Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən millət vəkili Azay Quliyev Avropa Parlamentini Azərbaycanla bağlı qətnaməsinə görə kəskin tənqid edib.
Moderator.az xəbər verir ki, deputat çıxışında Avropa Parlamentinin qətnaməsində qeyd olunanları ədalətsiz yanaşma kimi dəyərləndirib. O, bu qətnamənin qəbulunda Azərbaycanda 52 QHT-nin rolunun olması barədə iddiaları da təkzib edib:
“Guya deyirlər ki, 52 QHT mənbə rolunu oynayıb. Bu belə deyil. Bu məsələdə Leyla Yunus və ona yaxın olan şəxslərin dəstəyi olub. Leyla Yunusun isə millətə-dövlətə aidiyyatı yoxdur. Bu adam onların ruporudur. Bu gün Azərbaycan ideal ölkə olsa belə o yenə tənqid etmək üçün bəhanə axtaracaq. İlqar Məmmədovun prezidentliyə namizəd olması isə gülməlidir. O, parlament seçkilərinə az sayda səs almışdı. Avropa Birliyi Azərbaycana qarşı ikili standartlarını davam edir. Bu gün onlar Ermənistanda baş verənlərə göz yumulur. Ermənistanda namizədi güllələdilər. ATƏT isə seçkiləri təriflədi. Bu gün Gürcüstanda baş nazir həbsdədir. Frankfurtda insanlara işgəncə verdilər. Amma bunlara göz yumulur”.
Deputat bildirib ki, Azərbaycan bütün bunlara öz kəskin mövqeyini ifadə etməlidir.