“Space” telekanalında operatorların kütləvi istefası başlayıb. Moderator.az-ın məlumatına görə,bu barədə xəbəri Publika.az saytı yayıb. Xəbərdə qeyd edilir ki, işıqçılar və texniki heyətin rəhbər işçiləri də bu aksiyaya qoşulub. Daxil olan məlumatlarda bildirilir ki, artıq 20 nəfər istefa ərizələrini telekanal rəhbərliyinə təqdim edib.
İnformasiyada bildirilir ki, etirazçıların narazılığına səbəb maaşlarının azlığıdır. Bununla bağlı yayılan daha bir xəbərdə isə bildirilir ki, hazırda telekanalın rəhbəri Vaqif Mustafayev baş operator Əlövsət Aslanovla görüş keçirir:
“Operatorlar bu görüşün nəticəsini gözləyir. Əgər razılaşma əldə olunmasa və Əlövsət Aslanov getməyə qərar verərsə, hamı onunla gedəcək. Hələlik iş öz axarında davam edir. Hamı iş başındadır”.
Moderator.az olaraq xəbəri "Space" telekanalından dəqiqləşdirməyə çalışaq da telekanalın 510 32 77 saylı telefon nömrəsindən zənglərimizə cavab verən olmadı. Buna baxmayaraq, gün ərzində qarşı tərəfin də mövqeyini öyrənməyə çalışacağıq.