Milli Paraolimpiya Komitəsinin Mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, kamandan oxatma idman növü üzrə Milli Paraolimpiya komandası beynəlxalq turnirdə iştirak etmək üçün İngiltərəyə yola düşür.
22 iyul 2013 cu il tarixdə , 5 nəfər idmançıdan ibarət Milli komanda Beynəlxalq turnirdə iştirak etmək üçün İngiltərənin Stok Mondevile şəhərinə yola düşürlər.
Baş məşqçi Tahir Adilovun komandası bu şəhərdə Tailandın Banqkok şəhərində keçiriləcək dünya çempionatına son hazırlıq mərhələsini keçəcəkdir. Nümayəndə heyətinin rəhbəri, AMPK-nın idman şöbəsinin müdiri Ramin Kəsəmənski bu yarışda komandamızın uğurla çıxış edəcəyinə əminliyini bildirmiş və bu oyunların lisenziya xarakterli olmasa da komanda üçün çox vacib əhəmiyyəti olmasını bildirmişdir.