Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: Seyid Cəfər Pişəvəri
Cəmiyyət
Oxunub: 1231
21 Oct 2019 | 18:31
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar:  Seyid Cəfər Pişəvəri
4. Yazı

Seyid Cəfər Pişəvərinin sosial-fəlsəfi görüşlərində qrupla (partiyayla) xalqın, fərdlə liderin birliyi mühüm yer tutur. O, yazırdı: “Biz biriydik: “mən və camaat”. Bir söz danışıb, bir fikir edirdik. Ona görə mən xalqın üzündə böyük razılıq müşahidə etməklə onun bizə ürəkdən inandığınnı və inam üzərində bizim müvəffəqiyyətimizin yüzdə-yüz təsdiq edilə biləcəyini yəqin etdim. Xalqı sevmək və etimadının süslü olmağını birinci dəfə olaraq bu iclasda dərk etdim. O günədək əgər siyasi mübarizə və firqəvi bir iş ilə məşğul olmağı özümə vəzifə bilirdimsə, ondan sonra xalq dostluğu, xalq ailəsinin məsuliyyətli bir üzvü kimi ağır vəzifə daşıdığımı hiss etdim. Ona görə xalq sözü, xalq işi, xalq səadəti mənim üçün yüksək və ali bir hədəf şəklində özünü göstərdi. O gündən etibarən şüarlar, məramnamələr, iclaslar və konqreslərdə çıxarılan qərarların doğruluğu üçün həmin xalq səadətini bir vahid, bir ölçü olaraq təqib edərək təklifləri bu əsas üstündə qurub düzəltməyə çalışdım. Bu ölçü üzərində gördüyümüz işlərdə, həmişə yüzdə-yüz müvəffəqiyyətimizin təmin olunduğu əməl də mənə aydın oldu. Bir sözlə, o gündən etibarən gücümüz, hədəfimiz və zəifliyimizin xalqda olduğunu tam mənası ilə dərk etdim. Bu həqiqəti nəzərdə tutmayan zaman yoldan azır və xalqdan uzaqlaşmaqla, işlərimizin qaldığını hiss etməyə başladım”. 
Ona görə, xalqla partiya, xalqla lider arasındakı münasibətlər həmişə şəfaf olmalıdır. Özəlliklə də, xalq arasındakı təbəqələri xüsusi mülkiyyət və sair məsələlərə görə üz-üzə qoymaq doğru deyildir. Bu baxımdan o, dəfələrlə bildirirdi ki, ADF sinfi mübarizə uğrunda çalışmır: “Firqəmiz milli bir firqə olduğu üçün sinif və təbəqə nəzərdə tutulmayıb. Ümumi camaatı öz bayrağı altına çağırır”. Sadəcə, milli hərəkatdan kimlərsə sui-istifadə edib zəhmətkeş təbəqəni əzmək istəyəcəksə, o zaman belələrinə qarşı ADF-nin rəftarı çox sərt olacaqdır. Eyni zamanda, əllərinə fürsət, qüdrət düşərsə, Azərbaycanı tərk edib Tehranda və ya ayrı şəhərlərdə Azərbaycanın  gündən-günə genişlənən azadlıq hərəkatına düşmən olan xainlərin əmlakını müsadirə edib, ehtiyacı olanların ixtiyarına verilməsini təmin edəcəklər. Pişəvəri yazırdı: “Xalqın əlinin zəhməti ilə toplanmış sərvət onun azadlığı  əleyhinə sərf edilə bilməz və buna yol vermək xəyanətdir. Firqəmizin bu şüarını mülkiyyət əleyhinə yazıb təfsir edənlərin alçaq və fitnəkar olduğu məlumdur. Aqrar məsələdə torpaq islahatı keçirmək üçün bütün mütərəqqi dövlətlərin proqramında olduğu halda, torpaqsız və aztorpaqlı kəndlini himayə etməyimizi bizə günah hesab etmək olmaz”. 
O yazırdı ki, Tudə Partiyası ətrafında sol hərəkatın qabağını almaqla milli şüarın daha tez yazılmasına çalışıblar. Burada da əsas məqsəd, “sol hərəkat”dan əsasən uzaq duran kəndliləri və xırda malikləri ADF-yə cəlb etmək olmuşdur: “Bu vasitə ilə biz solluq və avam fırıldaqçılıq zərbəsilə firqəni əlində alət edən adamların qarşısını alıb, eyni zamaqnda xalqın firqəyə hüsn-rəğbət göstərməsini təmin etmiş olduq. Bu düzgün siyasətin nəticəsi idi ki, camaatın ümumi təbəqəsi, hətta ruhanilər, ortabab kəndlilər və xırda maliklər də bizim şüarımızı qəbul etdilər”. 
“Sol hərəkat”dan, başqa sözlə kommunizmdən bir qədər uzaqlaşıb daha çox mərkəzçi, yəni demokrat mövqe tutmasını Pişəvəri belə izah edirdi ki, kommunistlərin xüsusi mülkiyyətin ləğvi və digər prinsipial tələbləri var idi, həmin dövrdə bunu həyata keçirmək mümkün deyildi. O, yazırdı: “Həqiqətdə bizim firqəmiz Kommunist firqəsi deyildi. Biz Azərbaycanda olan şərait daxilində xüsusi mülkiyyəti ləğv edə bilməzdik. Hizbi-Tudənin böyük səhvini təkrar etmək bizə yaramazdı. Biz eləyə bilməzdik ki, milli bir firqə olduğumuz halda birinci addımda sinfi mübarizəni alovlandıraq. Bizim hədəfimiz Azərbaycanda milli və demokratik bir rejim yaratmaq və dərəbəylik rejiminin kökünü qazıb aradan qaldırmaq və xalqı müasir, mütərəqqi yola çəkməkdən ibarət idi. Ona görə kommunist və ya sosialist adını üstümüzə qoya bilməzdik”. 
O, daha sonra yazırdı: “Torpaq bölgüsü və mülkiyyəti ləğv etmək məsələsi Azərbaycanın və İranın o günkü şəraitində mümkün olan iş deyildi. Bundan ötrü xalq, xüsusən kəndlilər hələki layiqincə hazırlanmamışdı. Doğrudur, Azərbaycanda torpağın ən mühüm hissəsi mülkədarların ixtiyarındadır. Bununla belə yüz minlərlə xırda malik və az torpaqlı kəndliləri də narahat etmək olmazdı. Yeganə yaşayış vasitəsi olan torpaqdan onları məhrum etməyə yol verilməməli idi. buna görə biz məramnaməmizdə, xüsusi mülkiyyəti ləğv etməyib onu saxlamağı qeyd etmişdik”. 
Ancaq Pişəvəri bundan az sonra keçirilən birinci Kəndli konfransındakı (1846, aprel) nitqində deyirdi ki, torpağı kəndlilərə pulsuz veriblər, çünki milli azadlığın əsas zamini kəndlilərdirlər: “Əgər kəndli olmasaydı, biz onu əldə edə bilməzdik. Kəndlilər bu Hökuməti yaratdıqları üçün onun arxasında dururlar”. Pişəvəri dana sonra deyirdi ki, Azərbaycanın birinci və həqiqi ağası kəndlilər olduğu üçün torpaq bölgüsü, yer bölgüsü zamanı hampa ilə torpaqsız kəndli arasında narazlıq olmasın. Başqa sözlə, kəndlilərlə hampalar yer bölgüsünü qardaşcasına həll edib, bu ölkəınin azadlığını da bir yerdə qorumalıdırlar. 
Pişəvəri din məsələsinə də ehtiyatla yanaşmış, hər vaxt Milli hökumərlə ruhanilər arasındakı tarazlığı qoruyub saxlamağa çalışmışdır. O, yazıırdı ki, din məsələsində aparılan doğru taktikanın nəticəsində ruhanilər Milli hərəkatın qalib gəlməsi üçün çalışıblar, ən azı dualar ediblər: “O vaxt mən eşidirdim, firqəyə mənsub olmayan adamlar xalqın milli nehzətinə tərəfdarlıq edirdilər. Məscidlərdə, minbərlərdə milli nehzətimizin irəliləyişi üçün dua edirdilər. Xalq hiss etmişdir ki, biz onun məzhəbi hissiyyatına müxalif deyilik. Amma bu təziyə nə qədər ağıllı olsa, o qədər əzəməti və təsiri artıq olar. Biz çalışacağıq xalq düşmənləri əzadarlıqdan öz siyasi məqsədləri üçün istifadə etməsinlər. Mürtəcelər bu əzadarlıqlardan da sui-istifadə etmək istəyirlər”.
O, daha sonra yazırdı: “Azərbaycan ruhaniləri bunu yaxşı bilirlər ki, Rza xan işə başlayanda xalqı aldatmaq üçün əvvəl özü dəstə başına düşürdü, sonra isə məscidləri bağlatdırırdı, dindar üləmaları təhqir etdirirdi. Ruhanilər bunu yaxşı bilirlər ki, diktatorluq onların xeyrinə deyil, diktatorlar əvvəl xalqı aldatmaq üçün əvvəl özlərini məzhəbə bağlı qələmə verib, sonra məzhəbin əleyhinə işləyirlər. Bunu gözümüz görüb”. Pişəvəri güman edirdi ki, ruhanilər də xalqı yaxşı yola hidayət etmək üçün azadlığın lazım olduğunu dərk edirlər. Çünki azadlıq olsa, onlara xalqı haqq yola dəvət etməyə imkan yaranır. Onun fikrincə, bu baxımdan ruhaniləri ələ almaq isteyən Tehran hökumətinin fırıldağını onlar anlamalı və bu oyuna getməməlidirlər: “İndi Tehrandakı mürtəcelər bu məsələdən istifadə etməyə çalışırlar, amma onlar bu yoldan istifadə edə bilməyəcəklər. Mən fikir edirəm ki, bizim ruhanilərimiz fövqəladə mətin və yaxşı adamlardır. Təcrübə göstərib ki, onlar xalqımızın nehzətinin əleyhinə olmamışlar. Buna görə firqəmiz onlara artıq dərəcə ehtiram və izzət qaildir. Bizim xalqımız ayıq, düzgün və imanlı bir xalq olduğu üçün mürtəcelərin əlində alət olmayacaq. Ruhanilərimizə gəldikdə onlar irticadan uzaq adamlardır”. 
Pişəvərinin yaradıcılığında soial fəlsəfə ilə bağlı olan dil və milliyyət məsələsi də xüsusi yer tutmuşdur. Onun fikrincə, Ana dilinin kökü xalqımızn qanında və ürəyindədir. O, yazırdı: “Biz onu (Ana dilini-F.Ə.) ana südü ilə əmib, vətənimizin ruhu oxşayan havası ilə tənəffüs etmişik. Onu təhqir edənlər, onu bizə zorla qəbul etdirildiyini və süni olduğunu göstərmək istəyənlər bizim həqiqi düşmənlərimizdir. Çox xain və əcnəbi ünsürlər qərinələr ilə bu gözəl dili ortadan götürməyə çalışmışlar. Onun tərəqqisinə və yaşamasına mane olmaq qəsdi ilə xüsusən ən qəddar azadlıq düşməni olan Rza şah dövləti var qüvvəsini sərf etmişdir”. O, daha sonra yazır: “Azərbaycan dili süni bir deyil. Onun böyük xalqı və geniş camaat qüvvəsi kimi arxası var. Dilimiz xalqın yaratdığı dastanlar, zərbi-məsəllər, hekayə və nağıllar vasitəsilə dünyanın ən böyük dilləri ilə rəqabət edə bilər, şairlərimiz, ədiblərimiz bu dil vasitəsilə öz hislərini, hünər və sənətlərini meydana gətirib xalqın nəzərini cəlb edə bilərlər. Bizim vəzifəmiz onu genişləndirmək, onu müasir hala salmaq, onun gözəlliklərini, incəliklərini, hiss və dəyərlərini toz-torpaq arasından çıxarıb, təmiz və ali bir zərf içərisində xalqa təqdim etməkdəm ibarətdir”.
Pişəvəriyə görə, Azərbaycan dili o qədər qüvvətli, sərf-nəhv qaydaları o qədər möhkəm və təbiidir ki, hətta onun içinə daxil edilmiş fars və ərəb kəlmələri çıxarılsa belə, onunla böyük fikirləri, ali məqsədləri yazıb şərh etmək mümkündür. Lakin biz xalqın istedadını nəzərdə tutub bu işi tələsik görməyə ehtiyac hiss etmirik. Əqidəmizə görə yazı gərək xalqın danışdığı və anladığı bir şivədə verilsin. Məqsədimiz ədəbi müsabiqə deyil, xalqı başa salmaq, ona həqiqəti aydın bir surətdə göstərməkdir. Bu cəhətdən biz xalq tərəfindən qəbul edilib işlədilən ərəb və fars kəlmələrinin müvəqqəti olsa belə saxlamaq lüzumunu inkar etmirik.  Lakin onları öz dilimizin qaydalarına təbiq edib, onun ahənginə uyğun bir hala gətirməliyik”. 
Seyid Cəfər hesab edirdi ki, dünyada elə bir dil tapılmaz ki, o tamamilə  müstəqil olsun və qonşu dillərin təsirinə düşməsin: “Bizim Azərbaycan dili də Azərbaycanın tarixi və coğrafi mövqeyinə görə əcnəbi dillərin təsirindən kənarda qalmamışdır. İstər-istəməz bir çox yad kəlmələr xalqımızın ağzına düşmüş və zaman-zaman onlar milliləşmişdir. Biz dilin təkamülünü nəzərdə tutub o kəlmələrdən istifadə etməyi lazım bilirik. Lakin bundan sui-istifadə edib dil və yazını  qəlizləşdirməyə və mənası anlaşılmaz kəlmələri işlətməyə çalışanlara ciddi müxalifət etməliyik”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Oxşar xəbərlər
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü