"Dəmir yollarının inkişafı məqsədilə onun yenilənməsi prosesi sürətlə həyata keçirilir"
Müsahibə
Oxunub: 1517
10 Oct 2019 | 12:07
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin başlıca hədəfi Asiya ilə Avropa arasında, eyni zamanda Fars körfəzi ilə Rusiya və Avropa ölkələri arasında tranzit yük daşımalarının həcmini artırmaqdır.

Bunu "Finans.az"a müsahibəsində ADY-nin Yük Daşımaları Departamentinin rəisi Emil Əhmədov deyib.

Müsahibənin tam mətnini diqqətinizə çatdırırıq:

- Yük daşımaları Azərbaycan dəmir yolunun fəaliyyət istiqamətlərini özündə əks etdirən əsas sahədir. Məlumdur ki, dünyada baş verən proseslər dəmir yollarının işinə də öz təsirini göstərib və yeni yaradılan iqtisadi qurumlar yük daşımalarının miqyasında əsaslı dəyişikliklər yaradıb. Bu mürəkkəbliyinin içində Azərbaycan dəmir yolunun yükdaşıma istiqamətləri genişlənibmi?

- Qədim İpək yolunun keçdiyi Azərbaycanın ərazisi tarixən dövlətləri birləşdirən nəqliyyat dəhlizlərin kəsişdiyi bir məkan olub. Müasir dövrdə də iqtisadi-ticari yolların əhəmiyyəti öz vacibliyini qoruyub saxlayır. Qloballaşan dünyada ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Təbii ki, dəmir yolunun inkişafı ölkənin həmin strateji rolunu möhkəmləndirən və artıran mühüm amillərdən biridir. Ölkələri və qitələri birləşdirən dəmiryolu nəqliyyatı sözün əsl mənasında qlobal xarakter daşıyır. Bu reallıqlar nəzərə alınmaqla Azərbaycanda dəmiryolu sisteminin inkişaf etdirilməsi son illərin prioritet məsələlərindən biridir. Dövlət Başçısının 2015-ci il 18 sentyabr tarixli Azərbaycan Dəmir Yollarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə sərəncamı əsasında Azərbaycan Dəmir Yollarının daha operativ və çevik fəaliyyət göstərməsi təmin edilmişdir. Bu mürəkkəb vəzifənin öhdəsindən gəlinməsi üçün “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də əhəmiyyətli addımlar atılıb.

“ADY” QSC olaraq yükdaşımalar sahəsində məqsədimiz Xəzər dənizi, Qara dəniz, Avropa, İran körfəzi, Mərkəzi Asiya və Uzaq Şərq regionlarının bütün sənaye sahələri üçün geniş həcmdə dəmir yolu daşımaları həyata keçirmək və logistika sahəsində əlverişli şəraitin yaradılmasına nail olmaqdır. Şirkətin başlıca hədəfi dəmir yolu daşımaları sahəsində iqtisadi cəhətdən səmərəli və etibarlı logistika həll variantları təqdim etməklə, tarixi İpək yolunun dirçəlişini təmin edərək Asiya ilə Avropa arasında, eyni zamanda Fars körfəzi ilə Rusiya və Avropa ölkələri arasında tranzit yük daşımalarının həcmini artırmaqdır. Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, onların çoxşaxəli olması və marşrutlarda iştirakçı dövlətlərin sayının hər il artması, ADY-nin yükdaşıma coğrafiyasını genişləndirir. Artıq ADY-nin iştirakı ilə yüklər Uzaq Şərqi Asiya ölkələrindən Avropaya və əks istiqamətində, Hind Okeanı və Fars körfəzi sahili ölkələrindən Rusiyaya, Şimali Avropa ölkələrinə nəql edilir. Ancaq bununla bizim yükdaşıma istiqamətlərimiz bitmir. Bu yaxınlarda ADY ““Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyası”nın üzvü seçilib. Bununla da ADY, uzaq Sibirdən yükləri Türkiyəyə, Aralıq dənizi sahili ölkələri və digər istiqamətdə yüklərin nəqlinə başlanılacaq.

Bir sözlə, son dövrlərdə ADY tərəfindən ölkənin mühüm tranzit və logistika mərkəzinə çevilməsini təmin edəcək iri miqyaslı işlər həyata keçirilməkdədir.

Əlverişli coğrafi mövqe, dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə yükdaşıma istiqamətlərinin genişləndirilməsinə geniş imkan yaradır.

Ümumiyyətlə, Azərbaycan ərazisindən keçən dəhlizlərin fəaliyyətinin təkmilləşdirilməsi dəmir yolu nəqliyyatı üçün uzunmüddətli etibarlı bazarın formalaşmasında, ticarət əlaqələrinin genişləndirilməsində, yük daşımaları ilə bağlı infrastruktur sahələrinin inkişafında faydalı olacaq. Nəqliyyat dəhlizlərinin potensialından səmərəli istifadə, həmçinin gələcəkdə bu sahənin qeyri-neft sektorunda xüsusi çəkisinin artması ilə nəticələnəcək.

- Reallığa söykənsək, hazırda Şimaldan Cənuba, Şərqdən Qərbə yük daşımalarının miqyası xeyli artıb. Beynəlxalq nəqliyyat qurumlarında təmsil olunan Azərbaycan dəmir yolunun gələcəyinə böyük ümidlər yaradan hansı işlərdən danışmaq olar ?

- Ölkəmizdə nəqliyyat sahəsində görülən işlər Azərbaycanın tranzit və logistika sahəsində gələcəkdə aparıcı ölkələrdən birinə çevrilməsinə şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dəstəyi ilə Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması istiqamətində müvafiq infrastrukturun yaradılması işinin icrası da həyata keçirilir. Artıq bir sıra iri nəqliyyat infrastruktur layihələri reallaşdırılıb və reallaşdırılır. 30 oktyabr 2017-ci il tarixində Bakı-Tbilisi-Qars dəmir yolu artıq istismara verilib. Bu dəmir yolu Avropa ilə Asiyanı birləşdirən ən qısa marşrut hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüskarı olduğu Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihə olmaqla, dövlətlərarası münasbətlərin və ticarətin inkişafı baxımından çox vacib layihə sayılır, təkcə daşımalar sistemində yox, eləcə də Avrasiya qitəsində sənaye və kənd təsərrüfatının, eləcə də gəmiçiliyin, dəmir yolu sənayesi və maşınqayırmanın yüksəlişi üçün, biznes və məşğulluq sahəsinə də xüsusi təsirə malikdir.

test
Bakı-Tbilisi-Qars xətti və yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı çoxsahəli tranzit-logistika qovşağı kimi fəaliyyət göstərərək Çin, Hindistan, İran, Rusiya və Mərkəzi Avrasiya regionu ilə Türkiyə və Qərb dövlətləri arasında ticarətin inkişafında və daha da sürətləndirilməsində böyük rol oynayır. Artıq layihəyə bir çox ölkələr maraq göstərir və bu yoldan istifadə edir. Hazırda bu yolla bir sıra yüklər Türkiyə və digər ölkələrə daşınmaqdadır. Bundan əlavə Şərq Qərb dəhlizini inkişaf etdirmək məqsədilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TMTM) Beynəlxalq Assosiasiyasının “Hüquqi Şəxslər Birliyi” fəaliyyətə başlamışdır. “Azərbaycan Dəmir Yolları” QSC bu marşruta yük axınlarının cəlb edilməsi məqsədilə rəqabətqabiliyyətli vahid və çevik tarif siyasəti həyata keçirir. TMTM üzrə 2018-ci ildə 3, 2019-cu ilin 8 ayı ərzində isə 4 iclas Bakı şəhərində keçirilmişdir. Cari ilin 13-14 sentyabr tarixlərində Bakıda bu marşrut üzrə işçi qrupunun növbəti iclası keçirilmişdir.

Ölkə Başçısı Cənab İlham Əliyevin 2015-cı il 7 dekabr tarixli “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncamından sonra Azərbaycan və İran dəmir yolları xəttlərinin birləşdirilməsinə dair işlərə başlanılmışdır. Azərbaycan ərazisində 2016-cı il aprelin 20-də başlayan tikinti işləri qısa müddət ərzində başa çatdırılıb. Görülən işlər nəticəsində, artıq 09 fevral 2018-ci il tarixində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xətti istismara verilmişdir. 27 mart 2018-ci il tarixində Astara (İran) stansiyası ərazisində quru yük terminalının birinci fazası tamamlanmış və taxıl terminalının inşasına başlanılmışdır. Bundan əlavə, Azərbaycan-İran sərhədindən başlayaraq dəmir yolu xətti, konteyner meydançası və 1,8 km uzunluğunda terminaldaxili dəmir yolu xətti inşa edilmişdir. Tikinti işlərinin davam etdirilməsinə baxmayaraq artıq mövcud infrastruktur yüklərin nəql edilməsinə şərait yaradılıb. Qeyd edək ki, İran ərazisində tikilən yük terminalının operatorluğu, “ADY” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC tərəfindən həyata keçirilir. Əlavə olaraq bildiririk ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi və yeni yük axınlarının cəlb edilməsi məqsədilə Azərbaycan, İran, Rusiya, Belorusiya dəmir yolları arasında müntəzəm görüşlər keçirilir və tariflərə yenidən baxılır.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni bir qolu kimi, Cənub-Qərb Nəqliyyat marşrutunun inkişafı üçün iştirakçı ölkələrlə, İran-Azərbaycan-Qara dəniz-Avropa və əks istiqamətdə yüklərin daşınmasının təhlükəsiz, sürətli və vahid qiymət siyasəti tətbiq edilməklə nəql edilməsi üçün davamlı iş aparılır. Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutu 2017-ci ildən fəaliyyət göstərir. Marşrut İran, Azərbaycan, Gürcüstan, Ukrayna vasitəsi ilə Hindistandan Avropaya və əks istiqamətdə yüklərin daşınmasına hesablanıb. Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutu Azərbaycan, İran, Gürcüstan, Ukrayna və Polşa dəmir yollarını birləşdirir. Dəhlizin rentabelliyinin və daşınan yüklərin həcminin artırılması istiqamətində meydana gələn məsələlərin həlli məqsədilə iştirakçı ölkələrdə mütəmadi olaraq Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına dair Əlaqələndirmə Komitəsinin yığıncağı keçirilir. Görüşlərdə Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutunun inkişafı, tranzit potensialının artırılması və əlavə yüklərin cəlb edilməsi, həmçinin güzəştli tariflərin tətbiqi məsələsi diqqət mərkəzində olub.

2018-ci ilin may ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC tərəfindən Cənub-Qərb Beynəlxalq Nəqliyyat Marşrutu ilə test daşıma uğurla həyata keçirilib. Polşanın Slavkov stansiyasından yola salınan konteyner Astara (İran) stansiyasına çatdırılmış və əks istiqamətdə hərəkəti təşkil edilmişdir. Əlavə olaraq qeyd etmək istərdik ki, Hindistanın Mumbai limanından Slavkuvdan Avropa Birliyi ölkələrinə İran İslan Respublikası, Azərbaycan, Gürcüstan və Ukraynadan tranzit keçməklə konteyner daşımalarına güzəştli tariflər verilib.

Məlumat üçün bildirmək istərdik ki, İrana tətbiq edilən sanksiyalar səbəbindən yükdaşımaların həyata keçirilməsində müəyyən ləngimələr yaranıb.

Bu günlərdə Polşanın Krakov şəhərində keçirilən III Dəmir Yolu İqtisadi Forumu çərçivəsində keçirilən görüşlərdə Cənub-Qərb marşrutu ilə yükdaşımanın potensialının artırılması məsələsi yenidən gündəmdə olub.

Yuxarıda qeyd olunanları nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, yaxın gələcəkdə sözügedən dəhlizlər üzrə yüklərin daşınması ötən illərlə müqayisədə artacaqdır.

- Dəmir yolunun intensiv və operativ fəaliyyəti ilk növbədə, burada keyfiyyətli texniki bazanın yaradılmasından asılıdır. Son illərdə aparılan əsaslı islahatlar, yolun bütün sahələrini əhatə edən yeniləşmələr göstərir ki, Azərbaycan dəmir yolları hazırki durumu ilə daha böyük işlərə ünvan ola bilər. Beynəlxalq daşımaların artım imkanlarını necə görürsünüz ?

- Müasir dövrdə dəmiryolu sistemində güclü mövqelərə sahib olmaq üçün “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən əsaslı islahatlar, genişmiqyaslı infrastruktur quruculuğu, lokomotiv və vaqon parkının yenilənməsi işləri ilə yanaşı innovativ texnologiyaların tətbiqi işləri də həyata keçirilir. Bir sözlə ölkəmizin dəmir yollarının inkişafı məqsədi ilə onun yenilənməsi prosesi sürətlə həyata keçirilir.


Burada, Bakı-Böyük Kəsik dəmir yolu xəttinin yenilənməsi, elektrik, rabitə sisteminin müasirləşdirilməsi, yeni yük vaqonlarının, lokomotivlərin alınması və terminalların tikintisini qeyd etmək olar. Bütün bunlar dəmiryol sisteminin çevikliyinin artırılması ilə yanaşı, həm Azərbaycanın tranzit potensialının həm də, iqtisadi və siyasi rolunun artırılmasına xidmət edir.

Eyni zamanda, yük qatarlarının effektiv dartı mexanizmlərinin tətbiqinə start verilib. Yük daşımaları üçün “Alstom” şirkəti tərəfindən lokomotivin idarə edilməsində və təhlükəsizliyində innovativ sistemlərlə təchiz edilmiş müasir 40 ədəd elektrovoz istehsal edilmişdir. Həmçin tərəfimizdən “General Elektrik” şirkətinin istehsalı olan 10 ədəd, müasir GPS təhlükəsizlik sistemli və yanacağın sərfiyyatına nəzarət sistemləri ilə təchiz edilmiş magistral teplovoz alınmışdır. Alınan müasir lokomotivlər xeyli enerjinin qənaət olunması ilə yanaşı, dartı gücünün artırılmasına xidmət edir. Eyni zamanda Alstom lokomotivləri, qatarların sürətinin və çəkisinin artırılması, hərəkət vaxtının azalmasına, təhlükəsizlik məsələlərin həlli, istismar xərclərinin azalmasına, təmir və xidmət, qatarların hərəkətlərinin təşkili və daşımaların idarəedilməsi proseslərinin optimallaşdırılmasına şərait yaradaraq göstərilən xidmətlərin sayının və keyfiyyətinin artırılması ilə nəticələnir. Yenilənmiş lokomotiv parkına texniki xidmətlərin həyata keçirilməsi üçün isə Biləcəri və Gəncə stansiyalarında müasir lokomotiv depolarının inşasına başlanmışdır. Həmin depolarda bir sıra ən müasir texnologiyalar əsasında işləyən avadanlıqlar quraşdıralacaqdır.

Azərbaycan dəmir yolları dünyada tətbiq edilən aparıcı elmi-texniki nailiyyətlərdən maksimal dərəcədə istifadə etməyə çalışır. ADY-nin İnnovasiya siyasətinin istiqamətlərindən biri enerji effektivliyinin artırılması və enerji qənaətinə hesablanıb. Bunun nəticəsində, təsərrüfat proseslərində enerjinin istifadəsinin azaldılması və eyni zamanda effektivliyinin artırılmasına nail olunub. Enerji effektivliyinin artırılması çərçivəsində ADY yeni müasir enerji təchizat sisteminin yaradılması layihəsini həyata keçirib.

Yükdaşımalar sahəsində onlayn sifarişlər sistemini yaratmağa müvəffəq olmuşuq. Bu sistem vasitəsilə yükdaşımaların optimallaşdırılmasını, sifarişçilərin rahatlığını, yük sahiblərinin vaxt itkisinin azaldılmasını təmin etmişik və qapıdan-qapıya servis yaratmışıq.

Beləliklə, bütün sahələrdə tətbiq etdiyimiz yeniliklərlə Azərbaycan dəmir yolları effektiv fəaliyyətini təmin edərək beynəlxalq daşımalarda, xüsusən də tranzit daşımalarda irəlləyişə nail olur.

- Cari ilin əvvəlindən Azərbaycan dəmir yolunda nə qədər yük daşınıb və bu daşımalarda tranzit yüklərin artımı hiss olunurmu? Ötən ilin müvafiq dövrü ilə müqayisədə, yük daşımalarında artım müşahidə olunurmu?

- Cari ilin əvvəlindən avqust ayının sonunadək Azərbaycan dəmir yollarında ümumilikdə 9,6 mln. ton yük daşınmışdır. 2019-cu ilin ilk 8 ayının göstəricisini 2018-ci ilin analoji dövrü ilə müqayisə etsək 4,9 faiz artım olduğunu müşahidə etmiş olarıq. Misal üçün qeyd etmək istərdik ki, 2019-cu ilin ilk 8 ayında ümumilikdə tranzit yüklərin həcmi 2018-ci ilin analoji dövrü ilə müqayisədə 17,2 faiz artmışdır. Tranzit yüklərində artım əsasən qeyri-neft məhsullarında hiss olunur.

“Azərbaycan Dəmir Yolları” QSC yük həcminin arıtırılması üçün müvafiq təşviqat və reklam işlərini uğurla həyata keçirir və zərurət yarandığı təqdirdə də güzəştli tariflər tətbiq edir.
Oxşar xəbərlər
19:08, Bu gün
Qəzaya uğrayan helikopterin axtarışları davam edir - VİDEO
19:04, Bu gün
"Ukraynadan qalan yalnız Lvov olacaq" - Xodorkovski
18:56, Bu gün
"Hər hansı bir ölkəni çökdürmək üçün çip alımını dayandırmaq yetərlidir"
18:55, Bu gün
İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...
18:42, Bu gün
"Mehr" agentliyi İran Prezidentinin xəsarət almadığı ilə bağlı məlumatı silib - YENİLƏNİB
18:33, Bu gün
Qəzzada 35,5 min insanın həyatını itirdiyini bildirib
18:30, Bu gün
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
18:05, Bu gün
Rəisinin helikopterinin qəzadan öncəki görüntüləri - VİDEO
18:05, Bu gün
Britaniyanın müdafiə naziri Rusiya ilə mümkün müharibədən danışdı
17:43, Bu gün
Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb
17:40, Bu gün
İran Prezidenti helikopterin sərt enişi nəticəsində xəsarət almayıb - KİV
17:39, Bu gün
Yağıntılı hava ilə bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq
17:38, Bu gün
Slovakiyanın güllələnmiş baş nazirinin vəziyyəti necədir?
17:32, Bu gün
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – Təfərrüat
17:25, Bu gün
Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir
17:23, Bu gün
Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək
17:20, Bu gün
Qocalar evində ölümləri "proqnozlaşdıran" ekstrasens pişik
17:18, Bu gün
Köçəryan və Sərkisyandan Paşinyana qarşı həmlə: Petrosyan tərəfini açıqladı
17:08, Bu gün
İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil
17:07, Bu gün
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb
17:05, Bu gün
Bakıda iki sərnişin avtobusu toqquşdu: 6 nəfər xəsarət aldı
16:58, Bu gün
İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb
16:55, Bu gün
Latviya parlamentinin sədri Şuşadadır
16:52, Bu gün
Rusiyalılar mülki ukraynalıları qətlə yetirir, Xersonda insanların üzərinə drondan partlayıcı maddə atılıb
16:44, Bu gün
Nuran Abdullayev: "Prezident İlham Əliyev nə zaman hansı gedişi edəcəyi bilinməyən ən güclü siyasi şahmat ustasıdır"
16:40, Bu gün
"Hücumun birinci fazası: Volçanskın zəbt edilməsi rusiyalılara nə üçün lazımdır?" - ISW
16:39, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini VURDU
16:37, Bu gün
Çərçivə sazişi imzalanır, dəhliz bu statusla açılır - Tarix verildi
16:36, Bu gün
Türkandan gözlənilməz hərəkət: Efirə telefonla buraxmadılar deyə GÖRÜN NƏ ETDİ - VİDEO
16:34, Bu gün
Rusiya Xarkovdakı istirahət mərkəzini “İskander”lə vurub, ölənlərin sayı 5-ə çatıb - YENİLƏNİB
16:20, Bu gün
Amerikalı qız başqa ölkəyə köçdü, adını dəyişdi: Maraqlı SƏBƏB
16:18, Bu gün
Cəlilabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb
16:14, Bu gün
Ağsu dolaylarında asfalt çöküb
16:06, Bu gün
Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Günü qeyd edilir
15:45, Bu gün
Bitlisdə avtobus dərəyə düşüb, yaralananlar var
15:31, Bu gün
Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI
15:28, Bu gün
Xətaidə yanğın: Avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu
15:27, Bu gün
Dunay çayında gəmilər toqquşub, ölənlər var
15:04, Bu gün
Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür
15:03, Bu gün
Yeni Kaledoniyada gərgin vəziyyətlə əlaqədar məktəblərdə dərslər dayandırılıb
15:02, Bu gün
Erməni barbarlığına tuş gələn Qubadlı məscidi
15:01, Bu gün
Ukrayna Rusiyanın daha bir gəmisini məhv etdi
14:45, Bu gün
“Ola bilsin ki, bəziləri bizim bu görüşlərimizi bəyənməsinlər”
14:45, Bu gün
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
14:43, Bu gün
Tabut açıldı: Qızı içəridəki kişini görüb DƏHŞƏTƏ gəldi
14:42, Bu gün
İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır
14:40, Bu gün
Müdafiə Nazirliyi şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib
14:25, Bu gün
Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon
14:23, Bu gün
Prezident: "Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir"
14:22, Bu gün
"Ukrayna Rusiyadakı obyektlərə zərbələr endirmək üçün ABŞ-dan icazə istəyir" - "The Wall Street Journal"
14:15, Bu gün
Anar Heybətova ağır itki - FOTO
14:14, Bu gün
"Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur"
14:11, Bu gün
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi- ŞOK FAKTLAR
14:11, Bu gün
"Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək"
14:09, Bu gün
Prezident: "İki hidroqovşağın açılışı və istismara verilməsi tarixi hadisədir"
14:08, Bu gün
Prezident: "İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir"
14:07, Bu gün
Tanınmış xanəndə məşhur aktyorun bacısı imiş - FOTO
14:07, Bu gün
Azərbaycan Prezidenti: "Bizim energetika sahəsində çox böyük planlarımız var"
13:44, Bu gün
Rusiyanın Xarkovu atəşə tutması nəticəsində azı 4 nəfər ölüb
13:42, Bu gün
Diş yetişdirmək üçün dünyada ilk dərman yaradıldı
13:27, Bu gün
Aralıq dənizində zəlzələ
13:23, Bu gün
İran səfiri: Missiyamın son günündə ən böyük sərhəd layihəsinin istifadəyə verilməsi ilə fəxr edirəm
13:21, Bu gün
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
13:20, Bu gün
Sumqayıtda mənzildən kişi meyiti tapıldı
13:19, Bu gün
Kim qalib gələcək: Tramp, yoxsa Bayden?
12:55, Bu gün
Sabah Azərbaycanın bu rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:54, Bu gün
Rusiyada yük qatarı relsdən çıxdı - VİDEO
12:53, Bu gün
İran raketləri İsrailin 12 müdafiə xəttini yardı - General
12:53, Bu gün
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
12:48, Bu gün
Baqratın baş nazir olmaq şansı varmı?
12:38, Bu gün
"Barselona" transfersiz qala bilər
12:30, Bu gün
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
12:21, Bu gün
Latviya parlamentinin sədri Füzulidə səfərdədir
12:20, Bu gün
“Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti Daşkənddə baş tutdu - Fotolar
12:16, Bu gün
Bu gün derbi var - “Qalatasaray” çempion ola bilər
12:11, Bu gün
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTOLAR
12:11, Bu gün
İstanbul boğazlarında gəmilərin hərəkəti dayandırıldı
12:00, Bu gün
İlham Əliyev sərhəddə İran prezidenti ilə görüşdü - YENİLƏNİB
11:47, Bu gün
"Rusiya-Azərbaycan" dəyirmi masası və ikitərəfli görüşlər keçirilib
11:45, Bu gün
Braziliyalı ulduzun çökməsi: O, həbsxanada belə yaşayır
11:43, Bu gün
Ajda Pekkandan Sezen Aksu ETİRAFI: “Necə inandıracağımı bilmirəm”
11:40, Bu gün
Kahramanmaraşda 3,6 bal gücündə zəlzələ baş verib
11:26, Bu gün
İndoneziyada vulkan püskürməsi: 7 şəhər boşaldılıb
11:25, Bu gün
Rusiyanın Belqorod vilayətində raket təhlükəsi elan edilib
11:23, Bu gün
Tovuzda 3 nəfər dəm qazından zəhərlənib, biri ölüb
11:21, Bu gün
DİN valideynlərə müraciət ETDİ
11:13, Bu gün
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək... - VİDEO
11:10, Bu gün
Hondurasın Rusiyadakı səfiri qəflətən vəfat edib
11:09, Bu gün
Sumqayıtda F-1 əl qumbarası aşkarlanıb
10:52, Bu gün
Nə edək? - "Evrovision"a Bayram Nurlunu, Baboşu göndərək? - VİDEO
10:37, Bu gün
Türkiyədə güclü partlayış: Yaralananlar var
10:35, Bu gün
Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, qar yağıb - FAKTİKİ HAVA
10:22, Bu gün
Bu bürclərin qızları ilə ailə qurmaq sizə baha başa gələ bilər
10:17, Bu gün
Qədir Aslanov: Azərbaycan ziyalısı, jurnalist, vəfalı ailə başçısı!
10:16, Bu gün
VI sinif şagirdləri üçün monitorinq keçirilir
10:15, Bu gün
"Keşiş hökumətlə qarşıdurmaya getsə, Paşinyan bu addımı atacaq"
10:13, Bu gün
Çin kəşfiyyatı kosmosla bağlı casusluq faktı AŞKARLADI
10:07, Bu gün
Baqratdan ŞOK HƏDƏ: “Baha başa gələcək...”
10:05, Bu gün
“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir”
10:02, Bu gün
Tağı Əhmədovun son halı - FOTO
GÜNLÜK
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
18 May 2024 | 10:14
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
18 May 2024 | 17:15
Tanınmış aparıcı: “Amerikada evlərə pizza daşımışam, əsəbimdən maşında oturub ağlamışam”-VİDEO
18 May 2024 | 17:25
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - YENİLƏNİB + FOTO
18 May 2024 | 16:16
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May 2024 | 16:25
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
18 May 2024 | 16:29
Prezident Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
AYLIQ
18 May 2024 | 20:10
Siyasi partiyalarla konstruktiv dialoq milli maraqların qorunmasına hesablanıb
18 May 2024 | 19:56
Putinlə Tokayev arasında kritik zəng
18 May 2024 | 20:33
5 nəfəri öldürən Əhməd azadlığa çıxacaq? - Bu yolla... 
18 May 2024 | 19:29
Azərbaycan çempionatında möhtəşəm qol vuruldu
18 May 2024 | 19:30
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
18 May 2024 | 19:49
Lerikdə uçqun zamanı bağlı qalan yol qismən açılıb
18 May 2024 | 19:16
Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb
18 May 2024 | 19:50
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
18 May 2024 | 19:12
Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
18 May 2024 | 20:27
İsrail "Hizbullah" döyüşçülərini daşıyan avtomobilə zərbə endirib - VİDEO