyiti tapılıb
09:04, Bu gün
Səhər saatlarında şirin sıyıq yeməyin zərərləri
08:47, Bu gün
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
08:46, Bu gün
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
08:44, Bu gün
Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb
08:35, Bu gün
Alimlər Günəş fırtınalarının insanlar üçün təhlükəli nəticələrini açıqlayıblar
08:29, Bu gün
Xalq şairi Rəsul Rzanın doğum günüdür
08:26, Bu gün
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
08:24, Bu gün
Əfqanıstanda sel həyatı iflic etdi: Kütləvi ölüm, viran qalan şəhər - VİDEO
08:22, Bu gün
Rusiyada 40-dan çox bağ evi və yardımçı tikililər yanıb
08:22, Bu gün
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
07:57, Bu gün
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
07:44, Bu gün
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
07:30, Bu gün
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
07:15, Bu gün
“iPhone 16” istehsala hazırlaşır
06:51, Bu gün
Misirdəki piramidaların sirri açıla bilər
06:49, Bu gün
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 23:53
Azərbaycan millisi Almaniya və İsrail yığmaları ilə qarşılaşacaq
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
18 May 2024 | 23:47
Gecə yatmazdan öncə ananas yeyin, görün nə olacaq - Bu problemi aradan qaldırır
18 May 2024 | 23:35
Meyiti tapılan qadın görün kimdir
18 May 2024 | 23:33
Putin Şimali Koreyaya səfər edəcək
18 May 2024 | 23:31
Gürcüstan parlamenti Prezidentin mübahisəli qanunla bağlı vetosunu dəf edə biləcək
18 May 2024 | 23:29
Evinə sevgilisi ilə gedən əri ARVADI DÖYDÜRDÜ - FOTO
18 May 2024 | 23:16
Bakıda mənzildə meyit aşkarlanıb
18 May 2024 | 23:15
Bu teatrdan 1500 nəfər TƏXLİYƏ EDİLDİ - ŞOK SƏBƏB- VİDEO
18 May 2024 | 22:52
Yatmazdan əvvəl bunları edin
18 May 2024 | 22:48
“Akkuyu” AES-də ilk enerji blokunun işə başlayacağı tarix açıqlanıb
18 May 2024 | 22:48
Afrikadan gələn maraqlı görüntü müzakirə mövzusuna çevrildi: Heyvanlar hərəkətsiz qaldı
18 May 2024 | 22:41
Eduard Məmmədov 11-ci dəfə Dünya Kubokunu qazandı
18 May 2024 | 22:33
Zelenski Makronun "Olimpiya atəşkəsi"ni rədd edib: "Bu, düşmənin əlinə oynamaqdır"
18 May 2024 | 22:25
Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür - Ailəsi DANIŞDI / VİDEO
18 May 2024 | 22:16
Sərhəddəki ermənilərə vaxt verildi: iyunun 24-dək tərk edin!
18 May 2024 | 22:09
DƏHŞƏTLİ QƏTL: arvadını öldürdü, cəsədi ilə selfi çəkdi, özü isə...
18 May 2024 | 22:07
Sankt-Peterburq hərbi akademiyasında "qeyri-iradi" patlayış baş verib, yeddi nəfər xəstəxanalıq olub
18 May 2024 | 21:57
Bu bürclərdən ehtiyatlanın: Sirr saxlaya bilmirlər!
18 May 2024 | 21:56
“Fransa qalib gələcək, amma...”
18 May 2024 | 21:49
Aygün Kazımovanı bir də belə görün - FOTOLAR
18 May 2024 | 21:44
Yaxşı yatmaq üçün YOLLAR: Minnətdar olacağınız məsləhətlər
18 May 2024 | 21:37
Hər şey yaxşılığa doğru dəyişəcək: Yazın sonuna qədər 
18 May 2024 | 21:25
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
18 May 2024 | 21:21
Qərbin Qafqaz "agentura"sı çökdürülür: ABŞ "casus savaşı"nı uduzur, regiondan çıxarılır 
18 May 2024 | 21:15
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
18 May 2024 | 21:09
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?  
18 May 2024 | 21:07
Faiq Ələkbərlinin milli fəlsəfi fikir tarixinə aid yeni əsəri nəşr olunub
18 May 2024 | 20:56
Qəbizliyi aradan qaldıran qidalar
18 May 2024 | 20:50
32 ildən sonra Laçında ikinci toy - FOTO
18 May 2024 | 20:41
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
18 May 2024 | 20:40
Şəkidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
18 May 2024 | 20:23
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
GÜNLÜK
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:15
Filippində zəlzələ oldu
18 May 2024 | 14:13
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
18 May 2024 | 14:12
Qara dənizdə gəmi batıb
18 May 2024 | 14:25
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
18 May 2024 | 14:29
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
AYLIQ
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 14:17
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 14:15
Filippində zəlzələ oldu
18 May 2024 | 14:13
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
18 May 2024 | 14:12
Qara dənizdə gəmi batıb
18 May 2024 | 14:25
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
18 May 2024 | 14:29
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı