“Abbas Abbasovun dövlətçiliyə vurduğu ziyanı, düz yolda olmadığını Şeyx ona deyib...”
Oxunub: 2867
16 Oct 2019 | 14:48
“Abbas Abbasovun dövlətçiliyə vurduğu ziyanı, düz yolda olmadığını Şeyx ona deyib...”

Milli Məclisin 75 saylı Lənkəran - Masallı seçki dairəsindən deputatı Cavanşir Paşazadə  Modern.az saytına müsahibə verib. 


Moderator.az onunla söhbəti təqdim edir:


- Cavanşir müəllim, son günlərin əsas müzakirə mövzularından biri Azərbaycanda qadına qarşı zorakılıq və şiddət məsələləri ilə bağlıdır. ADP sədri Sərdar Cəlaloğlu mövzuya yanaşmada belə bir fikir səsləndirib: “Azərbaycanda rəsmi nikahdan əlavə, kəbin məsələsi də var. Kəbin rəsmi deyil, milli adət-ənənədir. Kəbin varsa, qadın kişiyə tabe olmalıdır”. Sizin də bu barədə fikirləriniz bilmək istərdik


- Kəbin məsələsi hələ dövlətimiz, dövlətçiliyimiz olmadan təkcə Azərbaycanda yox, bütün müsəlman ölkələrində mövcud olub. Bu gün İran dövləti dini dövlət olsa da, orada kəbin məsələsi rəsmi tanındığından aktualdır. Düzdü, bizdə də kəbin şəhadətnamə kimidir. Həmin şəhadətnamədə qadından ayrılandan sonra veriləcək olan haqq əks olunur. Bizdə dövlət dindən, din də dövlətdən ayrı olduğu üçün dini kəbini rəsmi nikahdan sonra kəsdiririk. Nikah kağızını mollaya göstərəndən sonra kəbin kəsilir.


- Kəbin qadını kişidən asılı vəziyyətə salmır ki?

- Qadının hüququ şəriətdə o dərəcədə yüksəkdir ki, kəbin ondan çox-çox aşağıdır. Qadının kişidən boşanmağa haqqı var. Əgər qadına qarşı zorakılıqlar varsa, qadın ərizəsini yaza bilər.


- Ancaq bizim bəzi kişilərin təfəkküründə bu qəbul edilmir...

- O təfəkkürdə olan insanları ailə saymıram. O cür ailələr adı var özü yox kimi bir şeydir. Qadına əl qaldırmaq, qadını döymək nə deməkdir?! Bu müsəlmançılıq deyil, dərəbəylikdir. Din adı altında hər işi görüb adına müsəlmançılıq demək olmaz. Müsəlmançılıq yaxşılıq, nəvazişlə ailə qayğısına qalmaq, dünyaya gətirdiyin övladın axıra qədər arxasında dayanmaq kimi gözəl əməllər deməkdir.


- Uşaqlıq dövrünüzlə bugünkü dövrünüzü müqayisə edəndə ortaya nə çıxır?


- Azərbaycanın kənd ailələri hər zaman böyük olub. Bizim ailədə 11 uşaq olub. 9 qız, 2 oğlan. Ailədə görməmişəm ki, atam bacılarımla bizim aramızda ayrı-seçkilik etsin. Hələ o dövrdə qızlarını oxutdurdu. Bacımın biri Sumqayıtda kran sürücüsü oxumuşdu. Bir bacım tibb texnikumunda təhsil alıb.  Bəzən Cənub bölgəsindən olan deputatlarımızdan da eşidirəm ki, qızlar məktəbə getmir. Ancaq mən görməmişəm ki, Cənub bölgəsində hansısa ailədə qız uşağı məktəbə getməsin. Belə söhbətlər yoxdur.


- Ailələrdə övladlar arasında ayrı-seçkilikdən söhbət düşmüşkən,  günümüzün reallığında ailələr ana bətnində ayrı-seçkiliyə yol verir. Uşağın cinsiyyətinin bəlli olması ilə abort həyata keçirilir, yəni qız uşaqları dünyaya gəlmədən tələf edilir. Sizcə, bu, dinə nə dərəcədə uyğundur?

- Heç uyğun deyil. Uşağın abort edilməsi dində adam öldürməyə bərabərdir. Heç bir din buna “hə” demir. Mətbuatda bir yazı oxudum. Avropalı qadın 15 günlük hamilə olduğunu öyrənib. Bu zaman qadın həmin rüşeymdən azad olmaq istəyib. Həkim müayinə zamanı əlindəki aparatı rüşeymə tərəf aparanda həmin rüşeym geri çəkilib. Bu proses kompüterdə də göstərilir. Əgər bu diri deyilsə, niyə geri çəkilir? Ona görə də  3, ya da 4 aylıq dölün abort yolu ilə öldürülməsi necə günah olmaya bilər?!



- Bu məsələdə həkimlər də günahkar sayılırmı?

- Əlbəttə. Milli Məclisdə deyirlər ki, filan qanun qəbul olunsun. Məsələn, hamiləliyin 12-ci həftəsinə qədər abort etmək olar, ancaq 12  həftədən sonra bunu həyata keçirmək olmaz. Bu doğru yanaşma deyil. Bunun cəzası daha çoxdur. Tanrı belə insanları bağışlamaz.


- Cavanşir müəllim, qardaşınız Şeyxülislam Allahşükür Paşazadə yaşca sizdən böyükdür. Onun adı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Deyirlər ki, guya, 5 qızdan sonra doğulduğu üçün Allahşükür adı verilib. Bu doğrudur?

- Doğrudur. Onun adını ağsaqqallar və cəmiyyət bir araya gəlib qoyub. Bizdə adət var. Uşağa müəyyən günə qədər ad qoymazlar. Öncədən ad da fikirləşməzdilər. Təbii, uşaq dünyaya gələndən sonra şadyanalıq olur. Qardaşım doğulanda qonşular yığışıb atamıza deyib ki, “Allah səni sevindirdi. Bu uşağın adını Allahşükür qoyaq”.


- Bayaq övladlara qoyulan fərqin doğru olmadığını dediniz. Allah bütün ölənlərə rəhmət eləsin. Ancaq sizin də ailədə 5 qızdan sonra dünyaya gələn oğlana Allahşükür adı qoyulub. Bu fərq deyilmi?

- İnsan fərqi başqa, daxili sevinc fərqi başqa.. Təbii, ailədə oğlana tapşırdığımız işi qıza tapşırmırıq. Ailədə oğlanı da,  qızı da eyni dərəcədə sevirik. Bir ata oğluna zəng edib deyir ki, axşam saat 12-də gəl məni qarşıla. Bunu qıza demirik. Sevinc, inam, dayaq başqa şeydir...


- Bizə maraqlıdır, yaxın qohumlar Şeyxdən məsləhət alırlarmı?

- Bizim ailənin adətləri var. Anamızın, atamızın dünyadan köçən günləri olur. Ailə bir yerə toplaşır. Bundan başqa, Qurban bayramında, Ramazan bayramında ailə bir yerə yığılır. Təbii, Şeyx hər kəsin qeydinə qalır.



- Cavanşir müəllim, həyat yolunuz xeyli zəngindir. Bəs deputat olmaq istəyiniz necə  yarandı?

- 1993-cü ilin sonunda Yeni Azərbaycan Partiyasının üzvü olsam da, bu, 1995-ci ildə rəsmiləşib. Lənkəranda YAP-ın sədri olmuşam. O vaxt Lənkəranda Çay fabrikinin direktoru idim. Həmin vaxtlarda deputat olmaqla bağlı hər hansı fikrim olmayıb. Sonra partiya mənim namizədliyimi həmin bölgədən vermək istədiyini bildirəndə normal qarşıladım. Bu cür diqqətə  etiraz edə bilməzdim.


- Həmin vaxtlarda sizinlə deputatlıq uğrunda mübarizə aparan namizədləri xatırlayırsız?

- 2005-ci ildə  bir çox məsələlər baş verdi. Cənab prezidentə və onun siyasətinə əks olanlar seçkilərin nəticələrini boykot etmək istəyirdilər. Həmin vaxt namizədlik dövrü 4-5 ay çəkdi. O vaxtda bəzi şər qüvvələr müəyyən söhbətlər yaratmağa çalışdılar. İkinci dəfə namizədliyim irəli sürüləndə  əks mövqedə olanların sayı o qədər də çox olmadı. Üçüncü seçkilərdə isə hər şey yaxşı oldu. Ona görə ki, cənab prezidentin güclü siyasəti nəticəsində ölkənin hər bir bölgəsi inkişaf etmişdi. Digər regionlarda olduğu kimi, cənub bölgəsində də tikinti, quruculuq, abadlıq işləri həyata keçirilmişdi. Bu işlərin başında cənab prezidentimizin  güclü siyasəti dururdu. Biz 1990-cı illərdə baş verənlərin şahidiyik. Bu gün Azərbaycanın istənilən bölgəsinə səfər edən hər kəs  bu inkişafı görür. Hətta, bölgələrimizə əcnəbi turistlərin də  axını  diqqət çəkir. Cənab prezidentin apardığı bu işləri ancaq alqışlamaq olar. Bu gün o inkişafın nəticəsidir ki, artıq insanlar deputata qaz, işıq, su kimi problemlərlə müraciət etmir.


- Bu illər ərzində seçicilərin müraciətləri də dəyişib. Çünki 15 il bundan əvvəlki qaz, işıq problemləri həll olunub deyə, seçici bu məsələləri gündəmə gətirə bilməz. Bu gün əsasən hansı məsələlərlə bağlı sizə müraciət edirlər?

- Cənub bölgəsi həm tərəvəzçiliklə, həm də sitrus meyvələri ilə bağlı məşğul olur. İnsanların işi budur. Pay torpaqları var, onları əkib-becərirlər. Əsas məsələ becərilən məhsulların bazara çıxarılması ilə bağlıdır. Bəzən məhsulları satışa çıxararkən qiymətlər çəkilən zəhməti ödəmir. Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olduğum üçün bir neçə dəfə bu məsələni gündəmə gətirmişik. Bu sahə ilə bağlı işlər gedir.


- Konkret olaraq hansı işlər görülür?

-  Məsələn, bu günlərdə Səudiyyə Ərəbistanında olduq. Həm kralla, həm də kənd təsərrüfatı  sahəsinə nəzarət edən şəxslərlə  görüşdük. Kənd məhsullarının hansı şəraitdə və necə əkilib-becərilməsini, kənd insanları üçün məhsulların becərilməsinə əlverişli şəraitin yaradılmasını müzakirə etdik. Belə qərara gəldik ki,  bizim rayona gəlib kənd təsərrüfatı işləri ilə yaxından tanış olandan sonra məhsulun dünya bazarına çıxarılmasını müzakirə etmək olar. Eyni zamanda, Cənub bölgəsi turizm üçün də əlverişlidir. Lənkəran bölgəsinə turist axını var.


- Zaman-zaman icra başçıları ilə həmin rayonun deputatı arasında problemlər olub.  Bu illər ərzində xeyli başçılarla işləmisiz. Bilmək istəyirik ki, hansısa icra başçısı ilə seçici problemlərinin həllinə görə aranızda anlaşılmazlıq olubmu?

- Yaxşı sualdır. Bilmirəm lənkəranlıların, yoxsa, mənim bəxtim gətirib, icra başçıları mənə qarşı həm məsuliyyətli olublar, həm də hörmətlə yanaşıblar.



- Bəlkə Şeyxin qardaşı olduğunuza görədir?

- Bunun Şeyxlə əlaqəsi yoxdur. Bunu Hadı Rəcəblidən də, Ziyafət Əsgərovdan da, Rüfət Quliyevdən də soruşa bilərsiz.  15 il ərzində heç bir icra başçısı ilə bizim aramızda fikir ayrılığı olmayıb.


- Bəs hazırkı başçı ilə münasibətləriniz necədir?

- Çox yaxşıdır. Nə zaman zəng etsəm, dərhal məsələyə reaksiya verir.


- Bu vaxta kimi seçicilərlə görüşərkən icra başçısı barədə hər hansı narazılıq səslənibmi?  Belə məsələlər hər yerdə var. Sizdə necədir?

- Təbii ki, olub. Elə sakinlər var ki, daha çox torpaq payına sahib olmaq istəyir. Ona görə də  narazılıq edir.


- Cavanşir müəllim, deputat olana kimi  bir çox sahələrə rəhbərlik etmisiz. Belə deyək, biznes də qurmuşdunuz. Bəs deputat seçiləndən sonra həmin biznesi kimə verdiniz?

- Mənim Lənkəranda biznesim olmayıb. O dövrdə də biznesim ola bilməzdi.


- Bəs axı ölkəyə gətirilən xurma, banan kimi məhsulları sizin biznes sahənizə aid edirlər...

- Razıyam. İki il bundan qabaq olardı. Tanışlarla rayonların birinə çıxmışdıq. Şamaxı tərəfdən keçəndə yolda yarımtikililəri görüb “Cavanşir müəllim, bunları tikib qurtarmadız?”,-deyə soruşdu. Cavab verdim ki, “əgər bu tikililər mənimdirsə, yuxarıda Allah, burda mənim kişiliyim... Sənə verdim, halal xoşun olsun. Mənim nəyim var burda?!”.  İnsanları qınamıram. Bu belə də olmalıdır.



- Bəs bu cür parıltılı informasiyaları kim yazdırır?

- Tək mənim haqqımda belə informasiyalar  yazmırlar ki! Şeyx haqqında da yazırlar. Bu cür yazıların yazılmasında məqsəd dövlətin zəifləməsinə hesablanmış məsələlərdir. Əgər sən ağzında Şeyx deyirsənsə, onun adını kartof, banan kimi məhsullara bağlayırsansa, ayıb olsun sənə... Şeyxin mülki, var-dövləti olar.


- Yeri gəlmişkən, Şeyxin Çexiyada - Karlovi-Varıdakı mülklərinin də siyahısını  yazırlar...

- Yazırlar da...


- O zaman Şeyxin də biznesi yoxdur?

- Əlbəttə, yoxdur.


- Cavanşir müəllim, dostluğa münasibətiniz necədir? Sizcə, dost necə olmalıdır?

- Əgər dost dediklərin dostluq etməyi bacarırsa, bu, çox yaxşı haldır. Harada,  hansı vəzifədə olmağımdan asılı olmayaraq  insanlarla dost olmağı bacarmışam. Hətta müxtəlif vəzifələrdə işləyəndə də sadə insanlarla  bir arada olmuşam. Mənim orta məktəb dostum olmayıb. 1953-cü ildə oğlan uşaqları çox olsa da, mən 1952-ci il təvəllüdlülərlə bir il tez məktəbə getmişəm. 4 nəfər oğlan idik. Biri Rusiyanın Murmansk şəhərində oxuyub orda qaldı, biri Vladivostoka köçdü. O biri isə traktor sürücüsüdür, arada görürəm. Oturub söhbət edirik.


- Bəs universitet yoldaşlarınızla dostluq edirsizmi?

- Ali təhsilimi Özbəkistanda almışam. Orada bir çox yoldaşlar olsa da, əsas dostum türkmən olub. O da uzun müddət Aşqabadda çalışıb. Hətta fabrik direktoru olduğum dönəmlərdə yaxşı əlaqələrimiz vardı. Sonrakı dövrdə o təqaüdə çıxdı. İndi də dostluğumuz davam edir. Bir şeyi də deyim: dostlarım arasında həmyaşıdlarım çox azdır. Onlar 10-15 il məndən böyükdürlər.


- Şeyxin dostları ilə münasibətiniz necədir?

- Demək olar ki dostlarımız eynidir.


- Deputatlar arasında da dostlarınız var?

- Dost deyəndə ki, əsasən ünsiyyətdə olduğum insanlar var.


- Bu yaxınlarda  Azərbaycanın Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun bir fikrini paylaşmışdılar. Deyir ki, “vəzifədə olanda Şeyxlə dost idim. Vəzifədən gedəndən sonra bəzi məsələlər oldu. Oğlum Aydın Abbasov Şeyxin yanına gedəndə ona deyib ki, “Aydınçik, bir də mənim yanıma gəlmə”. Bu məsələnin əsas məğzi necədir? Belə hadisə olubmu?


- Mətbuatda bu məsələnin hansı formada yazılmasını, Abbas Abbasovun o fikirləri dediyini bilmirəm. Ancaq Şeyxlə dost olmasına gəlincə, Abbas Abbasovun dövlətçiliyə vurduğu ziyanı, onun düz yolda olmadığını Şeyx telefonda ona deyib. Şeyxin etirazından sonra Abbas Abbasov yenə də Rusiyada iclaslar keçirdi. Təbii ki, Şeyx də dövlətçilik naminə bu məsələdə geri çəkildi. Qaldı ki, Aydının Şeyxin yanına gəlməsinə. Əvvəla, Aydın Şeyxin yaşıdı deyil ki, gəlib onun yanında otursun və Şeyx də desin ki “yanıma gəlmə”. Bu doğru deyil.


- Cavanşir müəllim, Şeyxin Dağıstan rəhbəri ilə dost olduğu bildirilir. Sizi ora nə bağlayır?

- Əvvəla, Allahşükür Paşazadə bütün Qafqazın şeyxidir. Məsələn, Şeyx Çeçenistanın qəhrəmanı olmaqla yanaşı, onun adına küçə də var. Çeçenistana münasibət ona görə bir qədər yaxınlığı ilə seçilir ki, Ramzan Kadırovun atası ilə bir yerdə oxuyublar.  Hələ atasının sağlığında  Ramzan  bizim evə gəlib-gedib. Bu gediş-gəliş ünsiyyəti daha da yaxınlaşdırıb.  Bu yaxınlarda  Azərbaycandan nümayəndə heyəti Çeçenistana getmişdi. Onları qarşılayan Ramzan Kadırov dövlət başçısı ola-ola öz yerində oturmadı. Dedi ki, “özümü çox narahat hiss edirəm. Şeyxülislam orda oturub, mən də burda. Xahiş edirəm, yerimizi dəyişək”. O, Şeyxi özünün kürsüsündə yerində oturtdu, özü isə onun yerində oturdu. Ona görə də illər əvvəl o ünsiyyətin şahidi olmuşam. Şeyx dövlətçiliyimizin möhkəmləndirilməsi üçün çox çalışır, insanlara hörmətlə yanaşır. Bu məsələlər sıradan iş deyil. İnsanları özündən çəkindirsən düşməndir, yaxın gətirsən dostdur.


- Şeyxin dövlətçiliyə etdiyi xidmətlərdən söz açdınız. Vaxtilə ölkə daxilində  separatçılıq toxumları səpən Ələkrəm Hümbətov hələ də tam olaraq zərərsizləşdirilməyib.  Xaricdə oturub Azərbaycan əleyhinə fikirlər səsləndirir. Bəziləri deyir ki. cənub bölgəsində onun tərəfdarları var.


- Cənub bölgəsində onun tərəfdarları heç vaxt olmayıb. O dövrü və fikirləri nəzərə alın. 1992-93-cü illərdə bu məsələləri bilmək çox çətin idi. İnsanların özü o zaman çaş-baş qalmışdılar. Məsələn, Surət Hüseynov Gəncədə qəhrəman kimi görünürdü. Lənkərana gələndə isə əlini Hümbətovun çiyninə qoyurdu. İndi mən sadə vətəndaş nə fikirləşim?! Özünü qəhrəman adlandıranın bir əli o birisinin çiynində ola-ola nə fikirləşə bilərdim?! Ələkrəm Hümbətov iclas keçirirdi və iclasın ortasında çölə çıxırdı. Guya Heydər Əliyev bunu telefona çağırır. Bu da gəlib deyir ki, “Əliyev bizim müstəqilliyimizi dəstəkləyir və sizə salam göndərir”. Halbuki, həmin vaxt Ələkrəm Hümbətovu ulu öndər Heydər Əliyev  Azərbaycandan qovdu. O cür insanın Azərbaycanda yaşamağa haqqı yoxdur.
Bunun yalanına baxın da! Bu gün də onun talış xalqının adından söz deməyə ixtiyarı yoxdur.  Ələkrəm Hümbətov heç talış da deyil. O, əsli-nəsli bilinməyən bir adamdır. Hardan gəldiyi də bəlli deyil. Bu cür insanlar əqidəsini itirən insanlardır. Rusiyada oturub dövlətçiliyimizə qarşı danışırlar. Bu cür qərəzli insanlar Azərbaycanın inkişafını həzm edə bilmir. Sadəcə, ölkənin inkişafını ləkələməyə çalışırlar. Ancaq bu cür işlərlə nəyəsə nail ola bilməyəcəklər.


- Şeyxülislam Allahşükür Paşazadənin dostları sırasında “Real” televiziyasının rəhbəri Mirşahin Ağayevin də adı keçir. Hətta belə söhbətlər gəzirdi ki, Şeyx Mirşahini o dərəcədə çox istəyir ki, yenidən televiziya açılmasında ona yardımçı olub. Bu doğrudurmu?

- “Real” televiziyasının açılmasında Şeyxin heç bir rolu olmayıb. Bilirsiz ki, dövlət nəyi yaradıb-yaratmayacağı ilə bağlı özü qərar verir. Mirşahinə gəlincə, onu  təqdim etməyə ehtiyac yoxdur. Çalışqan, savadlı və tanınan adamdır. Jurnalistika çox çətin sahədir. Jurnalistin də gərək aurası ola. Elə jurnalistlər var ki, onlarla iki  kəlmə danışmaq olmur. Elələri də var ki, onunla saatlarla danışırsan, ancaq çətinlik çəkmirsən. Mirşahin də elə insandır ki, onunla ünsiyyət qurmaq çox rahatdır.


- Jurnalistlərdən danışdınız. Jurnalistlərdən razı, narazı tərəflər sizin üçün nədən ibarətdir?

- Bəzi məsələləri çıxmaq şərtilə razıyam. 10 il əvvələ baxanda bugünkü jurnalistikamız çox yaxşıdır. Sizə bir söz deyim: bir dəfə Türkiyədə idik. Müxalifətdən söz düşəndə dedim ki, “Allah bizim müxalifətim atasına rəhmət eləsin! Bizim müxalifət sizin müxalifətdən min dəfə yaxşıdır”. Bu fikirlərimi Türkiyə mediası işıqlandırmışdı. Türkiyə mediası da bizim mediaya baxanda çox radikaldır.


- Bizim müxalifətlə münasibətləriniz necədir? Cənub bölgəsində təkcə siyasi yox, həm də dini müxalifətin olduğu deyilir. Bu məsələlərə necə baxırsız?

- Dini müxalifət radikallıqla bağlı ola bilər. Deyim ki, Cənub bölgəsində dini müxalifət yoxdur. Sadəcə, İranla sərhəd bölgə olduğu üçün bu cür fikirləşirlər. Ancaq dinlə bağlı problemlər yoxdur.


- Qarşıdan növbəti parlament seçkiləri gəlir. Yenidən deputat seçilmək fikriniz varmı?

-  Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyim irəli sürülərsə və xalq mənə səs verərsə, deputat olmaq istəyərəm.

Oxşar xəbərlər
00:44, Bu gün
Türkiyə İrana hərbi helikopter və PUA göndərib
00:06, Bu gün
Bir reklamdan 20 milyon qazandı
00:01, Bu gün
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb
19 May 2024 | 23:37
Moskva Tehrana çağırış etdi
19 May 2024 | 23:35
"Sənət bazar deyil, özünə qiymət qoyasan"
19 May 2024 | 23:31
SEPAH komandanı: "Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib"
19 May 2024 | 23:28
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır
19 May 2024 | 23:24
"Bir milyona yaxın dinc əhali Rafahı tərk edib" - BMT-nin fələstinli qaçqınlar üzrə Agentliyi
19 May 2024 | 23:13
Rəisinin qəzaya uğradığı helikopter hansı modeldir? - FOTO
19 May 2024 | 23:09
Türkiyə 32 alpinisti axtarış və xilasetmə əməliyyatı üçün İrana göndərib
19 May 2024 | 22:50
Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var - VİDEO
19 May 2024 | 22:43
İstanbul derbisinin qalibi "Fənərbağça" oldu
19 May 2024 | 22:32
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
19 May 2024 | 22:27
İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi - Ərdoğan
19 May 2024 | 21:57
Aİ İran üçün "Copernicus" peyk görüntü xidmətini aktivləşdirib
19 May 2024 | 21:56
Ayətullah Xamenei İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib
19 May 2024 | 21:47
Qəzaya düşən helikopterdə Rəisi ilə birgə kimlər olub?
19 May 2024 | 21:34
İranda baş verən helikopter qəzası ilə bağlı baş verənləri üzüntü ilə izləyirik - Türkiyə XİN
19 May 2024 | 21:21
"Mançester Siti" çempion oldu, "Arsenal"ın 20 illik həsrətinə son qoyulmadı
19 May 2024 | 21:13
Muradın çayda boğulmasının TƏFƏRRÜATI: Batdığını görənlər qorxularından ailəsinə xəbər etməyibmiş - VİDEO
19 May 2024 | 20:54
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
19 May 2024 | 20:50
Rəisi bu gün İrəvana gedəcəkmiş, son anda…
19 May 2024 | 20:48
Göyçayda qəza: Xəsarət alanlar var
19 May 2024 | 20:39
HƏMAS-ın daha bir komandiri öldürüldü
19 May 2024 | 20:24
"Nüvə savaşında 72 saata 5 milyard insan həlak olacaq, yalnız iki ölkə salamat çıxacaq" - "Daily Star"
19 May 2024 | 20:12
İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 | 20:08
Azərbaycan İrana dost və qardaş xalq kimi bütün lazımi dəstəyi verməyə hazırdır - XİN
19 May 2024 | 20:01
Avropa İttifaqı Rəisinin qəzaya düşməsi ilə bağlı MƏLUMAT YAYDI
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 19:56
İbrahim Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
19 May 2024 | 19:26
Rəisi və Abdullahian təhlükədədir - İranlı rəsmi
19 May 2024 | 19:20
Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir
19 May 2024 | 19:19
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
19 May 2024 | 19:10
Yevlaxda ər arvadını öldürüb, sonra özünü bıçaqlayıb
19 May 2024 | 19:08
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19 May 2024 | 19:04
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
19 May 2024 | 18:56
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
19 May 2024 | 18:55
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
19 May 2024 | 18:42
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
19 May 2024 | 18:33
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
19 May 2024 | 18:30
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
19 May 2024 | 18:05
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
19 May 2024 | 18:05
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
19 May 2024 | 17:43
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
19 May 2024 | 17:40
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
19 May 2024 | 17:39
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
19 May 2024 | 17:38
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
19 May 2024 | 17:32
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
19 May 2024 | 17:25
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
19 May 2024 | 17:23
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
19 May 2024 | 17:20
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
19 May 2024 | 17:18
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
19 May 2024 | 17:08
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
19 May 2024 | 17:07
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19 May 2024 | 17:05
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
19 May 2024 | 16:58
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
19 May 2024 | 16:55
Latviya parlamentinin sədri Şuşadadır
19 May 2024 | 16:52
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
19 May 2024 | 16:44
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
19 May 2024 | 16:40
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
19 May 2024 | 16:39
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
19 May 2024 | 16:37
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
19 May 2024 | 16:36
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
19 May 2024 | 16:34
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
19 May 2024 | 16:20
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
19 May 2024 | 16:18
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
19 May 2024 | 16:14
Ağsu dolaylarında asfalt çöküb
19 May 2024 | 16:06
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
19 May 2024 | 15:45
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
19 May 2024 | 15:31
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
19 May 2024 | 15:28
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
19 May 2024 | 15:27
Dunay çayında gəmilər toqquşub, ölənlər var
19 May 2024 | 15:04
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
19 May 2024 | 15:03
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
19 May 2024 | 15:02
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
19 May 2024 | 15:01
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
19 May 2024 | 14:45
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
19 May 2024 | 14:45
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
19 May 2024 | 14:43
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
19 May 2024 | 14:42
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
19 May 2024 | 14:40
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
19 May 2024 | 14:25
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
19 May 2024 | 14:23
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
19 May 2024 | 14:22
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
19 May 2024 | 14:15
Anar Heybətova ağır itki - FOTO
19 May 2024 | 14:14
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
19 May 2024 | 14:11
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
19 May 2024 | 14:11
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
19 May 2024 | 14:09
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
19 May 2024 | 14:08
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
19 May 2024 | 14:07
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
19 May 2024 | 14:07
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
19 May 2024 | 13:44
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
19 May 2024 | 13:42
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
19 May 2024 | 13:27
Aralıq dənizində zəlzələ
19 May 2024 | 13:23
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
19 May 2024 | 13:21
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
19 May 2024 | 13:20
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
19 May 2024 | 13:19
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
19 May 2024 | 12:55
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
GÜNLÜK
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü
HƏFTƏLİK
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 23:57
Elmdə sıçrayış: dondurulmuş insan beyni həyata qaytarılıb
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
18 May 2024 | 23:50
"Ukrayna Rusiyanın neft emalı gücünün 14 faizini sıradan çıxarıb" - "Bloomberg"
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
AYLIQ
19 May 2024 | 19:58
İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib
19 May 2024 | 08:22
Ukraynalı döyüşçü britaniyalını udub mütləq çempion oldu...-Rusiyalı isə isveçlidən ağır nokaund aldı...-FOTOLAR+VİDEO
19 May 2024 | 06:51
Misirdəki piramidaların sirri açıla bilər
19 May 2024 | 07:30
“Həftə sonları”-nın yaratdığı TƏHLÜKƏ
19 May 2024 | 06:49
İsrail Rəfahda 50-yə yaxın terrorçunu məhv edib
19 May 2024 | 07:44
Bağırsaq bakteriyaları insan qərarlarına təsir edirmiş
19 May 2024 | 07:57
Son zəng yaxınlaşır: Paltar tikdirmək neçəyə başa gəlir? - VİDEO
19 May 2024 | 07:15
“iPhone 16” istehsala hazırlaşır
19 May 2024 | 08:47
Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib
19 May 2024 | 08:26
Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşdü